Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                 

“Canəli Əkbərovun dedikləri yaşına-başına yaraşmayan hərəkətdir”
Tarix: 9-02-2017, 09:11 | Çap et
“Canəli Əkbərovun dedikləri yaşına-başına yaraşmayan hərəkətdir”
Xalq artisti Canəli Əkbərovun öz həmkarları haqqında dediyi nalayiq fikirlər iki gündür ki, ölkə mətbuatının gündəmindən düşmür. Yaranmış qalmaqala səbəb isə xanəndənin muğam televiziya müsabiqəsinin münsif heyətinə qatılmaq istəsə də, digər münsiflərin buna etiraz bildirməsi olub. Həmkarlarının onu münsif kürsüsündə görmək istəməməsi xanəndəni özündən çıxarıb və onların ünvanına çox ağır ifadələr işlədib.

O, muğam ustadı Arif Babayevi “bədbəxt” adlandırıb, xalq artisti Mənsum İbrahimovu qeyri-etik sözlərlə təhqir edərək fərarilikdə suçlayıb, xalq artistləri Səkinə İsmayılova və Əlibaba Məmmədov haqqında ittihamlar səsləndirib.

“Yeni Müsavat” qalmaqalda adı hallanan sənətkarların mövqeyini öyrənib. Muğam ustadı Arif Babayev barəsində səslənən ittihamlara bu cür rəy bildirdi: “Bəyəm vacibdir ki, o, hər yerdə olsun? Mən də o qədər yer var ki, orda yoxam, onda mən mətbuata çıxıb söyüş söyməli, təhqir etməliyəm? İlk növbədə mənim mənliyim var. Əgər bir yerdə yoxamsa deməli, məsləhət deyil. Bu cür ifadələri yalnız xəstə adamlar deyə bilər. Biz onun düşməni deyilik ki? O, bizim sənət yoldaşımızdır. Amma çıxıb deyir ki, ”mən belə sənətkaram, kimsə mənim kimi oxusa əlimi, başımı kəsərəm" və sairə. Yaxşı da oxu. Axı biz uzun müddət yoldaş olmuşuq, bir yerdə oturub çörək kəsmişik. İnsanın gərək bir mənliyi olsun".

Xalq artisti Mənsum İbrahimov isə adının bu cür qalmaqalda hallanmasına təəssüfləndiyini deyib: “Mən sənətlə məşğulam, ömrüm muğama xidmətdə keçib və heç vaxt bir dəfə də olsun kiminsə haqqında nə qeyri-etik ifadə işlətmişəm, nə də kiminsə həyatına müdaxilə etmişəm. Bizi xalqımız yaxşı tanıyır, yəni hər kəsin mədəniyyəti, davranışı, vətəndaşlıq mövqeyini yaxından bilir. Mənim 7 qardaşımın 6-sı müharibə veteranıdır. Mən də demək olar ki, hər ay Qarabağa gedirəm. Aprel hadisələrinin səhəri günü Arif Babayevlə birgə getmişdik Qarabağa. Bilirsiz ki, mən Qarabağa bağlı adamam, bütün nəslim ordadır. Danışır da... Düşünürəm ki, Canəli Əkbərov yaşlı adamdır, əsəbləri yerində deyil. Ona görə də onun heç bir nalayiq fikirlərinə cavab vermək fikrim yoxdur. Hər kəsin danışığı onun mənəviyyatının göstəricisidir. Mən elə tərbiyə görməmişəm ki, kimisə təhqir edim, o da ola özümdən böyük insanlar.

Mən həmişə Canəli müəllimə hörmətlə yanaşmışam, həm özünə, həm də sənətinə. Amma o, nağıl danışır. Özü də təkcə mənim haqqımda deyil, Azərbaycanın böyük, muğam ağsaqqalları Əlibaba müəllim, Arif Babayev haqqında nalayiq danışıb. Onlar bir məktəbdir. Sənət yoldaşları haqqında bu cür danışmaq olmaz. Biz, sadəcə, münsiflər heyətinin ümumi bir rəyini bildirmişik. Nə onun haqqında bir artıq-əskik danışmışıq, nə də təhqir etmişik. Üstəlik, münsiflər heyətini seçmirik, bu, Heydər Əliyev Fondunun layihəsidir. Bundan əvvəl 5 layihə keçirilib və onların heç birində Canəli Əkbərov olmayıb. Bu nə bizim günahımızdır, nə işimizdir. Fikrimizi bildirmişik ki, o, qeyri-obyektiv insandır. Onun cavabında da o nalayiq sözlər işlədib. Bu, onun yaşına-başına yaraşmayan hərəkətdir”.

Mənsum İbrahimov fərarilik ittihamlarına da cavab verib: “Doğrudur, mən əlimə silah alıb vuruşmamışam, çünki sənət adamıyam. Sovet dövründə də sənət adamları döyüşməyə getmirdi, onlar cəbhə bölgələrinə gedib konsertlə verirdilər. Bunu əlində bayraq edib şou yaratmaq ayıbdır”.

Xalq artisti qalmaqalın ajiotaja çevrilməsində mətbuat nümayəndələrini də qınayıb: “Bu, şou-aləmi deyil axı. Bir qədər də mətbuat bu məsələni ajiotaja çevirdi. Lap tutaq ki, o adam yaşlı adamdır, əsəbləri yerində deyil, onun danışıqlarından ajiotaj yaratmaq lazım deyildi. Yazıda qeyri-etik sözləri yazmaq da doğru deyildi”.

Xalq artisti Səkinə İsmayılova isə qeyd etdi ki, həmkarının müsabiqədə yer almaması onlardan asılı məsələ deyil: “Artıq 6-cı Muğam Televiziya Müsabiqəsi başlayıb, rayonlarda da seçimlər oldu, inşallah ki, işə başlayacağıq. Onun müsabiqədə olmaması bizlik deyil ki. Qaldı ki, onun dediklərinə, deyir də. Canəli Əkbərov böyük sənətkardır, hamımız onu yaxşı tanıyırıq. Onun sənətini də bilirik, şəxsən mənim haqqım çatmır ki, onun sənəti haqqında söz deyim. Onun dedikləri özünü ifadə edir, başqa nə deyə bilərik? Müsabiqədə iştirakı üçün bizim rəyimiz əsas deyil, bu məsələni biz həll etmirik”.

“Münsiflər heyətini kim seçir” sualımıza isə xalq artisti bu cür cavab verdi: “Bunu deyə bilmərəm. Seçim neçə il bundan əvvəl olub. Bu yaxınlarda rəhmətə gedən Ağaxan Abdullayevdən başqa bütün heyət öz yerindədir”.

Xatırladaq ki, Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən keçirilir. 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə də muğam müsabiqələri keçirilib və müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb. Müsabiqənin münsiflər heyətində xalqa artistləri Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova yer alır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru