Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                 

Vergilər Nazirliyi müğənnilərin pullarını araşdırır
Tarix: 26-11-2015, 09:51 | Çap et
Vergilər Nazirliyi müğənnilərin pullarını araşdırır
Vergilər Nazirliyi müğənnilərin fəaliyyəti zamanı çəkdikləri xərclərin təhlilini aparıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, aparılan təhlil zamanı müğənnilərin xərcləri müəyyən edilib.

Müğənnilərin xərcləri bunlardan ibarətdir:

-Musiqiçilər qrupunun (ansambl üzvlərinin) xərcləri. Müğənni dəvət aldığı obyektdə (xidmətin həyata keçirildiyi arenada) ya ansambl üzvləri ilə birlikdə, ya da tək ifaçılıq edə bilər. Ansambl üzvləri ilə birlikdə ifaçılıq etdiyi halda, müğənni ilə musiqiçilər (ansambl üzvləri) arasında münasibətlər hüquqi səviyyədə sənədlərlə təmin olunmalıdır. Bunu iki yolla həll etmək olar. Birincisi, müğənni (işəgötürən) ilə hər bir ansambl üzvü (işçi) arasında əmək müqaviləsi bağlanıla və onlara əməkhaqqı ödənilə bilər. Əməkhaqqının məbləğini də müxtəlif formalarda (işəmuzd və ya vaxtamuzd) tətbiq etmək olar. İşçi hesab edilən həmin ansambl üzvlərinin əməkhaqqının hesablanması və ödənilməsi, həmçinin əmək münasibətləri ilə bağlı bütün tələblər Əmək Məcəlləsi və əmək qanunvericiliyinə aid olan digər hüquqi aktlarla tənzimlənir.

İkincisi isə hər bir ansambl üzvü vergi orqanında uçota durmaqla VÖEN əldə edə və müğənni ilə həmin VÖEN-i olan musiqiçi arasında mülki-hüquqi müqavilə bağlanıla bilər. Belə müqavilə konkret icraçı- musiqiçi (məsələn, qarmonçalan və ya qarmonla ifaçılıq xidməti göstərən fiziki şəxs) tərəfindən sifarişçi-müğənniyə В«musiqi alətində ifa xidmətlərinin göstərilməsiВ» müqaviləsi hesab ediləcəkdir və müğənni musiqiçiyə (xidmət göstərənə) xidmət haqqı ödəyəcəkdir. Musiqiçi müğənnidən aldığı xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq müğənniyə (sifarişçiyə) təsdiq üçün təqdim etməlidir. Prodüser xərcləri. Müğənninin fəaliyyətində əsas aparıcı rol oynayan şəxs kimi çıxış edən prodüserlə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə bağlanıla bilər. Adətən, prodüserlik edən fiziki şəxslər təkbaşına (müstəqil) fəaliyyətə üstünlük verirlər və bu baxımdan, onların VÖEN-i olmalıdır ki, bağlanılan xidmət müqaviləsi hüquqi cəhətdən təmin olunsun. Müğənni prodüserə verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun. Bəstəkarlara verilən qonorarlar Bəstəkarların bəstələdiyi mahnının kütləvi ifası üçün müğənni (müəllif hüququnun digər istifadəçisi) bəstəkardan (əsərin müəllifindən) icazə alır (müəllif hüququndan istifadə edilməsinə dair razılıq) və bəstəkara qonorar (müəllif hüquqlarından istifadə haqqı) ödəməli olur. Bunun üçün də müğənni ilə bəstəkar arasında müəllif hüquqlarından istifadə haqqında müqavilə bağlanmalı, müqavilədə nəzərdə tutulan qonorarın hesablanmış məbləğindən müğənni tərəfindən (ödəmə mənbəyində) 14% vergi tutulmalı (saxlanılmalı) və qalan məbləğ bəstəkara ödənilməlidir (VM, maddə 124).

Pulun bəstəkara verilməsini rəsmiləşdirmək üçün müğənni tərəfindən kassa məxaric orderi tərtib oluna bilər. Musiqi səhnəsinin dekor xərcləri Müğənni ifa edəcəyi səhnənin əvvəlcədən baxımlı səviyyəyə gətirilməsi və texniki cəhətdən yararlı olması üçün müxtəlif dekorativ vasitələrdən istifadə etməli olur. Aydındır ki, müğənni çox hallarda dekorativ işləri özü həyata keçirmir və bu işi peşəkarlara (dekorativ səhnə 3 ustalarına) tapşırır. Dekorativ səhnə ustaları ilə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə (VÖEN-i olan dekorativ səhnə ustası tərəfindən dekor xidmətlərinin göstərilməsi haqqında müqavilə) bağlanıla bilər. Müqavilədə dekor işləri zamanı səhnədə quraşdırılan hazır dekor əşyaları və istifadə olunan mal-materialların kim tərəfindən təmin ediləcəyi barədə də müddəaların olması tövsiyə olunur. Əgər quraşdırılan hazır dekor əşyaları və istifadə edilən mal-materiallar müğənni tərəfindən təmin olunarsa, birdəfəlik, yəni yalnız bir dəfə istifadə edilib yararsız hala düşənləri həmin anda müğənninin xərcləri kimi, təkrar istifadə olunanlar isə istifadəyə yararsız olduğu anda xərc kimi qəbul edilməlidir. Həmin əşyalar dekor ustası tərəfindən təmin olunarsa, belə xərclərin müğənniyə aidiyyəti olmamalıdır. Müğənni VÖEN-i olan dekorativ səhnə ustasına da verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun. Nəqliyyatla bağlı xərclər (yanacaq, saxlama, təmir və digər xərclər) Müğənni özünün, ona tabe olan musiqiçilərin və digər əməkdaşların, həmçinin bu xidmətlərlə bağlı alətlərin və digər əşyaların daşınması üçün ya özünə məxsus, ya da başqalarının nəqliyyat vasitələrindən istifadə edə bilər. Başqa nəqliyyat vasitələrindən istifadə üçün ya nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan daşıma xidmətləri haqqında müqavilə çərçivəsində nəqliyyat xərcləri çəkilməli, ya da nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan icarə müqaviləsi çərçivəsində nəqliyyat vasitəsi icarəyə götürülməli, bu nəqliyyat vasitəsinə də əmək müqaviləsi çərçivəsində sürücü təyin etməklə daşımaları həyata keçirmək olar.

Nəqliyyat vasitəsi müğənniyə məxsus olduğu halda isə bu xərcin müəyyən edilməsində çətinliklər ola bilər. Sırf müğənnilik fəaliyyəti ilə bağlı xərclərinin dürüstlüyünə nail olmaq üçün müğənninin gərək ayrıca bu fəaliyyəti üçün nəzərdə tutulan nəqliyyat vasitəsi (yəni, öz şəxsi həyatı ilə bilavasitə əlaqəsi olmadan istismar olunan yüngül avtomobil, mikroavtobus, avtobus) olması daha yaxşı hal hesab edilərdi. Əgər müğənninin bir nəqliyyat vasitəsi vardırsa, bu nəqliyyat vasitəsi ilə bağlı bütün xərclərin içərisindən sahibkarlıq fəaliyyətinə aid olanlarının ayrılmasını təmin edən sənədləşmə həyata keçirmək lazım gələcəkdir. Özünə məxsus və icarəyə götürdüyü nəqliyyatla bağlı xərclərə əsasən yanacaq, yağ, digər saxlama xərcləri, təmir xərcləri (vergi məqsədləri üçün məhdudlaşdırılan hədd daxilində) və nəqliyyat vasitəsinin istismarı ilə bağlı digər xərcləri aid etmək olar. Müğənninin daşıma xidmətləri haqqında müqavilə çərçivəsində başqa nəqliyyatla bağlı yuxarıda sadalanan 4 xərcləri əsasən nəqliyyat xidmətləri göstərən başqa şəxs (VÖEN-i olan nəqliyyatçı) tərəfindən çəkilir. Müğənni ona nəqliyyat xidmətləri göstərən başqa şəxsdən ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini tələb edə bilər. Bu halda, mədaxil qəbzində və ya xidmətlərin təhvil-təslim aktında əks olunan xidmət haqqı müğənninin nəqliyyat xərci hesab ediləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Dünən, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Dünən, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Dünən, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru