MÜXALİFƏT SEÇKİLƏRƏ NƏYNƏN VƏ KİMNƏN GEDİR?
Tarix: 18-02-2013, 12:42 | Çap et
 BU DƏFƏ DƏ В«HAZIRLIQSIZ YAXALANDIQВ» DEYİLƏCƏK
DİA.AZ: - Müsavat başqanı İsa Qəmbər son açıqlamasında vahid namizəd ideyasının müxalifət üçün lazımlı olmadığını bildirdi. Əslində bu açıqlama 2013-cü il prezident seçkiləri ərəfəsində müxalifətin vahid namizədi ideyasının bilmərrə olaraq gömülməsi anlamını ehtiva etmiş oldu.
Təbii ki, müxalifətin vahid namizədi dedikdə əksəriyyət AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbərin arasından edilən seçimi nəzərdə tutur. Yəni bu iki qüvvənin anlaşacağı təqdirdə müxalifətin aparıcı və böyük kəsimini razı salan bir nəticə ortaya çıxa bilərdi. Amma anlaşma olmadı… Və yenə də müxalifət seçkilərə parçalanmış şəkildə getmək qərarını verdi.
Yaxın tarixi keçmişə nəzər saldıqda da görə bilərik ki, ümumiyyətlə, Azərbaycan müstəqil olandan bəri heç bir zaman müxalifət seçkilərdə birləşərək iştirak etməyib və hər zaman parçalanma məhz AXCP ilə Müsavat arasında razılığın olmaması səbəbindən baş tutub.
1998-ci ildə mərhum prezident Əbülfəz Elçibəyə məhz Müsavat başqanı İsa Qəmbərin edilməyən güzəşti ortaya SİDSUH adlı amorf biri qurumu çıxarmış oldu ki, sonradan SİDSUH-un şinelindən çıxan, müxalifliyi rəsmiləşən Rəsul Quliyev, Lalə Şövkət kimi simalar da az qala Əbülfəz Elçibəy və İsa Qəmbər statusunda əhəmiyyət qazanmış oldular və günü bu gün də heç bir siyasi söykənəcəyi və sambalı olmayan həmin şəxslər yalnız köhnənin avtoritet tribunasındakı qərarlılıqları sayəsində öz müxaliflik simalarını və həm də В«birincilikВ» mövqelərini qorumaqdadırlar. Təsadüfi deyil ki, həmin dönəmdə ekspertlər SİDSUH-u (Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkat -red.) Rəsul Quliyevi müxalifətə В«propiskaВ» edən təşkilat kimi xarakterizə edirdilər. Çünki təsadüfi deyildi ki, həmin dönəmdə müxalifət cameəsi Rəsul Quliyevə hələ tam inanmırdı və hətta Əbülfəz Elçibəyin В«Rəsul, məni sənin pulların yıxdıВ» xitabı da qulaqlarda cingildəyirdi. Beləcə, İsa Qəmbərin Əbülfəz Elçibəyə son şans haqqı tanımaması müxalifət düşərgəsini növbəti məğlubiyyətə sürükləməklə yanaşı, həm də müxalifət cinahını əbədi qarışıqlığa da mübtəla etmiş oldu.
Sonradan, 2003-cü ildə İsa Qəmbərə eyni qaydada bu dəfə AXCP sədri postunu tutan Əli Kərimli tərəfindən cavab verildi və məhz tanıyıb-tanımama dönəmində AMİP lideri Etibar Məmmədovdan sədaqət görməsi səbəbindən Əli Kərimli İsa Qəmbərə yox, Etibar Məmmədova dəstək verdi.
2008-ci il seçkilərini zəif düşmələri səbəbindən boykot etməkdən başqa bir yol görməyən müxaliflər 2013-cü ilin prezident seçkilərinə heç də eloktoratlarının gözlədiyi atmosferdə qədəm basa bilmədilər. Təbliğatçıları AXCP ilə Müsavatın hətta vahid bir təşkilatda birliyini anons etdiyi bir ərəfədə onların vahid namizədi belə ortaya çıxara bilməmələri əslində ümummüxalifət maraqlarına vurulan ən böyük zərbələrdən biri kimi qəbul edilməlidir.
Bəli, artıq müxalifət olmayan, ovlamadığı ovunu bölə bilmədiyindən seçkilərə parçalanmış şəkildə getmə qərarını verib. Bu isə növbəti məğlubiyyətin anonsu deməkdir.
DİA.AZ - Analitik Qrupu


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Dünən, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Dünən, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Dünən, 13:14 |
|
|
|
|