"Günay Bank"ın rəhbərinə qarşı ifadə verildi - "Oğlumdan "günah keçisi" düzəltmək istəyirlər"
Tarix: 16-08-2019, 12:17 | Çap et
 "Günay Bank" ASC-nin Müşahidə Şurasının sədri və baş səhmdarı Mahmud Məmmədovun adı 100 milyon manat həcmində vəsaitin mənimsənilməsinə dair qalmaqallı işdə hallanıb.
Hazırda 13 ay müddətinə həbsdə olan "Günay Bank" ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emin Zeynalov ötən həftə verdiyi ifadədə iddia edir ki, bankın hesaba almadığı vəsaitlərlə bağlı bütün maliyyə əməliyyatlarını məhz M.Məmmədovun göstərişi ilə həyata keçirib və istintaq hazırda yenidən üzə çıxmış halları yoxlayır.
Bu barədə Oxu.Az-a E.Zeynalovun vəkili Akif Məlikov məlumat verib.
Müdafiə tərəfinin sözlərinə görə, E.Zeynalov daha əvvəl öz ifadələrində bankın Müşahidə Şurasının sədrinin adını heç vaxt hallandırmayıb. Müttəhim son ifadəsində isə qeyd edib ki, M.Məmmədovun göstərişi ilə pulları bankın əlavə filialların yaradılmasına (üç filial olub, 20-si yaradılıb) və təşkilatın işlərini sahmana salmaqla bağlı digər ehtiyaclara xərcləyib.
Saxlanılan iddia edir ki, M.Məmmədovun xəbəri olmadan heç bir əməliyyat keçirilməyib. İstintaqa M.Məmmədovun fəaliyyətini və müttəhimin ifadələrinin həqiqiliyini yoxlamaq üçün vaxt lazımdır.
Məlumdur ki, E.Zeynalovun həbs müddəti daha üç il müddətinə uzadılıb. İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. E.Zeynalov Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə (külli miqdarda dələduzluq) iri məbləğdə pulun mənimsənilməsində ittiham olunur.
Vəkil qeyd edib ki, hazırda işdə üç epizod var, E.Zeynalov guya həmin epizodlar üzrə üç fiziki şəxsin vəsaitlərini mənimsəyib. Lakin istintaqın işə daha 19 epizod əlavə edəcəyi ilə bağlı təhlükə var. Bu iş barədə artıq çoxdandır danışılır.
Ötən ilin iyununda yerli mətbuat yazırdı ki, bankir 100 milyon manat oğurlayaraq ölkədən qaçıb və bir neçə gündən sonra saxlanılıb. İlkin məlumata görə, E.Zeynalov bankın hesaba almadığı pulların dövriyyəsi ilə maliyyə fırıldaqlığına yol verib və pulları ofşor hesabları vasitəsilə ölkədən çıxarıb.
Lakin E.Zeynalovun atası – bankir Zakir Zeynalov Oxu.Az-a bəyan edib ki, onun oğlundan “günah keçisi” düzəltmək və törətmədiyi cinayətlərdə ittiham etmək istəyirlər. Saxlanılanın doğmaları iddia edirlər ki, bu ittihamın arxasında "Günay Bank" ASC-nin Müşahidə Şurasının sədri M.Məmmədov dayanır.
Müttəhimin atası deyir ki, o, 2017-ci ildə gənc və çox şey vəd edən mütəxəssis E.Zeynalovu bu banka gətirib:
"E.Zeynalov həmin vaxt "Kapital Bank"ın xəzinədarlığının direktoru işləyib, lakin M.Məmmədov onu "Günay Bank" ASC-nin Xəzinədarlıq və müxbir əlaqələri departamentinin direktoru vəzifəsinə çəkib və bir neçə aydan sonra onu İdarə Heyəti sədrinin müavini edib.
2018-ci il iyunun 20-da E.Zeynalovu zorla M.Məmmədovun maşınına oturdublar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Oğlum bütün qanunsuz hərəkətlərə baxmayaraq, istintaq təcridxanasında qalmağa davam edir, ona qarşı uydurulmuş ittiham irəli sürüblər, ittiham onun "Günay Bank"da uzun müddət davam etməyən işi ilə uyğun gəlmir. Oğlumdan “günah keçisi” düzəltmək istəyirlər”.
Qeyd edək ki, E.Zeynalovun atası Azərbaycan Dövlət İqtisadiyyat Universitetində dərs deyir. Oxu.Az bu işin təhqiqatının gedişatını izləyir. Güman etməyə əsas var ki, M.Məmmədovun adı ilə bağlı yeni maraqlı detallar ortaya çıxacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni general yenə Hindistandadır
Bu gün, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Bu gün, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
|