Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı .....                     Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam .....                     “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... .....                     Bakıda cütlük nişan günü ayrıldı .....                     İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: .....                     Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib .....                     Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri .....                     Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb .....                     Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır .....                     Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib .....                     Ağ Evdə Ukrayna müzakirələri: .....                     Azərbaycan Fransaya neft satışını bərpa edib .....                     Tramp həmin görüşdə Azərbaycandan danışdı .....                     “İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                     Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır .....                     Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" .....                     ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir .....                     Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb .....                     Yetərsay çatmadı, bir qurumun 2 tenderi .....                     Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır .....                     “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” .....                     Zaman ermənilərin əleyhinə işləyir .....                     Astarada başçıya söykənən ÖZBAŞINALIQ... .....                     Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? .....                     “Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI .....                     "İbrahim sazişləri" ilə nə etməli?.. .....                     Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... .....                     Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                     “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü .....                     “İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” .....                     Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları .....                 

Ucarda dövlətin sosial qayğı siyasəti SIFIR HƏDDİNDƏDİR... - "Çətinliklə dolanırıq..."
Tarix: 29-10-2021, 09:28 | Çap et
Ucarda dövlətin sosial qayğı siyasəti SIFIR HƏDDİNDƏDİR...
“İnsan özünə təsəlli verməsə yaşaya bilmir. Bəzən qəzada kiminsə uşağı ölür, yas yerlərinə gedirəm, eşidirəm deyir: “Heç olmasa meyiti ələ gəldi, filankəs qəzada daha pis duruma düşmüşdü”. Əslində isə ölüm ölümdür, bundan o tərəfi
yoxdur. Təsəllidir də, olmasa, insan ölər. Mən də təsəlli ilə yaşayıram. Deyirəm, camaat küçədə qalır, mənim yenə evim var. Amma əslində ev demək olmaz, xəstəlikdir. Hamımızı xəstə salıb”.

Ucarın Qarabörk kəndinin sakini Aygül Həsənova belə deyir. Həyat yoldaşını 9 il öncə xəstəlikdən itirən Aygül 2 qızını tək böyüdür. Deməsinə görə yarı ac, yarı tox, birtəhər dolanırlar:

“Yoldaşım uzun müddət xəstə yatdı. Vardan-yoxdan çıxdıq, bir ümid qapı-qapı xəstəxanaları gəzdik. Olan-qopanı xərclədik, xilas edə bilmədik, getdi. Yaxşı ki, təzə ailə quranda qohumların verdiyi və alınan qızılların satışından əldə etdiyimiz pulla torpaq almışdıq. Yoldaşım öləndən sonra çətinliklə, təkbaşıma bu evi tikdim. Ev demək olmaz, daxmadır. Kirayələrdən bezmişdim, çarəm yox idi. Mühəndis deyiləm, usta deyiləm, başım çıxmır. Ortaya çıxan budur. Bir-iki il yaxşı oldu, zamanla tək daş hörgünün fəsadları üzə çıxdı. Zirzəmi su ilə doldu, divarlar nəmləndi və ev çürüməyə başladı. Onunla bərabər də biz – mən və qızlarım”.

Aygül Həsənova deyir ki, qızlarında da, özündə də yel xəstəliyi (revmatizma) var. Havalar azca soyuyan kimi dizlərinin, sümüklərinin ağrısından gecələr yata bilmirlər:

“Nə qədər soba yandırsam da, ev qızmır. Bu azmış kimi 2 ildir tavandan su damır. Yağış yağanda vedrə, vanna, qab-qacaq hamısı yerə düzülür. Uşaqlara da deyirəm ki, yatağın üstündən yerə düşməyin. Yatağın üstündə yeyir, orada yatır, dərslərini hazırlayırlar”.

Aygül Həsənovanın konkret işi yoxdur. Ailə ünvanlı sosial yardımla dolanır. Bir də yayda kənddə yaşayanların xalılarını, yorğan-döşəyini yuyur, sırıyır:

“Qışda işləmirəm, iş olmur. Çətinliklə dolanırıq. Vallah, mən sonuncu dəfə nə vaxt təzə paltar geyindiyimi unutmuşam. Özümün aldığım ümumiyyətlə, olmayıb. Toyumda kimlərsə nələrsə almışdılar, vəssəlam. İnsanların verdiklərini geyinirəm. Narazı deyiləm, olsun, ancaq ev dərdinə dözə bilmirəm. Təmir, şərait bərbad olsa, dözmək olar. Rütubət, tavanın deşik olması, zirzəmiyə su toplanması artıq problemdir, bizi xəstə salıb. Heç bilmirəm ki, problemdən çıxış yolu nədir”.

Aygül problemi necə həll edəcəyini bilmədiyi üçün yerli qurumlara, hətta birinci xanım Mehriban Əliyevaya da yazıb, kömək istəyib.

Deyir: “Aşağı faizli kredit versələr də, razıyam. Ancaq 1000 manat götürmək üçün 50 sənəd tələb edilər. Ev tikmək üçün lazım olan pulu yəqin heç verməzlər də”.

Belə olanda da çarə qalır yardım istəməyə:

“Qızlarıma normal həyat bəxş etməyə çalışıram. Bacardığım da budur. Tikdiyim ev suyun içindədir. Üstəlik, aldığım yeməyə, kommunallara güclə çatır. Bir qəpik artıra bilmirəm ki, ev üçün nəsə edim. Heç etməklə də deyil. Bəlkə də
sökülüb yenidən tikilməlidir. Bir daşdan hörülüb, ərazi şoranlıq və nəmişlikdir”.

Şikayətçi deyir ki, problem təkcə rütubətlə bitmir. Zirzəmi su olduğundan döşəmənin altından müxtəlif həşaratlar da çıxır:

“Hətta yayda evin altında ilan da olur. Əlimdən gələn nəsə yoxdur. Qızlarımın birinin 11, digərinin 13 yaşı var. İstəyirəm ikisini də oxudum. Əllərində sənətləri, peşələri olsun. Öz ayaqları üstündə dursunlar. Özüm nə gün görmüşəm ki?! Olmadı belə, oldu elə. Daim özlərini dolandıra bilsinlər. Yaxşı oxuyurlar, amma hamı müəllim yanına gedir. Mən onları göndərə bilmirəm. Elə orta məktəbdə nə keçirlər, odur”.

Ana qız uşağı böyütməyin çətin olduğunu deyir: “Geyimi, saç şampunu, xırda istəkləri çox olur”.

“Yaxşı geyinən görürlər, istəyirlər, nə bilim, tələbləri çoxdur. Birini alanda, digərini ala bilmirəm. Deməyim odur ki, yaşamaq çətindir. Bir tərəfdən də ev dərdi, əldə də yox, çox çarəsizəm”.

Aygül Həsənova yayda döşəyin birini 10 manata çırpır, 15 manata yuyur. Deyir ki, bölgədə bu işi ən ucuz o görür. Belə edir ki, sifarişi çox olsun:

“Bir düşünün, evi təmir etdirmək üçün mən nə qədər döşək yumalıyam? Olsa, edərəm, amma o qədər olmur. Revmatizmaya görə həkimə getməyə belə pul tapmırıq. İldə bir neçə dəfə silirəm, təmizləyirəm, elə eyni şeydir, kiflənir, göyərir. Ailəmin də elə imkanı yoxdur ki, kömək etsin. Qardaşımın biri fəhləlik edir, digəri ruhi xəstədir. Atam İkinci Dünya Müharibəsində ayaqlarını itirmişdi, öldü, anamın gözü görmür. Bir bacım var, o da xadimədir. Budur mənim ailəm. Kömək edənim yoxdur. Hamı öz başını güclə dolandırır. O evin işığı bu evə düşmür”.

Ucar Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəraitsiz evlərlə bağlı tez-tez müraciət alırlar. Ancaq belə durumlarda vətəndaşa kömək edəcək büdcələri yoxdur. Azərbaycanda aztəminatlı ailələrin mənzillə təmin olunması üçün bəzi prezident sərəncamları, fərmanları var. Ancaq bura ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri, təbii fəlakət zamanı evləri qəzalı duruma düşən insanlar daxildir. Qanunla təbii fəlakətdən zərər çəkmiş evlərin təmiri ilə yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarından ibarət birgə komissiya məşğul olur. Bir də Prezidentin Fərmanı əsasında 2016-cı il
aprelin 11-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaranıb. Agentlik ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılıb.

Ancaq agentlik bu 5 il ərzində əsasən, böyük şəhərlərdə – Bakı ətrafında, Sumqayıtda, Gəncədə, Lənkəranda güzəştli mənzillər tikib. Hələlik bu agentliyin fəaliyyəti əhalinin daha ehtiyaclı, kasıb yaşadığı Aran rayonlarını, eləcə də daha kiçik şəhər və rayonları əhatə etmir. İqtisadçı Natiq Cəfərli deyir, qəzalı mənzil məsələsi ilə bağlı bir problem də odur ki, Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb. Heç kim əmlakını sığortalamır:

“Hökumət də bu problemi həll etməyə çalışdı, ancaq bacarmadı. İcbari sığorta ilə bağlı müəyyən qərarlar oldu, amma təəssüf ki, həyata keçirmək mümkün olmadı. Ona görə də əsasən regionlarda insanların qəzalı vəziyyətə düşən mənzillərinin hansı formada kompensasiya edilməsi ilə bağlı mexanizm yoxdur. Nəticədə
problemin həlli qalır icra strukturlarının insafına. Bəzən problem ictimailəşirsə, yaxud ev şəhid, qazi ailələrinə aiddirsə, kömək edilir, yoxsa heç nə edilmir”.

“Hansı ölkələrdə sığorta formalaşıbsa, belə hallarda dövlət ödənişlərin böyük hissəsini öz üzərinə götürür. Türkiyədə belə bir qayda olub, uğurlu nəticələnib. Digər bir məsələ isə bizdə qeyri-qanuni tikili anlayışının olmasıdır. Bu da absurddur, çünki hüquqi cəhətdən izahı olmayan anlayışdır. Beynəlxalq hüquqa və Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi qərarlarına görə vətəndaş hansısa tikilidə uzun illər yaşayır və kommunal xidmət ödəyirsə, tikiliyə mülkiyyət hüququ yaranır. Bizdə isə bu problemdir. İnsanlardan su, işıq, qaz ödənişləri alırlar, ancaq evini qanunsuz hesab edirlər. Bu da həllini tapmalı olan ciddi məsələdir”.

Meydan TV

Ucarda dövlətin sosial qayğı siyasəti SIFIR HƏDDİNDƏDİR...
Ucarda dövlətin sosial qayğı siyasəti SIFIR HƏDDİNDƏDİR...
Ucarda dövlətin sosial qayğı siyasəti SIFIR HƏDDİNDƏDİR...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Bu gün, 15:35
Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Bu gün, 15:29
“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Bu gün, 15:27
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Bu gün, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Bu gün, 15:13
Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Bu gün, 15:04
Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Bu gün, 14:56
Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Bu gün, 14:50
Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Bu gün, 14:45
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 13:38
Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Bu gün, 13:00
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Bu gün, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Bu gün, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30
Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24
“LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru