"İbrahim sazişləri" ilə nə etməli?.. .....                     Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... .....                     Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                     “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü .....                     “İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” .....                     Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları .....                     Rəsmən dilənçilik edirlər... .....                     Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü .....                     Ramin Quluzadəyə itki üz verib .....                     “Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb .....                     Ali təhsil bazarında BAHALAŞMA... .....                     40 ilin işçisinin başına belə oyun açdılar... .....                     Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? .....                     Azərbaycanı Xəzərdən gözləyən təhlükə .....                     “LC Waikiki”-in müştərisi narazılıq edir .....                     Əvvəlcə təmir etdilər, indi də bağlayırlar .....                     İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır .....                     "Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" .....                     Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... .....                     ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir .....                     Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... .....                     Rusiyanın münasibəti artıq düşmənçilikdir .....                     "Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." .....                     Zəngəzurda iki istiqamətdən hücum var .....                     Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... .....                     Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb .....                     HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ .....                     "Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" .....                     Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? .....                     “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                 

“İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq” - Faiq Sücəddinov
Tarix: 11-05-2024, 10:30 | Çap et
“İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq”
Azərbaycan təmsilçisi builki “Avroviziya” mahnı müsabiqəsində də uğursuzluqla üzləşdi. Xəbər verildiyi kimi, builki yarışmada da müsabiqənin final mərhələsinə keçə bilmədik. Hərçənd sənət baxımından İlkin Dövlətov və Fəxrinin təqdim etdiyi musiqi parçası Nigar və Eldarın 13 il əvvəlki ifasından heç də geri qalmırdı. Amma bu ifa heç olmasa ilk 7-liyə, 20-liyə daxil olmadı.

Bəs ard-arda 2-ci ildir nümayəndəmizin mərhələni adlaya bilməməsi nə ilə bağlıdır - səbəb yaradıcıdır, yoxsa siyasi?

“Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük musiqi tədbirlərindən biri sayılır. Lakin bu müsabiqənin sadəcə mahnı müsabiqəsi olmadığı haqda çoxdan fikirlər səslənir. Qeyd olunur ki, “Avroviziya” siyasi münasibətlərin yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizmidir.

Bu yarışmadan siyasi təbliğat vasitəsi kimi istifadə edilməsi ilə bağlı ən məşhur nümunələrdən biri Gürcüstanın 2009-cu ildə Rusiya prezidenti Vladimir Putini məsxərəyə qoyan “We don’t wanna put in” adlı mahnı ilə təmsil olunmağa qərar verməsi idi. Lakin “Avroviziya” mahnının sözlərində açıq siyasi mesajlar olduğunu əsas gətirərək, sözlərin dəyişdirilməsini tələb etdi. Tələb Gürcüstan tərəfindən qəbul edilmədi və ölkə həmin il müsabiqədə iştirakdan imtina etdi.

Siyasi proseslərin təsiri 2017-ci ildə İsveçdə keçirilən müsabiqədə daha aydın nəzərə çarpdı. Ukrayna təmsilçisi Camala Krım türklərinin deportasiyası haqqında yazılan “1944" adlı parça ilə yarışmaya qatıldı. Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etdiyi dövrdə yazılan, Rusiyanın sələfi hesab olunan SSRİ-nin Krım tatarlarını zorla köçürmə siyasətini tənqid edən mahnının siyasi motivlərinə bu dəfə Avropa göz yumdu və güclü dəstək əldə edən çıxış qalib olmağı bacardı.

Mütəxəssislər də qeyd edir ki, “Avroviziya”da siyasi faktorlar səsvermə zamanı daha çox nəzərə çarpır. Belə ki, Yunanıstanın heç vaxt Türkiyəyə səs verməməsi, Balkan və Skandinaviya ölkələrinin öz aralarındakı daimi dəstəyi bir növ buna sübutdur. Verilən səslər, sanki ölkələrin bir-birinə olan münasibətinin göstəricisinə çevrilib. Bu nöqteyi-nəzərdən qeyd edək ki, Azərbaycanın ən çox səs alıb-verdiyi ölkələr Türkiyə, Rusiya, Moldova, İsrail, Ukrayna və Gürcüstandır.

Son illər isə yarışmada LGBT təbliğatı açıq-aydın hiss olunmaqdır. Məsələn, 2014-cü ildə keçirilən müsabiqənin qalibi olan Avstriya təmsilçisi Konçita Vorst LGBT təbliğatının simvoluna çevrildi. “Saqqallı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı parçası LGBT hərəkatlarının yüksəlməsi üçün təməl oldu.

Onu da əlavə edək ki, qardaş Türkiyə ilk dəfə bu yarışmaya 1975-ci ildə qoşulub, 34 dəfə müsabiqədə iştirak edib. Lakin səsvermə sistemində dəyişiklikləri əsas gətirərək, Türkiyə 2013-cü ildən etiraz əlaməti olaraq bu yarışmada iştirak etmir.

Xatırladaq ki, ölkəmiz ilk dəfə 2008-ci ildə bu yarışmaya qoşulub. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü “Avroviziya” müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdular. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı “Odlar Yurdu”na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutdu.

Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov “Hold Me” mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütəmadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016 -cı ildə isə Səmra Rəhimli 17-ci yeri tutdu.

2017-də Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva “Neaeaoiin” mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdı. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olub. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi “Truth” mahnısı ilə 8-ci yerdə qərarlaşıb. 2021-ci ildə Niderlandda keçirilən yarışmada iştirakçımız Samirə Əfəndiyeva 20-ci yerə çıxıb. 2022-ci ildə isə ölkəmizi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil etdi və 16-cı yerdə qərarlaşdı. 2023-cü ildə isə daxili seçim üsulunda bir sıra dəyişikliklər edildikdən sonra, ölkəmizi Turan və Tural qardaşları “Tell Me More” adlı mahnı ilə təmsil etdi və finala vəsiqə qazana bilmədilər. Eləcə də, qeyd etdiyimiz kimi, bu ilki təmsilçilərimiz də müsabiqənin final mərhələsinə keçə bilmədi.

Təmsilçilərimizin “Avroviziya”da finala keçməmələri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri və müsabiqənin azarkeşləri Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefa verməsini tələb ediblər.

“X” sosial şəbəkə platformasının Azərbaycan seqmentində, həmçinin Eldarın “Instagram” səhifəsində postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Qasımov iki ildir deleqasiyaya rəhbərlik edir və bu müddət ərzində biz finala keçə bilməmişik.

Müğənni Nura Suri isə Eldar Qasımovu, təmsilçilərimiz Fəxri və İlkini qınayanlara səslənib:

“Sosial şəbəkələrdə artıq hamı qınamağı özünə borc bilir. Mən də qınayanları qınamaq istəyirəm. Fəxri və İlkinə nə deyiblər, onlar da onu edib. Geyim, klip, şou və sair onların seçimi deyil. Heç qonorar da almayıblar bildiyimə görə. Eldar da heç nəyi həll etmir orada. Ümumiyyətlə, bir işə köməyiniz keçməyibsə, qınamaq çox asandır. Mənim də bəyənmədiyim çox məqamlar var, amma və lakin hazırda bu haqda danışmaq mənasızdır. Rahat buraxın Fəxri, İlkin və Eldarı”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov son iki ildə təmsilçilərimizin uğur qazana bilməməsinə bu cür reaksiya verib:

“Təmsilçilərimizin oxuduğu ”Özünlə apar" mahnısı hesab edirəm ki, çox gözəl mahnı idi. Məlum olduğu kimi bu dəfə “Avroviziya”da Azərbaycan dilində, muğam çalarlarının olduğu mahnı səsləndirildi. Təmsilçilərimiz də yaxşı ifa etdilər. Amma bu müsabiqədir və bu kimi hallar olur. Məsələn, olur ki, yüz nəfər Çaykovskinin konsertini ifa edir, amma onların arasında yalnız bir nəfərə yer verilir. Bu o demək deyil ki, digər iştirakçılar səhv not ifa edib, sadəcə müsabiqənin öz şərtləri olur.

Və yaxud, bilirik ki, zamanında Dilarə Kazımova “Avroviziya”da 19-cu yer, Samirə Əfəndi 15-ci yer tutmuşdu. Bu o demək deyil ki, onlar yaxşı ifa etmir, əksinə, çox gözəl oxuyurlar.

İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq. Amma indi son iştirakçılarımı qınamaq, niyə belə oldu deyə məsələni olaya çevirmək doğru deyil".

Xalidə GƏRAY,
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30
Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24
“LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26
Əvvəlcə təmir etdilər, indi də bağlayırlar - AXI NİYƏ?..
Bu gün, 07:14
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır - GƏLİŞMƏ
Bu gün, 07:10
"Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" - ETİRAZ
Bu gün, 07:04
Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... - FAKT BUDUR!
Bu gün, 07:00
ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir - Makron
Bu gün, 06:54
Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... - AKTUAL
Bu gün, 06:52
Rusiyanın münasibəti artıq düşmənçilikdir - FAZİL MUSTAFA NET DANIŞDI
Bu gün, 06:47
"Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." - Dəlixanaya yerləşdirilən məşhur bəstəkar
Bu gün, 06:39
Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir
Bu gün, 06:35
Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:35
Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb - “Truth Sosial”
Bu gün, 02:33
HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Dünən, 18:03
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Dünən, 17:57
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Dünən, 17:51
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Dünən, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Dünən, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Dünən, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Dünən, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Dünən, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Dünən, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Dünən, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Dünən, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Dünən, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Dünən, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Dünən, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Dünən, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Dünən, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Dünən, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Dünən, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Dünən, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Dünən, 16:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru