Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                 

Məhkəmə qərarını icra hakimiyyətinin vəzifəliləri necə sabotaj edib... - İLGİNC FAKT
Tarix: 4-05-2021, 09:01 | Çap et
Məhkəmə qərarını icra hakimiyyətinin vəzifəliləri necə sabotaj edib...
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov vəzifədə olduğu müddətdə adı çoxsaylı qanunsuzluqda, cinayətdə hallanıb. Onun imzası ilə törədilən axırıncı qanundankənar əməl isə vəzifədə olduğu son gün - 2018-ci il aprelin 20-də baş verib. Aprelin 21-də isə Hacıbala Abutalıbov artıq mer deyildi. Onun imzaladığı sənəd araşdırılacağı təqdirdə həbsinə yol açmaq gücündədir. Belə ki, son imzası ilə Hacıbala Abutalıbov Azərbaycan məhkəməsini ələ salmaqla yanaşı, misli görünməmiş qanunsuzluq etməklə Bakı şəhərinin şərq hissəsini susuz qalma təhlükəsi ilə üz-üzə qoyub.

Vətəndaş Bahadur Əli Hacıbala Abutalıbov və onun dəstə üzvlərinin cinayətlərinin araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova məktub yollayıb. Surəti “Yeni Müsavat”a göndərilən məktubda Bahadur Əli yazır ki, Bakı Şəhər İcra Hakimiyyətində vaxtilə mühasib işləmiş, əvvəllər məhkum olunmuş Tamara Əliyevna Həmidova ilə BŞİH Aparat rəhbəri sənədləri saxtalaşdırıblar. Həmin saxta sənədlər əsasında Tamara Həmidova dövlətin və vətəndaşın mülkiyyətində olan torpaq sahəsini ələ keçirib: “Belə ki, Tamara Həmidovanın qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb. İcarəyə verilən həmin torpaq bizim Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəmizə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olur ki, icarə verilən torpağın bir hissəsi bizim torpaq sahəsini zəbt edir. Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür. Həmin icarə müqaviləsi bizim maraqlarımıza toxunduğu üçün biz Bakı Şəhər İcra Hakimiyyətinə və Cəlal Həmidova verilən icarə müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, C.Həmidovun həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdik. Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında bizə məxsus torpaq sahəsinin zəbt edilməsi tam təsdiq olundu. Məhkəmədə Tamara Həmidova və H.Abutalıbovun dəstəsi icarə müqaviləsinin ləğv edilməsinin və iş üzrə xüsusi qərardadın çıxarılmasının qaçılmaz olduğunu anladılar”.

Vətəndaş yazır ki, bundan sonra Tamara Həmidova və Hacıbala Abutalıbovun dəstəsi növbəti cinayətə bərabər qanunsuzluğa imza atıblar: “İddiamızın təmin edilməsinin qaçılmaz olduğunu, icarə müqaviləsinin ləğv ediləcəyini və barələrində xüsusi qərardadın çıxarılacağını başa düşdülər. Bundan yayınmaq üçün BŞİH-in 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişini məhkəməyə təqdim etdilər. Bununla da məhkəmənin yekun qərarı ilə müqavilənin artıq ləğv edilməsi əsası ilə iddiamız həmin hissədə təmin edilmədi.

Bütün məhkəmə araşdırmaları dövründə Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri Tamara Həmidovanı hər vəchlə müdafiə edirdi və onların qarşılıqlı razılıq əsasında icarə müqaviləsini ləğv etmələri bizdə əsaslı şübhələr yaratdı".

Bahadur Əli idarə rəisinə yazır ki, sonradan bu şübhələrin əsaslı olması hüquq-mühafizə orqanlarının araşdırması ilə təsdiq olunub: “Tamara Həmidova və Hacıbala Abutalıbovun dəstə üzvləri 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv etdikləri gün Cəlal Həmidovun adına 1460 nömrəli, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsi veriblər. Bu, Azərbaycan məhkəməsinin ələ salınması, qanunlara meydan oxumaqdır! Bu cür kobud qanun pozuntusu həmin vəzifəli şəxslər üçün ağır cinayət məsuliyyəti yaradır”.

Bahadur Əli daha bir qanunsuzluq barədə faktları diqqətə çatdırır: “Məhkəmə araşdırması zamanı o da müəyyən edilib ki, Tamara Həmidova zəbt etdiyi ərazi ilə bizə məxsus olan torpaq sahəsinin üst-üstə düşmədiyini göstərmək üçün icarəyə götürdüyü 826.2 kv.m. torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qanunsuz olaraq 806.2 kv.m. torpaq sahəsi kimi qeydiyyata alınmasına nail olub. Bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 0866879 nömrəli, 25.05.2016 tarixli çıxarış verilib. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi ilə icarəyə verilən ərazinin 35 kv.m. hissəsi bizim mülkiyyətimizdə olan torpaq sahəsi ilə üst-üstə düşür.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli 2-1(82)-635/2015 saylı qərarı ilə “Azərsu” ASC-nin Nizami bələdiyyəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Cəlal Əli oğlu Həmidova və digərlərinə qarşı iddiası qismən təmin edilib. Həmin qərarla Nizami rayon bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərar etibarsız hesab edilib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, Cəlal Əli oğlu Həmidova həm 105 kv.m. torpaq sahəsinin ayrılması, həm də 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə əsas kimi göstərilən Bakı Şəhər İcra Hakimiyyətinin 7 mart 2003-cü il tarixli 7-129/7g saylı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 23 avqust 2004-cü il tarixli 18/038/5435 saylı məktubları inzibati akt olmayıb. Yəni həmin məktublar əsasında hər hansı hüquq yarana bilməz. Mübahisəli torpaq sahəsi Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və onun mühafizə zonasında yerləşdiyindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə və icarəyə verilməsi Nazirlər Kabinetinin 21.08.2003-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının” 6.1.2.1-ci bəndi ilə qadağandır. Çünki Nazirlər Kabinetinin həmin qərarı ilə magistral su kəmərlərinin 10 metrlik mühafizə zonasında yerləşən torpaq sahələrinin fərdi yaşayış evlərinin inşası üçün mülkiyyətə və icarəyə verilməsi qadağan edilib.

Tamara Həmidova və Hacıbala Abutalıbovun əməllərində AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma (passiv rüşvətxorluq), 312-ci(rüşvət vermə (aktiv rüşvətxorluq)), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)), 313-cü(vəzifə saxtakarlığı), 314-1-ci (dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə), 314-2-ci (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və başqa maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri var".

Bahadur Əli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovdan xahiş edir ki, Hacıbala Abutalıbovun dəstəsi və Tamara Həmidovanın törətdikləri cinayət əməlləri cinayət işi çərçivəsində araşdırılsın.

P.S.Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

“Yeni Müsavat”

Məhkəmə qərarını icra hakimiyyətinin vəzifəliləri necə sabotaj edib...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru