Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

RUSİYA AZƏRBAYCANDAN NƏ İSTƏYİR?
Tarix: 27-05-2013, 09:07 | Çap et
RUSİYA AZƏRBAYCANDAN NƏ İSTƏYİR?
Rusiya-Azərbaycan münasibətlərində yaranan soyuqluq ölkəmizə qarşı yeni təhdidlərə səbəb olub. Hətta son dövrlər Rusiyadakı müəyyən dairələr Azərbaycanda separatizm meyllərinin gücləndirilməsi üçün müəyyən işlər görür, ölkəmizi təzyiq və təhdid altında saxlamağa çalışırlar. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik РЊazirliyinin sabiq polkovniki İlham İsmayıl "Reytinq"ə müsahibəsində Azərbaycana təzyiqlərin olduğunu təsdiqləyib:

- Azərbaycanda separatizm meyllərinin güclənməsi hər zaman daxildən yox, xaricdən körüklənmə nəticəsində yaranıb. Bu təhdid Azərbaycana qarşı ya şimal, ya da cənub qonşularımızdan gəlib. Son dövrlər Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi fonunda bu istiqamətdə müəyyən addımlar atılmaqdadır.

Yadınızdadırsa, "Sadval" hərəkatı sanki fəaliyyətini tamamilə dayandırmışdı, 94-95-ci illərdən sonra bu təşkilatın aktivliyi xeyli aşağı düşmüşdü. 2012-ci il 21 sentyabrda Mahaçqalada bu təşkilatın fəaliyyəti yenidən bərpa olundu. Əslində, buna hər hansı zərurət yox idi. Elə bilməyin ki, bu təşkilatın fəaliyyətini yenidən bərpa edənlər "sadval"çılar idi. Məhz, Rusiyanın müəyyən dairələri tərəfindən bu təşkilat yenidən dirçəldi. Dağıstan ləzgisi РЊazim Hacıyev adlı şəxs yenidən o təşkilatın rəhbəri seçildi. İndi də onlar təkcə Rusiyada deyil, Azərbaycanda da yaşayan ləzgilərin məsələlərini qoyurlar ki, guya ləzgilər burda böyük bir diskriminasiya ilə üz-üzə qalıblar və muxtariyyət əldə etməlidirlər. Hesab edirəm ki, bu məsələ iki dövlət arasındakı münasibətlərdən daha çox asılıdır, nəinki millətlərarası münasibətdən.

- Təhlükənin səviyyəsi bu meyllərin güclənməsində maraqlı olan qüvvələrin siyasətindən asılıdır. Hər halda, açıq şəkildə göstərirlər ki, Rusiya separatizm meyllərini gücləndirmək yolu ilə Azərbaycanı təhdid və təzyiq altında saxlamağa çalışır. Ancaq bu prosesdə iştirak edən "sadval"çılar bir şeyi unutmasınlar ki, Rusiya onlardan bir alət kimi istifadə edir. Azərbaycanla Rusiyanın münasibətləri normallaşanda əvvəllər olduğu kimi, Rusiya ləzgi fəallarını, "Sadval" aktivlərini Azərbaycana "satacaq".
- "Sadval" təşkilatı Azərbaycanla sərhəd ərazidə mitinq keçirmək istəyir. Bunu da həmin siyasətin davamı kimi qiymətləndirmək olarmı?
- Tamamilə doğrudur. Bu mitinqlər, tədbirlər də həmin siyasətin tərkib hissəsidir. Separat fəaliyyət sadəcə elan olunmaqla bitmir, bunun üçün müəyyən tədbirlər planlaşdırılır.
Bu gün Mahaçqalada terror hadisələri intensivləşib. Bu proseslərin getdiyi dövrdə hansısa təşkilat ortaya çıxıb Azərbaycanda muxtariyyət tələb edəndə Dağıstanda heç kəs bu məsələlərlə maraqlanmır. Bir qrup adam bəzi dairələrin sifarişi ilə ortaya düşüblər və bundan da Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.
- Rusiyada yaşayan ləzgilərin "Sadval" təşkilatı vasitəsi ilə aktivləşdirilərək prosesə cəlb olunacağı bildirilir. Necə düşünürsünüz, Azərbaycan ləzgilərinin həmin prosesə cəlb olunması mümkündürmü?
- Məsələ orasındadır ki, separatizm meyllərinin Azərbaycanda aktiv şəkildə üzə çıxması indiki halda qeyri-mümkündür. Çünki indiki situasiya 90-cı illərin əvvəlləri deyil. Ləzgilərin Azərbaycan türkləri və digər millətlərlə qaynayıb qarışması o dərəcədə baş verib ki, hər hansı bir formada muxtariyyət tələbi ilə çıxış gözlənilmir. Sadəcə olaraq, bunu kənardan qızışdırırlar.
Təsəvvür edin, talış separatçılarının Moskvadakı lideri, yaxşı tanıdığınız Fəxrəddin Abaszoda ləzgilərin "qeydinə" qalır. Bu yaxınlarda Qəbələ RLS-lə bağlı dövlət başçısının çıxışı olmuşdu və bildirmişdi ki, Qəbələ bizim istirahət yerimizdir. Fəxrəddin Abaszoda isə deyir ki, dövlət başçısı nəyə görə demir ki, bura ləzgi torpaqlarıdır və burda ləzgi mədəniyyəti var. Bu sözü ləzginin yox, Fəxrəddin Abaszodanın dili ilə dedirdirlərsə, deməli, bunları bir-biri ilə birləşdirən, koordinasiya edən strukturlar mövcuddur. Yəni, demək istəyirəm ki, yerli adamların hansısa tələblə ortalığa çıxma ehtimalı azdı.
- Cənub bölgəsində də belə proseslər varmı və hansı şəkildə özünü göstərir?
- Bildiyiniz kimi, zaman-zaman cənub bölgəsində istər Rusiya, istər İran tərəfindən talış separatçıları xüsusi dəstək görürlər. Təsəvvür edin, 2011-ci ildə Minskdə "Talış Milli Akademiyası" yaranıb və dəstəyi də ermənilər verir. Özlərinin nəşriyyatı, xəbər saytı və həftəlik qəzeti var. Astaradan Rusiyaya gedib alver edən adi talış işini-gücünü buraxıb qəzet buraxacaq, yoxsa evinə pul göndərəcək? Bunları maliyyəşəndirən konkret qurumlar var ki, bununla da Azərbaycana təzyiq etmək məqsədi güdürlər.
Azərbaycanda "titul etnos"la yanaşı, hər bir millət üçün öz dilini, mədəniyyətini inkişaf etdirmək məqsədilə normal şərait yaradılıb. Amma Minskdə belə bir fəaliyyətin olmasının arxasında başqa məqsədlər dayanır. Ümumiyyətlə, bu istiqamətdə xeyli iş görür, qızışdırıcı müsahibələr verir, çağırışlar edirlər. Təsəvvür edin ki, Azərbaycan Konstitusiyasına belə "ilişirlər". Bildirirlər ki, Konstitusiyasının 7-ci maddəsində yazılır ki, Azərbaycan unitar dövlətdir, amma orda РЊaxçıvan Muxtar Respublikası var. Yəni, bu kimi çıxışlar edərək bildirirlər ki, Azərbaycanda talış, avar, ləzgi muxtar qurumları yaradılmalıdır. Bütün bunların hamısı reallıqdan uzaqdır, amma sadəcə olaraq, bununla Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər.
- Hazırda Azərbaycan tərəfi Rusiyanın bəzi istəklərinə "yox" deməyi bacarır. Azərbaycan hazırkı mövqeyində qalsa, Rusiya bu sahədə nə qədər irəli gedə bilər?
- Mənə elə gəlir ki, Azərbaycan onsuz da ehtiyatlı mövqedə dayanır. Yəni, Azərbaycan Rusiya ilə birbaşa kəllə-kəlləyə gəlmir. Adi "Eurovision" məsələsində Azərbaycan tərəfi nə qədər həyəcan keçirdi. Ona görə də Azərbaycanın Rusiyanın maraqlarına uyğun olmayan hər hansı kəskin addımlar atması gözlənilmir. Bu səbəbdən də Azərbaycanın sabah tam anti-Rusiya mövqeyində olacağı mümkün deyil. Əgər anti-Rusiya mövqeyi seçilsə, Azərbaycan hakimiyyətinin başı ağrıyacaq. O zaman Rusiya burada başqa qüvvə axtaracaq ki, onu hakimiyyətə gətirsin. Hazırda isə Rusiyanın bu hakimiyyəti dəyişmək fikri yoxdur.
- Bir müddət öncə Putin bəyan elədi ki, hansı ölkədə bizim soydaşlarımızın hüquqları pozularsa, ora müdaxilə edə bilərik. Onun ardınca informasiyalar verildi ki, İsmayıllı rayonunun İvanovka kəndindəki ruslar narazıdır. Bax, bu müstəvidə Rusiyanın Azərbaycana hər hansı müdaxiləsi mümkündürmü?
- Azərbaycanda tolerantlıq sözün həqiqi mənasında yüksək səviyyədədir. İstər ruslara, istər yəhudilərə, istərsə də başqa millətlərə yüksək münasibət nümayiş etdirilir. Hətta münasibətlər o səviyyədədir ki, rus millətindən olan deputat da var. Hökumətin siyasətinin nəticəsində həmin şəxs deputat olub. Yəni, bu cür məsələlərdə maraqlar hökumət səviyyəsində gözlənilir. Bundan əlavə, onlar dini fəaliyyətlərini normal şəkildə davam etdirirlər.
İvanovkada bir məmur yerli sakinin marağına toxunursa, bu o demək deyil ki, bunu Azərbaycan dövləti edir. O məmuru cəzalandırmaq lazımdır, vəssəlam. Əslində, hansısa dövlətin öz soydaşını bu səviyyədə müdafiəsi çox yaxşı haldır.
İranda o qədər soydaşımız var. Bu günə kimi dövlət səviyyəsində bir dəfə də olsun, ordakı soydaşlarımızın hüquqlarının müdafiə olunacağı barədə bəyanat verilməyib.
- İlham bəy, Rusiyadan olduğu kimi, cənub qonşumuz İrandan da ölkəmizə qarşı müəyyən təhdidlər var. İran tərəfinin Azərbaycanda separatizm meyllərini gücləndirməklə bağlı fəaliyyəti barədə nə deyə bilərsiz?
- Rusiya səviyyəsində olmasa da, İranın da bu istiqamətdə fəaliyyəti var. Onu da deyim ki, onlar bu işdə ermənilərlə birgə fəaliyyət göstərirlər. Qarabağda "Talışın səsi" radiosunun açılması İranla ermənilərin müştərək fəaliyyətinin nəticəsidir. Təbii ki, şimal qonşumuzun bu işdə az da olsa, rolu var. Artıq orda Quranın surələrini talış dilində oxuyurlar və bunu talışlar üçün hədiyyə kimi dəyərləndirirlər. "Azad vətən" talış himnini, "Talış marşı"nı səsləndirirlər. Yotubedə də bununla bağlı materiallar var. Bütün bunlar İran və Ermənistan tərəfdən yönəldilən məsələlərdir. Bu, sadə məsələ deyil. Bu istiqamətdə kifayət qədər geniş fəaliyyət göstərirlər. Özü də bu fəaliyyətə kifayət qədər maliyyə ayrılır.
- Bəs o vəsaiti kim ayırır?
- İran da, Rusiya da bu məsələrdə maraqlı olduqları üçün, lazımı vəsaiti ayırmaqdan çəkinmirlər. Təsəvvür edin, Fəxrəddin Abaszoda kimisi deyir ki, Qarabağ müharibəsi lazım deyildi, öz mübarizəsini aparan xalqlara pul ayırmaq lazım idi. Deyir "Siz pul ayırın, 10 ildən sonra Azərbaycan olmayacaq". Maliyyə ayrılmasa, bunlar bir addım da ata bilməzlər.
- Belə bir situasiyada Azərbaycan tərəfi nə etməlidir?
- Azərbaycan dövləti bütün bu məsələlərə diqqət ayırmalıdır. Bu istiqamətdə olan fəaliyyətlər nəzarətdə olmalıdır. Bunların qarşısı həm maarifləndirmə yolu ilə alınmalıdır, həm də yeri gələndə, qanunun və hüququn tələbləri ilə. Ən yaxşı variant odur ki, məhz həmin millətin nümayəndələri tərəfindən profilaktik maarifləndirmə tədbirləri həyata keçirilsin, məqalələr yazılsın, televiziya çıxışları olsun. Amma, mən belə bir işi görməmişəm. Bu gün siyasi baxışlarına görə hakimiyyətə uyğun olmayan bir adamın şəxsi həyatının az qala intim tərəflərini də açıb göstərirlər. РЊəyə görə indiyə qədər separatçıların liderləri haqqında kopromaterial toplayıb vermirlər? Yəni, Azərbaycan bu cür təhdidlərə sinə gərmək üçün əks-fəaliyyət göstərməlidir.
- Ümumiyyətlə, həm İran, həm də Rusiya tərəfdən gələn təhlükəni zərərsizləşdirmək üçün Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini qənaətbəxş saymaq olarmı?
- Bu istiqamətdə xüsusi xidmət orqanlarının fəaliyyəti var. Ancaq bu fəaliyyətin hansı səviyyədə olduğunu deyə bilmərəm. Bu cür fəaliyyətlər sona qədər izlənilirmi, hansı tədbirlər görülür, bu barədə bir söz deməyə çətinlik çəkirəm. Hansısa bir qəzetdə yazı yazanı həbs etməklə məsələ həll olunmur. Əsas odur ki, bütün proses nəzarətdə saxlanılsın. İstər Azərbaycan daxilində, istərsə də Azərbaycandan kənarda.
- Bu günlərdə azərbaycanlı alim İranda saxlanılmışdı. Sonradan məlum oldu ki, Azərbaycan tərəfi də bir iranlını saxlayıb, amma bu barədə ictimaiyyətə məlumat verilməyib. Bu cür halların gizli saxlanması normaldır, yoxsa...
- Elə məsələlər var ki, qarşılıqlı razılaşma ilə hadisə ictimailəşmir. Əgər iki dövlət arasındakı münasibətlər gərgindirsə, ən kiçik hadisə belə ictimailəşir.
Yadınızdadırsa, ötən ilin sonu, bu ilin əvvəlində Azərbaycanla İran arasında kifayət qədər gərgin münasibətlər var idi. İranla əlaqələrə görə 20 nəfər birdən tutulurdu. Həmin ərəfədə başqa bir İran vətəndaşı tutulub, amma bizim xəbərimiz olmayıb. İndi onu bizim tutulan vətəndaşımızla dəyişmək istəyirlər.
Ancaq onu da nəzərə çatdırım ki, adətən casuslar biri-biri ilə dəyişdirilir. Başqa kriminal hadisə törədənləri bir-biri ilə dəyişmirlər. Burda şübhəli məqamlar var. Bu həbsin ictimailəşməməsi gərginliyi artırmamağa hesablanmış ola bilər. Başqa hansı səbəblər var, o barədə nəsə demək çətindi.
- İlham bəy, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bu ərəfədə hər hansı gənginlik, terror hadisəsinin törədilmə ehtimalı varmı?
- Münasibətlər gərginləşəndə, istər seçki ili olsun, istər olmasın, hər hansı təzyiqin olması mümkündür. Bu gərginlik seçki ilinə təsadüf edəndə təzyiqlər daha da arta bilər. Azərbaycanda terror hadisəsi törətməklə nəyəsə nail olmaq istəyi real sayılmır, çünki bu, sonuc verən bir şey deyil. Təbii ki, heç kəs terrordan sığortalanmayıb. Azərbaycanda xüsusi gərginlik yaratmaq istəsələr, gərək ard-arda siyasi qətllər baş versin. Hər halda bu, Azərbaycanda heç bir siyasi qüvvənin maraqlarına uyğun deyil və inandırıcı da görsənmir ki, kənar qüvvələr də bu metodu seçsinlər
- Belə fikirlər də səslənir ki, hakimiyyət islahatlara getməsə, ölkə qanlı inqilaba, qarşıdurmaya doğru sürüklənə bilər. Bu barədə nə deyə bilərsiz?
- Azərbaycanda siyasi qüvvələr arasında kəskin, antoqanist münasibət yoxdur. РЊifrət var, amma seçki ərəfəsi, yaxud seçkidən sonra qarışıqlığın yaranması gözlənilmir. Yəni, qüvvələr nisbəti də o səviyyədə deyil ki, sabah o gərginlik baş versin. İnsident səviyyəsində hər hansı hadisə ola bilər. Amma, bizdən asılı olmayaraq, regionda situasiya elə dəyişə bilər ki, Azərbaycanda siyasi mühitə o dəqiqə təsir edər və gündəm tamamilə dəyişər. Ölkədən kənarda baş verən hadisələr istər-istəməz Azərbaycana da təsir edər. İranla, Gürcüstanla, Suriya ilə bağlı hadisələr elə məcraya yönələ bilər ki, burda da vəziyyət gərginləşər. Əgər bu gərginlikdən dövlət olaraq, normal şəkildə çıxa biləcəyiksə, çox yaxşı, əks təqdirdə itkimiz böyük olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru