Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                 

Sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, necə olacaq? - Replika
Tarix: 27-01-2022, 09:04 | Çap et
Sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, necə olacaq?
Bakıda Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib, Hövsanda müğənninin fanatları zeytun ağacları əkiblər. Əraziyə də “Aygün bağı” lövhəsi yerləşdirilib.

Necə xəbərdir? Doğma diyarımızın bir guşəsi abadlaşdırılıb. Papağımızı səmaya tolazlayıb, sevincimizdən çəpik çalmağın əsl zamanıdır! Yox?..

Əslində proses və təşəbbüs olaraq baş verənlərdə hər hansı problem yoxdur. Həqiqətən də, vətəninin sabahını düşünən hər bir vətəndaşa yaraşan bir işdir. Sözümüz bunda deyil, məramımız başqadır. İradımız, necə deyərlər, çərçivəyə salınan portretədir...

Bəzən belə fikir söylənilir: sənətkarın insani xüsusiyyətləri əhəmiyyətli deyil, əsas onun istedadı, yaradıcılığı, gələcək nəsillərə ötürdüyü mirası, irsidir. Həqiqətən də, ilk baxışda bu postulatda reallıq toxumları sezmək olar. Məsələn, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Müslüm Maqomayevin, Sara Qədimovanın, Hacıbaba Məmmədovun, Mirzə Babayevin, digər korifeylərimizin şəxsi həyatları, zövqləri, qarderobları müasir insanı, gələcək nəsli nə dərəcədə maraqlandıra bilər? Bu göstəricilərin qənaətbəxş olmaması bu sənətkarların yaradıcılığına kölgə sala, onları unutdura bilərmi?

Əlbəttə ki, xeyr. Biz onların şəxsi həyatlarından, hətta hansısa mənfi məlumatı aldıqda belə, onu yaddaşımızdan siləcək, hətta silməsək də, onların əsrarəngiz və məlahətli səslərinin sehrinə düşüb olub-keçənləri arxa plana atacağıq. Amma bu, qeyd etdiyimiz kimi, məsələyə ilk baxışdır. Biz isə səthi nəzərlə kifayətlənməyək, bir qədər bu mövzu üzərində dayanaq.

Məsələ burasındadır ki, sadalanan və digər ustad sənətkarlar artıq bizim üçün tarixin bir parçasıdır. Məgər Puşkinin qadın düşkünü olması onun dahiliyindən nə isə azaldır? Və ya Cəfər Cabbarlının spirtli içkilərə həddindən artıq aludə olması onu klassik ədəbiyyatımızdan kənarlaşdıra bilər?

Amma və lakin! Zamanında, öz müasirləri üçün bu şəxslər nümunə, ülgü olublar. Onların davranışları, nitqləri, həyat tərzləri, geyimləri, hətta sifət ifadələri bir çoxları tərəfindən təqib edilib, onlara bənzəmək istəyiblər, onlara təqlid ediblər. İndi bu etalonlar da, onları ikona halına gətirənlər də artıq haqq dünyasındadırlar. Gəldilər, oldular, getdilər.

Ancaq bir proses olaraq nəql etdiklərimiz mövcud olub. Rəşidlər, Şövkətlər, Saralar, Müslümlər bütöv bir nəslin formalaşmasında, mənəviyyatının və incəsənət zövqünün təşəkkül tapmasında bilavasitə və yaxından iştirak ediblər. Biz, bugünkü fərdlər, məhz onların formalaşdırdığı nəslin tərbiyə verdiyi cəmiyyətik.

Bəs, yaxşı, sabah, bizdən sonra bu məmləkətdə yaşayacaqların zövqlərini kimlər formalaşdırır? Kimdir bugünkü kumirlər? Kimi kim əvəzləyib? Şövkət Ələkbərovanı - Aygün Kazımova, Rəşid Behbudovu – Nadir Qafarzadə, Sara Qədimovanı – Röya Ayxan, Mirzə Babayevi – Rəhim Rəhimli...

Bu sıralamanı görəndə tam daşlaşmamış qəlb ağlamasın, bəs neyləsin? Biz hələ oxucuların əsəblərini nəzərə alaraq Bayram Nurlunun, Tolikin kimləri əvəz etdiklərini yazmırıq. İndi bu “yenilər” dəstəsinin sabaha hazırladığı gəncliyin necə görkəmdə olacağını təsəvvür edək... Əlbəttə ki, buna fantaziyamız yetirsə...

Çox təəssüf ki, bu gün qeyd olunan məsələlərlə ciddi surətdə heç kim məşğul olmur. Hər şey və hər kəs öz ixtiyarına, öz axarına buraxılıb. “Rəşid bağı”, “Şövkət parkı” yoxumuzdur, əvəzində “Aygün bağı”mız var. Bəs sonra? Bu suala da cavab verəcəyik. Amma öncə bir mümkün irad barəsində.

İndi kimsə durub desə ki, bəs, bu bağın təşəbbüsü “Aygün Fan Club”a məxsusdur, qoy başqaları da belə bir təşəbbüsdə bulunsunlar, çox məntiqsiz olacaq. Çünki hər təşəbbüsü dərhal həyata keçirməzlər. Maraqlıdır ki, sözügedən təşəbbüsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dəstək verib. Yaxşı, sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, ətrafını isə LGBT rənglərinə boyanmış hasara alsalar, onda da Nazirlik dəstəyini əsirgəməyəcək? Səhəri gün də Bülənt Ərsoyu ilahiləşdirənlər paytaxtımızı abadlaşdırmaq fikrinə düşə bilərlər... Açığı, bu perspektiv baş verənlərdən sonra elə də qeyri-real görünmür.

Əslində, yuxarıda qoyduğumuz “bəs sonra?” sualına da cavab vermiş olduq. “Sonra”sı acınacaqlı perspektivdir, sözsüz. Amma ümid sonuncu ölür. Ümidimiz isə can üstədir, xırıltılı səslə fəryad edir. Lakin ölməyib. Biz də ümidliyik ki, nəhayət bu xalqın, bu nəslin mənəviyyatının formalaşmasına cavabdeh olan şəxslər, buna görə babat məvacib alan məmurlar qəflət yuxusundan ayılacaqlar, yalançı, süni surətdə yaradılan bütləri qırıb əvəzinə həqiqi dəyərlərimizi bərqərar edəcəklər. Bəlkə onda xalqın qəlbində özlərinə əbədi taxt qurmuş həqiqi sənətkar korifeylərimizin də ruhu şad oldu...
//ayna.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru