Azərbaycanda səhiyyə sistemi ÖLÜB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                 

Əgər Əbülfəz Elçibəyin Ramil Usubov, Kəmaləddin Heydərov kimi nazirləri, Ramiz Mehdiyev kimi aparat rəhbəri olsaydı - İqtidarın içində…
Tarix: 13-09-2014, 13:40 | Çap et
Əgər Əbülfəz Elçibəyin Ramil Usubov, Kəmaləddin Heydərov kimi nazirləri, Ramiz Mehdiyev kimi aparat rəhbəri olsaydı
DİA.AZ: - Bu gün hakimiyyətə qarşı cəbhələşən qüvvələrin arqument yetərsizliyindən əziyyət çəkdikləri bir faktdır. Hər halda, kifayət qədər oyanıq olan Azərbaycan cəmiyyəti üçün ciddi sübutlar kifayət qədər əhəmiyyətlidir. Amma buna rəğmən rəsmi Bakının opponentləri hətta bu halda belə NƏYƏSƏ nail ola bilmirlər.

Nə baş verir: Hakimiyyəti devirmək nədən çətinləşib?

Əslində müxalifət qüvvələri ən çətin dövrlərini ona görə yaşamırlar ki, təzyiq altındadırlar. Ona görə yaşayırlar ki, ortaya ciddi əks-arqument qoya bilmirlər. İlham Əliyev hakimiyyətinin nədən pis olduğunu sübut etməyə çalışarkən belə səsləndirdikləri fikirlər, təqdim etməyə çalışdıqları faktlar daha çox bir siyasi cameəni narahat edən məsələ əhəmiyyətindən uzağa getmir. Yəni Azərbaycan cəmiyyəti üçün hansısa müxalifət təşkilatı üvzünün hansısa siyasi hüququnun tapdanması əhəmiyyət kəsb etmir. Cəmiyyət üçün onu narahat edən problemləri həlli vacibdir və bu, belə də olmalıdır.

Bizi nə narahat edir?

Bizi narahat edən məsələlərdən ən ümdəsi Qarabağ problemidir. Bu problemin həllində Azərbaycan hakimiyyətinin mövqeyi bəllidir. Yəni illərdir ki, danışıqlar gedir, amma buna paralel olaraq rəsmi Bakı Azərbaycan dövlətinin hərbi qüvdəritinin artırılmasında da çox ciddi addımlar atıb. Bunu da kimsə inkar edə bilməz. Əgər bu gün düşmən Ermənistan Azərbaycan dövlətinin həddindən artıq silahlanmasını bəhanə edərək dünya güclərindən kömək diləyirsə, deməli, rəsmi Bakı Qarabağ probleminə münasibətdə yalnış buraxmayıb.

Və burada ən əsas olanı budur ki, Azərbaycan müxalifəti Qarabağ probleminin həlli ilə bağlı ortaya fərqli heç nə qoya bilmir. Əksinə, hakimiyyətə opponentlik edən qüvvələr bəzi hallarda Azərbaycan xalqının maraqları ilə ziddiyyət təşkil edən fikirlərilə də diqqətə gəlirlər. Məsələn, dəfələrlə olub ki, məhz Avropa və ABŞ-a xoş görünə bilmələri üçün hakimiyyətin ayrı-ayrı nümayəndələrinin müharibə çağırışlarını belə qılınclayıblar. Dəyələrlə olub ki, Azərbaycan müxalifətinin tanınmış simaları əslində Qarabağda həqiqi sülhə mane olan Qərbin В«xalq diplomatiyasıВ» oyununun xırda fiqurlarına çevriliblər.

Bu gün iqtidarın hansı istiqamətdə addımlar atması da çox önəmlidir. Əgər söhbət hansısa QHT rəhbərinin hədəfə alınmasından gedirsə, bu məsələdə də hakimiyyətin milli mövqedə dayandığı qabarıq şəkildə hiss olunur. Bunu kimsə dana bilməz. Yəni adamlara qarşı vətənə xəyanət ittihamı irəli sürülürsə, bunun şər-şəbədə olmasının yox, buna zəmin yaradan şəraitin müzakirəsi daha önəmlidir.

Artıq Azərbaycan müxalifəti dünənə qədər adının əvvəlində yaşatdığı В«milliВ» sözündən tam olaraq imtina etmiş vəziyyətdədir. Amma hakimiyyət cinahı adının qarşısına şövqlə В«milliВ» tanıtımını əlavə etmək üzərədir.

Bax, İlham Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunan ən böyük dəyişiklik BUDUR!

İlham Əliyev hakimiyyətinin В«vurduğuВ» cinahları əslində dünənə qədər bütün milli qüvvələr hədəflərində saxlayıb. Kim iddia edə bilər ki, ermənilərlə istənilən bir ortaqlığı bölüşənlər cəmiyyət tərəfindən dəstəklənib? Kim iddia edə bilər ki, xarici donorların maliyyələşdirdiyi layihələrinin əksəriyyətində Azərbaycanda süni olaraq etnik problemin mövcudluğunu qabardaraq pul qazanmağa çalışanlar cəmiyyətin dəstəyini qazanıb? Məgər biz bilmirdikmi ki, filankəslər məhz donor təşkilatları maraqlandırdığına görə, hətta İsmayıllıdakı hapıtlıları belə bir etnik zümrə kimi Amerikanın və ayrı-ayrı kənar güclərin, beynəlxalq təşkilatların hesabatlarına saldırıblar? Bunları bilmirdikmi?

Bilirdik və qınayırdıq. O zaman bununla bağlı ölçünün götürülməsinin nəyi pisdir?

Gələk ən önəmli məqamlardan birinə…

Söhbət İlham Əliyevdən və onun komandasından gedir. Dəfələrlə müxalifətin ən tanınmış simalarının belə qapalı məclislərdə dillərindən bu ifadəni eşitmişik: Əgər Əbülfəz Elçibəyin Ramil Usubov, Kəmaləddin Heydərov kimi nazirləri, Ramiz Mehdiyev kimi aparat rəhbəri, dövlət adamı olsaydı, AXC iqtidarı heç bir vaxt dervilməzdi… Bu ifadələr müxalifət cinahının əksər tanınmışları üçün çox tanışdır.

Yəni əgər bu gün hakimiyyətə opponentlik edən qüvvələr İlham Əliyevin məhz adları çəkilən kadrlarının həsədini aparırlarsa, nədən bu hakimiyyət əslində təkcə siyasi iqtidarın yx, həm də artıq dövlətin sütunlarına çevrilmiş məlum simalardan imtina etməlidir?

Siyasət də futbol kimi bir komanda oyunudur. Siyasət heç bir vaxt güləş kimi fərdi mübarizə meydanı olmayıb. Siyasət güləş deyil. Burada komandaya ehtiyac var və bu bir faktdır ki, hazırki iqtidar düşərgəsində bir komanda oyunu var. Bu В«komandanın MessisiВ» heç bir zaman hansısa totalizator maraqları naminə saxtakarlığa imza atmadığından, illərdir ki, rəqib qapısından cavabsız qollar buraxır.

Belə də davam edəcək. Görünəni budur…

DİA.AZ analitik araşdırma qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda səhiyyə sistemi ÖLÜB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
23-08-2025, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
23-08-2025, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
23-08-2025, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
23-08-2025, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
23-08-2025, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
23-08-2025, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
23-08-2025, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
23-08-2025, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru