Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək .....                     Pezeşkian erməniləri təriflədi .....                     Rusiya ağlını itirir .....                     Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır .....                     Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... .....                     Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? .....                     Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... .....                     Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM .....                     Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu .....                     Laçındakı quruculuq işləri böyük sürətlə davam edir .....                     Fransanın "mızqoyanlığı" .....                     “Fal biznesi”nin QURBANLARI .....                     Azərbaycanlılar daha ət yemirlər? .....                     TSEK bu dəfə LAP AĞ ELƏDİ .....                     ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR .....                     Ağlar günə qalan Ağsu səhiyyəsi .....                     Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı .....                     Arif Qaraşov illər sonra... .....                     Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT .....                     Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... .....                     "Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" .....                     Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ .....                     ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır .....                     Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? .....                     "Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" .....                     Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... .....                     “Azneft” İstehsalat Birliyi cərimələnə bilər .....                     Fətulla Mustafayev NQS işçilərindən pul yığır .....                     Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür .....                     Paşinyan Qarabağ klanına qarşı .....                     “Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” .....                     Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: .....                     Rəqsanənin səhhətində problemlər var .....                     AZƏRİQAZ LƏĞV OLUNUR? .....                     Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... .....                     Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı .....                     "Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" .....                     Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək .....                 

Ədliyyə Nazirliyi və Ali Məhkəmə Ağayevlər ailəsini əsir götürüb... - QALMAQAL
Tarix: 12-05-2021, 08:44 | Çap et
Ədliyyə Nazirliyi və Ali Məhkəmə Ağayevlər ailəsini əsir götürüb...
Azərbaycanda vətəndaşı Sakin Ağayevin başına gətirilməyən müsibətlər qalmayıb. Bütün qanunsuzluqların atındakı imzalar məhkəmələr və məmurlardır. Uzun müddətdir ki, haqlarının bərpası uğrunda mübarizə aparan S.Ağayev ölkə daxilində ədalət tapa bilmədiyi üçün ümidini Avropa Məhkəməsinə bağlayıb.

O, Ədliyyə Nazirliyinin və məhkəmələrin əlində üç ildir girov kimi saxlanır. Səbəb isə İbrahimov Fikrət Vəli oğludur. Onun dələduzluğuna qahmar çıxan, bu şəxsi müdafiə edən Nazirlik və məhkəmələr Sakin Ağayevi az qala intihar həddinə çatdırıb.

Artıq mayın 7-də Sakin Ağayev mətbuat konfransı keçirərək Fikrət İbrahimovun qanunsuz əməlləri və ona havadarlıq edən məmurlar barəsində açıqlamalar verib. Prezident İlham Əliyevə güvənən Sakin Ağayev bildirib ki, dövlət bu məmurların niyə İbrahimovun tərəfini saxladığını aydınlaşdırmalıdır, məhkəmələrin haqsız qərarları ləğv olunmalıdır.

Onun sözlərinə görə, həyat yoldaşı, Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan “Töleş Manğıstau” MMC-nin 51% hissəsini 14 iyun 2014-cü ildə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satıb. Hər şey də buradan başlanıb.

Bu müqavilənin şərtlərinə görə F.İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməli idi, lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməyib.

2015-ci ilin fevralında F.İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürüb. Yəqin ki, bu məbləği görəndə əvvəlcə etibar ediblər.

Hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda V.Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim edib. Lakin bankdan müəyyən olunub ki, qeyd edilən vəsait həmin müqavilə əsasında deyil, başqa bir adla, hansısa başqa saziş əsasında metal tədarükü məqsədi ilə ödənilib.

V.Rəhimlidə metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanlış göndərildiyi üçün bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarıb. Bu barədə F.İbrahimov məlumatlandırılıb.

Ödənişin təyinatını düzgün, yəni tərəflər arasında müqavilə əsasında yenidən köçürülməsi xahiş olunub. Bir müddət sonra F.İbrahimov V.Rəhimlinin həyat yoldaşı Sakin Ağayevə zəng vurur. Bildirib ki, pulu bank hesabına göndərə bilmir, onu nağd olaraq Bakıda vermək istəyir.

Qazaxıstanda banka olan borclarını tezliklə bağlamaq üçün V.Rəhimli razılıq verib. Həmin məbləği Sakin Ağayevin Bakıdakı bank hesabına qoymağı və oradan Qazaxıstana göndərilməsinə razılaşır.

Bakıdakı bank hesabından əməliyyatlar aparmağa Sakin Ağayevin birinci nikahından olan qızı Dilarə Ağayevanın etibarnaməsi olduğu nəzərə alınaraq onun vasitəsi ilə bu əməliyyatın həyata keçirilməsinə qərar verilir.

Fikrət İbrahimov iki dəfə (20.02.2015 və 25.02.2015-ci il tarixlərində) hər dəfə 349 000 ABŞ dolları olmaqla (hər dəfə həmin məbləğlərdən 1000 ABŞ dolları nəğdləşmə faizi çıxmaqla) ümümi 698 000 dolları Dilarə vasitəsi ilə R.Vüsalənin həyat yoldaşı S.Ağayevin bank hesabına qoyub.

Hər iki əməliyyatla bağlı o, Dilarədən u pulun onun tərəfindən qəbul edilməsinə dair qəbz alıb. Birinci dəfə ödənişi F.İbrahimov, ikincidə oğlu Şahin İbrahimov həyata keçirib. Ancaq borcun qalan 550 000 dolları hissəsi isə ödənilməmiş qalır. Bundan sonra F.İbrahimov zənglərə cavab verməyib və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb.

S.Ağayev Bakıda yaşayan böyük qardaşı Ağayev Məhəmmədhaqqını hər hansı informasiya almaq üçün evinə gedib xəbər bilməsini xahiş edir. M.Ağayevi küçədə F.İbrahimovun həyat yoldaşı və qaynanası qarşılayaraq bildiriblər ki, “hazırda Fikrət şəhərdə yoxdur”.

M.Ağayev onlardan Fikrətin imkanı olan kimi S.Ağayevə zəng vurmasını xahiş edir. Bir müddət sonra M.Ağayevə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəlib və həmin idarəyə gəlməsi tələb edilib. İdarədə məlum olub ki, F.İbrahimov öz həyat yoldaşına M.Ağayevə qarşı böhtan xarakterli şikayət ərizəsi yazdırıb.

Bildirib ki, guya 60 yaşlı M.Ağayev Fikrətin arvadına sataşıb. Müvafiq araşdırma aparıldıqdan sonra bunun böhtan olduğu müəyyən edilib və sərbəst buraxılıb. Bu böhtandan sonra aydın olub ki, F.İbrahimov borcun qalan hissəsini, yəni 550 000 dolları ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlayıb.

S.Ağayevin sözlərinə görə, xanımı V.Rəhimli 2016-cı ilin iyununda Qazaxıstanın 2 saylı Aktau şəhər Məhkəməsində “borcun ödənilməsi” tələbi ilə bağlı F.İbrahimova qarşı iddia qaldırıb. Qazaxıstanda məhkəmə prosesləri uzun müddət davam edərək Ali Məhkəməyə qədər çıxıb.

Sonda Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə qətnamə çıxarılır. Qərara əsasən F.İbrahimov V.Rəhimliyə olan 1.250.000 dollar məbləğində borcdan qalan 550.000 dolları və 68.000 dolları məhkəmə xərcləri ödəməlidir.

V.Rəhimliyə olan borcu ödəmədiyinə görə F.İbrahimov Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Amma İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycanda gizlənir. Buna görə V.Rəhimli Azərbaycanın Ali Məhkəməsinə müraciət edir, Qazaxıstan məhkəməsinin çıxardığı qətnamənin tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsatət qaldırır.

Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri – femidanın düşmənlıri olan Hacıyev Sənan Firudin oğlu, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Raffiq qızı F.İbrahimovun tərəfini tutur, ona havadarlıq edirlər.

Onlar heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə vəsatətin təmin olunmasından imtina edirlər. Bununla nəinki Azərbaycan qanunlarını, hətta ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiya qanunlarını da kobudcasına tapdalayırlar.

Bu qanunsuzluğu aradan qaldırmaq üçün V.Rəhimli Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməli olub. Hazırda Avropa məhkəməsi tərəfindən icraata götürülüb, qovluq nömrəsi verilib.

Fikrət İbrahimov kimi birinin çirkin maraqlarına görə Beynəlxalq Konvensiyanı pozaraq ölkəmiz adına ləkə gətirirlər.

S.Ağayev bildirib ki, F.İbrahimov hələ 2017-ci ildə Pirallahı rayon Məhkəməsində saxta müqavilə əsasında xeyrinə qərar çıxarıb.

Onun sözlərinə görə, hakim Qəhrəmanov Əkrəm Sabir oğlu ilə cinayət əlaqəsinə girərək V.Rəhimli və onun ailə üzvlərimə qarşı saxta məhkəmə qətnaməsi çıxarmaq barəsində sövdələşir.

O, indi nəinki 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi qalan borcunu ödəməkdən yayınır, həm də öz ləyaqətinə uyğun üsulla V.Rəhimli və onun ailə üzvlərinə böhtan atmaqla müqavilə üzrə ödədiyi həmin 698 000 dolları saxta sənəd tərtib etməklə geri almağı qarşısına məqsəd qoyur.

O, bu saxtakar hakimlə sövdələşdikdən sonra Pirallahı rayon məhkəməsinə müraciət edərək cavabdehlər - Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə, həmçinin heç kimin tanımadığı Novruzov Abuzər Novruz oğlundan birgə qaydada 698 000 dolları miqdarda pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması barəsində iddia qaldırır.

Məhkəməyə təqdim etdiyi iddiada F.İbrahimov göstərib ki, guya o V.Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün qabaqcadan 698.000 dollar verib və onlar bu vəsaiti qəbul etsələr də metalı verməyiblər.

O, həmin iddia ərizəsini yalnız özü tərəfindən bir tərəfli qaydada imzalayıb möhürləyib və 14 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Ağayeva Dilarədən 698.000 dolları qəbul edilməsinə dair qəbzi əlavə edir. Guya yuxarıda qeyd edilən bu vəsaiti o V.Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün ödəyibmiş.

Heç bir əsası olmayan iddia əsasında gizli şəkildə saxta məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən qətnamə qəbul edilib.

Hətta belə bir müqavilə mövcud olsaydı, iki hüquqi şəxs arasındakı mübahisə ancaq İnzibati İqtisad məhkəməsində baxıla bilərdi. Pirallahı rayon məhkəməsinin belə bir işi icrata qəbul etməsi qanunsuzluqdur.

Digər tərəfdən məhkəmə çəkişməsində tərəf kimi adı çəkilən cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında olmayıb.

Cavabdeh kimi cəlb edilmiş Abuzər Novruzova qarşı isə iddiaçı tərəfindən heç bir tələb yönəldilməyib. Sonuncu da məhkəmə iclasında iştirak etməyib.

A.Novruzovun da Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı müəyyən olunub. Pirallahı Polis idarəsinə verdiyi izahatda A.Novruzov nə həmin iddia ərizəsində göstərilən cavabdehləri, nə də F.İbrahimov adlı birisini tanıdığını, belə bir məhkəmə prosesinin olmasından xəbərsiz olduğunu bildirib.

Pirallahı rayon Məhkəməsinin Qətnaməsini F.İbrahimov icra üçün paralel olaraq həm də Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və həmçinin Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərib. İcra işləri ilə əlaqadar Ağayev Sakin, qızı Ağayeva Dilarə və Rəhimli Vüsalə ölkədən çıxa bilmir.

Eyni zamanda onların əmlakları üzərinə həbs qoyulub. Bundan əlavə Pirallahı rayon Məhkəməsinin çıxardığı Qətnamənin icra olunmaması adı ilə CM-nin 306-cı maddəsilə F.İbrahimov və onun havadarları vasitəsi ilə Ədliyyə Nazirliyinin istintaq idarəsində cinayət işi başlanıb.

S.Ağayev bu işə şahid qismində cəlb olunub. İşin baxılması müstəntiq Malik Səfərovun icraatına verilib. Lakin qətnamə hələ 03 mart 2020-ci il tarixdə Qazaxıstanda icra olunub.

Bu barədə Yasamal rayon İcra və Probasiya şöbəsi, Sumqayıt şəhər İcra və Probasiya şöbəsi, Ədliyyə Nazirliyi və həmin qurumun istintaq idarəsi rəsmi olaraq lazımi qaydada məlumatlandırılıb.

Buna baxmayaraq Azərbaycanda eyni qətnamənin icrası və bununla əlaqadar aparılan istintaq işinə hələ də xitam verilməyib. Sözsüz ki, bütün bu qanunsuzluqlar fırıldaqçı F.İbrahimov və onun havadarlarənın təzyiqi altında olub.

S.Ağayev Yasamal rayon məhkəməsinə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyevin hərəkətsizliyindən şikayət ərizəsi verib, amma ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət, əmlaklar üzərinə qoyulmuş həbsin qaldırılması iddiaları təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsində bu qərardan verilən şikayətə hakim Emin Mehdiyevin sədrliyi ilə baxılaraq qanunsuz qərar çıxarılıb. Bütün bu məsələlər barədə Azərbaycanın tanınmış hüquq müdafiəçiləri, Qazaxıstanın vəkilləri müraciətlər ünvanlayıblar.
Rubrika.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Laçındakı quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:29
Fransanın "mızqoyanlığı" - REPLİKA
Bu gün, 08:25
“Fal biznesi”nin QURBANLARI - Cadugərlərin “tor”undan necə QURTULAQ?
Bu gün, 07:23
Azərbaycanlılar daha ət yemirlər? - Rəqəmlərlə danışsaq...
Bu gün, 07:21
TSEK bu dəfə LAP AĞ ELƏDİ - BU NƏDİ BELƏ?
Bu gün, 07:18
ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR - BU DA FAKT...
Bu gün, 07:10
Ağlar günə qalan Ağsu səhiyyəsi - NARAZILIQ VAR...
Bu gün, 07:03
Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı - NƏ BAŞ VERİR?
Bu gün, 06:57
Arif Qaraşov illər sonra... - FOTOLAR
Bu gün, 06:47
Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb - Məhkəmə qərar verdi
Bu gün, 06:43
Ermənilərin Qarabağa qayıdışı... - BU AÇIQ TƏXRİBATDIR...
Bu gün, 06:39
Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:36
Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... - Vətəndaşların hüququ belə tapdanır
Bu gün, 06:16
"Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" - GƏLİŞMƏ
Bu gün, 06:13
Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ - AKTUAL
Bu gün, 06:09
ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır - “Fox News”
Bu gün, 06:04
Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? - AKTUAL
Bu gün, 01:52
"Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" - ŞƏRH
Bu gün, 01:48
Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... - qızı AÇIQLADI
Bu gün, 01:42
“Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Dünən, 18:05
Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Dünən, 18:00
Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Dünən, 17:58
Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Dünən, 17:52
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Dünən, 17:46
Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Dünən, 17:42
Rəqsanənin səhhətində problemlər var – Vəkil
Dünən, 17:39
AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Dünən, 17:37
Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... - DİQQƏT!
Dünən, 17:33
Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı - TƏFƏRRÜAT
Dünən, 17:13
"Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:05
Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
Dünən, 17:01
Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil - ABŞ lideri
Dünən, 16:54
Ukrayna çoxlu ərazi qazanacaq - Tramp
Dünən, 16:49
İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Dünən, 16:41
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Dünən, 16:37
Şair Məmməd İsmayıl vəfat edib
Dünən, 16:36
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Dünən, 15:35
Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Dünən, 15:29
“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Dünən, 15:27
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Dünən, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru