MİSİR MƏRDANOVUN DƏRSLİK “BESPREDEL”İ
Tarix: 5-10-2012, 09:55 | Çap et
“BU ADAMLAR DÖVLƏTİN VƏ MİLLƏTİN DÜŞMƏNLƏRİDİR”
DİA.AZ: - Xəbər verdiyimiz kimi, bu ildən ölkənin ümumtəhsil məktəblərinin 1-ci və 5-ci siniflərində yeni dərsliklərin istifadəsinə start verilib. Məzmun və struktur baxımından daim mübahisələrə səbəb olan dərsliklərimizin builki nəşrində vəziyyət necədir? Bununla bağlı təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının fikirlərini öyrəndik.
DİA.AZ-a açıqlamasının əvvəlində ekspert yalnız 1-ci və 5-ci siniflərin riyaziyyat dərsliklərilə tanış olduğunu bildirdi: “Sırf ixtisasımla bağlı olduğundan ilk öncə bu dərsliklərə baxmışam. Yəqin ki, bu haqda geniş fikirlərimi mətbuat vasitəsilə oxuculara çatdıracam. Amma bəri başdan deyim ki, belə dərsliklərin üzə çıxması Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyətinin yeni və çox biabırçı fiaskosundan xəbər verir. Əslinə qalsa, bununla bağlı başqa gözləntim də yox idi. Çünki bu sahəyə rəhbərlik edən məmurların ağlına, savadına, sahib olduqları mənəvi dəyərlərə yaxşı bələdəm. Əminliklə deyə bilərəm ki, yeni dərsliklər əvvəlkilərdən qat-qat pis gündədir və onlar təhsilimizə üz qaralığı gətirir. Onları bu şəkildə ortalığa çıxaranlar isə dövlətin və millətin düşmənləridir”...
Əlövsət müəllim söhbət zamanı təhsil proqramlarının (kurikulumların) ayrı-ayrı şəxslər tərəfindən oyuncağa çevrildiyini – onların “ayaqaltı” olub getdiyini bildirdi: “Bu dərsliklər Təhsil Nazirliyi məmurlarının və onların qoltuq nəşriyyatlarının təhsil proqramlarını ayaqaltı etməsi barədə dəfələrlə səsləndirdiyim fikirlərin doğruluğunu bir daha aydınlığı ilə sübut elədi. Çünki proqramlarda nəzərdə tutulan bir çox bilik və bacarıqlar yenə də “unudulub”. Əvəzində isə savadsız müəlliflərin “özfəaliyyəti” nəticəsində rəsmi dövlət sənədinə dəxli olmayan anlayışlar dərsliklərə doldurulub. Yaranmış vəziyyətdən çıxış edərək onu demək olar ki, dərslikləri seçən qurumun – Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvləri ya savadsızdırlar, ya da ki, onlar öz vəzifələrini yox, kiminsə buyruqlarını yerinə yetirirlər. Nəticə də göz qabağındadır...
Mən buradan təhsil naziri Misir Mərdanova və onun məmurlarına səslənirəm: Baxın 1-ci sinfin riyaziyyat dərsliyinə, görün orada ikirəqəmli ədədlərin yazılışı, yaxud onların çıxılması ilə bağlı bir şey varmı?! Eləcə də bu dərslikdə, proqramda ola-ola, sütun şəklində toplama və ya çıxma öyrədilirmi?! Təhsil proqramı ilə dərsliyinizi tutuşdurun, görün neçə standart öz əksini tapmayıb! Ümumiyyətlə, 1-ci sinfin riyaziyyat dərsliyi (əgər dərslik demək mümkünsə!) sistemsiz və montaj təfəkkürü ilə yazılmış bir kitabdır. Müəllimlər üçün metodik vəsaitsə, başdan-ayağa rəzalətdir. Bu kitabları, yəni “dərsliyi” və “metodik vəsaiti” vərəqləyəndə adam xəcalət çəkir. Elmi-metodiki səhvlərin say-hesabı yoxdur. Anlaya bilmirəm, bu halda bir çox materiallar şagirdlərə haradan və necə öyrədiləcək?! Bu vəziyyət müəllimlərimiz qarşısında hansı problemləri yaradacaq?! Görəsən dərsliyin müəllifləri, nəşriyyat, onu qiymətləndirən ekspertlər və DQŞ üzvləri nədən “Dərslik siyasəti” sənədinin tələblərinə tüpürüblər?!”.
Bütün bunların səbəbini Təhsil Nazirliyində hökm sürən başıpozuqluqla əlaqələndirən ekspert fikrini belə tamamladı: “Yüzlərlə belə misal gətirə bilərəm. Amma demək istədiyim əsas məsələ budur: Neçə ki, Misir Mərdanov və onun komandası iş başındadır, Azərbaycanda nə keyfiyyətli təhsil olacaq, nə də ki, normal dərslik. Çünki həmin komanda ilə bu anlayışlar bir araya sığmır. Bilirik ki, təhsilin məzmunu qurularkən bir nömrəli tələb dərsliklərin proqrama uyğunluğudur. 3-cü sinfin həyat bilgisinə baxın. Proqramda olan 40 standartdan 16-sı bu dərslikdə öz əksini tapmayıb. Bilirsinizmi, bu haqda mətbuatda nə qədər tənqidi məqalə dərc olunub?! Hamısı da qulaqardına vurulub. Onlar, heç olmasa, bu biabırçılıqdan nəticə çıxarmalı idilər. Amma gördüyünüz kimi, təhsil məmurlarımızın “mənəvi-psixoloji durumu” o həddə çatıb ki, onlar nə tənqidə, nə təklifə, nə də ki, tələbə əhəmiyyət vermirlər. Bununsa bircə adı var: bespredel!”...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|