Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                 

DƏHŞƏT: İranlı həkimlər əməliyyat adı ilə xəstəni necə “cırıblar”? - “Azərbaycanlılar İrandakı həkimləri də rüşvətə öyrədib”
Tarix: 20-04-2015, 11:11 | Çap et
DƏHŞƏT: İranlı həkimlər əməliyyat adı ilə xəstəni necə “cırıblar”?
Azərbaycandan İrana həkim dalınca gedən xəstələrin sayı on minlərlədir. Ölkələrarası viza rejimi aradan qalxdıqdan sonra get-gəllər həm də bir çox problemlər də ortaya çıxarıb. Belə ki, azərbaycanlı xəstələrin bir qisminin qonşu ölkədən narazılığı da artıb. Bir tərəfdən də, İranda yerli həkimlərimizin yanlış diaqnozlarının düyünü açıldıqca, insanlarda iranlı həkimlərə maraq yaranıb. Hardasa vəziyyət dəbə çevrilib, desək daha doğru olardı. Son 4-5 ilə qədər İran səhiyyəsindən yaxşı mənada bəhrələnənlər oldu. Amma İranda axır vaxtlar azərbaycanlı xəstələrə münasibətin dəyişdiyi sezilməkdədi. Bu, həm münasibətlərdə, həm də həkim davranışlarında özünü büruzə verir. Bizim xəstələrin tibbi xidmət haqları isə əvvəlkindən 4-5 dəfə bahalaşıb. Ortaya belə bir sual çıxır: azərbaycanlı xəstələrin Vətənində olmayan pasiyent hüquqları ölkədən kənarda necə qorunur? Və ya bizim xəstəmiz İranda həkim məsuliyyətsizliyi, naşılığı ilə qarşılaşarsa, buna kim cavabdehdir? Nəzərə alaq ki, İran hökümətinin statistikasına görə, hər il bir milyon azərbaycanlı İrana səfər edir. Onlardan da çoxu müalicə, müayinə məqsədilə gedirlər. Analitik.az mövcud vəziyyətə aydınlıq gətirməyə çalışıb.


“Azərbaycanlılar İrandakı həkimləri rüşvətə öyrədib”


İran astaralısı və azərbaycanlı xəstələri İrana aparıb-gətirən qrup rəhbəri Hüseyn Həmidnicat, Analitik.az-a söhbətində deyib ki, indi bu işlə çox iranlı məşğul olur. Hətta sadə adamlar fırıldaq yolu ilə İrana ilk dəfə səfər edənləri aldadır, pullarını alıb, normal yardımı da göstərmirlər: “Biz 4 il əvvəl bu işə başlayanda belə kənardan pis rəylər almırdıq. Bu günə qədər yüzlərlə azərbaycanlı xəstəmizi salamat həkimlə görüşdürüb yola salmışıq. Heç kəsin narazılığı olmayıb. Tibb sahəsində məlumatlı olduğumdan xəstəni yalnız öz sahəsi üzrə mütəxəssislə görüşdürürük. Yersiz müayinələrə, əməliyyata salmırıq. Düzdür, indi xəstə alveri edənlər də var. Siz deyən narazılıq ondan qaynaqlanır. Xəstə heç bir nüfuzu olmayan həkimlə görüşdürülür. Həm vasitəçi, həm də həkim pul qazanır.


Kim deyir ki, İranda bütün həkimlər mütəxəssis, bilicidir? Bizim də naşı, təcrübəsiz, pulgir həkimlərimiz var. Buna görə də, xəstələr diqqətli olmalıdırlar. İranda həkim məsuliyyəti qanunla müəyyən olunur. İranlı xəstənin hər hansı şikayəti olarsa, təcili araşdırılır. Bu səbəbdən bütün həkimlərin fəaliyyəti dövlət nəzarətindədir. Həkimlər bu mənada daha diqqətli olmağa çalışırlar. Kənardan gələnlərə qeyri-ciddi yanaşma həmin xəstə haqlarının hər hansı şəkildə müdafiə imkanının yoxluğundandır. İranlı həkim yaxşı bilir ki, xəstə öz həkimini qoyub, o boyda yolu qət edib gəlib və ona inanır. Bu səbəbdən vicdansız olanları xəstəni “soyurlar”. Hüseyn Həmidnecat onu da vurguladı ki, azərbaycanlı xəstələr İran klinikalarında rüşvət toxumu da əkiblər: “İranlı xəstələr növbəyə dayanmaq qaydasına ənənə olaraq riayət edirlər, bəzi azərbaycanlılar isə həkim köməkçisinə əlavə pul təklif etməklə daha tez həkimlə görüşmək istəyirlər. Bununla bağlı bir neçə dəfə ciddi narazılıq olub. Hətta qarşıdurmada azərbaycanlı xəstə klinikadan çıxarılıb. İndi çox həkim köməkçisi özü rüşvəti diliylə istəyir.”



“Öd əməliyyatı adı ilə aldadılan xəstəmiz vardı”



Son vaxtlar azərbaycanlı xəstələrin sayının artması səbəbindən İranda səhiyyə xərcləri bahalaşıb. Cəmilə adlı xəstənin sözlərinə görə, əvvəllər 150-200 manatla müayinə və mualicə üçün İrana üz tuturduqsa, indi ən azı 400-500 manat xərcləməlisən: “Agır xəstəsi olanlara isə bu məbləğ 5 qatına başa gəlir. Rentgen, müxtəlif tomoqrafiya, bəzi qan müayinələrinin qiyməti dəfələrlə artıb. Əməliyyatlar isə daha da bahalaşıb. Amma daimi həkimim olduğundan getmək məcburiyyətində qalıram, xeyirini görməsəm o qədər yollarda qalıb həkim üçün İrana getməzdim.”


İran təbabətindən xeyir görənlər qədər, narazılıq edənlər də var. Hətta İrana gedib xəstəliyi bir az da kəskinləşən, yaxud yanlış diaqnozla əməliyyat olunanlar da var. Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi hesabatına görə, ötən il İrandan 147 azərbaycanlı xəstənin cəsədi geri qayıdıb. İran səhiyyəsi risk faktorunun olduğunu söyləməklə bir ildə bu qədər xəstənin ölməsini “təbii hal” adlandırıb. İranda əməliyyatdan sonra geri qayıdaraq Azərbaycanda dünyasını dəyişənlər isə statistikaya daxil edilməyib. Bu göstəricinin nə dərəcədə şəffaf olduğu sual doğursa da, bir məsələ göz qabağındadır. İranda əməliyyat olunan xəstələr dərhal Vətənə qayıdırlar, əməliyyat sonrası vəziyyətə nəzarətdə iranlı həkimlər də məsuliyyət daşıyırlar. Bu halda çox fəsadlar ortaya çıxır. Buradan da belə nəticə çıxır ki, İrana gedən xəstənin məsuliyyətini özündən başqa heç kəs daşımır.


1 saylı Kliniki Tibbi Mərkəzin(Semaşka) şöbə müdiri, cərrah Nazim Həsənovun Analitik.az-a verdiyi məlumatlar isə maraq doğururb. Nazim həkimin sözlərinə görə, əcnəbi klinikalara, xüsusilə İrana üz tutan xəstələrimiz bəzən səhv ünvana gedirlər: “İran təbabəti, mütəxəssislərinin yüksək keyfiyyətli işi ilə tanışam. Həqiqətən, yaxşı həkimləri var. Amma təəssüf ki, bizimkilər çox vaxt qabaqcadan sorğu-sualsız səfər edirlər. Sərhəddə fırıldaqçı taksi sürücüləri onları naşı, heç bir təcrübəsi olmayan həkimlərin yanına aparırlar. Dəfələrlə olub ki, daxili orqanların fəsadı ilə üztümüzə xəstələr gəlib. Bizim həkimlərimizdən bəziləri var ki, İrandan gəlmiş xəstəmizi qəbul etmir. Amma həkim kimi yardıma ehtiyacı olan xəstəni geri çevirə bilmərəm. Bir xəstəmiz vardı. Hətta biz də müayinədən sonra çox təəccübləndik. Öd kisəsi əməliyyatı adı ilə güya cərrahi müdaxilə olunmuşdu. Xəstəyə ödünün çıxarıldığını deyiblər. Amma UZM etdik və gördük ki, öd yerindədir. Belə çıxıb ki, dərini kəsib, sonra da tikiblər. Xəstəni aldadıblar. Azərbaycanda həkimin xəstə ilə bu cür davranılması qeyri-mümkündür. Bu, dəhşətlidir.”


İranlı həkimlərin uyuşdurucu tərkibli dərmanları


Onu da bildirək ki, iranlı həkimlər adətən müalicə vaxtı xəstəyə tərkibində uyuşdurucu təsiri daha çox olan dərmanlar qəbul etməyi məsləhət bilir. Bu isə o deməkdir ki, bu dərmanı qəbil edən xəstə əslində sağalmır, sadəcə, ağrıları azalır. Həmin dərmanları qəbul etmədiyi halda isə yenidən əvvəlki vəziyyətinə qayıdır, yəni ağrılardan narahat olur. İranlı həkimin müalicə etdiyi Səbinə Quliyeva deyir ki, İranlı həkim ona dərman yazandan sonra doğurdan da ağrıları azalıb: “Özümü çox yaxşı hiss edirdim. Elə sevinirdim ki, nə yaxşı oldu sağaldım. Amma həmin dərmanların tərkibini internetdə oxuyanda dəhşətə gəldim. Demə, bu dərmanların tərkibində kəskin ağrıkəsici, narkotik tərkibli maddələr vardı. Bu dərmanı qəbul etməyəndən sonra ağrılarım yenə başladı. Yəni məni həkim müalicə etmirdi, sadəcə, ağrılarımı kəsirdi. Bu isə getdikcə xəstəliyin dərinləşməsinə səbəb oldu.”


Bu arada qeyd edək ki, son bir ildə İranda müayinə, müalicə və dərmanların qiyməti 3 dəfə bahalaşıb. Bunu ötən il Bakıda səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi da təsdiqləyib. Hüseyn Pirmozəyinin sözlərinə görə, qiymət artımı sırf iqtisadi məsələlərlə bağlıdır. Məsələ ondadır ki, İranda əməliyyatların qiyməti də bizim özəl klinikalarının qiymətindən qat-qat baha başa gəlir. İran dərmanının bahalaşma səbəbi, hazırlanmasında xammalını Avropadan almasıdır. Hazırda bu məhsullar İrana əvvəlki illərdən daha baha idxal edildiyindən ölkədə səhiyyənin qiymətləri 3 dəfə artıb. Məlumat üçün deyək ki, İranın Qızıl Aypara Cəmiyyətinin Tibbi Təchizat Təşkilatı Azərbaycanda bitki ekstraktlar və yağları istehsalı zavodu açacaq. İlkin olaraq Azərbaycan dərman istehsalçılarına təmiz xammal veriləcək, sonra özü də istehsalata keçəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru