Vaşinqton və London “gizli seçki” keçiriblər? .....                     “PetMall” baytarlıq klinikasından şikayət .....                     Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? .....                     Tiktoker "Roşka" intihara cəhd edib .....                     “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub .....                     Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil .....                     "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et" .....                     Rusiya benzin ixracına qadağa qoydu: .....                     Rusiyada şovinizm yüksək həddə çatıb .....                     İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                     "Aqrarkredit" BOKT-a sözçü təyin olunub .....                     Universitetlərin ilkin adlarını saxlamaq lazım idi .....                     Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir .....                     Allahverdi Yolçuyev yenə corab satacaq? .....                     Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı .....                     3 ildən bir forma dəyişməsi: .....                     Sülhü “baltalayan” əllər: .....                     İranda mühüm iclas: Azərbaycanla münasibətlər... .....                     Fransanın “qətnamə oyunu”: .....                     Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb .....                     Bakıda ağlasığmaz RESTORAN HESABI... .....                     Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi .....                     MİDA-nın mənfəəti 3 dəfə azalıb .....                     UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb .....                     Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... .....                     Prokuror etiraz etdi, iş geri qaytarıldı .....                     Tarixi pisliyə imza atanların yeni məkri .....                     SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? .....                     Ağ rəng qara ləkə götürməz.. .....                     İsrailin yeni səfiri bu gün Bakıya gələcək .....                     Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar .....                     Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR .....                     Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu .....                     İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: .....                     Kremlin səssizliyinin pərdəarxası .....                     Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib .....                 

PAH ATONNAN!!! MOLLA REJİMİ BİZDƏN KÜSÜBMÜŞ
Tarix: 12-12-2012, 10:36 | Çap et
PAH ATONNAN!!! MOLLA REJİMİ BİZDƏN KÜSÜBMÜŞ
BİZDƏN İNCİDİYİNİ DEYƏN FARSLAR ÖZ XİSLƏTLƏRİNDƏN VAZ KEÇMİRLƏR

DİA.AZ: - Deyəsən, həqiqətən də dünyanın sonuna yaxınlaşırıq. Əgər belə olmasaydı, hər addımında antiAzərbaycan, antiTürk mövqeyindən qalmayan, əlinə düşən ilk fürsətdəcə Azərbaycana zərbə vuraraq bundan zövq alan İran adlanan yerdəki fars-molla rejimi bizdən incidiyini ifadə etməyə başlayıb. Belə yerdə deyirlər ey, oğru elə bağırdı, doğrunun bağrı yarıldı…

DİA.AZ olaraq sizlərə təqdim edəcəyimiz aşağıdakı material İran mətbuatında yer alıb. Bizdən incikliklərini ifadə edirlər və sübut etməyə çalışırlar ki, guya bizə dostdurlar, amma biz onlara qarşı hər zaman düşmən mövqedə dayanmışıq. Hətta bu В«inciklik ifadəsiВ» olan məqalələrində belə öz xislətlərini nümayiş etdirməklərindən qalmırlar. В«Bakı dövlətiВ» və digər bu kimi ifadələrlə içlərindəki fars xəbisliyini gizlədə bilməyən molla rejiminin mirzələri Azərbaycan dövlətinə və Azərbaycan türklərinə həqarətlərini əslində bu yazıları ilə də davam etdirmiş oldular…

Beləliklə, molla incikliyinə şahidlik edin:

В«"Yaxşı qonşuluq" dünyanın bir çox ölkələrinin öz qonşularına nisbətən elan etdiyi siyasətdir. Amma bəzən elə olur ki, bir ölkənin öz qonşularına qarşı icra etdiyi siyasət onun elan etdiyi siyasətlə uyğun gəlmir. Bu mövzu da qısa bir müddətdə həmin ölkə üçün problemlər yaradır. Xüsusilə də kiçik bir ölkənin icra etdiyi siyasətlə elan etdiyi siyasəti özünün qüdrətli bir qonşusu qarşısında fərqli olanda bu problemin dairəsi daha da geniş olur.

İran İslam Respublikasının qonşularından sayılan Azərbaycan Respublikası həmişə İranla yaxşı qonşuluğa riayət etməyə təkid edir. Bu təkid son aylar ərzində, əsasən də "Eurovision" müsabiqəsindən sonra azəri rəsmilərinin dilindən daha çox təkrar olunmaqdadır. Lakin əməldə müşahidə olunanların yuxarıda deyilənlərlə heç bir uyğunluğu yoxdur. Çünki:

1. Bu ölkənin qeyri-real və anti-İran materialları ilə dolu olan dərslik kitablarında heç bir dəyişiklik olmayıb.

2. Elə bir gün yoxdur ki, bu ölkənin dövlət və ya xüsisiyə oxşar medialarında anti-İran yanaşmaların şahidi olmayaq.

3. Münafiqlər terrorçu dəstəsinin üzvlərindən bəziləri –onların nümayəndəsi 2011/1/ 25 tarixində Azərbaycan dövlətinin ANS telekanalındankı müsahibəsində qalmağa icazə verdiyi üçün Bakı dövlətinə təşəkkür etdi – hələ də bu ölkədədirlər.

4. İran diplomatlarına qarşı hələ də beynəlxalq diplomatiyaya zidd olan hərəkətlər davam edir. Belə ki, bir neçə gün öncə bir il müddətində altıncı dəfə olaraq İran diplomatının Bakıya girişinə maneçilik yaradılıb.

5. Azərbaycan Respublikasının İslam və İranın düşməni olan sionist rejimi ilə münasibətləri hər gün artmaqdadır və ən son vaxtda Təl-əviv çapı olan Meariyo qəzeti Azərbaycan Respublikası ilə İsrail arasında bağlanmış 1.4 milyard dollarlıq müqavilə əsasında hərbi təchizatın son hissəsinin Bakıya göndərildiyindən yazdı.

6. Hələ də bu ölkənin məhkəmələrində azərbaycanlı şiələr İranla əlaqəsi olmaq kimi əsassız ittihamlarla mühakimə və uzun müddətli həbslərə məhkum olunur.

Və...

Təkcə bir neçə nümunəyə işarə etdiyimiz yuxarıdakı anti-İran hərəkətlərinin kənarında bir neçə gün bundan öncə (2012, 5 dekabr) Azərbaycan Respublikasının anti-İran hərəkətlərinin qalın dəftərinə yeni bir vərəq artırıldı və Dünya Azərbaycanlıları Konqresi adlanan qrup “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda qeyri-rəsmi və fövqəladə konfrans keçirib. Parlament nümayəndəsi Sabir Rüstəmxanlı, İrandan qaçmış ziddi-inqilabçı Əjdər Təqizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və bir neçə azəri yazıçı şimali və c ə n u b i Azərbaycan kimi saxta və əsassız terminlərdən istifadə edərək Stalin və sovetlər ittifaqının dövründə olduğu kimi İranın tarixini saxtalaşdırmağa çalışıb və İran İslam Respublikasının əleyhinə təhqiredici sözlər danışıblar.

Əlbəttə, bu toplantının ardınca və İranın Bakıdakı səfirliyinin etiraz bəyanatından sonra Sabir Rüstəmxanlının nəzarəti ilə idarə olunan dırnaqarası DAK və Azərbaycan Milli Həmrəylik Partiyası ayrı-ayrı bəyanatlarla çıxış edərək öz təhqirlərini artırıb. Əjdər Təqizadə də ANS telekanalında iştirak edərək İran dövləti və xalqına qarşı təhqirləri kamilləşdirmişdir.

Azərbaycan Respublikasının anti-İran dairələrinin məqsədləri, bu proqramların himayətçilərinin kimliyi, bu şəxslərin iddialarının əsassız olmaları Azərbaycanın müsəlman xalqına aşkar olsa da bu barədə bir neçə mövzuya ümumi-xülasə şəkildə işarə edirik.

Əlbəttə, bu mövzuda İslam təlimlərinə əsaslanaraq o şəxslərin davamlı hörmətsizlikləri qarşısında təkcə "salam" sözünə kifayət edirik və Bakının anti-İran qruplarının əsassız iddia və ittihamlarına yalnız işarə edəcəyik:

1. Əvvəl yerində olar ki, Sabir Rüstəmxanlını öz həmyerlisinin dili ilə tanıdaq. Azərbaycanlı tədqiqatçı Elşən Nəsirov bir yazısında yazır: "Sovetlər İttifaqı dağıldıqdan sonra camaatın iqtisadi durumu ağırlaşdı. Bakı əhalisinin camaatının çoxu hələ xarici pulları tanımırdılar. Bu vaxtlar Sabirxan dollar alqı-satqısı ilə məşğul idi və hamı onu "dollar dəllalı" kimi tanıyırdı... Bir müddət keçdikdən sonra Sabirxan dollar alqı-satqısından zahirən uzaqlaşdı və İranın Bakıdakı səfirliyi ilə əməkdaşlığa başladı. Onun dostlarının hamısı bilir ki, Sabir bir neçə il ardıcıl İran səfirliyinə get-gəl etdi və İran səfirliyindən aylıq məvacib almasını da hamı bilirdi. Bu illər ərzində Sabir, İran əleyhinə bir kəlmə də olsun danışmırdı. Jurnalistlər və Bakının partiya fəlalları yaxşı bilirlər ki, Sabirxan, Milli Həmrəylik Partiyasını əvvəllər hakimiyyətə müxalif bir partiya kimi tanıdırdı. Amma gözlənilmədən Sabirxan, Ramiz Mehdiyev (Prezident Administrasiyasının rəhbəri) tərəfindən Milli Məclisin nümayəndəliyinə təyin edildi!...".

Əlbəttə, bu barədə söz çoxdur, amma bu qədər bilməyimiz bəsdir ki, sionist rejimin Azərbaycan Respublikasındakı amilinə çevrilmiş və hörmətsizlik etməkdə ad qazanmış bu parlament nümayəndəsi indiyə kimi Təbriz və Nardaran camaatına, Şah İsmail Xətaiyə hörmətsilik etməyi öz iftixar dəftərində daşıyır. Bir müddər öncə də Qarabağın ermənilərə təhvil verilməsi təklifi ilə çıxış edərək ölkə mediasının əsas mövzularından birinə çevrildi.

Son hörmətslik senarisinin ifasında ikinci şəxs Əjdər Təqizadənin şəxsiyyəti barədə də bu qədər bəsdir ki, o İrandan qaçmış əksinqilabçılardandır. Onun sənədində fırıldaqçılıq və adamaldatma olmasına baxmayaraq, Azərbaycan Respublikasının "yaxşı qonşuluq siyasətləri" sayəsində illərdir ki, bu ölkədə anti-İran hərəkətlərlə məşğuldur.

2. Sabir Rüstəmxanlı İranın Bakıdakı səfirliyinin etiraz bəyanatına 7 dekabrda Azərbaycanın APA və Salamnyuz kimi bəzi dövlət medialarına cavab verdi və öz təhqirlərini təkrar etməklə yanaşı iddia etdi:

a) "DAK" dünya azərbaycanlılarının iradəsi ilə yaradılmışdır.

Bu konqresin dünya azərbaycanlılarının iradəsi ilə yaradılması gülünc iddiadır. Ayıq insanlar bilirlər ki, bu konqres dünya azərbaycanlılarının iradəsi ilə yox, ABŞ-ın iradəsi ilə anti-İran fəaliyyətləri üçün şərait yaratmaq məqsədilə təsis edilmişdir. Hazırda da onun ofisi İsraildə bu konqresin əsas siyasət yönəldicisi hesab edilir. Bundan əlavə, Rüstəmxanlının danışdığı azərbaycanlı iradəsi hansı iradədir ki, dünyanın əsas azərbaycanlıları hesab edilən İran azərbaycanlılarının bundan xəbəri yoxdur. Əlavə, şiə məzhəbinə bağlılıq və azərbaycanlı qeyrəti kimi Azərbaycan mədəniyyətinin əsas komponentlərinə konqresin münasibəti necədir? Doğrusu, bu konqres Qarabağın azadlığı üçün nə etmişdir? Qarabağı ermənilərə verməyi təklif etməkdən başqa bir işi də olubmu?
b) Rüstəmxanlı öz bəyanatında deyib: "İkincisi, sözügedən konfransda İrandakı insan haqları və azadlıqları müzakirə olunub. İranda yaşayan 35 milyonluq soydaşımızın heç bir hüququnun tanınmaması, onlara ana dilində təhsil almaq, oxumaq, yazmaq, kitab və qəzet nəşr etmək, milli mədəniyyətini yaşatmaq və inkişaf etdirmək, tarixi abidələrini qorumaq imkanının verilməməsi bütün dünyaya bəllidir".

Bu iddianı bəyan etməyin özü təklikdə bunu göstərir ki, Rüstəmxanlının və (çox güman ki, ona bu bəyanatı yazmaqda kömək etmiş) dostlarının İran və orada yaşayan müxtəlif millətlərin durumu badərə məlumatları yoxdur. Bundan əlavə, Azərbaycan Respublikasında azlıqda olan; talış, ləzgi, avar, udin, tat, rus kimi onlarla etnik tayfalar yaşayır. Bu etnik azlıqlar özlərinin bir çox haqlarından məhrumdurlar. Bakının "etnik azlıqların haqlarının himayət olunması konvensiyası"nı imzalamasına baxmayaraq, onların dil və mədəniyyətini boğmağa söykənən panazərizm siyasəti icra edilir. Azərbaycan Respublikasında şovinist siyasətin izlənilməsi, əsasən də talış xalqına qarşı; keçən həftə Demokratik Talış Birliyinin öz mövcudluğunu elan etməsinə səbəb olub. Belə ki, bu təşkilatın öz mövcudluğunu elan etməsi ləzgi milləti məsələsinin ortaya çıxması və Rusiya səfirinin Azərbaycanın şimal məntəqələrinə səfəri, həmçinin ləzgi və avar tayfaları məsələləri mövzusunda Moskvada konfransın keçirilməsi, dırnaqarası Dünya Azərbaycanlıları Konqresinin “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda qeyri-rəsmi və fövqəladə konfrans keçirməsi barədə sifariş almasına bais oldu. Bəlkə, bununla öz çətin günlərini yaşayan hakimiyyət, Azərbaycan xalqının ümumi fikrini və Avropa insan haqları dairələrini Azərbaycandakı müxtəlif etnik azlıqların tərpənişini, qərbyönümlülərin aksiyalarını, həmçinin islamçıların etirazlarını ayrı yerə yönəldə bilsin.

v) Rüstəmxanlı bəyanatının digər bir hissəsində belə yazmışdır: "Üçüncü, İranın Azərbaycandakı səfirliyi, deyəsən, yaxın tarixi çox tez “unudub” və 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının iki yerə parçalanması tarixi həqiqətini danmağa çalışır. Üstəlik, 1945-ci ildə Pişəvərinin başçılığı ilə Güneydə qurulan Azərbaycan dövlətinin varlığını və tarixi sərhədlərini İran səfirliyi niyə unutmaq və kimlərə unutdurmaq istəyir?"

Rüstəmxanlı və onun fəmfikirləri tarixi həqiqətlərdən yaxşı agah olsalar da vahid Azərbaycan əfsanəsi və onun şimal və cənub olmaqla iki yerə bölünməsi kimi öz əsasız iddiaları sübuta yetirmək üçün ətraflı bəhsə ehtiyacı olan Qafqaz tarixində saxtalaşdırılmış mövzulardan sui-istifadə edirlər. Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasına kimi İranın Qafqaza sahibliyi barədə inkaredilməz və sənədli tarixi sübutlar mövcuddur. Lakin bu yazıda xülasəyə riayət etməyə rəğmən, Rüstəmxanlının diqqətini Gülüstan müqaviləsinin bağlanmasının şahidi olan Mirzə Abbasqulu Qüdsinin (Abbasqulu Ağa Bakıxanov) "Gülüstani-İrəm" kitabı kimi Arazın şimal sahilinin sakinlərinin tarixindən yazan kitab və əsərlərə yönəltmək istəyirik. "Riyazus-səyahə" kitabının müəllifi Mirzə Zeynəlabidin Şirvani, Şirvanı İranın 20 əyalətindən biri kimi tanıdıb və Arazın şimalını Azərbaycan adlandırmayıb. Azərbaycan Elmlər Akademiyasının üzvü professor İqrar Əliyev "Atropatların tarixi" kitabında bir çox həqiqətləri aydınlaşdırıb. 1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyətinin əsasını qoyan Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cumhuriyyəti, onun necə formalaşması və hazırkı durum" kitabında yazır: "Hərbi-ümumidən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda vaqe Təbriz ilə həvalisinə deyilirdi. Hərbdən və böyük Rusiya ixtilalından sonra dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın Şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır". Yenə onun Tağızadəyə məktubunda təsis etdiyi dövləti Azərbaycan adlandırdığından iranlıların çox narahat olmalarının qarşısını almaq üçün hər bir işi yerinə yetirməyə hazır olmasını bildirir. Üstəlik, bu günləri sovetlər ittifaqının bütün məxfi sənədlərinin ifşa olmasından sonra Stalin və Mircəfər Bağırovun Demokrat Firqənin iş başına gətirilməsinədəki rollarında heç bir şübhə qalmamışdır. Əlbəttə, Təbriz əhalisinin bu firqə ilə qarşılaşması Sabirxan kimilərə ibrət ola bilər.

Sabir Rüstəmxanlı sonda yazır: Şiə qardaşlığından və müsəlmanlıqdan danışan İran Ermənistanın bir milyondan artıq türk-müsəlmanı öz yurd-yuvasından qaçqın saldığını, müsəlman ölkəsi olan Azərbaycanın 20 faiz tormağını işğal etdiyini, yüz minlərlə silahsız, dinc müsəlmanı qətlə yetirdiyini bilə-bilə Ermənistana görünməmiş səviyyədə iqtisadi və hərbi dəstək göstərir, işğalın davam etdirilməsinə və şiə-müsəlmanların əzab-əziyyətlərinin artmasına yardımçı olur... İran hansı haqla “şiə qardaşlığından” danışa bilər?"Bəyanatın bu bəndinin yazısına görə Rüstəmxanlını təbrik etmək lazımdır. Çünki onun özünə yüksək inamından xəbər verir. O, bir tərəfdən əziz və məzlum Qarabağı ermənilərə verməyi təklif edir, digər tərəfdən isə İranı Ermənistanla əməkdaşlıq etməkdə təqsirləndirir. Yaxşı olar ki, Rüstəmxanlını və onun həmfikirləri bilsinlər; anti-İran dairələr İranın Azərbaycan dövləti və xalqına hərtərəfli yardımlarının üstünü örtməyə və onu Ermənistanla əməkdaşlıq etməkdə təqsirləndirmək üçün çoxlu səy və təbliğat etmələrinə baxmayaraq, Qarabağın işğalından təqribən 20 il ötsə də Azərbaycan Respublikası, xüsusilə də pak vicdanlı azərbaycanlı döyüşçülər yaxşı xatırlayırlar ki, İran dövləti və xalqı Ali Məqamlı Rəhbərin Qarabağı İslam torpağı adlandırdığı tarixi fətvasından ilham alaraq öz qardaşlarının köməyinə tələsdilər. Amma əfsus ki, Rüstəmxanlı kimilərin Azərbaycanın qərar qəbul etmə mərkəzləri kimi həssas bir mərkəzdə olması əziz Qarabağı işğal və onun müsəlman sakinlərini qaçqınlıq kimi ağır müsibətlərə düçar etdi.

Bundan əlavə, İranın Ermənistanla qonşuluq üzündən yaranan məhdud və qeyri-hərbi əlaqələrindən narahat olan Rüstəmxanlı yaxşı olar ki, Azərbaycan Parlamentinin nümayəndəsi kimi – baxmayara ki, təyin edilib – Azərbaycan Respublikasının siyasi və mədəni istiqlalı barədə düşünsün. Çünki bu günləri rus istilasından azad olsalar da gizli surətdə sionistlərin istilası altındadırlar.

Sonda mətləbimizin əsas mövzusuna qayıdırıq və xatırladırıq ki, beynəlxalq siyasətdə "yaxşı qonşuluğun" komponentləri vardır ki, onu elan etmək həmin komponentlərin yalnız biri hesab edilir. Diplomatları qəbul etməkdə diplomatik qaydalara əməl etmək, qarşılıqlı səfərlər, viza rejiminin ləğvi, qonşu ölkələr əleyhinə fəaliyyət göstərən qrupların fəaliyyətinin qarşısının alınması, qonşu ölkə ilə ortaq sərhədlərdə düşmənin iştirakının qarşısının alınması və s. onun əsas komponentlərindən hesab olunur.

Şübhəsiz ki, İran-Azərbaycan münasibətlərində dövlət, media, hətta İran xalqının– ölkə prezidenti doktor Əhmədinijadın Bakıya səfəri, vizanın birtərəfli ləğv edilməsi, beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün rəsmi tanınması, münasibətlərin pozulmasına səbəb ola biləcək bəzi doğru xəbərlərin yayılmasının qarşısını almaq və s. kimi çoxlu mövzular – yaxşı qonşuluğa faktiki surətdə əməl etməyini göstərir və indi Azərbaycan ölkəsinin növbəsidir ki, yaxşı qonşuluq siyasətinə nə qədər bağlı olmasını göstərsin. Sözsüz ki, İran xalqının, əsasən də şimal-qərb ərazisinin qeyrətli sakinlərinin intizarı, bu ölkənin dünyanın ikinci şiə ölkəsində anti-İran və anti-İslam toplantılarıının qarşısını almasıdır. Bununla yanaşı ki, ölkənin parlament nümayəndəsinin belə toplantılarda birbaşa iştirakı və Azərbaycan Respublikası dövlətinin onun qarşısında susması belə proqramların dövlət xətti ilə olması ehtimalını gücləndirirВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Bu gün, 18:03
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Bu gün, 18:01
Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Bu gün, 17:57
Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 17:45
“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Bu gün, 17:38
Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Bu gün, 17:36
"Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Bu gün, 17:31
Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Bu gün, 17:18
Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Bu gün, 17:09
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Bu gün, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Bu gün, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Bu gün, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Bu gün, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Bu gün, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Bu gün, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Bu gün, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Bu gün, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Bu gün, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Bu gün, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Bu gün, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Bu gün, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Bu gün, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Bu gün, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Bu gün, 15:56
Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:53
Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Bu gün, 15:44
MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Bu gün, 15:38
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Bu gün, 15:35
Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Bu gün, 15:33
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Bu gün, 15:19
Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Bu gün, 15:12
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Bu gün, 14:59
Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Bu gün, 14:13
İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Bu gün, 13:39
Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Bu gün, 13:37
Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Bu gün, 13:30
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Bu gün, 13:18
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Bu gün, 13:13
Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Bu gün, 13:07
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Bu gün, 13:05
Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Bu gün, 13:02
"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Bu gün, 12:40
Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Bu gün, 12:19
“Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Bu gün, 12:16
Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Bu gün, 12:09
Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Bu gün, 12:05
Jurnalistə ağır itki üz verib
Bu gün, 12:00
İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:56
Paşinyan hücuma hazırlaşır: - Sürprizlər olacaq
Bu gün, 11:54
Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru