Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                 

“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Tarix: 5-11-2023, 11:01 | Çap et
“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Onunla söhbətimiz çoxşaxəli oldu. Həm sənətdən danışdıq, həm Azərbaycanın qələbəsindən, həm də sənətin o qələbədəki rolundan.

Həmsöhbətimiz Xalq artisti Nurəddin Mehdixanlıdır.

– Bu yaxınlarda doğum gününüz oldu, təbrik edirəm, amma deyəsən qeyd etmədiniz…

– Təşəkkür edirəm. 67 yaşım tamam oldu. Düzünü deyim, doğum günü qeyd etmək, neçə yaşımın olması barədə heç vaxt düşünməmişəm. Ya buna vaxtım olmayıb, ya da maraqlı deyil. Maraqlı olan hər gün hansı işi görməyim, nə qədər faydalı olmağımdır. Bir yaş böyük, bir yaş kiçik olmağın da fərqi yoxdur, insan var ki, gəncliyindən kamildir, insan da var, yaşı çoxdur, amma düşüncəsi az. Yaş artdıqca bir çox mətləblər daha aydın görünməyə başlayır. Həyatı anlayırsan və bacardıqca yaxşılıq etmək, iş görmək, iz qoymaq istəyi də artır. Bir də mütaliə etmək tələbata çevrilir. Oxuduqlarını artıq oxumusan, oxumadıqlarını, bilmədiklərini öyrənmək üçün, bəzən axtardığını tapa bilmirsən. Azərbaycanda 5-6 müəllif var, onları oxuyanda yeni nə isə öyrənmək olur. Məsələn, Qismət, Aqşin Yenisey, Salam… bunları oxumaq çox maraqlı gəlir. Mən artıq səhnədə istədiyi obrazları oynamış bir aktyoram, oynamadıqlarımın axtarışındayam. Onu tapmaq üçün isə hökmən ədəbiyyata, dramaturgiyaya baş vurmaq lazım gəlir. Dramaturgiyada isə bu gün bir boşluq var, süstlük hökm sürür. Məsələn, çox istəyirəm ki, bir vaxtlar Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında oynadığım Vətən kişi kimi bir obraz olsun, amma bu dəfə vətənə qayıdan Vətən. Bu gün mənim gözlərim önündə xaraba qoyulmuş yurd yerləri var, bir də o yurd üçün canlarını verən oğullar. Hərəsi bir ailənin övladı idi, arzuları nakam qaldı. Onların ədəbiyyatda, dramaturgiyada, kinoda, teatr səhnəsində bədiiləşmiş obrazlarını görmək istəyirəm. Yurduna geri qayıdıb tikdiyi evi tapa bilməyən Vətən kişinin obrazını oynamaq istəyirəm. Düzdür, yaralar hələ təzədir, müharibənin səhnələşdirilməsi onu yaşayana inandırıcı olmaya bilər, ona görə də onu oynamaq olmaz, onu yaşamadan oynaya bilməzsən. Qarabağ müharibəsini bu gün səhnədə oynamağın tərəfdarı deyiləm, onu yaşayanların qarşısında oynamaq süni görünür. Ya yaşayaraq oynamalısan, ya da oynamaq olmaz.

– Vətən kişi obrazını xatırlatdınız, Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında məcburi köçkün düşən kişini. Yadımdadır, onun monoloqunu dediyiniz vaxt tamaşa zalından bir kişi səhnəyə çıxıb, sizi qucaqlayıb, ağladı…

– Mən yaşadıqlarımı oynayırdım. Məcburi köçkün düşməmişəm, qarabağlı deyiləm, amma bir qarabağlıdan artıq qarabağlıyam. Mənim doğulduğum ev yerindədir, o evdə atamın, anamın səsi, əl izləri var. Mən ora gedəndə o dünyanın içinə düşürəm, o aləmə qayıdıram, amma o dünyasını itirən minlərlə həmvətənimiz var, onları düşünməmək olmaz. Mənim yurdumda atamın, anamın qoxusu qalır, sənin yurdunda heç nə qalmayıb.

– İndi yarama niyə toxunursunuz?

– Bunu unutmayaq deyə, sağalmasın o yara. Bundan sonda, sadəcə olaraq, yaddaşımızdan muğayat olmalıyıq. Bütün başımıza gələnlərin səbəbi yaddaşsızlığımızdır. Yaddaşımıza sahib çıxaq. Yaddaş qoruyucu zirehdir.

– Yaddaşımız da işğal altında olub, yaddaşımızı silməyə çalışıblar, müəyyən qədər də nail olublar…

– Mən qisasçı deyiləm, amma günahı bağışlamıram. Erməni övladını nifrətlə böyüdür, türkün qatili kimi tərbiyə edir. Biz uşaqlarımızı vətənə sevgi ilə və beynəlmiləl ruhda böyüdürük. Ananı, bacını – vətənini qoru, deyirik. Fərqimiz budur.

– Bu yalnız tərbiyə deyil, genetik faktor da var. Biz öz doğma yurd yerlərimizdən necə çıxarıldıq, onlar indi bizim torpaqlardan necə yola salınırlar…

– Onların etdikləri yalnız günah deyil, cinayətdir. Cinayətin cəzası var. Bu gün onların başına gələnlərin, çöküşlərinin, əzilməklərinin günahkarı özləridir, verdikləri, aldıqları tərbiyədir. Müqəddəs kitabımız deyir ki, səninlə savaşanla savaşacaqsan. Bağışlamaq olar, amma 2+2-nin 4 elədiyini yadında saxlayacaqsan. Biz baş kəsmədik, qocaları, uşaqları qətlə yetirmədik. Biz torpaqlarımız azad etdik və işğalçı bu gün cavab vermək üçün istintaqa cəlb edilir. Mənim doğum günündə ölkəmdə haqq, ədalət qalıb gəlir, bundan böyük təntənə olarmı… Bu təmtəraq kimə qismət olub? Bu təmtərağı, zəfəri, ədalətin bərpasını həmişə görək deyə, böyük, güclü olmalıyıq. Bunun üçün mədəniyyət böyük qüvvədir, teatrın boynuna daha çox məsuliyyət düşür.

– Siz də bir əsgərsiniz, hər zaman əsgərin yanında oldunuz, sənətinizlə səngərlərdə oldunuz. Keçək sənətinizə, bəxti gətirən sənətkarsınız?

– O qədər də yox. Kinoda çox işim olmayıb, əsasən teatrda işləmişəm. Bizə kinoda meydan verilmədi.

– Hər halda, kinoda “Cavad xan” kimi iziniz oldu…

– Yaxşı ki, o filmə çəkilmişəm. Həyatda heç də asan olmadı mənə, harada ağıl lazım idi orda ağılla, harada güc lazım idi, orda yumruqla yol açdım. Haqlı olduğum yerdə heç kimin qabağından çəkilməmişəm. Bizim nəsil sənətdə daha çox iş görə bilərdi…

O vaxtın teatrını çox şişirdirlər, amma suflyor teatrına yaxşı demək olar? Bu gün aktyor səhnədə 60-cı illərin aktyoru kimi danışsa, onu fitə basarlar. Bizim nəsil teatra yeni nəfəs gətirdi. Özümüzdən əvvəlki sənətkarlara aşağıdan yuxarı baxırdıq. Bizim dövrdə meyllər dəyişdi. Diplom tamaşama baxan Tofiq Kazımov məni Milli Dram Teatrına dəvət etdi. Əsgərlikdən qayıdandan sonra ancaq kütləvi səhnələrə çıxırdım. İlk böyük rolum İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinin tamaşasında Kamran olub. Tamaşaçı məni bu rolla sevdi. Bu tamaşada 565 dəfə oynamışam. Sənət taleyimə görə müəllimlərimə borcluyam, ilk növbədə Adil İsgəndərova borcluyam. Təkcə öyrətmədi, həm də sənəti sevdirdi o kişi. Deyirdi, qada, böyük sənəti böyük kişilər yarada bilər.

Bu gün deyirlər ki, teatrda tənəzzül var. Məgər başqa sahələrdə elə deyil? Azərbaycan müharibə aparırdı, hər sahədə tənəzzül vardı. Teatr aktyorlarını sənətdə Ulu öndərin təsisi etdiyi mükafatlar saxladı.

– Bu gün teatrın əsas problemi nədir?

– Teatr bu gün də yaşayır və yaşadır. Problem teatrda bir dəfə də olsun olmayanın teatrın olmaması barədə iddialı fikir deməyidir. Bu gün teatr da var, sənətkar da. Aktyor da var, rejissor da. İnkişaf yoluna qədəm qoymuşuq, hər şey yaxşı olacaq. Nə qədər gücüm, bacarığım var, teatr sənətinə xidmət edəcəm. Milli Dram Teatrında yaxşı işlər, gözəl hadisələr olacaq. Teatr çox böyük mədəniyyətdir, onu yüksəldib zirvələrdə saxlaya bilsək, millətin mədəni səviyyəsi də yüksək olar.

– İstədiyimiz budur, zatən, bu ümidlə və arzu ilə sağollaşaq sizinlə.

Ramilə Qurbanlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru