`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB - "Evimə soxulublar, üstəlik, cərimələyiblər"
Tarix: 18-07-2022, 14:37 | Çap et
 Məhkəmələr öz ədalət relsindən çıxıb, məmur sifarişlərini yerinə yetirdiyi gündən vətəndaşların, xüsusilə ədalətsizliyə, eyni zamanda ləyaqətsizliyə məruz qalan insanların bu sistemə etibarı itib, ümidi isə ərşə çəkilib. Fevral ayında mənzili və ailəsi Yasamal icra Hakimiyyətinin basqınına məruz qalmış hüquqşünas, eyni zamanda fiziki məhdudiyyətli Zaur Seyidzadə artıq 6 aya yaxındır ki, icra hakimiyyətinin başına açdığı oyunlar səbəbindən məhkəmə-məhkəmə gəzir. İcra, həm Zaurun evinin qapısını dağıdıb, həm də Zauru “qanunsuz” iş gördüyünə görə cərimələyib. Cərimədən dolayı məhkəməyə şikayət edən Zaurun bu şikayətinə baxılmayıb və cərimə qüvvədə qalıb.
Fevral ayının ortalarında evi basqına məruz qalan Zaur Seyidzadə öz hüququnu qorumaq və haqqını əldə edə bilmək üçün Yasamal İcra Hakimiyyətini məhkəməyə vermişdi. İnzibati məhkəmə may ayında qapının ümumi məhkəmə prosesi sonlananadək yerinə qoyulması barədə müvəqqəti qərardad qəbul etmişdi. Çünki Zaurun dağıdılan qapısının yerində heç nə yox idi və Onun ailəsinin təhlükəsizliyi ciddi təhdid altında idi. Ancaq icra hakimiyyəti bu müvəqqəti qərardada da dözüm göstərə bilmədi və İnzibati Məhkəmənin həmin qərardadından apellyasiya şikayəti verdi.
Apellyasiya məhkəməsinin tarixi isə avqust ayına ertələnib. O Apellyasiya Məhkəməsi ki, hər dəfə zərərçəkənlərin əleyhinə qərar qəbul edərək verdiyi qərarlardan kassasiya şikayətinin edilməsinə qadağa qoyur, yuxarı instansiyalara müraciəti qadağan edir. Bu problemdən demək olar ki, bütün ölkənin xəbəri var. Rayon məhkəmələri yaxud İnzibati Məhkəmə bir qərar qəbul edir və həmin qərar əgər zərərçəkənin xeyrinə olursa, qarşı tərəf həmin məhkəmənin bu qərarından apellyasiya şikayəti verir. Daha sonra nə olur, nə bitirsə, bir də baxırsan, Apellyasiya Məhkəməsi anormal bir qərar qəbul edib və həmin qərardan kassasiya şikayətini də qadağan edib.
Tez-tez baş verən bu proses artıq dəb halını alıb və hamı öncədən Apellyasiya Məhkəməsinin nə qərar çıxaracağını əzbər bilir. Zaur Seyidzanin növbəti İnzibati məhkəmə prosesi bu ayın 21-dir və O, bu düşüncədədir ki, ola bilsin, Yasamal İcra Hakmiyyəti məhkəməni hansısa yolla ələ almağa çalışın. Zaur Seyidzadə bildirir ki, əgər İnzibati Məhkəməyə müdaxilə edə bilməsə, o zaman avqust ayına ertələnmiş Apellyasiya Məhkəməsində “bir variantla” özlərini düz çıxara biləcəklər. Ona görə ki, Apellyasiya Məhkəmələrinin əksəriyyəti göstəriş və diqtə əsasında qərar qəbul edir, həmin diqtə və göstərişlərin bir çoxu da Yasamalın icra başçısı Elşad Həsənov kimi məmurlardan gəlir.
Vəziyyət o həddə gəlib ki, Apellyasiya Məhkəməsinə mətbuat nümayəndələri də buraxılmır. Hərçənd bu məhkəmələrdə proseslər şəffaf şəkildə keçirilsəydi, yəqin ki, hakimlər məhkəmə zalında jurnalist görməkdən həyəcan keçirməzdilər: “Məhkəmə özü müstəqil qanunvericiliyə uyğun vəziyyəti qiymətləndirə bilmir. Mütləq üçüncü tərəf hansısa qərar qəbul etməlidir ki, məhkəmə də onun əsasında belə bir qərar qəbul etsin. Bu, absurd bir şeydir. Amma əslində məhkəmələrin özü müstəqil qanunvericiliyə dayanaraq, qanunun maddələrinə istinad edərək qərar qəbul etməlidirlər. Onlar qanunun maddələrinə istinad etmirlər, ancaq kiminsə diqtə və göstərişi əsasında iş görürlər. Həm evimin qapısını söküb, həm də evimə soxulan bu adamlar daha sonra da məni 300 manat “qanunsuzluq” etdiyimə görə cərimələyiblər. Həmin cərimədən şikayət vermişəm, şikayətə də Yasamal məhkəməsində baxılıb və cərimə qanuni qəbul edilib, yəni şikayətim təmin olunmayıb. Elşad Həsənovun məqsədi təbii ki, 300 manat deyil. O, bu yolla digər məhkəmə proseslərinə də təsir edə biləcəyini nümayiş etdirməyə çalışır. Həm evimi basırlar, həm cərimələyirlər, həm də məhkəmələrdə süründürürlər. Bu qədər insafsızlıq, vicdansızlıq olmaz axı...
Növbəti həftə İnzibati Məhkəmə prosesi keçiriləcək, çox güman ki, icra hakimiyyəti məhkəməyə hansısa təzyiqlə, ya da başqa variantlarla təsir etməyə çalışacaq. Əgər onlar bu məhkəməyə təsir edə bilməsələr, böyük ehtimalla növbəti ay keçiriləcək olan Apellyasiya Məhkəməsinə qanunsuz qərar qəbul etdirə biləcəklər. Əgər belə olsa, heç təəccüblənməyəcəm”,- deyə, Zaur Seyidzadə bildirib.
Qeyd edək ki, Elşad Həsənov bu vəzifəyə təyin olunanda bəzi media qurumları bunu "islahat" kimi qiymətləndirmişdi, amma az sonra Yasamal özü boyda bazara çevrildi. Daha əvvəl də "Bizim Yol" Elşad Həsənova rəsmi sorğular və şikayətlər ünvanlayıb, amma heç vaxt şikayətlər qanuni şəkildə həllini tapmayıb. Çünki hazırda Yasamal rayonunu "Franklin" idarə edir. Bizimyol.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|