Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                 

ƏDLİYYƏ NAZİRİNİN HİMAYƏ ETDİYİ TALANÇILIQ
Tarix: 4-11-2012, 10:44 | Çap et
ƏDLİYYƏ NAZİRİNİN HİMAYƏ ETDİYİ TALANÇILIQ
“BANK OF BAKU”DAKI FIRILDAQLARA ƏDLİYYƏ NAZİRLİYİ ŞƏKKSİZ ŞƏRİKDİR

DİA.AZ: - Redaksiyamıza adı İranın xüsusi xidmət orqanları ilə qoşa çəkilən və bu gün Azərbaycanın banl sektorunda kifayət qədər ciddi mövqedə dayanan “Bank of Baku” ilə bağlı xeyli sayda vətəndaş şikayəti daxil olub. Həmin materialları davamlı olaraq diqqətinizə çatdırmaq qərarını vermişik və ilk olaraq onlardan birini təqdim edirik. ««Bank of BakuВ» məni ölüm həddinə çatdırıbВ». Bu sözləri Bakı sakinlərindən birinin DİA.AZ-a ünıvanladığı şikayət məktubunda yer alıb. Şikayətçi bildirir ki, bir il əvvəl aldığı maşını В«Bank of BakuВ» tərəfindən qanunsuz olaraq əlindən alınıb:

В«Cəmi üç ay gecikməm oldu. Bu da maşınla qəza törətməyimlə bağlı idi. Və bildirim ki, maşınım ailəmi dolandıra bilməm və bankın kreditini ödəyə bilməm üçün yeganə vasitəm idiВ».

Məktubda şikayətçi qeyd edir ki, əvvəllər vaxtlı-vaxtında krediti ödəsə də, məhz başına gələn qəzadan sonra müəyyən axsamalar yaranıb: В«Bankın işçiləri də sanki bunu gözləyirmiş. Maşınımı qapımdan qanunsuz olaraq götürdülər. Sonra da başladılar maşınıma müştərilər axtarmağa. Hətta məndən maşınımın satılmasına zorla razılıq istəyirdilər. Mən də razılaşmadım. Bundan sonra məni maşınımın hərraca çıxarılacağı ilə hədələdilər və mənə bildirdilər ki, maşınım hərracda dəyərindən aşağı qiymətə satılacaq. Mən də onlara baş salmağa çalışdım ki, siz hərracın nəticələrini indidən necə bilə bilərsiniz. Bu da onlara kar etmədi. Və artıq maşınım hərraca çıxarılıbВ».

Şikayətçi bildirir ki, bir neçə günə maşını satılacaq: В«Əgər bu baş verərsə, özümü öldürəcəm. Çünki bu maşın ailəmi dolandıra bilməm üçün yeganə qazanc mənbəyim idi. Və bütün əlimdə olan ailəmin qızıllarını sataraq bu maşın üçün ilkin ödəniş eləmişdim. Əgər maşınımı satacaqlarsa, intihardan başqa yolum qalmırВ».

Onu da xatırladaq ki, arxasında hakimiyyət içindəki iranmeyilli qüvvələrin dayandığı В«Bank of BakuВ» hazırda ən çox şikayət olunan bank kimi diqqətə gəlib. Müştəriləri ilə amansız rəftarı bu bankın himayədarlarının gücünün təzahürü kimi də qəbul olunur. Məhz buna görə də В«Bank of BakuВ» çox rahat-rahat ədliyyə nazirliyinin işçilərini də satın ala bilirlər.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sözügedən ölkənin Dövlət Departamentinə ünvanladığı məxfi qrifli məlumatlarda bildirilirdi ki, bu bank vasitəsilə İranın xüsusi xidmət orqanlarına aid çirkli pullar yuyulmaqdadır. Bir ay ərzində İrandan qara yollarla ötürülən 5 milyon dollar məhz В«Bank of BakuВ»nun В«çistilişeВ»lərində təmizlənir.

Bundan əlavə, bu bankın eyni zamanda В«Hyundai Auto AzerbaijanВ» şirkəti ilə ortaq şəkildə vətəndaşlara divan tutması da mətbuatda səslənən fikirlərdəndir. Bildirək ki, В«Hyundai Auto AzerbaijanВ» şirkəti əslən İrandan olan və ETTEALAT-la mübhəm əlaqələri olan Oromi ailəsinə məxsusdur. Eyni zamanda bu ailənin sahiblik etdiyi NAB şirkəti də В«Bank of BakuВ»nun əsas payçılarından biridir. Bu ailənin varidatları sırasında В«Baku ElectronicsВ» kimi mühüm bir struktur da yer almaqdadır. Hər halda, belə bir imkan çevrəsinin Azərbaycanda hansı səviyyəli əlaqələrə malik olmasını təxmin etmək o qədər də çətin deyil.

Təbii ki, bu əlaqələr də öz növbəsində Azərbaycan vətəndaşlarına divan tutulması üçün də münbit şərait yaradır. Məhz В«Bank of BakuВ»nun müştərisi olma səbəbindən yüzlərlə Azərbaycan vətəndaşının əmlakı əlindən alınıb. Bu bankdan kredit götürən onlarla vətəndaşımızın bu gün evlərini satışa çıxardığı da faktdır.

DİA.AZ-a ötürülən məlumatda isə bildirilir ki, В«Bank of BakuВ»nun fırıldaq yolu ilə vətəndaşları talamasında iştirakçılardan biri də Ədliyyə Nazirliyidir: В«Məhz bu nazirlikdə qurulan saxta hərraclar yolu ilə vətəndaşların kreditlərinin müqabilində olan əmlakları dəyər-dəyməzinə satılır. Halbuki satış hüququ kredit alan vətəndaşda olsaydı, onu istədiyi qiymətə sata bilərdiВ».

Mənbəmiz bildirir ki, hətta bu işdən nazir Fikrət Məmmədovun da məlumatı var: В«Hər halda, nazirin bu işlərdən xəbərsiz olması qeyri-mümkündür. Çünki hərraclar nazirin birbaşa diqqətindədirВ».

Mənbənin sözlərinə görə, ilk əvvəl vətəndaşların əmlakını nisbətən münasib qiymətə satışa çıxaran В«Bank of BakuВ» nümayəndələri sonradan maxinasiyalar yolu ilə əmlakın qiymətini öldürürlər: В«Yalandan hərrac elan olunur, amma təşkil edilmir. Çünki hərracda həqiqi alıcıların iştirakı təmin edilmir. Bundan sonra ikinci hərrac təşkil olunur. Bu da saxta sənədlər üzərində baş verir. Hətta əmlakın sahibi olan vətəndaş israr etsə belə, yenə də eyni ssenari işə düşür. Çünki xəbəriz olan real müştərilərin hərracda iştirakları mümkünsüzdür. Bu yolla kredit müqabilində qoyulan əmlakın qiyməti öldürülürВ».

Mənbə bildirir ki, vətəndaşların əmlaklarını bu şəkildə dəyər-dəyməzinə satan В«Bank of BakuВ» yönəticiləri əslində bu xalqın düşmənləridir: В«Hər halda, düşmən olan kəs insanlarımızı bu yolla müflisləşdirər. Buna dövlət adına işlənən, dövlətin də şərik olduğu TALAN SİYASƏTİ də demək olarВ».

Onu da bildirək ki, “Bank of Baku”nun kredit məngənəsi hesabına vətəndaşları talama cəhdləri tək bununla da bitmir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, sözügedən bank imkanı olmayan, ödəmə qabiliyyəti olmayan müştərilərə hətta “çıxış yolu” da təklif edir.

Belə ki, DİA.AZ-a bu barədə məlumat verən vətəndaşlardan birinin sözlərinə görə, onun sözügedən banka kredit borcu olub və naraqlı bir situasiya ilə üzləşib:

В«Neçə müddətdir ki, maddi durumum pisləşdiyindən artıq kreditimi ödəyə bilmirəm. Banka girov qoyduğum maşından taksi kimi istifadə edirdim və 2 il ərzində həmin maşınım da bir neçə dəfə qəza keçirdiyindən, ciddi qiymətə getmir. Banka olan hazırki borcumun miqdarı isə 8 min manatdır. Maşınımı isə real olaraq 4500 dollara ancaq sata bilərdim. Artıq maşınımı da əlimdən alıblar və özləri də görüblər ki, real qiyməti borcumdan çoxdur. Ona görə də məni yenidən sıxmağa başlayıblar və mənimlə digər əmlakımın - evimin üzərində yeni müqavilə bağlamaq istəyirlər. Mən isə onlara bildirirəm ki, banka pulun müqabilində qoyulan əmlak, yəni risqə atılan əmlak maşın olub və bununla kifayətlənməlisiniz. Amma buna baxmayaraq məni yenə də sıxırlar və yeni müqavilə imzalamağa vadar etmək istəyirlərВ».

Hər halda, bu hadisəni biz bank tarixində В«yenilikВ» kimi də qəbul etməliyik. Təbii ki, yaxşı mənada yox…

В«Hələ utanmadan reklam da edirlər. Camaata guya ki, aşağı faizlərlə kredit təklif edirlər. Sizin redaksiyanız vasitəsilə bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm. Onlara adlanmayın. Hamısı fırıldaqdır. Mən yanmışam, istəmirəm, kimsə də yansınВ». Bu sözlər isə bir başqa şikayətçimizə aiddir. Bildirək ki, В«Bank of BakuВ»nun son günlərdə kredit reklamına girişməsi bir qrup paytaxt sakininin narazılığı ilə qarşılanıb. Redaksiyamıza müraciət edən sakinlər bildirir ki, onlar da zamanında В«Bank of BakuВ»nun şirin vədlərinə aldanıblar: В«Nəticədə bu gün hər şeyimiz əlimizdən çıxıb. Hələ də banka pul ödəyirik. Əslində onlar talançıdırlarВ».

Başqa bir şikayətçi isə bildirir ki, o, məcburi qaydada В«Bank of BakuВ»nun müştərisinə çevrilib: В«Özümə В«HyundaiВ» markalı maşın aldım. Mənə avtosalondan В«Bank of BakuВ»nu məsləhət gördülər. Halbuki mən В«UnibankВ»ın əvvəllər müştərisi olmuşdum. Amma avtosalondan onların kredit məsələsində yalnız В«Bank of BakuВ» ilə əməkdaşlıq etdiklərini bildirdilər. Mən nə biləydim ki, bunların hamısı bir adamdır. Sonradan öyrəndim ki, sən demə, bunların hamısı İrana işləyirmişlər və onları В«NABВ» şirkətinin sahibi olan Oromi qardaşları yönəldirВ».

Daha sonra vətəndaş məktubunda bildirir ki, onun avtomobil aldığı В«Hyundai Auto AzerbaijanВ» şirkətinə məxsus olan avtosalon В«AzərbaycanВ» Dövlət Nəşriyyatı ilə üzbəüz yerləşir: В«Oranın sahibi də iranlı idi. Halbuki nədənsə bunu gizlətdi. İndi başa düşürəm ki, bu adamlar Azərbaycanda Türkiyə şirkəti kimi fəaliyyət göstərirlər. Halbuki İrana bağlıdırlarВ».

Daha sonra bir neçə günlük ödəmə gecikməsinin qurbanı olduğunu bildirən şikayətçi vurğulayır ki, sanki əlinə fürsət düşən В«Bank of BakuВ» əməkdaşları onun maşınına qanunsuz olaraq həbs qoymaqla yanaşı, həm də qanunsuz məhkəmə qərarları çıxararaq nəhayətdə maşınının satışına da nail olublar: В«İndi öyrənmişəm ki, onlar bir mafiya imiş. Ədliyyə nazirliyinin hərraclarında da adamları var. Elə bir şərait yaradırlar ki, nəhayətdə vətəndaş öz maşınını əldən verməli olur. Qanunsuz simvolik hərraclar keçirib vətəndaşdan alınan maşını öz adlarına keçirirlər. Sonradan isə cəmi bir ay sürülmüş maşını baha qiymətə satırlarВ».

Bütün hüquqi instansiyalara müraciət edən В«Bank of BakuВ»nun qurbanları həmin fırıldaqçıların Azərbaycanda bəzi məmurlar tərəfində də himayə olunduğunu iddia edirlər: В«Əgər belə olmasaydı, İran agenturası ilə adı yan-yana çəkilən bu bankir mafiyasına qarşı hansısa ölçü götürülərdi. Deməli, В«yuxarıdaВ» kiminsə boğazını yağlayırlar ki, onlara da В«gözün üstündə qaşın varВ» deyən yoxdurВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Dünən, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Dünən, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru