Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Seyid Həsən Amili yenə də tariximizi saxtalaşdırmaqla məşğuldur qırmızı yalanlar
Tarix: 18-01-2014, 14:43 | Çap et
Seyid Həsən Amili yenə də tariximizi saxtalaşdırmaqla məşğuldur
DİA.AZ: - Fars-molla rejiminin ənənəvi silahlarından olan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili yenə də Azərbaycanla bağlı danışıb və yenə də Azərbaycan tarixini təhrif edərək, hədyanlarını davam etdirməkdədir. DİA.AZ bildirir ki, В«qafqaz.irВ» portalında yer alan açıqlamasında yaxın tarixi təhrif edən Ərdəbilin imam cüməsi hətta guya ki, Şimali Azərbaycan əhalisini özünü В«iranlıВ» adlandırmasından da danışıb. Hər halda, onun bu üyütdüklərini gop da olsa, maraqlı olacağını zənn edib, diqqətinizə çatdırmaq qərarına gəldik:

“Sonuncu Peyğəmbərin (s) şəxsiyyəti ən böyük vəhdət amilidir. İnsanları öz ətrafına toplayan, onları vahid topluma çevirən və kimliklərini formalaşdıran amillər haqda mühüm araşdırmalar aparılmışdır. Bəzi tədqiqatçılar qan, bəziləri irq, bəziləri dil, bəziləri isə coğrafi mövqeyi birlik amili, insan və cəmiyyətlərin kimliyinin göstəricisi bilirlər. Əslində isə onların heç biri din və etiqad qədər güclü amil deyil; xüsusən də həzrət Məhəmmədin (s) peyğəmbərlərin və ilahi düşüncələrin sonuncusu olmasına inam qədər.
Bu amil kəmiyyət və keyfiyyət etibarilə bütün amillərdən üstündür. Kəmiyyət baxımından milliyyətdən daha geniş bir spektri əhatə edib hamını bir əqidə ətrafında toplamaq gücündədir. Necə ki, bu gün Allahın Rəsulu bir milyard yarımdan artıq insanı bir əqidədə birləşdirir. Keyfiyyət baxımından da qətl, işgəncə, həbs və digər amillərlə zəifləməyəcək həddə güclü ola bilər. İman gətirməsindən yalnız bir neçə gün ötən Bilalı Hicazın isti qumları üzərində uzadıb güclü qamçılarla vurur, ondan isə “Allah birdir” cümləsindən başqa bir şey eşitmirdilər. Əmmarın yenicə iman gətirmiş ata və anasını Peyğəmbərə qarşı təhqiramiz sözlər demədiklərinə görə iki dəvə vasitəsi ilə iki yerə ayırdılar.
Bəzən bir neçə inamlı nəsil ən güclü etiqadi hücumlara məruz qalır, amma müqəddəs inamları üzərində dağ kimi möhkəm dayanır. Mən bu münasibətlə Peyğəmbərimizin (s) doğum gününə təsadüf edən çox mühüm bir mövzu – 19 Yanvar haqda danışmaq istəyirəm.
19 Yanvar biz müsəlman azərilər üçün tarixi dönüş nöqtəsi və böyük bir gündür. Biz hər il bu günü uca tutmalıyıq. 24 il qabaq, Sovet hökumətinin sonlarında İranla SSRİ arasındakı sərhəddə böyük bir hadisə baş verdi. Sovet hökuməti zəiflədiyinə görə sərhədlərə nəzarəti itirdi və mərkəzdən uyğun ciddiliyin azaldılmasına dair fərman verildi. Yüksək rütbəli məmurlar arasındakı ixtilaf bu xaosu gücləndirdi və imperiyanın dağılmasının əlamətləri görünməyə başladı. Dindar Azərbaycan əhalisi bu zəifliyi hiss edərək İran sərhədlərinə hücum çəkdi. Onlar hər gün Araz çayının kənarında dayanıb üzlərini İrana tutaraq “Allahu əkbər” və “La ilahə illəllah” qışqırırdılar. Onlar İrana və iranlılara qarşı sevgilərini unudulmaz sözlərlə ifadə edirdilər:
Biz sizinlə qardaşıq,
İranın həsrətindəyik.
Yaddan çıxmaz İranımız!
İran İslam Respublikası əvvəldən belə bir günü gözləyirdi və özünü buna hazırlamışdı. İranın tədqiqat və araşdırma mərkəzləri Azərbaycan xalqının İrana və İslama böyük sevgi bəslədiklərini, kommunist rejiminin zəifləyəcəyi və ya süqut edəcəyi təqdirdə bu təşnəliyin özünü İrana axın formasında göstərəcəyini bildirirdilər. Digər tərəfdən, yetmişillik qadağa onların İslama və İrana qarşı həsrətini yüzqat artırmışdı. Bu baxımdan İran xalqı və hökumət qüvvələri sərhədlərdə tam hazır vəziyyətdə idilər. Tehran əmr etmişdi ki, Azərbaycan xalqı sərhədlərə gəldikdə və İran torpağına daxil olduqda onları qarşılayın, girişlərinə mane olmayın.
Müsəlman Azərbaycan xalqı 70 il belə bir günü gözləmişdi. Biləsuvardan Naxçıvana qədər Arazın o tayı hər gün toplaşıb şüar verən, İslama və İrana güclü sevgilərini bildirən azərilərlə dolurdu. Onlar yetmişillik əsarətdən azad olduqlarına görə çox sevinirdilər. Nəhayət, 19 yanvarda Azərbaycanın yeni tarixinin ən böyük hadisəsi baş verdi.
Gündəlik şüarlar onları qane etmirdi. 19 Yanvarda səhər saat 10-a qədər şüar verdilər. Onlar rus hərbi qüvvələrinin müdaxilə etməyəcəyinə əmin deyildilər. İzdihamın çoxluğundan nə qədər hərbçi, tank və helikopter vardısa, kənara çəkildi və onlar tikanlı məftilləri qırıb soyuq qış günündə özlərini suya atdılar, İran torpağına daxil oldular. Göz işlədikcə insanlar hər yerdə sudan və qurudan İrana doğru axışırdılar.
Sanki böyük bir ordu İrana daxil olmuşdu. Sovet hökuməti böyük çaşqınlıq içində idi, Qızıl Ordu öz müvazinətini itirmişdi. Onlar belə bir izdihamın İrana daxil olacağını əsla gözləmirdilər. Beynəlxalq qanunlara görə heç bir dövlət xarici vətəndaşların öz ölkəsinə pasportsuz şəkildə daxil olmasına icazə vermir. İran dövləti isə buna heç bir maneə törətmədi. Çünki Azərbaycan əhalisindən “La ilahə illəllah”, ” Allahu əkbər” və öz tarixi vətənlərinə sevgidən başqa bir şey görmədi.
Onlar İrana daxil olan kimi bu inanılmaz hadisədən vəcdə gəlib torpağı öpdülər və dedilər: “Biz 70 il İslama, İrana və İmam Rizaya (ə) eşqlə, İranın, məscidin və dindarların həsrəti ilə yaşamışıq. Buna görə də gördükləri ilk iş məscidlərə hücum çəkib İmam Hüseynin (ə) bayrağını təbərrük etmək və Quranı gözlərinin üstünə qoymaq oldu. Bəli, dinə və İrana eşq ən yüksək dərəcədə nümayiş olundu və gözlərindən sevinc yaşları axdı.
Bu zaman bəzi İran vətəndaşları da Azərbaycana daxil oldular. Onlar azərbaycanlıların iranlıları öz mənzillərində qonaq saxlamağa ürəkdən can atmalarından, qonaqlarına hədiyyələr vermələrindən heyrətə gəlmişdilər.
Bəzi adamlar belə düşünür ki, SSRİ-nin ozamankı rəhbərliyi İran sərhədini qəsdən açdı. Bunda məqsəd Qızıl Ordunun gərgin vəziyyətdə olan Bakıya daxil olub cinayət törətməsinə əsas yaratmaq idi. Bu cinayət 1990-cı ilin 20 yanvarında həyata keçdi.
Bu söz düzgün deyil. Əslində onlar Azərbaycan xalqının İrana doğru hərəkətindən və böyük toplantılarından qorxuya düşmüş, çox qəzəblənmişdilər. Kommunist partiyası Siyasi bürosunun və şəxsən Qorbaçovun əmri ilə xalqı qorxutmaq və qiyamın qarşısını almaq üçün SSRİ-nin digər bölgələrindən Bakıya böyük hərbi qüvvələr köçürüldü, Qızıl Ordu gecə vaxtı şəhərə daxil olub xalqı qətliam etdi. Bu cinayətdə 135 nəfər öldürüldü və 700-dən artıq insan yaralandı. Biz Azərbaycanının qeyrət və ayıqlıq simvolu olan bu böyük şəhidlərinin hamısının ruhuna salam göndəririk.
Qorbaçovun bu böyük səhvi xalqın Sovet hökumətinə qarşı narazılığının artmasına səbəb oldu. Nəticədə xalq hamılıqla ayağa qalxdı və Azərbaycanın kommunist rəhbəri hərbi təyyarə ilə Moskvaya qaçdı.
Hər halda, Azərbaycan xalqı Sovet imperiyasının zəifləməsindən əlverişli istifadə edib İrana daxil oldu. Onların çoxu qayıtmaq istəmirdilər. İranın aidiyyətli məmurları Quran və digər hədiyyələr verərək onları qayıtmağa razı saldılar.
19 Yanvar qeyrətli və ayıq Azərbaycan müsəlmanlarının yetmişillik kommunizm sindromunu sındırıb özlərinin İslam və İrana bağlılıqlarını əməli surətdə göstərdikləri gündür. Bir xalqın 70 il antidin və antiiran təbliğatından sonra öz kimliyini qoruması, tarixi vətənini unutmaması olduqca böyük və dəyərli işdir və unudulmamalıdır. Ruslar 70 il İslama və İrana qarşı böyük işlər görmüş, hər ikisini unutdurmaq üçün yalan tarix yazmışdılar. Keçmiş prezident cənab Heydər Əliyev deyirdi ki, bizim xalqımızın tarixini ruslar yazmışlar; mən də onun əksini desəm, xalq inanmaz. Ruslar yeni kimlik formalaşdırmaq və hər şeyi unutdurmaq üçün ərəb əlifbasını dəyişdilər. Stalin deyirdi ki, qafqazlıların ərəb əlifbasının dəyişilməsi bizim üçün bolşevik inqilabından üstündür. Azərbaycanlılar 19 yanvarda bütün bu siyasətləri puça çıxarıb əməlləri ilə elan etdilər ki, qiyamətə qədər bizi İslamdan və tarixi vətənimizdən ayıra bilməzlər. Bu gün İranın, İslamın və Azərbaycanın tarixində bir dönüş nöqtəsi kimi qalacaq. Biz bu səbəbdən 19 yanvarı dünyanın müsəlman azəriləri və azəri nəslinin kimliyinə qayıtdığı gün kimi elan etmək qərarına gəldik. 19 Yanvar azərilərin kimliyini tam şəkildə göstərən bir güzgüdür. Azərilərin kimliyini öyrənmək istəyən hər kəs bu günə baxsın. Onlar 70 il repressiyadan, güclü antidin və antiiran təbliğatından sonra İrana daxil olan kimi İmam Hüseynin (ə) bayrağına sarı getməklə Aşuranı unutmadıqlarını, Qurana sarı getməklə vəhyi unutmadıqlarını, məscidə üz tutmaqla ibadət və bəndəliyin əsas məramları olduğunu nümayiş etdirdilər. Onlar öz keçmişlərini və tarixi vətənlərini unutmadıqlarını bildirmək üçün İrana üz tutdular. Biz bundan sonra hər il 19 yanvarı Dünyanın müsəlman azəriləri günü kimi qeyd edib həm bu qəhrəmanlığı uca tutacaq, həm də Arazın hər iki tərəfində yaşayan azərilər arasında müqəddəs mənəvi əlaqəni qoruyacağıq ki, düşmənlər öz əks-təbliğatları ilə bədbinlik və ayrılığa səbəb olmasınlar. Biz hər il bu günü uca tutub qeyd edəcəyik ki, azərilərin tarixi və kimliyi təhrif olunmasın.
Azərilərin çox dəyərli olan bu addımı bir çox batil xəyalları puç etdi. Mən belə xəyalpərəst insanlara tövsiyə edirəm ki, Azərbaycan məscidlərinə baş çəksinlər, cümə və camaat namazlarına, Aşura və Tasua toplantılarına, ramazan, Qədr gecələri və digər dini münasibətlərlə bağlı keçirilən tədbirlərə, ən azı azərbaycanlıların fəxri olan Nizami Gəncəvinin öz vətəni haqda tərifinə baxsınlar:
Bütün dünya bir bədəndir və İran bu bədənin qəlbidir.
Bunu söyləməkdən çəkinməmək lazımdır.
Azəriləri heç zaman Əhli-beytdən və Hüseyndən ayırmaq olmaz. Əhli-beyt cəmiyyətin həyatında təsirli amil olmalıdır, kənar amil yox. Biz azərilər nə Allahı məsciddə, nə də Hüseyni hüseyniyyədə həbs edirik. Dinin siyasətdən ayrılığı Allahın və Əhli-beytin həbs olması deməkdir. Laiklərə görə, həm Allah əsarətdədir, həm də Allahın dini. Məsumlar buyurublar ki, biz sizin atalarınızıq. Böyük İslam Peyğəmbəri (s) buyurub: “Mən və Əli bu ümmətin atalarıyıq.” Ata insanın kimliyinin yeganə göstəricisi və onun ucalıq mənbəyidir. Həmçinin Peyğəmbər (s) buyurub: “Ərəb yalnız bir dildir, onunla danışan ərəb olur. Lakin siz Adəmin övladlarısınız, Adəm isə torpaqdan yaranmışdır. Allah yanında sizin ən üstününüz ən təqvalı olanınızdır”.
Allah Rəsulunun bu sözü təkəbbürlə “Mən ərəb övladıyam” deyənlərə cavab idi.
Biz yalnız İslamla, əxlaqla və Əhli-beytə mənsub olmaqla fəxr edirik. Bizim əxlaq dəyərlərimizə və tövhid etiqadlarımıza müqəddəs təəssübkeşliyimiz var, vəhy ailəsinə mənsubluğumuz, bu ailədən aldığımız fəxr nişanı və onların bizi öz mənəvi övladları kimi qəbul etmələri ilə qürur duyuruq. Şəhriyar gözəl deyir:
Mən səndən bir nəsəb götürən adamdan başqa nəyəm?!
Mən Əli ailəsi kimi deyiləm.
Ey Əli! Məni qapından qovma!
Mən gözlərimin gördüyü qədər Hüseyninə baxmışam.
Nə qədər ki, varam, ey dost, kim olduğumu bilməzsən,
Elə bir gün yanıma gələcəksən ki, artıq mən olmayacağam.
Hansısa bir gün dünya azəriləri günü kimi təyin olunmalıdırsa, onu əksəriyyət təyin etməlidir, nə bir qrup, nə də qeyri-azərilər. Hər bir mühüm işdə qərar əksəriyyət tərəfindən verilməlidir.
Bu böyük tarixi hadisəni dəqiq qeyd etmək məqsədi ilə bir məqama toxunmaq istəyirəm. Bəzi qüvvələr bu hadisənin tarixini 31 dekabr kimi göstərirlər. Mən bunu uca tutmağa çalışdıqlarına görə onlara minnətdaram. Amma onlardan xahiş edirəm ki, bu mühüm məsələdə əvvəla bizimlə razılaşsınlar, ikincisi isə hadisənin dəqiq tarixini dəyişdirməsinlər. 31 Dekabrda heç bir hadisə baş verməyib. Bu böyük hadisə 19 yanvarda həyata keçib. Onu 31 dekabra aid edənlər milad bayramından istifadə etməyə çalışmışlar. Halbuki tarixi hadisələr subyektiv fikirlərlə dəyişdirilməməlidir. Bu baxımdan, 31 dekabr məsələsi xəyaldan başqa bir şey deyil. Yaxşı olar ki, 19 yanvarı beynəlxalq bir gün kimi qeyd etmək məqsədi ilə bütün dünya azərilərinin təmsil olunduğu qlobal mədəni mərkəz yaradılsın.
Biz Şeyx Səfiyəddin İshaq Ərdəbilinin və Şah İsmayıl Səfəvi Xətainin məqbərələri kənarından bu il sonuncu Peyğəmbərin doğum gününə təsadüf edən 19 yanvarı Dünyanın müsəlman azəriləri günü elan edir və bu təsadüfü mübarək başlanğıc hesab edirik. Biz Şah İsmayıl Səfəvinin məzarı yanında əhd edirik ki, dünyanın bütün azərilərinin tarixi vətəni olan İranın bütövlüyünü qorumağı və əziz İslam Peyğəmbərinin Əhli-beytinin sevgisini, vilayətini və uca fikirlərini təbliğ etməyi onun iki əsas missiyası kimi davam etdirək.
Mən yalnız bir din alimi kimi dini tribunadan danışıram. Qeyb dövründə din alimlərinin üzərinə çox mühüm bir vəzifə düşür. Bu vəzifə Məhəmməd (s) ailəsinin tərəfdarlarını, yəni şiələri məsuma çatdırmaqdan ibarətdir. Necə ki, o həzrət buyurub: “Allah bizim başsız tərəfdarlarımızı bizə qovuşduranlara rəhm etsin!” Mən bu hadisələrdə aydın şəkildə gördüm ki, dost görkəmli düşmənlər Peyğəmbər ailəsinin tərəfdarlarını naməhrəm insanlara tapşırırlar. Mən bu səbəbdən və dini vəzifəni yerinə yetirmək məqsədi ilə bu mövzuya toxundum”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru