XALQ ÜÇÜN YENİ ÜSYAN BƏHANƏSİ
Tarix: 12-02-2013, 11:55 | Çap et
NOTARİAT KANTORLARI RÜŞVƏT YUVASIDIR Bu il bir çox problemlərin qabaracağı və ciddi etirazlara gətirib çıxarması ilə müşaiyət olunan il olacaqdır. Əsas səbəblər də sosial, vergi, komunal, məhkəmə cərimələrinın tutulması, rüsumların artması və addım başı rastlaşdığımız rüşvət hallarıdır. Artıq vətəndaşlara qayğı göstərəcək hökümət idarəetməsi yoxdur ki, xalq razılıq etmiş olsun. Fəzail Ağamalı kimi təhqirə görə, millət vəkilinin 100 000 manatlıq cərimə olunması təklifindən danışan Milli Məclisə də heç söz ola bilməz. Belə ağıl sahibləri sürət həddini aşanlara yüksək məbləğdə inzibati cərimələr, aksiya təşkil edənlərə yüksək cərimələr və s. tətbiq etməklə bu xalqı son həddə sıxmağa çalışırlar. Mən tam əminəm ki, heç bir dövlət məmurunun , millət vəkilinin ailə üzvləri cərimə olunmurlar. Onların ailə üzvləri hər hansı məsuliyyətə də cəlb olunmurlar. Cərimə olunsalar da, aldıqları milyonlarla rüşvət müqabilində heç bir şeydir. Deməli cəza qanunları yalnız kimsəsiz və kasıb təbəqə üçün nəzərdə tutulub. Bundan əlavə ən ciddi problem isə rüsumların həddən artıq çox olmasıdır. Notariat rüsumları arasında ən diqqət çəkən rüsum, sənədlərdən surət və cıxarışların duzgunluyunun təsdiqi üçün alınan rüsumdur. Qeyd olunan sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən dövlət rüsumu 50 qəpik olmaq əvəzinə indi buna görə 10 dəfə artıq — 5 manat ödəmək lazım gəlir. Hər gün vətəndaşların ən çox təsdiq etdirdikləri sənədlərin təsdiqi üçün belə bir rüsumun və xidmət pulunun tutulması insanların ciddi narazılığına səbəb olur. Bu hallara bütün dövlət notariuslarında rast gəlmək olar. Bu vəziyyət hər sadə vətəndaş üçün ayda orta hesabla 50 manat pul itirmək deməkdir. Bu cür qanunu Milli Məclis hansı potensial imkanları hesablayaraq qərar qəbul edib. Bundan əlavə “Dövlət Rüsumu Haqqında” qanunun 10.18-ci maddəsinə nəzər saldıqda “sənədlərdən surət və cıxarışların düzgünlüyünün təsdiqi” sözünün 2 yerdə qeyd olunduğunun şahidi olarıq. 01 yanvar 2013-cü il tarixdən sözü gedən rüsumun əvvəlki qiymətindən 10 dəfə artıq hesablanması hərəkəti yalnış bir qərardır. Mən başa düşmürəm ki, aidiyyatı orqanlar bu qədər ciddi səhvlərə necə yol verirlər. Prezidentin 21 dekabr tarixli sərəncamı elan olunarkən isə rüsumların 2-3 dəfə artması qeyd olunmuşdu. Məsələn, köhnə “Dövlət Rüsumu Haqqında” qanunun 10.16 maddəsində sənədlərin bir dildən basqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə gorə), sənədlərdən surət və cıxarışların düzgünlüyünü təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcuməçinin imzasının həqiqiliyinin (hər imza ucun) və vətəndasla fotosəkildəki səxsin eyniliyinin təsdiqi ücün 0,25 manat nəzərdə tutulmuşdursa, indi isə yeni Qanunun 10.18 maddəsində sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat nəzərdə tutulub. Eyni məbləğdə xidmət pulu da tutulmaqla 5 (beş) manat təşkil edir. Bildiyimiz kimi Azərbaycanda 140-dan çox notariat kontoru fəaliyyət göstərir. Yalnız bir kontorun bir rüsumdan gəlirinə baxın. Hər notariat kontorunda gün ərzində 300-500 sayda sənədlərin surətinin əsli ilə düzgünlüyü təsdiq edilirsə, bu hər gün üçün xalqın cibindən təxminən 1000 manat, hər ay üçün 30 000 manat, 1 il üçünsə 365 000 manat pulun oğurlanması deməkdir. Hesab edin , bir kontor tək bir rüsumla bu qədər xalqın cibinə girilirsə düşünün başqa nələr var? Müşahidə etdiyim 5 notariat kontoru ətrafında insanların təhqir və qarğışlarla etiraz səslərini qaldıraraq üsyan etmələrinin də şahidi olmuşam. Bir parça yavan çörək pulunu qazana bilməyən vətəndaşlardan şəxsiyyət vəsiqəsinin surətinin təsdiqi üçün 5 (beş) manat pulun alınması artıq yaxın gələcəkdə bu hakimyyətlə vidalaşacağımızdan xəbər verir. Taleh Xasməmmədov Hüquq Müdafiəçisi


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Bu gün, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Bu gün, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
|