Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                 

"Hamı biliyi qeyri-adi, cazibədar formada almaq istəyir"
Tarix: 24-11-2021, 08:30 | Çap et
"Hamı biliyi qeyri-adi, cazibədar formada almaq istəyir"
Hazırda Azərbaycan cəmiyyətinin xüsusən də postmüharibə zamanında daha çox maariflənməsinə, yeni bilgilər, informasiyalarla təmin olunmasına böyük ehtiyac var. Həmçinin təhsil proqramlarında Vətən müharibəsi, qazandığımız zəfər, Azərbaycan xalqının yeni tarixi, tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatların əks olunması çox vacibdir.

Teletənqidçi, filologiya elmlər doktoru Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, cəmiyyətdə təkcə gəncliyin deyil, bütün sosial təbəqədən olan insanların maariflənməsi çox önəmlidir:

“Əslində televiziya bu sahədə ötən əsrin 50-ci illərindən bu yana xeyli iş görüb. Yəni dünya əvvəlcə kitabın, sonra isə televiziyanın təsiri ilə insanlarda dünyagörüşü, düşüncə tərzi formalaşıb, dəb oradan götürülüb. Beləliklə, bu çox ciddi bir məsələdir. Lakin təəssüf ki, biznesin televiziyaya, ümumən mediaya güclü təsiri nəticəsində maarifləndirmə funksiyası sanki bir növ arxa plana keçib.

Ötən əsrin 80-ci illərinin ortalarında Avropada çox xüsusi layihələr həyata keçirilirdi. Tendensiya olaraq o dövr təhsilin, biliyin müxtəlif əyləncələr vasitəsilə verilməsi ilə yadda qalıb. Ona görə də indi internetin mövcud olduğu bir şəraitdə televiziyalarımız kütləni maarifləndirmənin yeni, daha effektli və təsirli formalarını tapmalıdır. Hazırda heç kəs bilikləri mühazirə şəklində qəbul etmək istəmir. Hamı biliyi qeyri-adi, cazibədar formada almaq istəyir. Bu baxımdan televiziyalarımızda, xüsusən də İctimai kanalda viktorinaların keçirilməsi, əyləncəyə söykənən, amma arxasında maarifləndirmə məqsədi olan digər verilişlərin olması çox yaxşıdır. Bu gün faktiki olaraq ehtiyac var ki, Azərbaycanda xüsusi olaraq tədris və maarifçilik kanalı açılsın. Bu kanalın olması bizim kimi cəmiyyətlər üçün çox vacibdir".

Təhsil eksperti Kamran Əsədov da qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır: “Nəzərə alsaq ki, Azərbaycan 30 ilə yaxın məğlub, daha çox bədbin notlar üzərində elmi-kütləvi, mədəni-maarif proqramlarını hazırlayırdısa, 2020-ci ilin 44 günlük Zəfərlə başa çatan Vətən müharibəsi bu notları müsbətə doğru dəyişdi. Doğrudur, təhsil, maarifçilik hərəkatı, mədəniyyət Azərbaycanda Milli Məclisin qəbul etdiyi qanunlar və aidiyyəti qurumların hazırladıqları sənədlər əsasında idarə olunur. Amma bu istiqamətdə təhsilverənlər fərdi təşəbbüsləri ilə individual yanaşa bilərlər. Sevindirici haldır ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları və onların inkişaf etdirilməsi, təşviqi üçün elmi-texniki tərəqqi, xüsusən internet şəbəkəsinin mövcudluğu böyük spektrdə imkanlar açır. Bu proqramların daha geniş, daha əhatəli yayılması üçün kifayət qədər böyük imkanlar mövcuddur. İndi internet resursları vasitəsilə həmin proqramların daha da geniş şəkildə canlandırılması mümkündür ki, buna xüsusi diqqət ayrılmalıdır. Məsələ burasındadır ki, indi həmin televiziya və radio da öz növbəsində daha geniş imkanlar təklif edir və üstəlik, internet resurslarından burada da istifadə mümkündür. Diqqətçəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayrılması əvəzinə, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına yer ayrıla bilər və bunun da müsbət nəticəsi təkzib edilə bilməz. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır”.

Ekspert Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməli olduğunu vurğulayıb:

“Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünyagörüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur.

Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəklində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, postkonfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhfəsini vermiş olsun".

Kamran Əsədov qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrası zamanı problemlər müşahidə olunur: “Bu da həmin layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır. Xüsusən də orta təhsil məktəblərinin, maddi-texniki bazanın idarə edilməsində, ali təhsil müəssisələrində semestr qiymətləndirilməsində normativ hüquqi aktlarda, bəzi vəzifələrin tutulması, vəzifə müddəti ilə bağlı ciddi problemlər var. Zaman-zaman kurikulum standartları ilə müasir standartlara uyğun tədris qurmaq istəyəndə başa düşdük ki, bizim hüquqi sənədlərimizdə boşluqlar keyfiyyətli təhsili təşkil etməyə mane olur. Ona görə də normativ hüquqi aktlarda birmənalı şəkildə dəyişiklik yaranmalı idi. Biz tədris proqramları, xüsusən tədrisin həyata keçirilməsi ilə bağlı ciddi boşluqların şahidi oluruq. Hesab edirəm ki, Azərbaycanda yeni təhsil standartlarına uyğun tədris proqramlarının qurulmasına böyük ehtiyac var. 2009-cu ildə ”Təhsil haqqında" Qanun və 2011-ci ildə orta ümumtəhsil məktəblərinin nizamnaməsinin qəbul edilməsi yeni tədris resurslarının yaradılmasını zəruri edirdi. Çünki 2008-ci ildə kurikulum standartlarına uyğun tədris prosesini təşkil etməyə başlamışıq. Məlum olub ki, bu formatda təhsili təşkil etməklə bağlı ciddi problemlərimiz var. Əsas problem isə bundan ibarətdir ki, sözügedən tədrisi həyata keçirə biləcək müəllim kontingentinin, məktəbdaxili qiymətləndirmə normativinin olmaması yeni standartların və proqramların işlənməsini qaçılmaz edir. Biz kurikulum tədris sisteminə keçsək də, etiraf edək ki, kurikulum bizdə müasir tələblərə cavab vermir. Ona görə də mütləq şəkildə kurikulumun yeni standart və tələblərini dəyişməliyik".
//musavat.com//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru