Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                 

“Akif Çovdarov dedi ki, Eldar Mahmudov bazarın hamısını istəyir” - "Qardaşlarıma dəhşətli işgəncələr verdilər"
Tarix: 13-10-2016, 08:40 | Çap et
“Akif Çovdarov dedi ki, Eldar Mahmudov bazarın hamısını istəyir”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalları, Akif Çovdarovla Hilal Əsədovun yağmaladığı “8-ci kilometr” (“Vosmoy”) bazarı haqda çox yazılıb. Ötən saylarımızdan birində “Vosmoy bazarı” uğrunda gedən 15 illik savaşın ilginc detalları..." sərlövhəli yazıda http://musavat.com/news/vosmoy-bazari-ugrunda-geden-15-illik-savashin-ilginc-detallari_383845.html bu mövzuya yenidən müraciət olunub. Yazıda bazarın ilk sahiblərindən olmuş Çingiz Əsədovdan Səfərov qardaşlarının əli ilə vaxtilə iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev tərəfindən alınması iddiaları yer alıb. Yazı dərc olunandan sonra redaksiyamıza gələn Salman Səfərov bildirib ki, yazılanlarla razı deyil.

“Fərhad Əliyevlə, onun qardaşları ilə bircə telefon zəngimiz çıxsa, bazarı götürün”

Müsahibimizin fikirinə görə, mətbuata bu səpkili xəbərləri ötürməklə Akif Çovdarov, Hilal Əsədov vaxtilə onlara qarşı törətdikləri cinayətlərə görə məsuliyyətdən yayınmaq niyyəti güdürlər: “Bizim Cəlilabaddan olmağımızı əsas götürüb adımızı Fərhad Əliyevlə bağlamaqla bazarın əlimizdən alınmasına haqq qazandırmağa çalışırlar. Halbuki biz 8 qardaşıq, birimizin də nə Fərhad Əliyevlə, nə onun qardaşları ilə heç vaxt heç bir ilişkimiz, münasibətimiz olmayıb. Akif Çovdarov Çingiz Əsədovu qabağa verib Fərhad Əliyevin adını hallandırmaqla öz cinayətini ört-basdır etməyə çalışır. Akif Çovdarov 2005-ci ilin dekabrında bazarı bizdən zor gücünə alanda da Fərhad Əliyevin adını hallandırırdı. Həmin vaxt 2 ay idi ki, Fərhad Əliyev həbs edilmişdi. Biz o vaxt da Akif Çovdarova demişdik ki, araşdırın, əgər birimizin Fərhad Əliyevlə, onun qardaşları ilə bircə telefon zəngimiz çıxsa, bazarı götürün. Bunun əvəzində Akif Çovdarov qardaşlarım Cəfərə, Qəhrəmana olmazın işgəncələr verdirmişdi. Başlarına torba keçirib dəhşətli əzablar vermişdilər qardaşlarıma. Akif Çovdarov indi başa düşür ki, bazara görə cavab verməlidir, ona görə də bazarın ilk sahiblərindən biri Çingiz Əsədovu qabağa veriblər. Bu adam ayda Akif Çovdarovun adamlarından 3 min manat pul alır. Bizim əleyhimizə danışmaq üçün də Akif Çovdarovun adamları ona təzə ”Mercedes" bağışlayıblar.

İnanmayanlar gedib araşdırsınlar, Çingiz Əsədovun sürdüyü “Mercedes”in nə vaxt alındığına diqqət etsinlər".

Çingiz Əsədov qardaşını döydürdü, qardaşı da mühafizəçini öldürdü

S.Səfərov deyir ki, bazar 2001-ci ilə qədər Çingiz Əsədov, Səftər və Abdulla adlı şəxslərin olub: “1995-ci ildən 1999-cu ilə qədər mən həmin bazarda meyvə-tərəvəzin topdansatışı ilə məşğul olmuşam. Həmin dövrdə qardaşlarım bazar işi ilə məşğul olmurdular. 1999-cu ilin sonlarında Çingiz Əsədov Əlisa Məhərrəmova və mənə təklif etdi ki, bazarı sizə icarəyə verim, işlədin. Razılaşdıq ki, bazarın 50 faizini bizə icarəyə verirlər. Çingiz bazarda otursa da, digər iki şəxs demək olar ki, bazara gəlmirdilər. Həmin gecə digər şəriklər - Səftər və Abdulla da bazara gəldilər, razılaşmada iştirak etdilər. Bundan 2-3 ay sonra Çingiz Əsədov bazarı tam olaraq bizə icarəyə verdi. 2001-ci ilin əvvəllərinə qədər Çingiz Əsədovun qardaşları Elşən, Əsrəddin, Fəxrəddin, Həbib, Vahid Əsədovlar da bazarda ayrı-ayrı işlərlə məşğul idilər. 2001-ci ilin əvvəlində Elşən Əsədov işlətdiyi dükanın icarə haqqını vermədiyinə görə Çingiz Əsədov onu özünün mühafizəçilərinə döydürdü. Bundan sonra Elşən Əsədov gedib Əsrədinin dükanından yağ bıçağını götürüb Çingizi öldürməyə gəldi. Elşən onu sakitləşdirməyə çalışan mühafizəçi Azəri öldürdü. Mühafizəçi öləndən sonra Elşəni də, Çingizi də tutdular. Sonradan Ələddin adlı qardaşları Çingizi həbsdən azad etdirmək üçün hamımızdan pul yığdı. Çingiz Əsədov azad olunandan sonra borcları qaytarmaq məqsədilə, şəriklərinin adına xələl gəlməsin deyə bazardan uzaqlaşmaq istədiyini dedi. Hələ o dövrdə Çingiz Əsədova dedim ki, narahat olmasın, borc-xərci işləyib verəcəyik. Ç.Əsədov dedi ki, burada qala bilməz, şərikləri ilə də razılaşıb ki, bazarı satıb Moskvaya qayınlarının yanına gedir”.

Çingiz Əsədov dedi ki, qalan 50 faizi də satıram

S.Səfərov deyir ki, bu söhbətdən 10-15 gün keçəndən sonra Ç.Əsədov bazara müştəri gətirib: “Məhərrəm Əliyevin bacısı oğlu Nadir gəldi və bazarı siyahıya aldı. Onda bildik ki, o, bazarı almaq istəyir. Çingiz bazarı 2001-ci ilin əvvəllərində 220 min dollara satırdı, Nadir isə 180 min pul verirdi. Qiymət razılaşması olmadı, alqı-satqı alınmadı. Həmin vaxt biz təklif etdik ki, bazarın 50 faizini bizə sat, alaq. Çingiz Əsədov bizdən 120 min dollar aldı. Bundan sonra notariusa gedib tam ortaqlıqla bağlı razılığını bildirdi, qardaşım Cəfər Səfərov bazarın tam yarısına sahib oldu. 2002-ci ilin ortalarında Çingiz Əsədov dedi ki, qalan 50 faizi də satıram. İmkanımız yox idi, borc alıb, bazarı tam olaraq ondan aldıq. Çingiz Əsədovun ailə üzvləri də notariusa gəlib alqı-satqıya etiraz etmədiklərini bildirdilər”.

“MTN-çilər bazardakı ofisimizə basqın etdilər”

S.Səfərov deyir ki, 2005-ci il dekabrın 16-na qədər bazarda işləyiblər: “Həmin gün bazardakı ofisimizə MTN-çilər basqın etdi. Həmin vaxt ofisdə qardaşım Qəhrəman, bazarın direktoru Əyyub Novruzov, mühasib Akif Əzimov, mən və başqa işçilər də vardı. Onlar Qəhrəmanı tutdular, məni soruşdular, dedim ki, burada idi, getdi. Oradan bazarın sıravi işçisi kimi çıxdım və qardaşım Cəfərə baş verənlər haqda xəbər verdim. Sonradan bildim ki, MTN-çilər Akif Əzimovu, Qəhrəmanı, Əyyub Novruzovu özləri ilə aparıblar”.

“Əgər biz 8 qardaşdan birinin Fərhad Əliyevlə əlaqəmiz olsaydı...”

S.Cəfərov deyir ki, bundan sonra Akif Çovdarov dövrəyə girib və bazarı əllərindən alıb. Bu zaman Çingiz Əsədovun yalanlarından gen-bol istifadə edilib: “Onları MTN-ə aparandan sonra Akif Çovdarov qardaşım Cəfərə zəng etmişdi. Demişdi ki, haradasansa, dur gəl MTN-ə. Cəfər də MTN-ə getməmək üçün ona cavab vermişdi ki, şəhərdən kənardayam, gələ bilmərəm. Akif Çovdarov Cəfərə bildirmişdi ki, sən ”Elit" ticarət mərkəzinin yanındasan, bura gəl. Yəni artıq qardaşımın telefonunu izləməyə başlayıbmışlar. Planı da əvvəldən qurublar. Həmin vaxt biz haqq səsimizi ölkə rəhbərliyinə çatdırmaq üçün yollar axtarırdıq. Cəfər də ona görə MTN-ə getmək istəmirdi. Amma Akif Çovdarov onun yerini dəqiq dediyindən başa düşmüşdü ki, hara getsə, gəlib onu tapacaqlar, özü Akif Çovdarovun kabinetinə getmişdi. Orada Akif Çovdarov kabinetində qardaşıma deyib ki, bazar iqtisadi inkişaf naziri Fərhad Əliyevindir, bazarı təhvil ver. Qardaşım da deyib ki, bizim Fərhad Əliyevlə heç bir əlaqəmiz yoxdur. Bizə Akif Çovdarov dedi ki, Çingiz Əsədov deyir ki, bazarı Səfərovlara satdım, pulunu gecə Fərhad Əliyev bazara qara maşında gəlib, 300 min verib və çıxıb gedib. Cəfər də Akif Çovdarova demişdi ki, siz bazarın bizə qədər olan sahibləri - Səftər və Abdullanı da çağırıb dinləyin, biz bazarı öz şəxsi vəsaitimizə almışıq. Çingiz bizə şər atır. Əgər biz 8 qardaşdan birinin Fərhad Əliyevlə əlaqəmiz olsaydı, azı onunla, qardaşları ilə telefon danışıqlarımız, olardı, xeyir-şərdə qarşılaşardıq. O, qardaşlarım Cəfəri və Qəhrəmanı yanındakılara işarə verib demişdi ki, aparıb bunları başa salın. Qardaşım Cəfəri və Qəhrəmanı başlarına qara torba keçirib aparıb dəhşətli işgəncə veriblər. Olmazın əzablardan sonra həmin gecə Cəfəri və Qəhrəmanı 500 min dollar vermək şərti ilə MTN-dən azad etdilər. Qardaşlarım evə pis gündə gəlmişdilər".

S.Səfərov deyir ki, Akif Çovdarov növbəti gün Cəfər Səfərova zəng vurub və MTN-ə getməsini tapşırıb: “Akif Çovdarov Cəfərə demişdi ki, Eldar Mahmudov 500 min dollarla razı deyil, bazarı tam verin. Bazar o dövrdə ”Bank of Baku"da girovluqda idi. Akif Çovdarov Cəfərlə birgə banka getdi, banka olan 78 min dollar borcu Akif Çovdarov verdi. Bundan sonra Akif Çovdarov Əmlak Nazirliyindən kiməsə zəng etdi, həmin adam sənədi tezliklə aparıb girovdan çıxarılması haqda başqa bir sənədi qaytarıb verdi. Növbəti gün Akif Çovdarov Cəfəri “Olimp” mağazasının yanında olan notariusa apardı, orada bazarı Qulu Cəfərovun adına keçirdi. 2005-ci ilin dekabrın 20-də bazarı rəsmən bizdən aldılar. Çingiz Əsədov da bizə deyirdi ki, bazarın pulunu guya Fərhad Əliyevin verdiyini söyləməyi ona Akif Çovdarov tapşırıb. Deyirdi ki, mən Akif Çovdarovdan qorxuram, belə deməsəm, pis olar".

Müsahibimiz deyir ki, 2005-ci ilin dekabr ayının 30-na qədər bazarda qalıblar: “O dövrdə bazara Elşən Hüseynov və Ənvər Məmmədov gəldilər. Elşən Hüseynov Akif Çovdarovun yaxın adamı, qonşusu idi, Ənvər Məmmədov isə Hilal Əsədovun qayınatası idi. Bizə deyirdi ki, istəsəm, sizi itirərəm. Bazardan bizi uzaqlaşdırandan sonra mən dəfələrlə Akif Çovdarovun yanında olmuşam. Ondan bizi bazardan çıxarmamasını istəmişəm. Amma razılaşmayıb. Mən bazarın əlimizdən alınması ilə bağlı dəfələrlə şikayətlər edirdim. Şikayət məktublarımı Akif Çovdarovun özünə göndərirdilər. O da mənə deyirdi ki, cavan oğlansan, maşınından tank çıxa bilər, qızla şərləyə bilərəm, iynə vuraram iflic olarsan, get sakit otur.

Deyirdi ki, məni başa düş, bazarı mən almasaydım, yerimdə oturan bir başqası əlinizdən alacaqdı. Deyirdi ki, gəl sənə bir iş verim, işlə, bazar söhbətindən əl çək. Razılaşmadım. Mən şikayətlərimdə onu Hacı Məmmədovun davamçısı kimi göstərirdim. Bu da Akif Çovdarovu əsəbiləşdirirdi. Deyirdi ki, şikayət yazma, hakimiyyət dəyişən kimi bazarı özünüzə qaytaracağıq".

“Maaşını 3 min manata qaldırıblar, təzə ”Mercedes" alıb bağışlayıblar"

S.Cəfərov deyir ki, Eldar Mahmudov işdən qovulandan dərhal sonra Prezident Administrasiyasına, Baş Prokurorluğa teleqramlar vurub: “Çağırıb ifadəmi aldılar və araşdırma başladı. İşdə əsas şəxs Çingiz Əsədov olduğundan onun dindirilməsini xahiş etdim. Çünki başımıza gətirilən müsibətlərə o, xoş-zor şahidlik etmişdi. Prokurorluqdan isə dedilər ki, imkan varsa, özünüz onunla əlaqə saxlayın, gəlib ifadə versin. Biz də onun evinə getdik, dedik ki, prokurorluğa gedib həqiqəti demək lazımdır. O da razılaşdı, dedi ki, xəstədir, 3-4 günə gedə bilər. Növbəti dəfə evinə gedəndə isə Fərhad Əliyevin adını hallandırmağa başladı, dedi ki, prokurorluqdan rəsmi çağırış olmasa, gedən deyil. Sonradan bazardan eşitdik ki, Akif Çovdarovgil ona ayda 1000 min manat pul veriblər. Bu söhbətlərdən sonra isə maaşını 3 min manata qaldırıblar, təzə ”Mercedes" alıb bağışlayıblar. Üstəlik, o, bizim evinə getdiyimiz vaxt səsimizi də yazıb və prokurorluğa təqdim edib. Öz aləmində guya bizi ifşa edib. Biz isə ona həqiqəti söyləməkdən başqa bir söz deməmişik".

S.Səfərov deyir ki, Ç.Əsədov sonradan rəsmi çağırışla prokurorluğa dəvət edilib, dindirilib: “O, bu gün də Akif Çovdarovgilin ona hədiyyə etdikləri həmin ”Mercedes"də gəzir. Onlarla əlaqəsi bu gün də qalır".

Akif Çovdarov zərərçəkənə: “Mən ölüb getsəm də, mənim xofum sənin canından çıxmayacaq”

S.Səfərov qardaşı Cəfər Səfərovun Akif Çovdarovla Bakı İstintaq Təcridxanasında üzləşdirilməsi haqda bunları deyib: “Bizim şikayətlərdən sonra Akif Çovdarov Bakı İstintaq Təcridxanasında Cəfərlə üzləşdirildi. Cəfər orada Akif Çovdarovun üzünə nə baş veribsə deyib. Akif Çovdarov da deyib ki, mən ölüb getsəm də, xofum sənin canından çıxmayacaq. Akif Çovdarov da Fərhad Əliyevin adını hallandırıb”.

S.Səfərov prokurorluqda şikayətləri araşdırılan zaman çox maraqlı bir detalın da üzə çıxarıldığını söylədi: “Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova mətbuata açıqlamasında belə bir fikir işlətmişdi ki, heç bir obyektləri yoxdur. Mən Salman Cəfərov da buradan deyirəm, əlbəttə var, həm də Nüşabə Əsədovanın özünün adınadır. Bazar bizim əlimizdən alınıb və Akif Çovdarovla Hilal Əsədov bazarı dədə malı kimi aralarında bölüblər. Akif bazarı qızı Aydan Əmircanovanın, Hilal Əsədov isə həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirib. Nüşabə Əsədova Hilal Əsədovdan soruşsun, obyektləri sırasında bizim əlimizdən alınan bazar kimin adına rəsmiləşdirilib? Öz atasından da soruşa bilər.

“Çingiz Əsədovu danışdıran Akif Çovdarov və Hilal Əsədovdur”

Biz Prokurorluqda olana qədər elə bilirdik ki, təkcə bizim əmlakımız - bazar zorla əlimizdən alınıb. Orada isə bizim kimi onlarla adamı gördük. Bu gün Çingiz Əsədovu danışdıran Akif Çovdarov və Hilal Əsədovdur. Bunu hər kəs bilsin. Bizi Fərhad Əliyevin adı ilə şərləyib 11 il halal əmlakımızdan kənar qoyublar. Bizim qazancımıza sahibləniblər, oğul-uşaqlarına ev-eşik alıblar. Haqqımızı yeyiblər. Bu gün isə cavab vermək, törətdikləri cinayətlərə görə məhkəmə qarşısında dayanmaq zamanıdır. Onun-bunun adını hallandırmaqla vəziyyətdən çıxmaq mümkün olmayacaq, bizə qarşı etdiklərinizə görə qanun qarşısında cavab verəcəksiz".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru