"Avroviziya" təmsilçilərimizdən olan Nigar Camal onu tənqid edən sosial şəbəkə istifadəçisini polisə şikayət edib.
Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, bir xanım onunla bağlı tənqidi status paylaşıb.
"Bu qadın adına ləkə olan qız mənim haqqımda feysbukda şər-böhtan xarakterli paylaşımlar edir. Doğruları yazanları isə "troll" adlandırır. Dəfələrlə xəbərdarlıq edilsə də, postları silmir" deyə, Nigar paylaşımında yazıb. İfaçı polisə müraciət edib.