Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                 

Bakı Apellyasiya Məhkəməsinin sədri ittiham hədəfidir... - Amma susur...
Tarix: 2-08-2019, 12:41 | Çap et
Bakı Apellyasiya Məhkəməsinin sədri ittiham hədəfidir...
Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_viii_hiss)

Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair şikayətlərə baxılması normativ hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq və ya şərh edilməsi ilə bağlıdır. Konstitusiya məhkəmə icraatı zamanı nəinki Konstitusiyanın aliliyinin təmin edilməsi, həm də hüquq və azadlıqların məhdudlaşdırılmasının mövcudluğu, eləcə də belə məhdudiyyətlərin mümkün hədləri ilə əlaqədar məsələlər həll olunur.Şikayətlərə baxarkən Konstitusiya Məhkəməsi: mübahisələndirilən məhkəmə aktının əsasını səhv təşkil edib-etməməsi; məhkəmə tərəfindən özbaşına hərəkətlərə yol verilib-verilməməsi; məhkəmənin hüquq mülahizəsinin Konstitusiya və ya qanunun, habelə hüquq analogiyasının sərhədlərini keçib- keçməməsi və s. suallar ətrafında araşdırma aparır. Bu və digər suallara cavab verərkən, məhkəmə aktlarının kobud qanun pozuntuları ilə müşahidə olunması və nəticə etibarı ilə Konstitusiyaya və ya qanunlara uyğun olmaması müəyyən edilərsə, Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarını müdafiə edir, onların pozulmasına son qoyur və Konstitusiya baxımından əsası olmayan məhdudiyyətlərin qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu mübahisələndirilən aktın Konstitusiyaya və ya qanunlara uyğunluğuna, insan hüquq və azadlıqlarının pozulub-pozulmadığına dair qərar qəbul edir və bu zaman işin faktiki hallarının yoxlanılmasına yol vermir. Lakin bununla yanaşı, Konstitusiya Məhkəməsinin qərarında ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən işin müəyyənləşdirilmiş faktiki hallarına istinad edilməsi faktiki halların yoxlanılması və ya araşdırılması hesab olunmamalıdır. Bu məsələnin xüsusi qeyd olunması ona görə vacibdir ki, hər hansı məhkəmə aktının Konstitusiyaya və ya qanunlara uyğun olub-olmamasına, insan hüquq və azadlıqlarını pozub-pozmamasına dair mübahisənin hüquqi hallarının Konstitusiya Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməsi üçün müvafiq mülki, cinayət və ya digər işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması qaçılmazdır. Sözsüz ki, belə olan halda Konstitusiya Məhkəməsi həmin faktiki halların ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən qanunvericiliyə müvafıq olaraq müəyyən edilib-edilməməsi məsələsinə də diqqət yetirınəlidir. Belə ki, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafıəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə, Konstitusiya Məhkəməsində baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabıx Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir: “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını” yoluna qoymaq məqsədilə həyata keçirlməlidipdir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburivvət qarşısında qatma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.

Konstitusiyanın 130-cu maddəsinin X hissəsi nəzərdə tutur ki, qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsini qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir. Konstitusiya Məhkəməsi tərəfındən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1, 63.4 və 66.2-ci maddələri).

İşin hazırda davam edən fasiləsiz mübahisə barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılaraq şikayətin təmin edlməməsinə dair iş в„–2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnamə ilkin mübahisə predmeti barədə qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş в„–2(004)-145/2015 saylı 15 aprel 2015-ci il tarixli qətnamə kimi maddi və prosessual qanun normalarına, analoji işlərə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun Natavan Əhəd qızı Musayevanın şikayəti üzrə 21 iyun 2010-cu il tarixli Qərarının məcburi göstərişlərinə və hüquqi istiqamətinə analoji işlərə dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2011-ci il tarixli Qərarlarının şərhinin ziddinə Konstitusiya və beynəlxalq hüquq prinsiplərinə saymazlıq, “Məhkəmələr və Hakimlər Haqqında Azərbaycan Respublikası Qanunu”nun, “Korrupsiyaya qarşı Mübarizə Haqqında Azərbaycan Respublikası Qanunun”, Azərbaycan Respublikasında qüvvədə olan hüquqi normativ aktlarının göstərişlərinə zidd və onun pozulması yolu ilə eləcədə saymazlıq ifadəsi altında çıxarıldığından Apellyasiya şikayətini təmin etməməklə Azərbaycan Respublikasının Konstitusiya əsaslarının sarsıdılmasma və Konstitusiya Məhkəməsi Plenumunun məcburi göstərişlərinin yerinə yetirilməməsi halını aşkarlayır, bu isə məhkəmə özbaşınalığı kimi qiymətləndirilməlidir.

Hüquqlarımıza və qanunvericiliyə zidd, Konstitusiya hüquqlarımızın pozulması ilə nəticələnən hərəkətlərə yol verməklə və məhkəmə hakim özbaşınalığının son həddə çatmasını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının işв„–2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnamədən verdiyimiz Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında iş в„–2 (102)-1523/2016 saylı, 26 may 2016-cı il tarixli qərarla ləğv edilərək Bakı Apellyasiya Məhkəməsi instansiyasına 2-ci Apellyasiya baxışına qaytarılmışdır. Bu ərəfədə biz, Azərbaycan Respublikasının Prezidenti olaraq çox hörmətli cənab İlham Heydər oğlu Əliyevə teleqramla müraciət ünvanlayaraq xahiş etdik ki, “Bakı Apellyasiya Məhkəməsində sədr İ.Nağıyevin fəaliyyətinin Konstitusiya və Hüquq prinsiplərinə uyğunlaşdırlması və dövlətçiliyin bərpası istiqamətində tədbirlər görməklə 2(103) 6309/2016 saylı mülki işin yeni ikinci apellyasiya baxışını xüsusi nəzarətə götürəsiniz”.

Bütün bu müracətlərin əksinə olaraq Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İ.Nağıyev Konstitusiya və Dövlətçilik prinsiplərinə zidd olaraq, Ali Məhkəmə Mülki Kollegiyası tərəfindən ləğv edilərək 2-ci dəfə yenidən baxılması üçün göndərilmiş mülki işi əvvəllər işin baxılmasında iştirak etmiş və həmin qətnamə Ali Məhkəmə Mülki Kollegiyası tərəfindən ləğv edilən Bakı Apellyasiya Məhkəməsinin hakimi möhtərəm E.Nəbiyevin icraatına verilmiş, onun sədrliyi ilə baxılaraq (hakimlər, S.Hacıyev və R.Qurbanovun iştirakı ilə) Konstitusiya prinsiplərinə zidd yenidən özgə mənzilini ələ keçirmiş, sədr, möhtərəm İ.Nağıyevin diktəsi ilə qanunsuz və əsassız 2(103) 6309/2016 saylı 25 iyul 2016-cı il tarixli saxta qətnamənin çıxarılmasını özbaşınalıqla həyat keçirmişlər.

Xüsusilə onu qeyd edək ki, 2-dəfə verdiyimiz Kassasiya şikayəti əsasında ləğv olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş в„–2(103) 6309/2016 saylı 25 iyul 2016-cı il tarixli qətnaməsi və ilkin qətnamənin qanunsuz və əsassızlığını aşkar edən hal odur ki, “Memar-3” MTK-nın sədri Rəhimova Aidə Məmmədsadiq qızı “Memar-3” MTK-nın ümumi yığıncağını keçirməmiş və ona dair rəsmi protokol olmadan 3 ədəd saxta protokol və çıxarışlar tərtib etməklə sübutu saxtalaşdırmış və beləliklədə bütün məhkəmə orqanlarını öz təsiri altına salmaqla qanunsuz və əsassız qətnamələrin əldə olunmasına nail olmuşdur.

İkinci bir tərəfdən isə “Memar-3” MTK-da həyat yoldaşımın üzvlükdən xaric edilməsi 37 saylı mənzilin hərracda satılması və müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğlunun miras əmlakda payın bölünüb ona verilməsinı dair iddia tələblərinin ləğv edilərək rədd olunmasına dair qanuni qüvvəyə minmiş Bakı Apellyasiya məhkəməsi Mülki Kollegiyasının qətnaməsi və Ali Məhkəmə Mülki Kollegiyasının onun dəyişdirilmədən qüvvədə saxlanmasına dair qərarı mövcud olduğu halda yeni apellyasiya baxışı zamanı gəlinən nəticə və hüquqi qiymətləndirmə yolverilməz hərəkət yaradır.

Azərbaycan Respublikasının Ali Məkəməsi Mülki Kollegiyasına aşağıdakıları məlum edərək göstərərək bildirdim ki,: “Mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin iş в„–2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamədən 3-cü Apellyasiya şikayəti baxışı üzrə “qarşılıqlı iddiaçıların iddia tələblərinin həcminin artırılması barədə adlandırdıqları ərizənin qəbulundan imtina edilsin” kimi çıxarılan qanunsuz və əsassız Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş в„–2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərardaddan verilmiş Kassasiya şikayətinin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş в„–2(103)-5791/2017 saylı, 13 dekabr 2017-ci il tarixli Qərardad çıxararaq onu rəsmi poçt vasitəi ilə bizim ünvana göndərmiş 25.12.2017-ci il tarixdə tərəfimizdən alınmışdır.

O zaman həmin qərardaddan Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına Kassasiya şikayətini təqdim edərək onun ləğvini irəli sürdüm.

Kassasiya şikayəti olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş в„–2(103)-5791/2017 saylı, 13 dekabr 2017-ci il tarixli Qərardadı maddi və prosessual qanunvericiliyin kobud şəkildə pozulması, Azərbaycan Respublikası Konstitusiyası, Beynəlxalq Hüquq və Konvensiya normaları ilə qorunan insan hüquq və azadlıqlarına saymazlıq, məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanunun tələblərinə açıq-aşkar hörmətsizlik, qulluq mövqeyindən sui-istifadə və hakim özbaşınalığı və sifarişli Qətnamə və Qərardadlar çıxarmaq pərdəsi altında icra edilərək biz fiziki şəxlərin əmlakının məqsədli və planlı şəkildə Bakı Apellyasiya Məhkəməsinin sədri çox hörmətli cənab İ.Nağıyevin rəhbərliyi və təşkilatçılğı altında qanunsuz və əsassız olaraq çıxarılmışdır.

Belə ki, biz Kassasiya şikayəti verdiyimiz Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş в„–2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərardaddan10.10.2017, 30.10.2017, 21.11.2017, 22.11.2017 ərizə və teleqramlar verdikdən sonra və həmin ərizələri qəbul şöbəsində qeydiyyata aldıraraq versək də həmin qərardadın rəsmi qaydada verilməsi gecikdirildiyindən 06.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova Şikayət ərizəsi iləmüraciət etmiş, bunda sonra Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Ələkbər Həsənovun imzalamış olduğu 6ÜŞ-1521/17 28 noyabr 2017-ci il tarixli imzalamış olduğu məktubla Qərardad bizə göndərilmiş 04.12.2017-ci il tarixdə onu rəsmi qaydada alaraq 12.12.2017-ci il tarixdə Bakı ApellyasiyaMəhkəməsinin qəbul şöbəsində qeydiyyatdan keçirməklə Kassasiya şikayətini təqdim etmişik.

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni general yenə Hindistandadır
Bu gün, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Bu gün, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru