Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                 

"Kəramət çox istedadlıdır, amma bəzi yerlərdə hərdən “qatıqlayır”" - Seyran Səxavət
Tarix: 8-05-2024, 08:08 | Çap et
"Kəramət çox istedadlıdır, amma bəzi yerlərdə hərdən “qatıqlayır”"
Yazıçı, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət TNS-ə müsahibə verib.

Onunla görüşümüz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyasında baş tutdu...

- Seyran müəllim, necəsiniz? Sağlamlığınızla bağlı bir şikayətiniz yoxdur ki?

- Özümü çox yaxşı hiss edirəm. Səhhətimlə bağlı problem yoxdur. Bilgəh xoşuma gəlir, bir az istirahət edirəm. Təbiəti çox sevirəm. Biz təbiətin bir parçasıyıq. Təbiəti sevmək elə insanın özünü sevməsidir, işin içində bir az eqoizm də var. Təbiətin bir parçası olsaq da, o bizdən daha zəngin və gözəldir.

- Təbiəti daha üstün edən hansı xüsusyyətləridir?

- İnsan təbiətin düşməni, təbiət insanın dostudur. Yüz illərdir ki, təbiəti korlamaqla məşğuluq, amma təbiət qarşılığında bizi yedirir-içirir, son mənzilimizi də verir.

Allah insanı yaratdı və Yer kürəsini ona bağışladı. Amma bəşəriyyət Allahın insana göstərdiyi etimadı doğrultmadı. Bizə verdiyi gül kimi Yer kürəsinə ilk gündən zərər vurmağa başladıq. Təbiət də hərdən bizdən qisasını alır. Ona görə adam olmaq lazımdır. İnsan yer üzünün əşrəfi hesab edilir. Amma mənə elə gəlir ki, Allahın yaratdıqları içərisində insan, öz əməlləri sayəsində, sonuncu yerdədir. Bütün canlılar insandan daha yuxarıdadır. Dünyanı yırtıcı heyvanlardan yox, adamlardan qorumaq lazımdır.

- Otağınızdakı masanın üzərində kağız, qələm gördüm. Burada da yazırsınız?

- Biz hər zaman yaradıcılıqla məşğuluq. Yazmaq bizim işin texniki tərəfidir. İnsan dolur, sonra yazmaqla ürəyini boşaldır. Masanın üstündə gördüyün istedadlı qələm sahibi Maarf Soltanın yazıları ilə bağlıdır. O, sosial şəbəkələrdə 3-4 cümlədən ibarət yumorla fəlsəfənin qarışığı olan möhtəşəm yazılar yaradır. Ona dedim ki, bunları kitab halına sal, mən də ön söz yazaram. Həmin yazı da onun kitabı üçün yazdıqlarımdır. Bu gün sizdən sonra o gələcək...

Kəramət çox istedadlıdır, amma bəzi yerlərdə hərdən “qatıqlayır”

- Həmkarlarınızın, qələm dostlarınızın yaradıcılığına diqqət göstərirsiniz. Onlara kömək etməyi sevirsiniz?

- Vaxtilə mənə kömək ediblər. Sən demə, bunun mənası, əslində “Ay bala, mən sənə kömək etdim. Sən də başqalarına edərsən”, - demək imiş. O vaxt bizim gözəl sevgi şairimiz Nüsrət Kəsəmənli Qazaxdan birbaşa mənim yanıma gəlmişdi. Baxmayaraq ki, yaşıdıq. Onu böyük ziyalımız, böyük kişi, professor Qasım Qasımzadənin yanına apardım. Birinci kursda oxuyurdum. Qasım müəllim ondan əvvəl mənim də xeyir-duamı vermişdi. Nüsrət Kəsəmənli mənim yanıma gəlməyinin səbəbini sonralar qəzetdə də yazmışdı. Belə ki, o, çöldə qoyun otardığı vaxt şumun içindən bir qəzet parçası tapır. Həmin qəzet parçasında mənim şeirlərimi görür. Baxır ki, ikimiz də 1946-cı ildə doğulmuşuq. Fikrləşir ki, necə olur, bu, Bakıda şair olub, mən burada qoyun otarıram. O hadisədən sonra birbaşa mənim yanıma gəlir...

Zülfüqar Şahsevənlini, Vaqif Bəhmənlini də Qasım Qasımzadənin yanına aparmışdım o zaman. Mənim ədəbiyyat dərnəyim var idi. Orada şeirlərini müzakirə etdiyimiz insanlar indi dağ boyda kişilərdir. Aqil Abbas, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Maarif Soltan, Tofiq Nurəli və s. Mən özümü rəhbər hesab etmirdim. Onlar şeirlərini oxuyurdu, mən də fikirlərimi deyirdim. Mənə görə, söz adamları hamısı bir-birilə eyni boy-buxundadırlar, hamısı eyni beldən gəlib. Ətrafımdakı insanların həm yaradıcılıqla bağlı, həm də məişət məsələlərində köməyə ehtiyacları olanda əlimdən gələni etmişəm. Adam bu cür işlər edə-edə formalaşır, güclənir. Mən yaxın ətrafımı bütün varlığımla sevmişəm. Heç vaxt da mənə pis adam rast gəlməyib. Sevgini onlara ötürmək məni çox güclü bir Seyran Səxavət edib.

- Etdiyiniz yaxşılıqların qarşılığında nankorluqla qarşılaşmısınızmı?

- Demək olar ki, hiss etməmişəm. Həm də yaxşılıq edən bunun sonrasını fikirləşmir ki... Bir misalımız var: “Yaxşılıq et, at dəryaya. Balıq bilməsə də, xaliq bilər”. Mən heç xaliqin bilməyini də düşünməmişəm. Yaxşılıq etmək mənim xasiyyətimdir. Bu əməli, həm də öz xətrimə edirəm. Kiminsə əlindən tutmaq mənə ləzzət edir.

- Amma indiki yaradıcı nəsil arasında, deyəsən, bir-birinə əl tutmaq ənənəsi o qədər də yoxdur...

- Mən o nəslin uşaqlarını da hər zaman dəstəkləmişəm. Onların içində Aqşin Yenisey, Seymur Baycan, Qan Turalı, Salam Sarvan var. Kəramətin özü olsun. Kəramət çox istedadlıdır, amma bəzi yerlərdə hərdən “qatıqlayır”. Bu gün yaxşı yazan xanım yazıçılarımız var. Mən keçən əsrin adamıyam. Azərbaycanda Məhsəti Gəncəvinin, Xurşidbanu Natəvanın dövründən müasir günümüzədək qadın ədəbiyyatı heç vaxt bugünkü qədər möhtəşəm səviyyədə olmayıb. Millət olaraq xislətimiz elədir ki, gərək, kiminsə istedadlı olduğunu qonşudan deyələr, sonra biz təsdiqləyək. Bu, bizim millli “dəyərimizdir”.

Dünya Allahın çin olmuş yuxusudur

- Bəlkə özününkünə inamsızlıq, ya da etiraf etmək çətinliyidir?

- Burada etiraf etmək çətinliyi var. Bunun üçün geniş ürəyə ehtiyac var. Etiraf etməyə canımız çıxır. Yaxşıya yaxşı demək lazımdır. Onsuz da yaxşıdır. Sən deyəndə o quşun bir qanadı da çıxır.

Qayıdaq, yaxşı yazan xanım yazıçılara. Arzu Nehrəmli var, gözəl qələmi olan. Təranə Turan var ki, professordur, bəlkə dünyanın yarısının mükafatını almış bir xanımdır.

Təranə Vahid, Nuranə Nur kimi güclü qələm sahibi olan xanımlarımız var. Bunların yaxşı olduğunu başqa millət desə, inanacaqlar, amma Seyran desə, yox. Bizim onları tanımamağımızla onlar heç nəyi itirmir, itirən biz oluruq.

- Seyran müəllim, bəzən müsair yazarlar ateist ruhda olduqlarını nümayiş etdirməyə çalışırlar. Sizcə, onlar doğrudan ateistdirlər, yoxsa elə görünməyə çalışırlar?

- Elə görünməyə çalışırlar... Əslində, elə deyillər. Mən Allahı sevirəm.

- İlk dəfə bunu nə zaman hiss etmisiniz, yəni Allaha olan sevginizi. Sizcə, yazmaq ilahi ruhun əli ilə baş verir?

- İnsan heç vaxt xoşbəxtlikdən Allahı yada salmır. Köməyə ehtiyac olanda, nədənsə qorxanda Allahı çağırırıq.

Əvvəlki dövrlərdə mirzələr olurdu. Yəni, əvvəldə də dediyim kimi, yazmaq işin texniki tərəfidir. Məsələn, “Nekroloq” romanımın ilk cümləsində yazmışam: “Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda oxşamırdı - elə çürük idi”.

Sonuncu cümlə isə belədir: “Dünya Allahın çin olmuş yuxusudur”. Bunu yazmağa Seyranın qüdrəti yoxdur, bu, yuxarıdan gələn bir şeydir.

Azərbaycan dili reanimasiyadadır, günahkar televiziyalardır

- Deyirlər ki, insan daha çox gənc yaşda yazır. Bu fikirlə razısınız?

- Onu deyən özünə gülür. Elə şey yoxdur, insan ancaq dolanda yazır. Məsələn, sən boş qabı boşalda bilərsən? Gərək içində nəsə ola ki, boşaldasan.

- O cür boş qabdan boşalan əsərlər çoxdurmu, Seyran müəllim?

- Bu dəqiqə 90-95 faiz təşkil edir. Qalan 5-10 faiz var ki, Azərbaycan ədəbiyyatı odur. Tank kimi qabağa gedir. Ədəbiyyatı heç bir tarixi hadisə saxlaya bilməz. Lap dünya dağılsa və bir nəfər yazıçı sağ qalsa, o, bu dünyanın dağılmağından yazacaq.

- Bəs oxucu həmin həmin 5-10 faizi necə seçsin?

- Senzura yoxdur. Bir avara başqa bir avaraya pul verir, o da onun haqqında kitab yazır. Sonra da bir nəşriyyat pul qarşılığında həmin kitabı nəşr edir. Başqa bir kitab mağazası aparıb qoyur satmağa. Nə alan, nə də oxuyan olur. Amma insanların zövqü korlanır. İnsanların zövqünü dara çəkən də daha çox Azərbaycan televizya məkanıdır. 30 ilə yaxındır ki, Azərbaycan dilinin hər gün zəiflədiyini, hazırda isə reanimasiya vəziyyətində olduğunu bilirəm. Bunun bir nömrəli günahkarı Azərbaycan televiziyalarıdır. Nisbətən AzTV və İctimai televiziya normaldır. Qalanlarında Azərbaycan dilində danışan yoxdur. İşə götürüləcək adamın boy-buxununa baxırlar, içinə baxan yoxdur. Hər bir fərdi hər şeydən əvvəl tənzimləyən dildir. Xalq da fərdlərdən ibarətdirsə, deməli, bütün xalqı dil tənzimləyir.

- Kitabların dilində o zəiflik özünü göstərir?

- Bizdən sonrakı nəsillərin yazdıqları əsərlərin dilində var zəiflik. Mənə elə gəlir ki, yazıçımız Süleyman Rəhimovun əsərlərini indiki nəsil gərək lüğətlə oxusun. Çünki oradakı sözlərin çoxunu başa düşməyəcəklər. Dil məsələsi mənim yaralı yerimdir. Azərbaycan Yazıçılar Birliyində, Dilçilik İnstitutunda, Dövlət Dil Komissiyası yanında Monitoriqn Qrupunda, Mətbuat Şurasında “Cümlə qurmaq, dövlət qurmaq qədər çətindir” adlı məruzə ilə çıxış etmişəm. Bu vəziyyət heç kimin vecinə deyil. Çox dilçilərə müraciət etmişəm, amma fikir vermirlər. Dilimizin ölməyinə qarşı müharibə elan etmişəm. Bu müharibədə mənə kömək etməyənləri, müharibə qaydası ilə cəzalandıracağam. Siyahı tutmuşam, mübarizədən qaçanları fərari elan edəcəyəm. Siyahımda 22 nəfər var. Akademik, xalq şairi olanlar var. Milli Məclisə də müraciət emişəm, bir nəticə olmasa, Ali Baş Komandanımıza müraciət edəcəyəm.

Yazılı mətbuat, filmlərin tərcüməsi, mahnı mətnləri də televiziyaların günündədir.

Mahnıda lirik qəhrəman qıza “Sən mənim mürəbbəli şirin çayımsan” deyir. Bunu yazan şairdə adicə mətbəx mədəniyyəti də yoxdur. Onda yoxdursa, deməli, musiqini yazan bəstəkarda, ifaçıda da yoxdur.

Xalq artistimiz Abşeron haqqında mahnı oxuyur.

Göy Xəzərin beşiyisən.

Şeir-sənət keşiyisən, Abşeronum mənim...

Abşeron Xəzərin içində olduğu üçün göy Xəzərin beşiyi ola bilməz. “Şeir, sənət keşiyisən” nə deməkdir? Dilin valideyni xalqdır. Dilə qayğı xalqdan gəlməlidir. Artıq xalq da televiziya dilində danışır. Dilimiz həm də sığallı-tumarlı, ənlik-kirşanlı dilə çevrilib.

Şeiri şəhər, nəsri kənd uşağına bənzədirəm

- Bir çox yazıçılar yaradıcılığıa şeirlə başlayır. Sonradan güclü nəsr nümunələri yaradırlar. Məsələn, mən bir oxucu kimi kitab seçəndə nəsr müəllifinin bəlli bir yaş və təcrübəsinin olmasına diqqət edirəm. Sizin bu məsələdə düşüncələriniz necədir?

- Şeir yazmaq üçün bir qıza vurulub, rədd cavabı almaq kifayət edirdi. Şeirlə nəsri müqayisə edəndə şeiri şəhər, nəsri kənd uşağına bənzədirəm. Kənd uşağı həyatın hər çür çətin üzünü daha çox görür. Ən azından ayağı torpağa dəyir. Nəsr yazmaq bir az yetkin yaş tələb edir. Mən yaradıcılığa şeirlə başlamışam. 3-cü sinifdən şeir yazırdım. Şeirlərim cavan qızların xatirə dəftərində olardı. Hətta arvadımın da xatirə dəfərindən mənim şeirim çıxdı. Məsələn, belə şeirlərimdən birini Məhəbət Kazımov ifa edirdi.

İlk məhəbbət - son məhəbbət

Sən nə istəyirdin, nələr itirdin?

Qorxma kül olmaqdan, yan, məhəbbətim.

Sən mənim başıma nələr gətirdin,

Ay ilk məhəbbətim, son məhəbbətim.

O parlaq sevgimdən çox utanıb dan,

Ulduzlar eşqimdən qızartı dərmiş.

İnsanlar bir dəfə doğulduğundan,

Elə bir dəfə də sevə bilərmiş...

Mənəm, milyard naxış səpmişəm göyə,

De, varmı hesabı naxışlarımın?!

Kirpiklər özgəyə baxmayım deyə,

Çəkir keşiyini baxışlarımın...

Elə sızıldayır qəlbim tar kimi,

Sən kimin eşqini daşıyacaqsan?

Bəlkə də divarlar, maşınlar kimi,

Sən də məhəbbətsiz yaşayacaqsan...

Burda tənhalıqdan lap iyrənmişəm,

Qoy, meh sığallasın telini sənin.

Gedib, yetmiş iki dil öyrənmişəm,

Hələ tapmamışam dilini sənin...

Sən bir soyuq ulduz, mən gözlərinəm,

Eybi yox, mənimçün həmişə varsan.

Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı, sən ordasan, sən sıxılarsan...

- O vaxtdan da belə gözəl yadda saxlamısınız...

- Mən yaddaş cəhətdən yaxşıyam. Fenomenal yaddaşım var. Hekayələrimi, hələ desən, romanlarımı da əzbər bilirəm.

Qarabağ haqqında ən vacib əsəri Ali Baş Komandan və Azərbaycan əsgəri yazdı

- Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmusunuz. Torpaqlarımızın işğaldan azad olumasından sonra hansı hissləri keçirirsiniz. Mövzu yaradıcılığınızda olacaqmı?

- Bir vaxt televiziyada bizdən Qarabağ haqqında niyə yazmadığımızı soruşurdular. O zaman aparıcıya dedim ki, ərkim çatan dostalarıma - Musa Yaquba, Vaqif Bəhmənliyə, Ramiz Rövşənə Qarabağ mövzusunda yazmağı qadağan etmişəm. Çünki artıq Qarabağ ədəbiyyat yox, müharibə mövzusu idi. Dedim ki, Qarabağ haqqında ən vacib əsəri Ali Baş Komandan və Azərbaycan əsgəri yazmalıdır. Mənə romanda, povestdə yox, döyüşdə alınan Qarabağ lazımdır ki, gedib torpağı üzümə sürtə, əl-üzümü yuya bilim. Allaha şükür ki, onlar bu əsəri yazdılar.

Biz 250 ildə torpaqlarımızı verə-verə gəlmişik. Ali Baş Komandan İlham Əliyev bir ilkdir ki, torpaqları geri aldı. Ən vacib əsəri O yazdı.

O cür əsərdən sonra nə yazsan, ancaq nəzirə ola bilər. Hələlik heç nə yazmıram, ola bilər ki, nə vaxtsa yazım.

- Füzulini, doğma kəndinizi görə bilmisiniz?

- Füzuli işğaldan azad olunduqdan iki gün sonra getdim icra başçısının yanına. Təhlükəsizliyə görə getmək çətin idi. Amma bir yanğınsöndürən kimi çalışan dostum var idi, məni avtomobillə düz kəndimizə apardı. Allah qismət eləsin, kəndimizdə mənim qonağım olasan. Yağlıvənd Köndələnçayın kənarında yerləşirdi. Çox gözəl mənzərəsi olan bir kəndimiz var idi. Gedəndə ancaq göldən bildim ki, bu xaraba mənim kəndimdir. Başqa heç nə yox idi... (kövrəlir-red.) Əvvəl dostuma dedim ki, tez məni çıxar buradan.

- Seyran müəllim, Yazıçılar Birliyinə kimlərinsə üzv olması geniş müzakirələrə səbəb ola bilir. Birliyə üzv olmaq bu qədər vacibdir?

- O söz-söhbət mənim üçün o qədər məna kəsb etmir. Cibində Yazıçılar İttifaqının vəsiqəsinin olması ilə yazıçı olmursan. Olmaması da “yazıçı deyilsən” demək deyil.

- Bəs nəyə görə belə can atırlar?

- İstəyirlər orda-burda desinlər ki, Yazçılar İttifaqının üzvüyəm. Birliyin adına nə qədər böhtan desələr, söysələr də ürəklərindən oranın üzvü olmaq keçir. Bütün təşkilatlarda belə söz-söhbət olub və olacaq da...

- Xaricdə geniş tanınan, Nobel alan yazıçılarımız yoxdur, deyirik. Sizin bu fikirlərə münasibətiniz necədir?

- “Nobel”çilərin 99 faizini oxumuşam. Bir alman yazıçısı var - Ziqfrid Lenz. Onun “Gözə görünməyən qonşu” adlı 3-4 vərəqdən ibarət bir hekayəsi var. Həmin hekayəni bütün “Nobel”çilərə dəyişmərəm. Bunu niyə deyirəm? Azərbaycanda yetərincə gözəl yazan yazıçılar var. Yusif Səmədoğlunun “Qətl günü” romanı SSRİ-də ilin ən yaxşı romanı mükafatını almışdı. İsa Hüseynov, Sabir Əhmədov var ki, dünya ədəbiyyatının çox ciddi fiqurlarıdır. Bunları qoyaq bir kənara. Biz guya Nizamini, Füzulini, Axundovu, Sabiri, Haqverdiyevi tanıda bilmişik?

- Bu gün siz özünüz daha çox nələri oxuyursunuz?

- Yazmaqdan çox oxuyuram. Azərbaycan ədəbi mühitini izləyirəm, “Ədəbiyyat qəzeti”nin hər nömrəsində çıxan şeirləri və hekayələri oxuyuram. Çox mütaliə edən insanam. Vaxtilə kənddə kitabxana var idi. Yaşımın az olmasına baxmayaraq, oradakı bütün kitabları oxumuşdum. Bizim mühitdə söhbətlər olur, filan xarici yazıçının bir əsəri çıxıb, mütləq oxumaq lazımdır, deyirlər. Məsələn, Orxan Pamuk var. Onun kitablarını mənə verdilər, oxuya bilmədim. Getmədi... Özümü dünyanın ən istedadlı yazıçılarından hesab etməsəm də, ən istedadlı oxucularından hesab edirəm. Orxan Pamuk mənə ləzzət eləmədi. Yazçılar İttifaqında məsləhətçi işləyirəm. Elə olur ki, gündə 3 kitab verirlər, oxumaq üçün. Deyirəm ki, 5 dəqiqəyə oxuyacam. Ortadan açıram, bir az oxuyuram və qiymətini verirəm. Bir balın yaxşı olduğunu bilmək üçün onu hamısını yeməyə ehtiyac yoxdur.

- Azərbaycan ədəbiyyatının tank kimi qarşısında gedən yazıçılarının söhbətlərini, yazılarını nə üçün tez-tez efirlərdən eşidə, mətbuatdan oxuya bilmirik?

- Bunu Azərbaycan televiziyalarından soruşmaq lazımdır. Sovet hökumətinin vaxtında ədəbiyyatla bağlı çoxlu verilişlər olurdu. İndi yoxdur, ya da çox azdır. Olanlar da son dərəcə primitivdir. Cəmi bir neçə veriliş var, vəssalam.

- Azərbaycan oxucusuna nə demək istərdiniz?

- Biz hər zaman kitaba and içmişik. İnsan and içdiyi şeyi unutmaz. And içdikləri yerə dönsünlər. Kitabdan bir gün uzaq düşəndə, qayıtmağa on gün lazım olur. Nə qədər gec deyil, qayıtsınlar. Sonra kitab bizi bağışlamaya bilər.

- Söhbətə bir əlavəniz varmı?

- Əslində, mənim dediklərimin hamısı bu dünyanın söz-söhbətinə bir əlavə idi...

- Müsahibə üçün təşəkkür edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru