Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                 

Əbülfəs Qarayevin Xaçmazdakı adamından xəbəri varmı? - İTTİHAM VAR
Tarix: 27-01-2017, 09:02 | Çap et
Əbülfəs Qarayevin Xaçmazdakı adamından xəbəri varmı?
Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov vətəndaşlardan pul alaraq, onları “işə götürmək” adı ilə aldatmaqda ittiham olunur. Həmin rayonun sakini Nəcməddin Hətəm oğlu Bəşarətov və onun bacısı Gülnaz Hətəm qızı Koroğluyeva Z.Məmmədovun onları “işə götürmək” adıyla 2015-ci ilin iyul-avqust aylarında hər birindən 1500 manat aldığını, bir müddət sonra isə müxtəlif “oyun”larla aldatdığını deyirlər. Bu barədə LEGİON-a məlumat verən G.Koroğluyevanın digər qardaşı və nümayəndəsi Vüsal Bəşarətov bildirib ki, ilk olaraq Xaçmaz Mədəniyyət Evində 1500 manata “sürücü vəzifəsinə işə düzələn” Nəcməddin Bəşarətov ilk ay cəmi jurnala qol çəkərək cəmi 100 manat maaş alıb. “Zöhrab Məmmədov qardaşıma demişdi ki, heç işə gəlmə, hər ay gəlib maaş alarsan. Qardaşım 1-ci ay 100 manat maaş alıb və inanıb ki, normal qaydada işə düzəlib. Bundan sonra, bacım Gülnaz Koroğluyeva da iş üçün müraciət edib və Zöhrab Məmmədov “kompyuterdə oturub işləyəcəksən” deyərək, ondan 1200 manat pul alıb. Daha sonra isə daha 300 manat istəyərək, “sənin işin düzəlir, 300 manat da ver, heç işə gəlmə deyib”.
Gülnaz Koroğluyeva cəmi iki ay, hər ay 100 manat olmaqla jurnala qol çəkərək maaş alıb. Daha sonra, Zöhrab Məmmədov ona Beynəlxalq Banka aid maaş kartı verib, hər ay maaşı kartdan çıxaracağını bildirib. Lakin cəmi 1 dəfə o karta 55 manat pul yatırılıb. Qardaşım isə 1-ci aydan başqa ondan 5 manat bir, 20 manat bir olmaqla bir neçə dəfə pul ala bilib. 2016-cı ilin yanvarında qardaşımın boşanma ilə bağlı məhkəmə işi olanda Zöhrab Məmmədovdan arayış istəyib, ancaq arayışı uzun mübahisələrdən sonra ala bilib. Arayışda isə yazılıb ki, guya Nəcməddin orda nəzarətçi işləyib. O vaxtdan bəri, Zöhrab Məmmədov bizdən qaçır və nə pulu qaytarır, nə də işə götürmə və ya çıxarılma ilə bağlı əmrin surətini göstərmir”, - deyə V.Bəşarətov bildirdi. Nəcməddin Bəşarətov isə LEGİON-a bildirdi ki, məsələ ilə bağlı Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayevə də şikayət edib: “Dörd-beş ay əvvəl onunla görüşüb məsələni bildirdim. Dedi ki, mütləq bu problemi həll edəcək və Fərid adlı məsləhətçiyə məndən ərizə almağı tapşırdı. O vaxtdan bəri, heç bir xəbər yoxdur. Mən artıq Nazim müəllimə də inanmıram, çox güman ki, Zöhrab Məmmədovun əməllərindən onun da xəbəri var. Zöhrab Məmmədov ondan xəbərsiz belə bir fırıldaq edə bilməzdi. Tək biz deyilik, çox insanın başına belə oyun açıblar”.Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov LEGİON-a açıqlamasında bildirdi ki, nə Gülnaz Koroğluyevadan, nə də Nəcməddin Bəşarətovdan pul almayıb: “Mən onlardan pul almamışam, sadəcə ixtisara düşüblər deyə, ona görə belə edirlər. Mən nə edə bilərəm, ixtisarlar oldu, onlar da ixtisara düşdülər”. “Zöhrab müəllim, onların işdən çıxarılmasıyla bağlı hər hansı əmr və ya qərar varmı?”, - deyə soruşduq. “Var, amma dəqiq bilmirəm. Baxaram, yarım saata, bir saata sizə məlumat verərəm. Bu mülki məhkəmədir, işdən çıxarılmağa görə, məhkəməyə getsinlər”, - deyə Z.Məmmədov bildirdi. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayev isə məsələyə belə reaksiya verdi: “Kül təpənizə... Kül təpənizə... Elə “maşennik”ə də pul vermək olar?... Zöhraba deyin yanıma gəlsin... Müəllim, Zöhrab Məmmədov işə götürən deyil, elə bir səlahiyyətin sahibi deyil, niyə ona pul verirlər? Vətəndaşların özündədir günah ki, aparıb ona pul veriblər”. “Nazim müəllim, biz konkret iddia irəli sürmürük. Sadəcə, onlar belə deyirlər... Nəcməddin Bəşarətov sizə müraciət etdiyini deyib, özünüz araşdırmısınızmı bu məsələni? Sadəcə bunu bilmək maraqlı olardı”, - deyə qeyd etdik. “Mənə o qədər insan müraciət edir ki, yadımda deyil... Onlara deyin, mənə yaxınlaşsınlar, görüm nə məsələdir”, - deyə N.Ağayev bizimlə sağollaşdı. Zöhrab Məmmədovun “mülki məsələ” sözlərini LEGİON-a şərh edən hüquqşünas-ekspert Aqil Qəhrəmanov bildirdi ki, burda mülki məsələdən söz gedə bilməz. “Ortada cinayət əməli barədə iddialar var. Korrupsiya, vəzifə səlahiyyətlərini aşma, etibardan sui-istifadə halları kimi ittihamlar var. Əgər işəgötürmə barədə əmr olmayıbsa, Zöhrab Məmmədov barəsində dələduzluq əməli ilə bağlı da cinayət işi açıla bilər. Vətəndaşlar məhkəməyə yox, prokurorluq orqanlarına müraciət etməlidirlər. Hesab edirəm ki, hüquq mühafizə orqanları bu məsələyə reaksiya verməlidirlər”, - deyə A.Qəhrəmanov vurğuladı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni general yenə Hindistandadır
Bu gün, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Bu gün, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru