Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                     Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib .....                     İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? .....                     Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir .....                     “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə .....                     Ən yüksək balı toplayan müəllim: .....                     Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb .....                     “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib .....                     Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb .....                     ABŞ İranı vuracaq: .....                     İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir .....                     Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir .....                     Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi .....                     102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... .....                     “Aztelekom”un işçisi 1600 cərimələndi, .....                     Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA .....                     Naxçıvanda seçkiləri .....                     “Rusiya Ukraynada yeni hücuma başlayıb” .....                     Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir .....                     Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” .....                     Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi .....                     Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi .....                     İranda internet tamamilə kəsildi .....                     Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb .....                     Adil Vəliyev nəyi vecinə alır ki... .....                     Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? .....                     Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib .....                     SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib .....                     Kimi sağ çıxdı, kimi yox... .....                     Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... .....                     Paşinyan Türkiyəyə niyə gedir? .....                     "Hafka" villalarını satdı: Kirayədə qalır .....                     "Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" .....                     Ermənilər hər vəchlə çalışır ki... .....                     Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB... .....                     Rəsmi Bakı Güney Azərbaycanla bağlı İsrailə NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ .....                     Neftçi əgər ezamiyyətə çıxarsa... .....                 

Əmrullayev Texniki Universitetin başını buraxıb... - Görünəni budur...
Tarix: 4-07-2022, 09:48 | Çap et
Əmrullayev Texniki Universitetin başını buraxıb...
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Vilayətin TƏHSİL MUXTARİYYƏTİ... - İSTƏDİYİNİ EDİR...

DİA.AZ müraciətin davamını təqdim edir: "Sual olunur, rektorlar niyə öz birbaşa vəzifələri ilə, təhsillə məşğul olmurlar, intriqa yaratmaq və dağıdıcılıq fəaliyyəti ilə məşğuldurlar? Çünki, onların əksəriyyəti kiminsə adamıdır, bəziləri isə bundan əlavə professional təhsil mütəxəssisi deyillər.
Bir vaxtlar, Sovet dövründə partiya nomenklaturası deyilən bir şey var idi. Cəmiyyətin bütün sahələrini kommunist partiyasının kadrları idarə edirdi. Dövlət elə hesab edirdi ki, əgər bir kadr “sədaqətli” kommunistdirsə və kommunist ideologiyasını yaxşı mənimsəyibsə, o adam istənilən sahədə rəhbər vəzifə tutaraq, istənilən sahəni idarə edə bilər. Rayonların başında raykom katibləri dayanırdı və bu katiblər rayonun istənilən sahəsinə müdaxilə edirdi. Partiya nomenklaturası deyilən bir siyahı var idi. Kimin adı bu siyahıya düşürdüsə, o adamı ömrü boyu bir rəhbər vəzifədən çıxarıb, digərinə, tamamilə müxtəlif sahələrə təyin edirdilər. Ancaq, hətta Sovet dövləti də bu qaydanı təhsil sisteminə tətbiq etmirdi. Çünki başa düşürdülər ki, təhsil sahəsi çox spesifik və strateji sahədir. Universitet rektorlarını yalnız təhsil sisteminin öz daxilindən yetişmiş professional təhsil işçilərindən təyin edirdilər. O cümlədən, təhsil nazirlərini də.
İndi isə görürük ki, rektorların bir hissəsi təhsildən tamamilə uzaq adamlardır və şəxsi himayədarının olması və ya müəyyən regional klana məxsus olmaları nəticəsində bu vəzifəyə təyin edilirlər (Vilayət Vəliyev buna canlı misaldır, onun hansı regional klana məxsus olmasını və şəxsi himayədarının kim olmasını isə artıq hamı bilir – Şahin Mustafayev). Nəticə isə həm konkret universitetlər, həm də bütünlüklə ölkəmizin təhsil sistemi üçün fəlakətlidir. Təhsil nazirləri də bunu kimi. Yadımıza salaq, Misir Mərdanovdan sonra təyin edilən təhsil nazirləri bu vəzifədən əvvəl hansı vəzifələri tutublar və sonra hansı vəzifələrə gediblər...
Bir də bir məsələni qeyd etmək lazımdır. Hal-hazırda bizdə Təhsil Nazirliyi uşaq bağçalarından və orta məktəblərdən tutmuş, kollec və universitetlərə qədər nəhəng bir təhsil sistemini ehtiva edir. Orta təhsil sistemimizin böyük problemləri var və o, həqiqətən fəlakətli vəziyyətdədir. Bunu hər ailədə yaxşı bilirlər. Bu sahə həm çox böyük, həm də çox spesifik sahədir. Qeyd etmək yerinə düşər ki, Dövlət İmtahan Mərkəzinin 10 iyun tarixdə mətbuat üçün verdiyi açıqlamada qeyd olunur ki, orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanlarında aşkar edilib ki, 9-cu sinfi bitirənlər arasında oxumağı və yazmağı bacarmayanlar vardır. 21-ci əsrdə bu, dəhşətli fəlakətdir, 20-ci əsrdə biz təsəvvür edə bilməzdik ki, gələcəkdə belə bir hal ola bilər.
Bizcə, orta təhsili idarə edən ayrıca bir nazirlik olmalıdır. Bu, bir vaxtlar da belə olub. Yaxşı olar ki, əvvəllərdə olduğu kimi, ayrıca Maarif Nazirliyi yaradılsın və həmin nazirlik uşaq bağçaları və orta məktəblər sistemini idarə etsin. Ali və Orta İxtisas Təhsili Nazirliyi isə universitet və kolleclər sisteminin, texniki peşə məktəblərinin idarə edilməsi ilə məşğul olsun. Bu, bir vaxtlar da belə olub.
Nə isə. Qayıdaq Texniki Universitetin problemlərinə.
Biz əvvəllər də yazmışdıq ki, rektor Vilayət Vəliyev şou yaratmaq, piar ustasıdır və bu sahədə müəyyən nailiyyətlərə də çatıb. AzTU-nun internet saytından göründüyü kimi, bu adamın fikri-zikri təhsil və elm deyil, bunların görünüşünü, görüntüsünü yaratmaqdır. Son vaxtlar o, bu məqsəd üçün Türkiyə amilindən istifadə etməyə başlayıb. Bir neçə Türkiyə universitetinin rektorlarını dəvət edərək, onlarla əməkdaşlıq haqqında müqavilələr imzalayıb, imzalama mərasimlərinin şəkillərini çəkdirib, AzTU-nun saytına qoydurur. O, bir neçə ay bundan əvvəl Türkiyəyə səfər edərək, 9-10 universitetlə də belə müqavilələr imzalayıb. Biz bu işləri daxildən görürük və onu da görürük ki, əslində heç bir əməkdaşlıq, birgə iş yoxdur. Bunlar hamısı görüntü üçündür. V.Vəliyev təhsil sahəsində nə əməkdaşlıq edə bilər universitetə 200 bal ilə qəbul edilən tələbələrlə? Bir bax, gör sənin tələbələrin nə səviyyədədirlər. Yoxsa, bəlkə rektor elmi-tədqiqatlar sahəsində əməkdaşlıq edəcək? Hansı müasir laboratoriyaları ilə? Bunlar hamısı kağız üzərində qalmaqdadır və qalacaq.
Vilayət Vəliyev bu məqsədlə türkiyəli kadrlardan da istifadə edir. O, keçən ilin təqribən mart ayında Türkiyəli universitet müəllimi Elmas Çetini AzTU-ya Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə dəvət etdi və ona 5000 manat maaş təyin etdi (əvvəlcə isə İlham Pirməmmədovu həmin vəzifədən azad etdirdi və müşavir vəzifəsinə keçirdi). Elmaş Çətin bir ildə bu vəzifədə heç bir real fəaliyyət göstərə bilmədi, onun bütün işlərini isə köhnə qayda ilə İlham Pirməmmədov yerinə yetirirdi. Elmaş Çətin çox abırlı adam imiş. O, AzTU-da yaranmış vəziyyəti görüb, 2 ay əvvəl vəzifəsini könüllü tərk etdi və Türkiyəyə qayıtdı. Ondan başqa, şöbələrdən birinin müdiri olan, Türkiyədən dəvət edilmiş başqa bir mütəxəssis də vəzifəsini tərk edərək, Türkiyəyə qayıtdı. İndi AzTU-da yalnız bir nəfər türkiyəli mütəxəssis işləyir, o da xüsusi olaraq onun üçün yaradılmış Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsini tutan Yusuf Sönmezdir. Bu qurum da çox qəribə bir qurumdur və özündə keçmiş magistratura və doktorantura şöbələrini birləşdirməklə bərabər, nə bilək daha nələri, izah edilməsi belə çətin olan nələrisə özündə birləşdirir. Qeyd edək ki, V.Vəliyev AzTU-ya rektor gələndə magistratura və doktorantura şöbələri birlikdə idilər, V.Vəliyev onları ayıraraq, müstəqil şöbələr yaratdı, indi isə yenidən birləşdirdi. Əvvəl magistratura şöbəsində 4-5 nəfər, doktorantura şöbəsində isə 3 nəfər işləyirdi. İndi həmin yeni qurumun tərkibində olan təkcə magistratura şöbəsinə 12 yeni əməkdaş qəbul edilib və onlar da magistratura işindən tamamilə xəbərsizdirlər və işləri qarışdırırlar. Onların direktoru Yusuf Sönməz də onlardan “geri qalmır” və magistraturanı xaosa döndərib".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41
Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26
Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24
İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17
Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16
Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08
SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59
Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56
Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
"Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51
"Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" - ETİRAZ
Bu gün, 11:47
Ermənilər hər vəchlə çalışır ki... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:34
Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 11:29
Rəsmi Bakı Güney Azərbaycanla bağlı İsrailə NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ - BİZ NARAHATIQ...
Bu gün, 11:18
Neftçi əgər ezamiyyətə çıxarsa... - AKTUAL
Bu gün, 11:14
Dövlət 1 milyard ayırmışdı ki SUSUZ QALMAYAQ... - AYIRMAMIŞDI Kİ SİZ YEYƏSİNİZ...
Bu gün, 11:01
Tikinti sahəsində tam nəzarətsizlik - BU FAKTDIR...
Bu gün, 10:56
Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma... - GƏLİŞMƏ
Bu gün, 10:54
“Bank of Baku” müştərisini şantaj edir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:52
Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir - Tək Türkiyə yolu qaldı...
Bu gün, 10:48
Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş - İLGİNC NÜANS
Bu gün, 10:47
“Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir, şəxsi imkanım yoxdur ki...” - ANAR GİLEYLƏNDİ
Bu gün, 10:41
Qafqazşünaslıq İnstitutunun PULU KƏSİLDİ - QƏRAR
Bu gün, 10:38
70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı - TƏFƏRRÜAT
Bu gün, 10:36
Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? - FOTOFAKT
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru