ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                 

"Bu, Allahın seçimidir, qudam da deyir ki, sən artıq qalibsən..." - Elzadan şok sözlər
Tarix: 9-08-2024, 17:25 | Çap et
"Bu, Allahın seçimidir, qudam da deyir ki, sən artıq qalibsən..."
2024-ci ilin 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan əməkdar artist Elza Seyidcahan Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elza xanım, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizdəliyinizi irəli sürdünüz. Məram və məqsədiniz barədə nə deyə bilərsiniz?..

- Bəli, iki dəfə parlament seçkilərində namizədliyimi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürmüşəm və artıq üçüncü dəfədir bu şərəfli yola qədəm qoymuşam. Bu dəfə əvvəlkilərdən fəqli olar... Bu, mənim üçüncü cəhdimdir. Hər dəfə təcrübə toplamışam. Ona görə inanıram ki, bu seçkilərdə yaxşı nəticə əldə edəcəm. Seçki şüarım budur: “Mən yenə gəldim”.

Seçkidən söz düşən kimi mənə zəng edirdilər ki, Elza xanım, siz yenə Şabran-Siyəzən seçki dairəsindən namizədliyinizi irəli sürmüsünüz? Namizədliyim qeydə alındıqdan sonra da zəng edib deyirlər ki, sizin namizədliyinizi Şabran-Siyəzən seçki dairəsindən gözləyirdik.

Seçicilərimin məni səbrsizliklə Şabranda, Siyəzəndə gözləmələrinə rəğmən Allah belə qismət etdi ki, namizədliyimi 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürməli oldum.

- Elza xanım, seçki dairəsini dəyişdirməkdə məqsədiniz nədir?

- Allahın seçimidi... Heç ağlıma da gəlməzdi ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyinizi irəli sürəcəm. Mənim evim də Şabrandadır. Maraqlıdır ki, seçki dairəsi ilə evimin yaxınındadır. Bundan öncə iki dəfə seçkilərə qatılanda Şabran-Siyəzənə gedirdim, iki ay orada qaldım, təbliğat-təşviqat kampaniyasında seçicilərimlə görüşdüm.

Bu dəfə imza toplayanda yaşadığım Nəsimi rayonunun sakinlərini, qonşularımı, yaxın məhəllələri müşahdə edir, insanların qonaqpərvərliyini, zəhmətkeşliyini görürdüm. Hər seçki ərəfəsində gözəl insanlar tanıyıram. Mən hər bir layiq namizədə uğurlar arzu edirəm. Bu, hər bir insan üçün şərəfli bir yoldur, nə xoş ki, Allah bunu mənə üçüncü dəfə də nəsib etdi.

Jurnalistlər mənə sual veridilər ki, bu il namizədliyinizi hansı rayondan irəli sürəcəksiniz? Onlara cavab verirdim ki, “göyün yeddinci qatından namizəd olacam”. Onsuz da hər birimiz Allah tərəfindən seçilmişik, Allah istəməsəydi dünyaya gəlməzdik. 23 saylı Nəsimi-Səbail seçki dairəsi ilə də yaşadığım ev yox yaxındır.

- Həmin dairədən rəqibiniz bəstəkar Aygün Səmədzadənin atası Ziyad Səmədzadədir. Onun fəaliyyətini necə dəyərləndirirsiniz? Ziyad Səmədzadəyə qalib gələcəyinizi düşünürsünüzmü?

- Əslində, çox sevinirəm. Bu da təsadüfdən doğuran zərurətdir. Mənim üçün böyük şərəfdir ki, akademik Ziyad Səmədzadə kimi insanla tərəf-müqabiləm, adım onunla yanaşı çəkilir. 23 saylı Nəsimi-Səbail seçki dairəsi mənim seçimim olmadı. Yenə də deyirəm, mən göyün yeddinci qatından gəlmişəm.

- YAP-dan isə rəqibinz "Bakı Tikiş Evi"nin direktorunun oğlu Elnur Rəhimovdur. Bu rəqibiniz barədə nə düşünürsünz?

- Mən hər kəsə uğurlar arzulayıram. Bütün layiq olanların yolu açıq olsun.

- 2024-ci ilin 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə aid şeir yazmısınızmı?

- Bəli, şeir yazmışam. Yaxın günlərdə ikinci şeirlər kitabım da nəşr ediləcək. Şeirin adı "Ölülərə mikrofon"dur.

Şeiri təqdim edirəm:

Xiyabana çatıram,

Pərişanla baxıram.

Niyə kədərlənməyim?

Səbəbindən qaçıram.

Yubiley gəlir, gün gəlir,

Güllü axınlar gəlir,

Anım gəlir, il gəlir.

Ölü addımlar gəlir,

Xiyabanı izləyir,

Dirilməyi istəyir.

"Ölüyə" mikrofon verin.

Fikrətin həyatını,

O bilir sətir-sətir.

Qaranın yollarını,

O çalır həzin-həzin.

Müslümun avazını,

Tofiqin mahnısını,

Niyazinin baxışını,

Sehirli çubuğunu,

Arif əfsanəsini,

Ölülərə çatdıran,

Mikrofonu qaldırın,

Qulaqları açdırın,

Gözlərə işıq verin,

Ürəkləri yandıran,

Musiqiyə səs verin.

Fəxri Xiyaban bizə,

Mikrofonlu söz desin.

"Ölülərimiz" dirilsin,

Musiqilər sevinsin.

Ətrafımız ayılsın.

Torpaqımız açılsın,

Fəxri Xiyaban əl çalsın.

Onu da deyim ki, parlament seçkilərində qalib gəlsəm, bir neçə təkliflə çıxış edəcəm. İnsanlar Fəxri Xiyabana gedir və oranı ziyarət edirlər. Mən arzu edirəm ki, hər zaman Fəxri Xiyabanda Cövdət Hacıyevin simfoniyaları, Müslüm Maqomayevin, Fikrət Əmirovun, Arif Məlikovun simfonik əsərləri səsləndirilsin. Təkliflərimdən biri budur.

Eləcə də ləhcə ilə danışan aparıcı və müğənnilərin televiziyaya çıxmasına qadağa qoyulsun. Digər təklifim isə Bakının qədim məhələsi olan "Kubinka"da ayda bir dəfə evlərin səliqəsi nəzarətə alınsın. Həyətləri də nəzarətə alınmalıdır. Hollandiyada belə hal var.

Təkliflərimdən biri də evdar xanımlara gələcəkdə maaş verilməsiylə bağlıdır. Qızlarımız daha çox karyera qurmağa yox, ailə qurmağa can atsınlar.

- Millət vəkili seçilsəniz, müğənnilik fəaliyyətinizdən uzaqlaşacaqsınızmı?

- Mən bəstəkar-müğənniyəm, millət vəkili olsam da sənətimdən uzaqlaşmaram. Mən elə mahnılar oxumuram ki, sənətdən uzaqlaşım. Çünki mənim musiqilərim elə əsərlərdir ki, onlar sənət baxımından əhəmiyyətlidir.

Musiqi ruha qidadır. Hərbi vətənpərvərlik mövzusunda 46 mahnım var. Ona görə düşünmürəm ki, müğənnilikdən uzaqlaşacam. Sadəcə şou-proqramlara getməyəcəm. Millət vəkilliyimdən aldığım maaşın yarısını seçicilərimə paylaşacam. Çünki öz sənətimdən pul qazanmağı bacarıram. Mən bu günə qədər xeyriyyə işləri də görmüşəm. Bir neçə insanı ödənişsiz əməliyyat elətdirmişəm.

- Seçki kampaniyası üçün maliyyə məsələsini necə həll edəcəksiniz? Bunun üçün maddi imkanınız varmı?

- Allahın köməyi həll edəcəm. Yenə deyirəm, bu yolu özüm gəlməmişəm. Bəzən elə bir şey olur ki, istəsən də həyata keçmir. Mən seçkilərə çox gec qatıldım. Hətta seçki dairə seçki komissiyasına gələndə komissiya sədri dedi ki, artıq gecdir, çatdıracaqsınızmı? Sanki Allah mənə güc verdi. Bir gün ərzində sənəd məsələsini həl edib, müraciət elədim. Heç ağlıma da gəlməzdi ki, öz yaşadığım ərazidən namizədliyimi verərəm.

- Siyasətlə nə dərəcədə maraqlanırsınız? Müğənnilik sənəti və siyasət fəqli sahələrdir.

- Ən böyük siyasət düzlük deməkdir. Bəzən siyasətin deyə bilmədiyi bir sözü incəsənət çox asanlıqla deyir. Mən sözümü yetərincə musiqi sahəsində demişəm, hərbi-vətənpərlik mahnılarımla, layihələrimlə və sair.

Uzun illərdir, hörmətli millət vəkillərimizlə tədbirlərdə çıxış edirik, hərbi hissələrə gedirik. Mərhum millət vəkili Qənirə Paşayeva və digər millət vəkillərimiz ilə... Yəni mənim siyasət sahəsiylə bağlı təcrübəm var.

- Seçkidə uduzsanız nə edəcəksiniz?

- Mən növbədənkənar parlement seçkilərində uduzmamışam, artıq qalibəm. Mənim qudam Akif bəy mənə deyir ki, "Elza xanım, sizin namizədliyiniz təsdiqləndi. Qeydiyyatdan da keçmisiniz. Siz ən böyük uğuru qazanmısınız. Artıq qalibsiniz. Qeydiyyatdan keçmək hər insana nəsib olmur".

Məni ruhlandıran qudama təşəkkürümü bildirirəm. Bu, doğrudan da böyük bir uğurdur. Mən imza toplayan zaman evlərə gedəndə bir az çəkinirdim. Mənə deyirdilər ki, Elza xanım, niyə siz gəlmisiniz, siz ulduzsunuz, əməkdar artistsiniz, köməkçiləriniz gəlsinlər... Əgər mən millət vəkiliyəmsə, həyətlərə də gedəcəm, evləri də gəzəcəm. İnsan öz işinin həm xadimi, həm də xadiməsi olmalıdır.

İmza toplayarkən bir daha gördüm ki, sadəlik gözəl xüsusiyyətdir. İnsanlar ünsiyyəti sevirlər. Çox qonaqpərvərdirlər. Mən imza toplayarkən şəhid ailələrinin də evinə getdim. Hər kəs mənə dəstək oldu. Bilirəm ki, mənim üçün nə qədər sevinirlər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru