Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                 

QUBA HADİSƏLƏRİ: GÜNAH DEVRİLƏN BAŞÇIDA OLUB?
Tarix: 5-10-2012, 08:43 | Çap et
QUBA HADİSƏLƏRİ: GÜNAH DEVRİLƏN BAŞÇIDA OLUB?
ZİYA MƏMMƏDOVUN QUBA OLAYLARININ KÖRÜKLƏNMƏSİNDƏ ROLU VARMI?

DİA.AZ: - Qubada baş verən 1 Mart olaylarının üstündən xeyli müddət keçməsinə baxmayaraq hələ də cəmiyyət həmin olaylarla bağlı dolğun bilgilərə malik deyil. Bu səbəbdən DİA.AZ olaraq həmin mübhəm hadisələrin canlı şahidi olan və həmin hadisələrə görə bir neçə gün "bandotdel"də saxlanılan juralist Cəmil Məmmədlinin öz bloqunda yerləşdirdiyi “Quba hadisələri- hər şey olduğu kimi…” başlıqlı yazının ikinci hissəsini də diqqətinizə çatdırmaq qərarını verdik.

“(əvvəli birinci yazıda) - BİRİNCİ YAZIYA BURA TIKLA VƏ BAX
Apardığım araşdırmalar zamanı məlum oldu ki, həmin gün Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əsas müzakirə mövzusu dini durum olub.
Həmin tədbirdə isə Rauf Həbibov demək olar ki, az qala radikal müxalifət kimi çıxış edib. Beləki, Rauf Həbibov rayondakı dini durumu təhlil edərək özünün məlumatı olduğu halda digər strukturların bu barədə heç birinin dolğun informasiyasının olmamasını kəskin pisləyib. Əslində Rauf Həbibovun bu məslələrdə haqlı olduğu bir neçə maraqlı məqam var idi.
1) Quba rayonunun Vladimirovka kəndində bir nəfər öz adına həyətyanı torpaq sahəsi alaraq, yerində dini mədrəsə inşa etdirmiş, hətta bu niyyətlə xarici ölkələrin birindən lazımi mebel və yataq dəstləri də sifariş edərək gətirdiyi aşkar bir olay idi. Bütün bunlar rayon güc strukturlarının hamının gözü qarşısında baş versə də, heç kəs bunu Rauf Həbibova məruzə etməmişdi. Yalnız sonradan hansısa yolla bundan xəbər tutan icra başçısı da buna görə rayonun güc strukturlarını haqlı olaraq tənqid etmişdi.
2) Quba rayonunun imkanlı adamlarının olduğu halda rayonun Amsar kəndindəki məscidin (bu gün də heç kimə məlum olmayan) adamlar tərəfindən təmir olunması ( yerli əhali təmirə maliyyə ayıran adamların qeyri-dini sektanın nümayəndələri olduğunu bildirirdilər) ona çox pis təsir etmişdi.
3) Üstəlik İslam partiyasının həbs olunan bir neçə üzvünün qubalı olması və qəbiristanlığın bələdiyyə, əslən qubalı olan Elxan Əliyev tərəfindən özündən xəbərsiz satılması onu bərk əsəbləşdirmişdi.
4) Elxan Əliyev artıq bütün bazar əhlinə bazarın Ziya Məmmədovun adamları tərəfindən ondan tələb olunduğunu və belə olacağı halda hamının bazardal qovularaq bazarın ləğv olunacağını çatdırmışdı. Sözsüz ki, burada alver etməklə ailəsini saxlamağa çalışan bir sıra qubalılar da buna etiraz edirdilər. Ancaq etiraz dalğası hələ bazardan kənara çıxmamışdı. Rauf Həbibov da bunları gözəl bilirdi, situasiyadan tam məlumatlı idi. Başqa sözlə desək, “iki qoçun başı bir qazana artıq yerləşmirdi”
Bütün bu faktları bir yerə toplayan Rauf Həbibov növbəsi çatanda çıxış edir və…
Həddən artıq emosional və aqressiv çıxış edən başçı sonradan sözlərinin hər yerdə rolikə çevriləcəyindən, internetə yüklənilərək dil-dilə düşəcəyindən təbii ki, xəbərsiz olaraq danışır. Öncə birbaşa rayon rəhbərliyinə aid olan məsələlərdə prokurordan tutmuş, təhlükəsizlik orqanlarına kimi hamıya xəbərdalıq edir.
“Bu boyda rayonu kişi (prezidenti nəzərdə tutur- C.M) bizə etibar edib. Niyə sizin heç nədən xəbəriniz yoxdu” deyə orqanları yuxarıda sadaladığım detallardan xəbərsiz olduqlarına görə bərk qınayır. Bundan sonra Qubanın sosial vəziyyətini təsvir edən başçı küçələrin bərbad olmasının səbəblərinə də toxunur. Birbaşa şəhər bələdiyyəsini hədəfə alan cümlələr zalda hətta istehzalı gülüş də doğurur.
“Məndən küçələri soruşursuz, deyim də…Qubanın küçələri, səkiləri, hər yeri artıq satılıb. Namərdcəsinə satılıb. Bunu məndən eşitmək istəyirdiniz? Ancaq bütün bunlar hamısı araşdırılacaq və tədbir görüləcək” deyə başçı çıxışını yekunlaşdırmaq istəyir.
“Quba çox yağlı bir yerdir.Hər adam istəyir ki, burda görsənsin.Özünə qarşı müsbət rəy qazansın. Elələri var, əməlləriynən, gördüyü işləriynən, yaxşı əməlləriynən. Eləsidə var ki, nankor əməlləriynən. Qubanı qubalılar satıblar biləsiz. Qubanı qubalılar 30-40 manat bazarlığa satıblar. Necə ki, bu gün də onların evinə gəlir həmin bazarlıq.30-40 manata satılıb Quba. Qubalılar tərəfindən…müəyyən nankor qubalılar tərəfindən satılıb. Quranda belə bir ayə var ki, deyir ki, namaz qılanda həm soluva, həm sağıva bax ki, bax gör yanındakılar kimdi…Sizdə bir soluvuza, sağıvıza baxın, görün hansı insanlarla bir yerdə oturursuz?! Baxın görün, qubalılar həm öz xalqın satıb, həm öz dövlətini satıb, həm öz torpağın satıb, həm öz ailəsini satıb, gedib müəyyən qruplara qoşulur, ağzına gələni danışır, nə var, nə var, onun evinə 30-40 manatlıq bazarlıq gəlsin”
Zalın böyük bir hissəsi bu sözlərin kimlərə və niyə deyildiyini əslində əzbər bilirdi. Ona görə də heç kəs yerindən tərpənməmişdi. Təkcə şəhər bələdiyyəsi Elxan Əliyev başçının bu sözlərinə etiraz əlaməti olaraq iclası tərk etmiş, bir də bir dənə qadın yerindən qalxıb “Qubalıların namusu və qeyrəti bütün dünyaya məlumdur. Bizim Fətəli xanımız, Tuti Bikəmiz olub.” deyə etiraz etmişdi.
Maraqlıdır ki, Rauf Həbibov da öz çıxışında el diliylə desək “barıtı bir az çox elədiyinin” fərqindəydi. Buna görə də elə həmin iclasda ikən bütün jurnalistlərdən çəkilmiş kadrlar götürüldü.
Rayon rəhbərliyinin heç bir tədbirinə dəvət olunmadığım üçün heç bir reportaj hazırlamasam da, bu tədbirdə iştirak edənlərlə apardığım söhbətlərdən sonra bircə yazı yazdım. PİA.AZ saytında elə həmin ayda bir yazı dərc olundu. Materialın məzmunu ondan ibarət idi ki, rayonun prokuroru Nazim Hacıyev mənz həmin iclasda çıxış edərək belə bir ifadə işlətmişdi: “İmkanım olsaydı, əlimə avtomat alıb, vəhabiləri bir-bir güllələyərdim” Həqiqətən də böyük bir rayonun prokurorunun dilindən bu cür düşünülməmiş kəlmələrin çıxması adi bir xəbər deyildi. Hər halda mən belə hesab etmişdim.
Rauf Həbibovun çıxışını isə heç də ictimailəşdirmək istəmirdim. Bunun üçün də mənim bir neçə səbəbim var idi.
1) Şəhər bələdiyyəsi Elxan Əliyevlə rayonun icra başçısı Rauf Həbibovun arasında gedən mübarizədə alət olmaq istəmirdim.
2) Rauf Həbibovun o sözləri konkret kimin ünvanına dediyini bütün iclas iştirakçıları bilirdi və o iclasda iştirak edən heç kəs ona etiraz etməmişdi.
3) Ümumiyyətlə hər hansı bir materialı araşdırarkən qərəzli olmamağa, obyektiv bir yazıya üstünlük verirəm. Bu söhbətdən isə həqiqətən də “qan” iyi gəldiyini hiss etmişdim.
Hələ heç kəs bilmirdi ki, bu adıçəkilən çıxış bir neçə ay sonra saytlarda, sosial şəbəkələrdə “reklam” olunacaq…..
( ardı var….)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Bu gün, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Bu gün, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Bu gün, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru