Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                 

RƏSUL QULİYEV "EL"İ ƏLƏ SALDI
Tarix: 15-04-2013, 08:48 | Çap et
RƏSUL QULİYEV "EL"İ ƏLƏ SALDI
"Mübarizə aparmaq əvəzinə, insanların diqqətini qarşılıqlı ittihamlara cəlb edirlər"

Dünyada demokratikləşmə istiqamətində gedən proses Azərbaycana da müəyyən təsirlərini göstərməkdədir. Artıq siyasi düşərgədə təmsil olunan qüvvələr əvvəlki illərdən fərqli olaraq, daha da aktivləşiblər. Bu isə qarşıdan gələn prezident seçkilərinin fərqli müstəvidə baş tutacağını düşünməyə əsas verir. Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev "Reytinq"ə müsahibəsində deyib ki, qarşıdakı dövrdə dəyişikliyin baş verəcəyinə inanır:

- Müxalifətin son illərdə azad və ədalətli seçkilərin keçirilməsi üçün apardığı mübarizə ciddi nəticə verməyib. Hazırda hakimiyyət qarşıdan gələn seçkiləri saxtalaşdırmaq üçün güclü addımlar atır. Demək olar ki, bütün cəbhə üzrə repressiyalara başlayıb. Belə demək mümkündürsə, hakimiyyət açıq-aşkar seçkiləri saxtalaşdıracağını elan edib. Təəssüf ki, müxalifətin ona qarşı qoya biləcəyi qüvvəsi yoxdur. Seçkilərə beş ay qalsa da, vəziyyət xalqın lehinə deyil. İndiki vəziyyət müxalifətdən tezliklə radikal addımlar atmağı tələb edir. Bunun üçün, ilk növbədə müxalif qüvvələrin bir tavan altında birləşməsi vacibdir.
- Sözlərinizdən belə çıxır ki, müxalifət hakimiyyət qarşısında aciz duruma düşüb. Sizcə, iqtidar əleyhdarlarının belə vəziyyətlə üzləşməsinə səbəb nədir?
- Əsas səbəb müxalifətin özüdür. Dünya təcrübəsi göstərir ki, hakimiyyət nə qədər sərt addımlar atıb, repressiv üsullardan istifadə etsə, müxalifətin müqaviməti ona adekvat olmalıdır. Normal ölkələrin hamısında bu cür olur, amma bizdə əksinədir.
Azərbaycanda bir çox müxalifət liderlərinin şəxsi maraqları ilə xalqın maraqları arasında bir uyğunsuzluq, bir uçurum var. Şəxsi maraqlarına, partiya mənafelərinə qulluq edən adamlar bu rejimə qarşı müqaviməti xeyli dərəcədə zəiflədirlər. Bax, o şəxsi maraqlar da imkan vermir ki, müxalifət qüvvələri bir tavan altında vahid məqsəd, yəni azad və ədalətli seçkilərin keçirilməsi uğrunda birləşsin.
- Gəlin, bir qədər konkretləşdirək. Siz şəxsi maraqlarını ümumi maraqlardan üstün tutan liderlər - deyərkən, kimləri nəzərdə tutursunuz?
- Mən, konkret heç kimi nəzərdə tutmuram. Çox təəssüf ki, Azərbaycanda insanlarda çox pis yanaşma tərzi formalaşıb. İnsanların tənqidi fikirə münasibəti, analiz etmək bacarığı, başqası barədə fikir söyləmək əxlaqı tamamilə korlanıb. Birinin adını çəkən kimi, başlayırsız ki, filankəs filankəslə düşməndir, filankəslə arasında qalmaqal yarandı - kimi təbliğat aparmağa. Mən heç kimlə düşmən deyiləm, heç kimlə də qalmaqal salmaq niyyətim yoxdur.
Konkret ad çəkməyə gəlincə, mən öz maraqlarını xalqın maraqlarından üstün tutan liderlərin adını çəkməsəm belə, guya bilmirlər ki, o adamlar kimlərdir? Hamı hər şeyi yaxşı bilir. Mən nəyə görə ad çəkməliyəm?
- Eyni fikri başqa müxalifət liderləri də deyir. Ona görə də istədim, aydınlıq gətirəsiniz ki, kimi nəzərdə tutursunuz?
- Onlar çox şey deyə bilərlər. Siz bir jurnalist kimi, eyni sözü deyən müxalifət liderlərini bir yerə yığın, görün, kim həqiqəti söyləyir. O zaman hər şey sizin üçün də, cəmiyyət üçün də aydın olar. Heç kimin adını çəkməyə-çəkməyə, başlayırlar ki, Rəsul Quliyev filankəsi ittiham etdi və s. Bununla da camaatın fikrini yayındırır, mübarizə aparmaq əvəzinə, insanların diqqətini qarşılıqlı ittihamlara cəlb edirlər. Şəxsən mən istəmirəm ki, prezident seçkilərinə beş ay qalmış müddətdə, dediyim hər hansı bir söz boş-boşuna mübahisə obyektinə çevrilsin.
- Özünüz müxalifətin qarşılıqlı ittihamlarının əleyhinə çıxırsınız, amma Müsavat Partiyasının əleyhinə fikirlər səsləndirirsiniz...
- Siz düzgün demirsiz. Ümumiyyətlə, Azərbaycan xalqının düşüncə tərzində məsələləri qarışdırmaq var. Deyirsiniz ki, guya mən, Müsavat Partiyasının əleyhinə fikir bildirmişəm. Axı belə bir şey olmayıb. Hakimiyyət nümayəndələri hesab edirlər ki, Azərbaycan deyəndə, Heydər Əliyevi düşünmək lazımdır, əgər belə düşünmürsənsə, deməli, çox yanlış mövqedəsən.
Tutaq ki, mən Müsavat Partiyası liderinin, yaxud hansısa funksionerinin əleyhinə danışır və tənqid edirəmsə, deməli, Müsavat Partiyasını tənqid edirəm?
- Olsun Müsavat rəhbərliyindəki şəxslər...
- Onda nəyə görə Müsavat Partiyasının əleyhinə danışdığımı deyirsiz? Müsavat Partiyasında kifayət qədər ləyaqətli adamlar var. Mən həmin partiyanı necə pisləyə bilərəm? Onların əleyhinə o fikri deyə bilərəm ki, o adamlar Müsavat Partiyasının siyasətinin formalaşmasında aktiv iştirak eləmirlər və nəticədə problemlər ortaya çıxır. Əgər təkcə Müsavat yox, istənilən partiyanın əksər üzvləri ümumi siyasətin formalaşmasında iştirak eləsələr, partiyanın yanlış qərarlar qəbul etməsinin qarşısını alarlar. Yəni, mənim Müsavat Partiyasına qarşı tənqidi firkim yoxdur, onların əleyhinə nəsə deməmişəm, bundan sonra da deməyəcəyəm.
- Ötən həftə "Reytinq"ə müsahibəsində Arif Hacılı demişdi ki, 2003-cü ildə Rəsul Quliyevlə bir arada olsaq da, bu dəfə hər hansı bir əməkdaşlıq etməyəcəyik, çünki o, 2005-dəki yanlışlıqları ilə bitib. Bu barədə nə deyə bilərsiniz?
- Adını çəkdiyiniz şəxs kimdir ki, onun səsləndirdiyi fikirə də münasibət bildirim? Hərənin öz çəkisi var və ona uyğun davranmalıdır. Ona görə də, bu sualınıza bu qədər cavab verməklə kifayətlənmək istəyirəm.
Əgər mənimlə hər hansı əməkdaşlıq eləmirlərsə, çox sağ olsunlar. Seçkiyə kimlə, necə gedəcəyimi də mən özüm müəyyənləşdirirəm, başqalarının fikrinin mənim üçün əhəmiyyəti yoxdur.
- Rəsul bəy, liderlik etdiyiniz partiyanın da təmsil olunduğu Məşvərət Məclisi ilə bağlı fikirləriniz bilmək istərdik. РЊeçə vaxtdır fəaliyyət göstərir, amma bu qurum ciddi birlik kimi ortaya çıxa bilmir. Sizcə, Məşvərət Məclisi avanqard olmağı niyə bacarmır?
- Məşvərət Məclisi yeni yaranmış qurumdur. Artıq aktiv fazaya keçmək, etiraz mitinqləri təşkil etməklə bağlı müəyyən qərar da qəbul edilib. Hesab edirəm ki, Məşvərət Məclisi daha mobildir, müzakirələr daha açıqdır. Təəssüf ki, bu gün hakimiyyətin yürütdüyü siyasətin, repressiyaların, seçki saxtakarlığının qarşısını almaq gücündə deyil. Bu istiqamətdə mənim də fikirlərim olur və vaxtaşırı bu fikirləri Məşvərət Məclisinin üzləri ilə bölüşürəm. Bundan sonra çalışacağıq ki, Məşvərət Məclisi güclənsin, ancaq hansı səviyyədə güclənəcəyini demək çox çətindir.
Onu da nəzərə çatdırım ki, Azərbaycanda hadisələr gözlənilmədən, təsəvvürünüzə gətirməyəcəyiniz şəkildə inkişaf edə bilər. Çünki cəmiyyətdə qeyri-müəyyən vəziyyət yaranıb və nəyin, nə vaxt, harada baş verəcəyini bilmək çətindir. Məşvərət Məclisi də özünü hazırlayır ki, hansısa xaotik vəziyyət yaranacağı təqdirdə, onu idarə etmək gücündə olsun. Amma biz hesab edirik ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsini istəyən bütün müxalif qüvvələr birləşməlidir.
- Dediyiniz xaotik vəziyyət, gözlənilməz hadisələr müxalifətin nəzarətində baş verə bilər, yoxsa kortəbii şəkildə ortaya çıxacağını ehtimal edirsiniz?
- Hamıya məlumdur ki, müxalifət yaxın müddətdə avanqard qüvvəyə çevrilə bilməyəcək. Təəssüf ki, müxalifətin avanqard qüvvə olmaq şansı sıfıra bərabərdir. Quba, İsmayıllı hadisələri və "Binə" Ticarət Mərkəzindəki etiraz aksiyası zamanı camaat müxalifəti heç yaxına buraxmadı. Hətta bu etirazlarda Heydər Əliyevin portretini qaldırırdılar. Deməli, burada müxalifətin avanqardlığından söhbət gedə bilməz. Çünki müxalifət öz avanqardlıq imicini çoxdan itirib...
- Bəs onu geri qaytarmaq mümkündürmü?
- Biz elə o istiqamətdə çalışırıq. Avanqard olmasaq da, heç olmasa, hadisələri nisbətən nəzarətə götürmək imkanı qazanmalıyıq. 90-cı ildə - yanvar hadisələrində də müxalifət avanqard rolunu oynaya bilmədi. Camaat sözün əsl mənasında hər şeyi süpürüb atırdı, müxalifətə qulaq asmırdı. Ona görə də Bakı şəhərində hər hansı xaotik vəziyyətin yaranmasının nəticələrini proqnozlaşdırmaq mümkün deyil. Bu mənada, hər kəs bu barədə ciddi düşünməli və proseslərin mümkün qədər nəzarətə götürülməsinə çalışmalıdır. Yoxsa, müxalifətdə olanlar o xaotik vəziyyətdə evdən bayıra çıxa bilməyəcəklər.
- Seçki yaxınlaşdıqca namizədlərin kimliyinin önəmi də artır. Artıq müxalifətdən bir neçə şəxsin namizəd olacağı bəllidir. Sizcə, müxalifətin bir neçə namizədlə seçkiyə getməsi mənfi hal deyilmi?
- (Gülür) Namizədlərin çox, yaxud az olmasının seçkilərin nəticəsinə nə dəxli var? İndiki vəziyyətdə, lap istəyir, super dövlətlərdən birinin prezidenti namizədliyini versin, nə olacaq? Seçki başdan ayağa saxtalaşdırılır.
2011-ci ilin dekabrında demişəm ki, namizədliyimi irəli sürəcəyəm və seçkini udacağam. Ondan sonra bildirmişəm ki, əsas vəzifə namizədliyi vermək deyil, ən əsası azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Əgər azad və ədalətli seçki şəraiti yaradılmayacaqsa, hətta lazım olan imzanı belə toplamaq mümkün olmayacaq. Kimi istəsələr, bu yolla seçkiyə buraxmayacaqlar.
İkincisi, kimlərəsə 0,1 faizdən, maksimum 2 faizə qədər səs yazacaqlar. Bu da "kim özünü necə aparıb",- prinsipi ilə müəyyənləşəcək.
- Belə çıxır ki, hər hansı dəyişiklik baş vermədən, seçkidə iştirak eləmək lazım deyil?
- Siz məni düzgün başa düşmədiniz.
- Dediklərinizdən bu nəticəni çıxarmaq olur...
- Mən dedim ki, o namizədlərin verilməsi əhəmiyyətsizdir, çünki azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur. Əksinə, hakimiyyətin mövqeyindən görünür ki, belə bir şərait də olmayacaq. İndi biz bütün diqqətimizi azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin yaradılmasına yönəltməliyik. Yəni, sualınıza cavab olaraq, mənim bu fikrim, seçkidə iştirak etməmək anlamına gəlmir. Biz iki-üç aya demokratik seçki mühitinin yaradılmasına nail olmalıyıq, namizədlər barədə sonra danışarıq.
- 20 ildə yarada bilmədiyiniz demokratik seçki mühitini iki-üç ay ərzində necə yaradacaqsınız?
- Yaxşı sualdı. Ancaq ətraflı cavab vermək üçün gərək bir neçə misal çəkim. Misirdə 55-56 il diktatura rejimi hökm sürdü. Heç kimin də ağlına gəlməzdi ki, Mübarək devrilə bilər, amma 20 günə yıxıldı. Tunis hakimiyyəti isə 5 günə devrildi. 70 il hakimiyyətdə olan Sovet hökuməti necə oldu ki, yıxıldı? Bu, elə bir prosesdir ki, davamı olmalıdır. Bu cür proseslər bir həftə ərzində başlayıb, yekunlaşa bilər.
Qubada baş verən hadisənin qarşısını günlərlə ala bilmirdilər. Təsəvvür edin, ona bənzər hadisə Bakıda baş versə, nə olar? Heç kim onun qarşısını ala bilməz. 20 ildir demokratiya olmayıb deyə, Azərbaycan xalqı ayağını uzadıb ölməlidir? Əgər çarə tükənsəydi, mən indi oturub sizinlə belə söhbət aparmazdım, kitab yazar, tarixi araşdırmalarla məşğul olardım. Amma mənim üçün mübarizə hələ qarşıdadır.
- Rəsul bəy, son dövrlər yeni müxalif birliklər, hərəkatlar yaranmaqdadır. Artıq "EL" adlı hərəkat da təsis olunub və Milli Şuranın yaradılması planlaşdırılır. Bu barədə nə düşünürsünüz?
- "EL" Hərəkatını yaradanların çoxunu tanıyıram, orda qabiliyyətli insanlar var. Amma bu qurumun məqsəd və məramını bilmirəm. Düşünürəm ki, bunu heç özləri də bilmirlər. Deyirlər ki, xalqın aktiv olmayan hissəsini aktivləşdirmək istəyirik. Bax, bu, olduqca mücərrəd bir məsələdir. Ona görə ki, bu xalqın aktiv hissəsi ilə nəyə nail olmusan ki, onun qeyri-aktiv hissəsindən də nəsə düzəltmək istəyirsən?
Bu hərəkatın yaradılmasına çox şadam və dəstəkləyirəm. Amma gərək ortaya nəsə qoysunlar. Onlara qarşı hakimiyyətin təzyiqlərini isə pisləyirəm.
Rüstəm İbrahimbəyovun ideyası olan Milli Şuraya gəlincə, mənim fikrimcə, bu, yaşamağa layiq olan yeganə ideyadır. Düzdür, hələki onun yaradılması istiqamətində hansısa addımlar atılmayıb. Yəqin, Rüstəm İbrahimbəyovun işləri çoxdur. Əgər müxalifətin içərisində bu ideyanı taran eləmək niyyətinə düşənlər olacaqsa, onları müxalifət siyahısından çıxarmaq lazımdır.
- Bəzi müxalifətçi həmkarlarınız bu ilin dəyişikliklər ili olacağını bildirirlər. Necə düşünürsünüz, bu il Azərbaycanda ciddi dəyişikliklər olacaqmı, yaxud bu dəyişikliklər hakimiyyət dəyişikliyi ilə müşayiət oluna bilərmi?
- Əgər biz xalqa qarşı repressiya siyasəti aparan hakimiyyətin qarşısında müqavimət göstərə bilməsək, 2013-cü ildə nəzərdə tutulan dəyişiklik mümkün olmayacaq. Amma xalqın düşünən təbəqəsi birləşsə, real proqramla hərəkət edə bilsə, təbii ki, 2013 Azərbaycan üçün dəyişiklik ili ola bilər.
Bəyanatlara gəlincə, hər dəfə müxalifət nümayəndələri bildiriblər, bu il dönüş ildir, yaxud hakimiyyətə gəlirik. Artıq bu cür bəyanatlar vermək yox, bu işi gerçəkləşdirməyin zamanıdır. Əgər bu dəfə də seçkiləri saxtalaşdırıb hakimiyyəti mənimsəmək istəsələr, iqtidar mütləq dəyişiləcək. Amma başqa yolla. Seçkilər saxtalaşdırılsa, hakimiyyəti sülh yolu ilə dəyişmək mümkün olmayacaq. Yaxşı olar ki, hakimiyyətdəkilər bunu anlasınlar, yoxsa daha pis olacaq. Bu gün yazıq görünən xalq hər an ayağa qalxıb, hər şeyi alt-üst edə bilər. Ona görə də yaxşı-yaxşı fikirləşsinlər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru