Xəzərin icra başçısı öz adamı ilə baş edə bilmir? - Türkanda xırda məmurun böyük "işləri"...
Tarix: 1-07-2015, 10:10 | Çap et
 Hələ bir neçə il bundan öncə mövzuya dair dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi, məmur özbaşınalıqlarının acı fəsadlarını hər gün müşahidə etmək məcburiyyətində olan Türkan qəsəbə sakinləri, bu günün özündə də yaranmış vəziyyətdən hansısa bir çıxış yolunun axtarışındadırlar. Qəsəbə sakinlərini problemli vəziyyətə salan məmur isə əlbəttə ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevdir. Bu xüsusda redaksiyamıza hələ bir müddət əvvəl daxil olan şikayət məktublarında bildirilirdi ki, qəsəbədə torpaq sahələri sakinlərin xəbəri olmadan satışa çıxarılır, kənar şəxslərə satılır və ərazilər zəbt edilir. Qəsəbənin dəniz hissəsində 100 hektarlarla ərazi ayrı-ayrı şəxslərə satılsa da, bu ərazidə qəsəbə sakinlərinə pay torpaqların verilməsi qadağan edilib. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə isə, hər vəchlə mane olurlar. Bu torpaqların daha rahat satışa çıxarılması üçün isə, R.Babayev hektarlarla əraziləri əvvəlcədən öz qohumlarının və yaxın adamlarının adına sənədləşdirir. Bütün bunların müqabilində isə qəsəbənin heç bir probleminin həllinə maraq göstərilmir.Qeyd olunduğu kimi son 4-5 il ərzində Rahil Babayev bir neçə dəfə növbəli olaraq Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, R.Babayevin yüksək çinli məmurlardan birinin himayəsində olması səbəbindən, onun qəsəbədə iki vəzifə arasında yerdəyişmələri heç kəsi təəccübləndirmir. Digər tərəfdən isə Rahil Babayevi tutduğu vəzifələrdən uzaqlaşdırsalar da, yerinə təyinat zamanı mütləq şəkildə onun rəyi nəzərə alınır. Həmçinin Qəsəbədə böyük səlahiyyətlərə sahib olan Hacı Rahilin razılığı olmadan Türkanda bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Eyni zamanda da qəsəbədə fəaliyyət göstərən əksər daş karxanalarına nəzarəti məhz R.Babayev həyata keçirir. Digər tərəfdən isə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Türkan qəsəbəsinə sanki Bakı ətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş dövlət proqramı şamil olunmur. Məlumatlarda vurğulanır ki, icra nümayəndəsi Hacı Rahil Babayevin törətdiyi qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət içərisində yaşamalarına səbəb olur. Bir neçə müddət bundan əvvəl isə, redaksiyamıza təqdim olunan açıqlamalarda Rahil Babayevin saxladığı qoçu dəstəsi ilə birgə qəsəbə sakinlərini neçə təzyiqlərə məruz qoymasından bəhs olunmuşdu. Belə ki, qəsəbə sakinlərinin 20 ildən artıq müddət ərzində istifadə etdikləri torpaq sahələrinə göz dikmiş icra nümayəndəsi, həmin vətəndaşları öz torpaqlarından əl çəkməyə məcbur etmək üçün hətta xüsusi “cəza dəstəsi”nin xidmətlərindən belə yararlanmağa cəhd göstərmişdi. Bu məqsədlə Rahil Babayevin başına topladığı 60-70 nəfərlik dəstənin nə kimi əməllər törətməyə qadir olmaları isə, növbəti açıqlamalardan da aydın olur: “Bu adamlar kimdir - bilmirik. Nə bələdiyyədə, nə də icra nümayəndəliyində bu qədər işçi yoxdur. Rahil Babayev bu adamları yığıb gətirmişdi. Bilirdi ki, sakinlər söküntüyə etiraz edəcək. Kim ki, etiraz edirdi, 3-4 nəfər üstünə gedirdi. Deyirdilər “yaxşı edirik”. Heç biri nə bələdiyyənin, nə də icra hakimiyyətinin işçisi deyil...” Göründüyü kimi, Rahil Babayevin Türkanda törətdiyi əməlləri nə ifşa etmək, nə də bu əməllərə görə onu məsuliyyətə cəlb olunması üçün səy göstərmək elə də təhlükəsiz iş deyil. Amma, bu “təhlükə” qarşısında Xəzər rayonunun hüquq-mühafizə orqanlarının da geri çəkilmələri qətiyyən anlaşılan deyil...
Mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
|