“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                 

Dövlətin sərmayəsi nədən bəhrə vermir? - SABOTAJ, YOXSA?..
Tarix: 11-09-2019, 10:02 | Çap et
Dövlətin sərmayəsi nədən bəhrə vermir?
Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru: “Ölkəmizə daxil olan şprislərin mənşəyi belə bilinmir. Bu şprislərdən insanlara tibbi xidmətdə istifadə yolverilməzdir!”

Azərbaycanda dərmanların keyfiyyətinin aşağı olması uzun illərdir müzakirə mövzusudur. Ancaq yalnız dərmanların deyil, idxal olunan tibbi ləvazimatların da bir çoxunun keyfiyyəti nəinki beynəlxalq tələblərə cavab verir, hətta insan sağlamlığına təhlükə yaradır.

Belə ki, mütəxəssislərin məlumatlarına əsasən uzun illərdir Azərbaycana xaricdən, əsasən, Çində qeyri-rəsmi sexlərdə hazırlanan ucuz, keyfiyyətsiz şprislər gətirilir. Bu şprislərin ümumiyyətlə mənşəyi bilinmir və inkişaf etmiş ölkələrdə heç bir halda istifadə olunmasına yol verilmir. Ölkəmizdə müvafiq qurumlar tərəfindən ciddi nəzarət edilmədiyindən, eləcə də, tibbi ləvazimatların beynəlxalq standartlara cavab verməsini yoxlayan laboratoriyalar olmadığından sahəni öz inhisarında saxlayan şirkətlər bu şprisləri maneəsiz şəkildə Azərbaycana gətirərək satdırırlar.

Prezident “xaricdən şpris idxalına ehtiyac qalmır” demişdi, ancaq…

Bütün bu neqativ halların qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədi ilə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda şpris zavodunun açılmasına göstəriş verildi.

Araşdırmalarımıza görə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə qurulmuş şpris istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir (bu isə ölkənin şprisə olan tələbatıni tam ödəyir). Zavod Almaniya, İsveçrə, İngiltərə və Yaponiya kimi ölkələrin ən müasir texnologiyaları və avadanlıqları ilə təchiz olunub.

Prezident İlham Əliyev bu ilin may ayında Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılışı zamanı müəssisənin kollektivi qarşısında çıxışında söyləmişdi: “Azərbaycanda bu sahədə də idxaldan asılılıq aradan götürülmüş olacaq. Bu zavodda bizim siyasətimiz öz əksini tapır, çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər BİZ ŞPRİSLƏRİ XARİCDƏN ALIRDIQ, İNDİ İSƏ BUNA EHTİYAC QALMIR”.

Göründüyü kimi, ölkə Prezidenti açıq mətnlə bildirmişdi ki, şpris istehsalı zavodunun tikintisində məqsəd bu məhsulun xaricdən idxalını dayandırmaqdır. Ancaq buna baxmayaraq, Azərbaycanda yenə də mənşəyi bilinməyən, Çində sexlərdə qeyri-tibbi (sənaye yönümlü) xammaldan hazırlanan və steril olub-olmadığı bilinməyən şprislər satılmaqda davam edir.

Araşdırmalarımız zamanı əldə etdiyimiz məlumatlardan belə görünür ki, bu işə məsul olan məmurlar dövlətin bu siyasətinə qatılmaq, Prezident qərarlarının icrasında iştirak etmək istəmirlər. Bununla da Azərbaycan əhalisinin mənşəyi bilinməyən, aşağı keyfiyyətli şprislərdən istifadə etməsinə, beləliklə də, sağlamlığının təhlükə altında qalmasına səbəb olurlar. Bunu aidiyyəti qurumların rəhbərləri də “Azpolitika.info”ya açıqlamalarında təsdiqləyiblər.

Apteklərdə “Azərbaycan şprisi” niyə yoxdur: bahadır, yoxsa?…

Bu haqda məlumat verməzdən öncə bəzi suallara aydınlıq gətirmək istərdik. Dövlətin maliyyə dəstəyi ilə qurulmuş bu zavodun istehsal etdiyi şprislər apteklərdə varmı? Bu zavod da bəzi zavodlar kimi açılıb, işləmir, yoxsa istehsal etdikləri məhsullari xaricə ixrac edir?

Araşdırmalara ilk olaraq paytaxt apteklərindən başladıq. Acınacaqlı haldır ki, apteklərin heç birində “Azərbaycan şprisi” tapmadıq. Bu məsələyə aydınlıq gətirmək üçün şpris istehsalı zavodu ilə əlaqə saxladıq.

Zavodun direktoru Samirə Hüseynova bildirdi ki, zavod hal-hazırda işləyir, çox yüksək keyfiyyətdə müxtəlif tutumlu şprislər istehsal edir: “İstehsal etdiyi məhsulların xammalı tibbi yönümlü polimerlər olmaqla, İsveçrənin dünyaca məşhur olan “İNEOS” şirkətindən, iynə ucları isə bu sahədə bir nömrə olan Yaponiyanın məşhur “NİPRO” şirkətindən alınaraq gətirilir. Zavodun istehsal gücü ölkəni şprislərlə tam təmin etməyə imkan verir. Gələcəkdə nəzərdə tutulsa da, hələlik xaricə heç bir məhsul ixrac edilmir”.

Bəlkə yerli məhsulların qiyməti bahadır?

Zavodun direktoru buna cavab olaraq bildirdi ki, zavodun topdansatış qiymətləri 2 və 5 qramlıq şprislər üçün 6-8 qəpik, 10 və 20 qramlıq şprislər üçün isə 10-13 qəpikdir. Eyni zamanda onu da qeyd etdi ki, Azərbaycanda bu keyfiyyətdə məhsul yalnız “Alman aptek”ində satılır, qiyməti isə 2 və 5 qramlıq üçün 50 qəpik, 10 qramlıq üçün isə 70 qəpikdir.

Bəs inhisarçı şirkətlər və klinikalar ölkədə bu cür keyfiyyətli və münasib qiymətlərlə şpris istehsal edən zavod olduğu halda, nədən xaricdən keyfiyyətsiz məhsullar gətirməkdə davam edirlər? Apteklərdəki araşdırmalarımız zamanı satıcılar bildirdilər ki, dərmanları da, şprisləri də “Avromed”, “Azərimed” və başqa topdansatıcılardan alırlar.

Ölkədəki apteklərin böyük hissəsi bir neçə dərman şirkətinin nəzarətindədir. Apteklərin bir çoxuna lisenziyaları Səhiyyə Nazirliyinin müvafiq qurumlarından həmin şirkətlər alıb-verdiyindən (belə bir mexanizm yaradılıb ki, bu da başqa bir mövzudur) onlar satdıqları dərman və tibbi ləvazimatları o şirkətlərdən almaq məcburiyyətindədirlər. Hətta lisenziyalarını özləri alan aptek sahibləri belə bu iri dərman şirkətlərindən asılıdır. Apteklər normal fəaliyyət göstərmək üçün bu şirkətlərlə işləməyə məcburdurlar.

Adının çəkilməsini istəməyən aptek müdirlərindən biri bildirdi ki, “biz də yerli şprislərin çox keyfiyyətli olduğunu eşitmişik, lakin özünü görməmişik, “Azərbaycan şprisləri” bizə verilərsə satarıq”.

Məsələyə tam aydınlıq gətirmək niyyəti ilə ölkədəki apteklərin böyük hissəsini dərman və tibbi ləvazimatlarla, o cümlədən, şprislə təmin edən “Avromed”, “Azərimed” və digər şirkətlər, eləcə də, hər ay külli miqdarda birdəfəlik şprislərdən istifadə edən “Xətai Estetik Klinikası”, “Avrasiya”, “Medera”, “Medstyle” kimi böyük klinikaların yeni açılmış zavoddan keyfiyyətli şpris almaq əvəzinə, xaricdən gətirilən və mütəxəssislərin rəyinə görə aşağı keyfiyyətli, hətta mənşəyi bəlli olmayan şprislərindən istifadə etmələrinin səbəbləri ilə maraqlandıq.

“Azərimed”-dən cavab gəlmədi, “Avromed” zavodun məhsullarını alacağını vəd edir…

İlk növbədə həm səslənən ittihamlar, həm də ölkədə şpris zavodu açıldığı halda hələ də idxala üstünlük vermələrinin səbəbləri ilə bağlı dərman bazarında xüsusi mövqedə olan “Avromed” və “Azərimed” şirkətləri ilə əlaqə quraraq, onların da mövqeyini öyrənmək istədik. Hər iki şirkət suallarımızı rəsmi olaraq sorğu şəklində göndərməyimizi istədi. Göndərdik, ancaq yalnız “Avromed”dən cavab ala bildik.

Şirkət il ərzində apteklərə nə qədər şpris satdığına, xaricdən şprisin birini neçəyə aldığına dair suallarımızı cavabsız buraxsa da, idxal etdiyi məhsulun keyfiyyətsiz olması ittihamlarını qəbul etmədi. “Satışını həyata keçirdiyimiz bütün növ şprislərin keyfiyyətini təsdiq edən bütün keyfiyyət və uyğunluq sertifikatlarımız var və müştərilərimizə təqdim edirik”, – saytımıza göndərilən cavabda vurğulanır. Ancaq idxal etdikləri şprislərin hansı şirkətlərin istehsalı olduğu barədə suallarımıza cavab verilməməsi cavabın səmimiliyinə şübhə yaradır.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, Azərbaycanda satılan şprislərin böyük hissəsi Çində və ya başqa bir ölkədə “yeraltı” sexlərdə hazırlanan, təxminən biri 1-2 qəpiyə və ya kiloqramla alınan keyfiyyətsiz məhsullardır. Ola bilsin ki, idxal olunan şprislərin müvafiq sertifikatlara malik olduqlarını göstərmək üçün onların yanında bir az da müvafiq sertifikatı olan məhsul gətirilir. Aidiyyəti qurumlara da bunu təqdim edirlər. Ancaq mütəxəssislər tam məsuliyyətlə deyirlər ki, ölkədə satılan şprislərin böyük əksəriyyəti yararsızdır. Onların insanların üzərində istifadə olunması yolverilməzdir!

“Xətai Estetik Klinikası”nın baş meneceri Talıb Vəliyev bildirdi ki, onlar uzun illərdir şprisləri “Avromed Company” QSC-dən alırlar: “Hansı şirkət bizim marağımıza, tələblərimizə uyğun təklif edir, ondan alırıq”. Buradan belə anlaşılır ki, apteklər kimi, klinikalar da şpris tələbatını dərman bazarında inhisarcı mövqedə olan şirkətlərdən alırlar.

Digər klinikalara ünvanladığımız sualların cavablandırılmaması onların da bu sahədə inhisarçıların maraqlarına xidmət etdiklərinin sübutudur (onlarla yenidən əlaqə saxlayacağıq-müəll.).

Şpris idxalçıları əhalinin sağlamlığını risk altında qoyaraq böyük qazanc götürürlər!

Maraqlıdır, bu faktlar Səhiyyə Nazirliyinə, Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyinin Antiinhisar Departamentinə məlum olsa da, nədən tədbir görülmür?

Apteklərdə mütəxəssislərlə apardığımız söhbət zamanı şprislərin qiyməti məsələsində də maraqlı faktları üzə çıxdı. Belə ki, xaricdən gətirilən 2 və 5 qramlıq şprislər apteklərdə əhaliyə 10-15 qəpiyə, 10 və 20 qramlıq şprislər isə 15-20 qəpiyə satılır. Apteklərə isə inhisarçı şirkətlər tərəfindən 2 və 5 qramlıq şprislər 7-10 qəpikdən (zavodun verdiyi məlumata görə, yerli şpris zavodunun topdansatış qiyməti 6-8 qəpikdir), 10 və 20 qramlıq şprislər isə 14-15 qəpikdən (zavodun verdiyi məlumata görə, yerli şpris zavodunun topdansatış qiyməti 10-13 qəpikdir) verilir.

Çindən bu şprislər 1-2 qəpiyə alınır və bəzi məlumatlara görə, kiloqramla alındığından, şirkətlər aradakı fərqdən daha çox qazanc əldə edirlər. Elə onların yerli şprisi almaqdan imtina etməsinin əsas səbəbi də budur.

“Diamed” şpris istehsalı zavodunun direktorunun sözlərinə görə, tibbi təyinatlı xammaldan istehsal edilən və insanların istifadəsi üçün nəzərdə tutulan tam steril 2 və 5 qramlıq şprislərin maya dəyərinin 3.5-4 qəpikdən aşağı olması qeyri-mümkündür. Bura nəqliyyat xərcləri, gömrük rüsumu və şprisin idxal qiymətini gəldikdə həmin şprislərin qiyməti zavodun topdansatış firmalarına təklif etdiyi qiymətlərdən xeyli baha başa gəlir. Bu fakt da göstərir ki, idxal edilən şprislərin böyük əksəriyyəti müvafiq keyfiyyət tələblərinə cavab vermir, əhalinin sağlamlığını risk altında qoyur…

Səhiyyə Nazirliyinin rəsmisi: “Şprisləri hələ ekspertizadan keçirə bilmirik…”
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin hələ bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bildirilib ki, ölkəmizə şprislər əsasən Çindən və bir qədər də Türkiyədən gətirilir. Digər ölkələrin bazarda payı isə simvolik rəqəmlərlə ölçülür.

Bəs Səhiyyə Nazirliyi idxal olunan şprislərin beynəlxalq standartlara cavab vediyini necə müəyyənləşdirir, ekspertizadan keçirirmi? Onların steril olub-olmaması necə müəyyən edilir?

Bununla bağlı suallarımıza cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Nərmin xanım bildirdi ki, şprislər ekspertizadan keçirilmir. Onların mənşə və keyfiyyət sertifikatları əsasında satışına icazə verilir.

Sonra o bizi, suallarımıza daha ətraflı cavab almaq üçün Səhiyyə Nazirliyinin İdxal şöbəsinin müdiri Mahmud Paşayevə yönəltdi. M.Paşayev bildirdi ki, onlar yalnız şirkətlərin təqdim etdikləri sənədlərə əsaslanaraq qərar verirlər. Nazirlik rəsmisi idxal olunan şprisləri hələlik ekspertizadan keçirmək, onların beynəlxalq standartlara uyğunluğunu yoxlamaq imkanının olmadığını bildirdi: “Şprislərin keyfiyyətini yoxlamaq üçün bizdə laboratoriya açılmalıdır. Bunun üçün də tibbi ləvazimatların qeydiyyatı olmalıdır. Ancaq bizdə tibbi texnikanın, tibbi ləvazimatların qeydiyyatı olmadığı üçün hələlik belə bir laboratoriyamız da yoxdur. Hazırda bu istiqamətdə iş gedir, layihə hazırlanır. Ona görə də ölkəyə idxal edilən və apteklərdə satılan şprislərin hansı keyfiyyətdə olduğunun konkret bizim tərəfimizdən yoxlanıldığını söyləyə bilmərəm. Biz yalnız onların təqdim etdiyi sənədlər əsasında həmin məhsulların Azərbaycanda satışına icazə veririk”.

Mahmud Paşayev idxal olunan keyfiyyətsiz məhsulların Səhiyyə Nazirliyinin İdxal şöbəsinin icazəsi olmadan da satışa çıxarılmasını istisna etmədi.

Bəs ölkədə keyfiyyətli şpris istehsal edən müəssisə fəaliyyətə başladığı halda, Səhiyyə Nazirliyi niyə tabeliyindəki xəstəxanalara hələ də özəl şirkətlərdən keyfiyyəti şübhə doğuran şprisləri alır?

Mahmud Paşayev bu sualın ona aid olmadığını, Səhiyyə Nazirliyinin rəhbərliyinin cavab verə biləcəyini söylədi, ancaq gün ərzində Səhiyyə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verən tapılmadı. Buna görə də suallarımızı Səhiyyə Nazirliyi üçün açıq saxlayırıq…

“Yeraltı” sex məhsullarına belə serifikatları alıb verən şirkətlər fəaliyyət göstərir

Qeyd edək ki, “Avromed” şirkəti “Azpolitika.info”ya göndərdiyi məktubda idxal olunan şprislərin müvafiq dövlət qurumları tərəfindən ekspertizaya cəlb olunduğunu iddia etmişdi. Ancaq Səhiyyə Nazirliyinin rəsmisi ölkədə bu cür ekspertizanın aparılmadığını bildirir… Maraqlıdır, şirkət niyə yalan məlumat verir?

Mütəxəssislərin fikrincə, Çin kimi ölkələr xaricə ixrac olunan məhsulların beynəlxalq keyfiyyət standartlarına cavab verməsinə xüsusi diqqət etmədən, onlara mənşə və uyğunluq sertifikatı verir.

Hətta, Çində, Ukraynada “yeraltı” sex məhsullarına belə sertifikatları alıb verən şirkətlər fəaliyyət göstərir. Hal-hazırda Türkiyədən gətirilən şprislərin böyük əksəriyyəti də Çin mənşəlidir. Ona görə də, Çindən və ya başqa ölkələrdən gətirilən dərman məhsullarının, şprislərin yerli laboratoriyalarda ekspertizadan keçirilmədən satışa buraxılması yolverilməzdir.

Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru: “Bu şprislərin istifadəsi yolverilməzdir!”

Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmisindən fərqli olaraq, Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru, professor Namiq Tağıyev ölkəyə idxal olunan və bu gün əksər apteklərdə satılan şprislərlə bağlı konkret danışdı.

N.Tağıyev bu şprislərə insanlara tibbi xidmətdə istifadənin yolverilməz olduğunu bildirdi: “İlk növbədə qeyd edim ki, çox vacib, aktual məsələyə toxunursunuz. Bilirsiniz ki, şprislərin keyfiyyəti Beynəlxalq İSO sertifikatları ilə tənzimlənir. Orada bir neçə məsələ var və biz də onları nəzərə alaraq hazırda beynəlxalq standartlara uyğun Azərbaycanın öz milli standartını hazırlayırıq. Bu sahədə iş gedir. Yaxın zamanlarda milli standartlar hazır olacaq. Ancaq bu, kifayət deyil. Əsas məsələ ondan ibarətdir ki, idxal olunan məhsullar haqqında gərək qanunvericilikdə dəyişiklik edilsin. Qanunla müəyyən edilsin ki, Azərbaycana gətirilən məhsullar ölkədə qüvvədə olan standartlara uyğun gəlməlidir. Bu, ən vacib məsələlərdən biridir. Hələ ki, belə bir qanun yoxdur. Ancaq biz çalışırıq ki, qanunvericilikdə dəyişiklik edilsin və bu tələblər də qanunda əksini tapsın. Yaxın zamanda, hökumətə də müraciət edəcəyik ki, bu məsələyə diqqət yetirsinlər… Ancaq ötən müddətdə də boş dayanmamışıq. Biz institut olaraq, öz vəsaitimiz hesabına ölkədə satılan şprislərin yararlığını yoxlamaq üçün monitorinq keçirdik. Kimisə nə hədələdik, nə də narahat etdik. Cənab Prezidentin tapşırığına əsasən ölkədə satılan məhsulların vətəndaşların sağlamlığına zərər vurmaması üçün biz də öz səylərimizi ortaya qoyduq.

Monitorinqlər zamanı apteklərdən aldığımız şprislərin standartlara nə qədər cavab verdiyini yoxlamaq üçün xaricdə akreditasiya olunmuş laboratoriyalara göndərdik. Bu sınaqlar kifayət qədər baha olsa da, biz öz hesabımıza bunu həyata keçirdik. Təəssüf ki, nəticə heç də ürəkaçan olmadı:

- Şprislərin iynələrinin ölçüləri və qalınlıqları standartlara uyğun deyil. Bu da istifadə zamanı insanlara əziyyət verir.
– Vurulan mayenin bir hissəsi geri qayıdır, insan bədəninə keçmir. Nəticədə xəstələr lazımi dozanı ala bilmirlər.
– Şprislərin şkalası düzgün göstərmir.
– Bundan əlavə, şprislər 2 hissəli və 3 hissəli (bu şprislərdə qara rezin hissə mövcuddur) olurlar. Avropa, habelə qabaqcıl ölkələr artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az olarsa, şprisi steril etmək daha asan olur, belə ki, 3 hissəli şprislərdə (yəni porşen üzərində qara rezin hissə olan) sterillik 30-35% risk altına düşür, yəni hər 3 şprisdən biri tam steril olmaya bilər. Bizdə isə hələ də 3 hissədən ibarət keyfiyyətsiz şprislər satılır. Şprisin germetikliyini təmin etmək məqsədi ilə isifadə olunan həmin qara rezin hissə bir çox dərmanla reaksiyaya girərək, insanlarda allergik fəsadlar törədir və bu şprislər çox qaldıqda həmin rezinlər zaman keçdikcə quruyur və ondan qopa biləcək mikrohissəciklər istifadə zamanı insan həyatına təhlükə törədir.

Buna görə də inkişaf etmiş ölkələrdə bu cür şprislərdən istifadə olunması qadağandır. Çox təəssüf ki, sexlərdə hazırlanan və çox ucuz başa gələn belə şprislər hələ də bizim apteklərdə kütləvi şəkildə satılır. Bunu demək lazımdır ki, bizim istehlakçılar nədən istifadə etdiklərini bilsinlər…”

Namiq Tağıyevin fikrincə, keyfiyyətsiz şprislərin apteklərdə satışının qarşısının alınması üçün müvafiq qurumlar məsələni ciddi nəzarətə götürməlidirlər. O, ölkədə satılan şprislərin əksəriyyətinin beynəlxalq standartlara cavab vermədiyini bildirdi: “Bizim ölkəmizə daxil olan şprislərin mənşəyi belə bilinmir. Buna görə də bu məsələ ciddi nəzarətə götürülməlidir”.

Yerli şprislərin keyfiyyətinə gəlincə, mütəxəssis bildirdi ki, zavodda ən müasir texnologiyadan və yüksək keyfiyyətli tibbi xammallardan istifadə olunur, məhsulların keyfiyyəti beynəlxalq standartlara cavab verir və institut tərəfindən onlara bunu təsdiq edən uyğunluq sertifikatları verilib: ”Buna görə də zavodda istehsalın daha da genişlənməsinə dəstək verilməli, apteklərdə yerli məhsulun satışı dəstəklənməlidir. Bu yolla aptekləri insanlar üçün yararsız və keyfiyyətsiz şprislərdən təmizləyə bilərik. Bir daha müvafiq orqanlar bu məsələyə ciddi yanaşmalıdır”.

Bütün bu araşdırmaların nəticəsi təkrar sual doğurur: ZAVOD DİREKTORUNUN DEDİYİ KİMİ, ƏGƏR ZAVOD TAM GÜCÜ İLƏ İŞLƏYİRSƏ (İllik 150 milyon istehsal gücü ilə), İSTEHSAL OLUNAN ŞPRİSLƏR HARA GEDİR?

Bu mənzərə və eyni zamanda, yerli şprislərin ölkədə heç bir aptekdə satılmaması və tibb mərkəzlərində istifadə olunmaması, yuxarıda qeyd etdiyimiz kimi, zavodun açılıb, amma işləmədiyinə və ya istehsal etdiyi keyfiyyətli şprisləri bir çox Azərbaycan məhsulları kimi başqa ölkələrə ixrac etdiyinə dəlalət edir. Bu məsələ ilə bağlı suallarımızı “Diamed Co.” şpris istehsalı zavodu üçün açıq saxlayırıq…(azpolitika.info)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru