“Vosmoy bazarı”nda mənşəyi məlum olmayan ət müəmması - Təhlükədəyik...
Tarix: 16-05-2015, 09:50 | Çap et
 Paytaxtın “8-ci kilometr bazarı”nda mənşəyi məlum olmayan ət aşkarlanıb. Bu barədə məlumatı bazarın yaxınlığındakı ticarət mərkəzlərindən birində işləyən vətəndaş verib.
Onun sözlərinə görə, bir neçə gün öncə bazarda mənşəyi məlum olmayan ət yük arabasına qoyularaq, alqı-satqı mərkəzinin ət satışı hissəsinə gətirilib. Sayta təqdim edilən fotolardan da göründüyü kimi, bu ətin hansı heyvana məxsus olması məlum deyil. Hadisənin şahidi olmuş vətəndaş bildirib ki, ət araba vasitəsilə daşınarkən onun parçaları böyük olduğundan bir neçəsi yerə düşüb. Lakin satıcılar heç nə olmamış kimi onları yerdən götürərək yollarına davam ediblər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib ki, həmin faktla bağlı “8-ci kilometr” bazarında araşdırma aparılıb. “Araşdırma zamanı bəlli olub ki, bazara Dərnəgül, Təzə bazar və digər heyvan kəsim və topdansatış məntəqələrindən gətirilən heyvan cəmdəkləri 4 hissəyə bölünərək şaqqalanmış formada daxil olur. Ətlər bazara xüsusi avtonəqliyyatla gətirilir. Lakin bazarın ət satışı yerinə avtonəqliyyat daxil ola bilmədiyindən cəmdəklərin daşınması xüsusi ayrılmış arabalar vasitəsi ilə icra edilir. Arabalara yüklənən cəmdəklər qaydalara uğun xüsusi örtüklərə bükülür və sonra daşınır. Həmin arabalarla digər məhsulların daşınmasına yol verilmir və buna bazar rəhbərliyi tərəfindən xüsusi nəzarət edilir”. O qeyd edib ki, şəkildə göstərilən formada ətin daşınması baytarlıq-sanitariya qaydalarına ziddir və bu yolverilməzdir: “Araşdırma zamanı göndərilən şəkillərin burada çəkilməsi şübhə doğurdu. Çünki şəkildə üst-üstə yığılaraq daşınan heyvanın bel sütunudur. Bazara gətirilən iribuynuzlu heyvan cəmdəkləri 4 hissəyə bölünür, xırdabuynuzlu heyvan cəmdəkləri isə bütöv formada daşınır və baytarlıq-sanitariya ekspertiza laboratoriyasının müayinəsindən keçdikdən sonra onun satışına icazə verilir. Bütün bunlara baxmayaraq, bazarda baytarlıq-sanitariya normalarına əməl edilməsi, nəzarətin ciddi formada həyata keçirilməsi bazar rəhbərliyinin və orada fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin diqqətinə bir daha çatdırıldı”. Bu arada dünən məlum olub ki, qanunsuz fəaliyyət göstərən ət satış məntəqələrinin sahiblərinə xəbərdarlıq olunub. I Avropa Oyunları ərəfəsində paytaxt, eləcə də paytaxtdan kənardakı bütün ət satış məntəqələrində sanitar - gigiyenik qaydalar yoxlanılacaq. Yol kənarlarında açıq şəkildə ət satışı həyata keçirən, eləcə də qanunsuz fəaliyyət göstərən ət satış məntəqələrinin sahibkarları cərimələnəcək. Respublika gigiyena və epidimiologiya mərkəzinin qidalanma söbəsinin müdiri İmran Abdullayev deyir ki, ət satışı ilə məşğul olanların əksəriyyəti cərimə olunub. Çünki, onlar heyvan kəsimindən sonra heyvanın qalıqlarını natəmiz yerlərə atırlar. Bu isə gigiyenik qaydalara zidd hərəkətlərdir. Onu da deyək ki, Azərbaycanda zaman-zaman “ət mafiyası”nın bu cür və digər əməlləri ilə bağlı faktlar ortaya çıxır. Həm vətəndaşların sağlamlığını təhdid edərək genefondumuza ciddi təhlükə yaradan, həm də qeyri-qanuni kifayət qədər iri vəsaitlər qazanan “ət mafiyası”nın bir çox hallarda müəyyən məmurlar tərəfindən himayə edildiyi şübhə doğurmur. Əks halda aidiyyatı qurumlar onlara qarşı daha sərt, güzəştsiz tədbirlər görər, haqqında danışılan qanunsuz və təhlükəli əməllərin kökü birdəfəlik kəsilərdi. O da bəllidir ki, Bakıdakı ət kəsimi məntəqələrinin bir çoxu bəzi məmurların ciddi gəlir qaynaqlarından birini təşkil edir və onlar vəziyyətin müsbətə doğru dəyişməsində - “ət biznesi”nin qanunlara və sanitar-gigiyenik tələblərə uyğun həyata keçirilməsində maraqlı deyillər. Bununla belə, artıq yaranmış situasiyaya əlaqədar qurumların əl atmasının vaxtı nəinki yetişib, hətta onlar bu məsələdə gecikirlər. Hansısa məmurun çirkli yollarla iri pullar qazanması vətəndaşların sağlamlığından, genefondumuzun qorunmasından daha önəmli olmamalı, xoşagəlməz vəziyyəti dəyişdirmək üçün hansı məmurların payı olmasından asılı olmayaraq, ət biznesi ciddi, obyektiv, güzşətsiz və qanunun tələblərinə uyğun şəkildə nəzarətə götürülməlidir. Əks halda yaranmış acınacaqlı durumdan qazanan məmurlar, itirən isə xalq olacaqdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
|