“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                 

Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!
Tarix: 16-11-2019, 16:54 | Çap et
Mandatı təhvil ver, İqbal Məmmədov!
Lerik rayon sakini, sabiq dövlət qulluqçusu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İlham İbadov tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Lerik rayonundan deputat seçilən İqbal Məmmədova açıq məktub ünvanlayan müəllifin yazısını olduğu kimi dərc edirik:

Sənin Milli Məclisə deputat seçilməyin və hansı yollarla buna nail olmağın bir lerikli olaraq mənə bəllidir. Deputat seçkisindən sonra sən xalqdan üz çevirdin. Əgər yadındadırsa, Osyodərə ərazisinə göndərdiyin maşınları geri qaytaranda mən ayağa qalxdım. Camaatın qarşısına çıxdım. Onda dedim ki, leriklidir, maşın göndərib, texnika göndərib, sağ olsun, qoy camaat üçün abadlıq işləri görülsün. Neçəsi ilə qanlı-bıçaq oldum. Lakin yolumdan dönmədim. Axı onda nə biləydim ki, sən deputat seçiləndən sonra elə mənim də başıma olmayan oyunları açacaqsan?!

Səndən əvvəlki deputat Miri Qənbərov həmişə kütlə ilə sıx və yaxından əlaqə saxlayırdı. Tez-tez camaatla görüşər, onların dərdinə qalardı. Sən isə deputat mandatı alan aydan məni çörəyə məhtac qoymusan. Evimdə 2-ci qrup əlil və onkoloji xəstə var. Onun dava-dərmanını zorla ödəyirəm. Özü də indiki çətin zamanda. Hələlik bir lerikli olaraq açmadığım məsələlər çoxdur. Lakin “Relax” İstirahət Mərkəzində törətdiyiniz qanlı olaylar təkcə leriklilərə zərbə deyil, dövlətə və dövlətçiliyə zərbədir.

Yəqin yadındadır, sən ikinci dəfə deputat mandatı uğurunda mübarizə apararkən mənim doğulub boya-başa çatdığım kənddə oldun. Guya əhali ilə görüşə gəlmişdin. Orada Züvüç kəndinin sakini Xanəli Əmrəliyevin el içində sənə dediklərini mətbuat etikasına görə yazıya gətirmək istəmirəm. Ancaq sən onu yaxşı xatırlayırsan. O, sənə nələr dedi, sən nələr etdin...

Xanəli Əmrəliyev rayonda hüquq-mühafizə orqanlarına həftələrlə ayaq döydü. Nüfuzlu bir şəxsin zəngindən sonra bu hədə-qorxulara son qoyuldu. Sən o qədər həddini aşmışdın ki, lerikli olan bir şəxsi də “Relax” İstirahət Mərkəzinə boş baxmaq üçün 5 manat rüsum aldırırdın. Bu, nə Bəşər qanunlarına, nə də Müstəqil Azərbaycan Respublikasının qanunlarına sığan bir olay deyildi. Sən isə qorxmadan, çəkinmədən hər şeyə gedirdin. Bir qədər fikrimizi dəqiqləşdirsək, Rövnəq Abdullayevə bel bağlamışdın.

Deputat seçildikdən sonra yerli-yersiz informasiyalar yayılırdı. Bu informasiyalar kim və kim tərəfindən yayılırdısa, onlar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna zərbə vururdular. Rayonda şayələr dolanırdı ki, guya Lerikin icra başçısı Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin kürəkənidir. Bu informasiyalar bir yana, mən Xoşbəxt Yusifzadəni yalnız qiyabi tanıyıram. Yəni mətbuat səhifələrindən. Deməkdə məqsədim odur ki, informasiyaların rayonda bu şəkildə yayılması əhalini xaos və anarxiyaya aparıb çıxarırdı. Hamı qorxu altında qalmışdı. Ancaq bu qorxu uzun çəkə bilməzdi. Leriklilərin əli yuxarılara çata bilməsə də, Ulu Tanrı tədbir gördü. “Relax” İstirahət Mərkəzində sənin oğlun və qardaşın oğlu olmaqla 6 qohumun həbs edildi.

Sən əvvəlcə bu faktı da pərdələməyə çalışdınız. “Yeni Müsavat” qəzetinin 20 avqust 2019-cu il tarixində qeyd olunur ki, deputat İqbal Məmmədov yalan danışmaqla oğlunu həbsdən kənar saxlamaq istəyir. Üstəlik, deputatın obyektində vergilərin dövlət büdcəsindən yayınması da faktlarla ortaya qoyulub. Məsələnin daha ciddi şəkildə araşdırılmasının İqbal Məmmədovun deputat mandatı ilə vaxtından əvvəl vidalaşması ilə nəticələnə biləcəyi ehtimalı da vardır. Həmçinin, qəzet yazır: “Bizə çatan məlumata görə, iqtidar deputat İqbal Məmmədovun ailəsinin “dövlətə meydan oxumaq” kimi qavranılan davranışına hakimiyyət tərəfindən çox sərt reaksiya veriləcək”.

Lerik rayonunda yerləşən “Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşları döyüldü. İstirahət Mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmadı. Hətta iş o yerə çatmışdı ki, köməyə çağırılan polis işçiləri də “Relax” İstirahət Mərkəzinə buraxılmadı. Vergi işçilərinə kütləvi şəkildə güc tətbiq olundu. Nəticədə sənin oğlun və qardaşın oğlu başda olmaqla, daha 4 nəfər haqqında cinayət işi başlandı.

Yuxarıda qeyd etdik ki, köməyə çağırılan polis işçiləri də istirahət mərkəzinə buraxılmadı. Bu məsələnin də kökü var. Ona görə ki, Lerik rayon Polis Şöbəsinin sabiq rəisi işləyən H.Məlikov soyadlı birisi sizə daha çox yaxın idi. Hətta Lerik rayon İcra Hakimiyyətinə məxsus olan ikimərtəbəli hoteli də ona peşkəş etmişdiniz. Həmin hotel hal-hazırda satışa qoyulub və Lerik camaatında o güc yoxdur ki, o hoteli özü üçün ala bilsin. 120 min ABŞ dolları hansı binəva leriklidə ola bilər? Bax, budur sənin etdiklərin!

Mən bir lerikli olaraq “Relax” İstirahət Mərkəzinə heç vaxt bir qonaq da apara bilməmişdim. Ona görə ki, ona maddi imkanlarım çatmırdı. Lakin sən Lerikin qanuni əmlakı olan 14 hektardan çox meşə sahəsini ələ keçirtmişdin. Orada 142 nömrədən ibarət istirahət otaqları var idi. O otaqlarda yalnız leriklilərin haqq deyən dillərini kəsənlər, haqqı görən gözlərini isti küllə qorlayanlar yatırdı. Onların çoxusu da havayı qalırdı. Çünki onlar ölkə paytaxtında sənə daha çox lazımlı adamlar idilər.

Bu yaxınlarda mən ölkə mətbuatında “Relax” İstirahət Mərkəzi ilə bağlı çap olmuş yazıları oxuyanda xəcalət hissi keçirirdim. Necə də keçirməyim?! Axı, sən də leriklisən! Sənin də şəxsiyyət vəsiqəndə Lerik vətəndaşı olmağın qeyd olunub. Sən həcc ziyarətinə getmisən. O adı qorumalı idin. O adın uğurunda son damla qanınadək mübarizə aparmalı idin. Bu, sənin bir müsəlman olaraq borcun idi. Sən isə baş verən bu boyda olaylardan sonra mandatını təhvil vermirsən. Heç olmazsa, deputat həmkarın Rafael Cəbrayılovdan ibrət dərsi götür. Bir ziyalı olaraq hesab edirəm ki, bu yolu tutsan, bu addımı atsan, sənin üçün daha sərfəli olar.

Yadındadırsa, Milli Məclisin şöbə müdirinin tapşırığı ilə sənin qəbulunda oldum. “Kaspi Yıldız” şirkətində. Orada səninlə söhbət etdik. Ailə vəziyyətimi sənə danışdım. Mən bilirdim ki, bu görüşü təşkil etdirən İbrahim Yusifzadədir. O görüşdə də bol-bol vədlər verdin. Nəticə isə olmadı. Sən ziyalılara lerikli olaraq diqqət və qayğı ilə yanaşmalı idin. Bu, mənim qarşılaşdığım olaydı. Bəlkə çoxları da mənim günümə düşüb, daha böyük əziyyətlərlə qarşılaşıb.

Və sonda... Ölkə ictimaiyyəti bilir ki, “Relax” İstirahət Mərkəzi sənin obyektindir. Bu biznes obyektində leriklilərə şərəf gətirməli idin. Hələlik uzun-uzadı söhbət açmaq fikrim yoxdur. Hesab edirəm ki, tezliklə həmkarın Rafael Cəbrayılovun qərarına sən də qoşulacaqsan. Bu variant daha məqbuldur, daha sərfəlidir”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru