İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                 

Azərbaycanlı aktrisa: "Öpüş səhnəsinə çəkilərəm, amma..."
Tarix: 24-09-2014, 09:06 | Çap et
Azərbaycanlı aktrisa: "Öpüş səhnəsinə çəkilərəm, amma..."
Aktrisa Flora Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Flora xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Nüşabə rolunu oynadığım “Sonuncu fəsil” serialı tətildədir, təkrarı gedir və yəqin ki, davamı da çəkiləcək. Hazırda isə gənc rejissorlar Elvin Rüstəmzadə və Anar Məmmədəliyevin işi olan “Səadət” serialında məktəb direktoru Gülşən xanım roluna çəkilirəm.

- Zamanında Naxçıvan Musiqili Teatrında çalışmısınız və indi heç bir teatrda işləmirsiniz. Amma adətən aktyorlar deyirlər ki, sənətkar teatrda yetişir. Nə əcəb indi teatrda çalışmırsınız?

- Mən teatrda işləyəndə övladlarım kiçik idi. Digər aktyor və aktrisaların övladlarının yaşadığı məhrumiyyətləri gördüm və teatrdan uzaqlaşdım. Övladlarımı teatra qurban vermək istəmədim. Amma düşünmürəm ki, teatrdan uzaqlaşmaq yaradıcılığıma təsir edib. Çünki mədəniyyət mərkəzində işləmişəm və orada da teatr olub. Özümü bu sahədən uzaqlaşmış kimi saymıram.

- Övladlarınız böyüyüblər. Bəs indi niyə teatra getmirsiniz?

- Teatr mənim həyatımdır və indi mənimçün daha məsuliyyətlidir. Səhnəyə çıxmaq, tamaşaçıyla canlı ünsiyyət çox maraqlıdır. Razıyam ki, teatr aktyoru formalaşdırır, yetişdirir. Amma yəqin, siz də razı olarsınız ki, çəkiliş vaxtı bəzi həmkarlarımız teatral, pafoslu oynayırlar. Bunu rejissorlar da dəfələrlə deyiblər. Belə çıxır ki, bəzən teatr kino sahəsindəki yaradıcılığa mane olur.

- Amma etiraf edək ki, teatrdakı məvacibin azlığı da öz sözünü deyir. Məsələn, siz min manat əməkhaqqı alsaydınız, teatrdan uzaq düşməzdiniz və indi belə deməzdiniz.

- Bu barədə mübahisə etməyəcəyəm və sizin dediyinizdə həqiqət var. Bizim nə qədər aktyorumuz maddi təminatsızlığa görə teatrdan uzaqlaşıb. Sənət gözəldir, vacibdir, amma insanın yaşamağı da lazımdır.

- Teatrda yetişmədən davamlı olaraq filmə, seriala çəkilmək aktyorun bazasının tükənməyinə gətirib çıxarmır ki?

- Əsla. İşlədiyim mədəniyyət evində xalq teatrı var və bu dediklərinizi özümə aid etmirəm. Mən teatrın sırf içindəyəm. İnsan öz üzərində işləyirsə, heç vaxt tükənmir.

- Sizin içərisində olduğunuz teatr əsl teatrla müqayisədə dərnək, yaxud özfəaliyyət səviyyəsində deyilmi?

- Özfəaliyyət səviyyəsində ola bilər, amma mənim ona yanaşmam özfəaliyyət səviyyəsində deyil.

- Niyə hər zaman sizə varlı, vəzifəli kişilərin xanımı obrazları həvalə olunur?

- (gülür) Təzəlikcə yeni bir serial haqda söhbət gedirdi. Dedim, xahiş edirəm, mənə daha belə bir obraz verməyin. Mən özüm də bundan narahatam. Hər bir aktrisa istəyər ki, oynadığı obrazın daha geniş əhatəsi olsun, müxtəlif xarakterləri oynasın. Təvazökarlıqdan uzaq olmasın, amma hərdən deyirlər ki, siz biçimdə, siz intellektdə aktrisalarımız azdır.

- Kənardan belə təəssürat yaranır ki, hər dəfə özünüzü oynayırsınız...

- Belə deməzdim. Bu fikirlər o vaxt dağılacaq ki, mənə tamam başqa ampluada olan obraz həvalə edəcəklər.

- Məsələn?

- Mənfi, əks xarakterli, pislik edə bilən bir insanı oynamaq istərdim.

- Çətin olmaz?

- Əsla çətin olmaz və çox gözəl alınar. Daxilimdə o potensialı hiss edirəm.

- Sizi şəxsən tanıyan biri kimi düşünürəm ki, bəlkə də çətin olar.

- Hər birimizin içində mənfilik də var, pislik də. Yetər ki, ona zəmin yaransın. Hərdən elə bir insandan elə hərəkət görürük ki, özümüz məəttəl qalırıq. Heç birimiz ideal deyilik. Mənə qarşı kimsə pislik edirsə, mənim də cavab verə biləcəyim pislik var.

- Oynamaq istəmədiyiniz, imtina edəcəyiniz, oynaya bilməyəcəyiniz rol var?

- Oynaya bilməyəcəyim rol yoxdur.

- Hansısa gənc insanın sevgilisi olan, komplekslərdən uzaq qadın obrazını qəbul edərsiniz?

- Bu barədə düşünmək gərəkdir. Oynaya bilməyəcəyim yox, özümə rəva görəcəyim, yaxud görə bilməyəcəyim obrazlar, rollar ola bilər.

- Bu tip rolları oynayan aktrisalarımız var. Onlar deyirlər ki, rolun fərqi yoxdur.

- Çünki aktyor özünü oynamır. Belə bir rol oynasam da, özüm deyiləm və sadəcə göstərirəm.

- Şablon da səslənsə, soruşmaq istərdim ki, açıq-saçıq hesab olunan rolları qəbul edərsinizmi?

- Hansısa sənət əsərini tamaşaçıya çatdırmaq üçün açıq-saçıq səhnə olmasa belə, gözəl sənət əsəri tamaşaçını özünə çəkir. Təbii ki, zəmanə dəyişib: hər şey oynanılır, göstərilir. Yataq səhnəsi oynamaram.

- Nəyə görə?

- Yalandan deyə bilmərəm ki, oynayaram. Amma hansısa ştrixlərlə çatdırmaq lazım olarsa, qəbul edərəm. Yetərincə müasir insan olsam da, bunu nə dünya kinosunda, nə də Azərbaycan kinosunda qəbul eləmirəm. Belə bir anlayış yoxdur ki, həmin yataq səhnəsi olmasa, bu film batdı. Bu, müəyyən kütlənin diqqətini cəlb etmək məqsədi daşıyır.

- Tutaq ki, tərəf-müqabiliniz sizi öpməlidir. Belə olarsa, yenə imtina edəcəksiniz?

- (gülür) Yəqin ki, olar. Öpüş səhnəsinə çəkilərəm.

- Yataq səhnəsini qəbul etmirsiniz, amma öpüş səhnəsini qəbul edirsiniz. Niyə bu olar, digəri yox?

- Çünki özüm də baxanda sevmirəm. Yataq səhnəsi heç bir sənət əsərinin pik nöqtəsi deyil.

- Geyimlə bağlı düşüncəniz necədir? Bu barədə kompleksiniz var?

- Qətiyyən kompleksim yoxdur və şükür ki, kompleksin olmağına da bir səbəb görmürəm. Həyatda da çox müasir geyinən insanam.

- Bildirdiniz ki, geyim kompleksiniz yoxdur. Yəni bu qədər güvənməyin səbəbi nədir?

- Bizim Azərbaycan qadınlarında mənfi bir xüsusiyyət var ki, öz qüsurlarını ört-basdır etməyi bacarmırlar. Bu, mənim subyektiv fikrimdir. Həyatda da, səhnədə də belə qadınlar var.

- Yəni qüsurlarınız var, gizlədə bilirsiniz, yoxsa qüsursuzsunuz?

- Özümə fikir verən xanımam və aktrisa kimi də bunu özümə borc bilirəm. Hara gedirsənsə, özünə, xarici görünüşünə diqqət etməlisən. Ona görə də hansı tipdə geyinsəm, məndə qüsur şəklində görünməyəcək. Amma bəzi şeylər var ki, yaraşmadığına görə geyinmək istəməzdim.

- Məsələn?

- (gülür) O mənim sirlərimdir.

- Bilmək maraqlıdır...

- Dekolte geyinmirəm. Qüsurum yoxdur, geyinə bilərəm. Amma elə şeylər var ki, onu 18-19 yaşlı qız geyinəndə tamam başqa cür görünür, mən geyinəndə başqa. Düzdür, dekolte də geyinə bilərəm. Sadəcə geyinməyəcəyim geyimlər var. Sabah hansısa qüsurum olsa, buna ciddi nəzarət edəcəyəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru