“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                 

“Ata sığorta” niyə atalıq edə bilmir? - NARAZILIQ!
Tarix: 21-04-2021, 08:36 | Çap et
“Ata sığorta” niyə atalıq edə bilmir?
Sığorta şirkətləri haqqında qəzetlərdə və saytlarda tez-tez müxtəlif məzmunlu yazılar dərc olunur. Bunların içərisində necə deyərlər, yaxşısı da olur, pisi də. Amma açıq etiraf edək ki, sığorta şirkətləri haqqında pis, yəni tənqidi yazılar daha çox üstünlük təşkil edir. Çünki sığorta şirkətləri əksər hallarda işlərini günün tələbləri səviyyəsində qura bilmirlər.
Bu şirkətlərin rəsmiləri öz şirkətini daha da genişləndirmək, nüfuzunu daha da yüksəklərə qaldırmaq və digər bu kimi şirkətlərlə müqayisədə rəqabətə davam gətirərək daha öncül sıralara çıxmaq barədə yox, şəxsi maraqlarını güdərək öz ciblərinin inkişafı üçün çalışırlar. Qeyd etdiyim kimi, belə şəxsi maraqları güdən sığorta şirkətlər haqqında yetərincə tənqidi yazılar var. Elə bu yazı da “Ata sığorta” şirkətinin bəzi əməkdaşlarının bir vətəndaşın başına açdığı oyunlar barədədir.
Açıq etiraf etmək lazımdır ki, “Ata sığorta” sığorta şirkətləri arasında adına, sambalına və nüfuzuna görə fərqlənir. Amma görünür, “iş olan yerdə nöqsan da olar” prinsipi ilə bəzi işçilər şirkətin yox, öz mənafelərini güdərək ciddi nöqsanlara yol verirlər. Nəticədə vətəndaş narazı qalır və şirkətin də nüfuzuna ciddi zərbə dəyir. İndi isə mətləbə keçək:
Ağdaş rayonu, İstiqlal küçəsi- 2/8 ünvanda yaşayan Azər Ədilov redaksiyamıza müraciət edərək “Ata sığorta” ASC-dən şikayətçi olduğunu bildirdi. Səbəbini də telefonla izah etdi, sonra özünü canlı olaraq dinlədik: “...Mənə məxsus 10 VG 323 dövlət nömrə nişanlı “Mersedes avanqard” markalı maşını 28.03.2021-ci il tarixdə Qəbələ rayonu, “Savalan massivi”ndə 90 CF 697 dövlət nömrə nişanlı “07” markalı “Jiquli” maşını arxadan vurmuşdur. Maşınım “Ata sığorta” ASC tərəfindən sığortalandığı üçün, dərhal şirkətin Göyçay Regional Şöbəsinə məlumat verdim. Gəldilər, baxdılar, şəkillərini çəkdilər və getdilər. Məlumat üçün qeyd edirəm ki, “Jiquli” maşınının arxadan mənim maşınımı zərbə ilə vurması nəticəsində, maşının bir çox hissələri sıradan çıxmışdır. Sıradan çıxan hissələr bunlardır: Arxa kapot, arxa stoplar, arxa bufer, kranşteyn, Arxa baqajın “zamok”u, nömrə altlığı, sağ krelin sağ və arxa zədələri və s.
Bütün bu zədələrin aradan qaldırılması və maşının əvvəlki vəziyyətə gətirilməsi üçün, usta pulu daxil olmaqla, mövcud bazar qiyməti ilə 1000-1500 manat arası xərc tələb olunurdu. Amma “Ata sığorta” ASC-nin Göyçay Regional şöbəsinin əməkdaşları bir neçə gündən sonra mənə zəng edib məlumat veriblər ki, bəs sənə 525 manat pul hesablanıb. Mən etirazımı bildirdim və qeyd etdim ki, bu məbləğ həddindən artıq aşağıdır. Buna baxmayaraq, bu qiymətin dəyişməyəcəyini bildirdilər. Ona görə də sizdən xahiş edirəm ki, “Ata sığorta”ASC ilə əlaqə saxlayıb bu problemin müsbət həllində mənə kömək edəsiniz”.
***
Ağdaş rayon sakini Azər Ədilovun bu müraciətindən sonra “KİV haqqında” qanuna əsasən, əks tərəfin də mövqeyini öyrənmək istədim. Bu məqsədlə Azər Ədilova zəng olunan telefon nömrəsi ilə “Ata sığorta” ASC-nin Göyçay Regional Şöbəsinin əməkdaşı Pərvin Qurbanova ilə əlaqə saxladım. Pərvin xanım bildirdi ki, onun bu işdə heç bir rolu yoxdur, ona görə də regionalın rəhbəri Rəşad müəllimlə əlaqə saxlayın. “Ata sığorta” ASC-nin Göyçay Regional Şöbəsinin rəhbəri Rəşad Qurbanovla çox səmimi söhbət etdik. Söhbətimiz zamanı o, bildirdi ki, bu məsələlər ondan asılı deyil, bu kimi məsələlərdə Baş ofis qərar verir. Biz sadəcə icraçıyıq və s. Məcburiyyət qarşısında qalıb “Ata sığorta” ASC-nin Bakıdakı Baş ofisində məsələyə aydınlıq gətirə biləcək səlahiyyət sahiblərini axtardım. “Ata sığorta” ASC-nin rəis müavini Toğrul Qaçayevin 211-lə başlayan cin nömrəsinə bir neçə gün zəng etsək də, cavab vermədi. Daha sonra “Ata sığorta” ASC-nin 070-325-38-39 saylı iş telefonuna iki gün ardıcıl olaraq zəng etdik. İki gündən sonra cavab verən xanım məni şirkətin Qiymətləndirmə və Tənzimlənmə Departamentinə yönəltdi.

Burada da 055-209-97-83 saylı iş telefonuna cavab verən Vüqar Nurbəyli, məni çox səmimi və səbrlə dinləyib, maraqlandığım məsələni araşdırıb iki gündən sonra cavab verəcəyini qeyd etdi. Səhəri günü əlaqə saxladığımız V.Nurbəyli bunları bildirdi: “Mən araşdırdım, məlum oldu ki, şirkət nümayəndələri heç bir qanunsuzluğa yol verməyib, vətəndaş Azər Ədilova 525 manat sığorta pulu müəyyən edilib. Sizin zənginizdən sonra müştəri məmnunluğunu nəzərə alaraq 52 manat da artırmışıq. Hazırda A.Ədilova 577 manat sığorta pulu təyin edilib. İstədiyi vaxt gedib pulunu götürə bilər”.
“Vüqar müəllim, vətəndaş verilən bu məbləğlə razı deyil, o bildirir ki, onun maşınına dəymiş ziyan, usta pulu ilə birlikdə 1000 manatdan çoxdur. Siz isə 577 manatdan artıq verə bilmirsiniz. Ola bilərmi maşını sizin şirkətin servislərinin birində təmir etsinlər və verilən pul da özünüzə qalsın?”, -sualıma V.Nurubəyli təsdiq cavabı verərək, bildirdi ki, heç bir problem yoxdur. “A.Ədilov maşını gətirsin Bakıya və biz onu burada təmir elətdirək”.
Ancaq bu barədə A.Ədilova bildirəndə cavabı belə oldu: “Əvvəla, o maşını ora aparıb-gətirmək üçün xeyli yanacaq pulu lazımdır, sonra da ki, ən azı maşın 10 gün təmir üçün qalacaq. Bu 10 gün ərzində mənim orada oteldə qalmağım, yeməyin pulu kifayət qədər məbləğ edir. Mənim o qədər pulum olsaydı, elə şirkətin verdiyi 577 manat pulun üstünə qoyub maşınımı təmir elətdirərdim. Mən isə çox imkansız bir adamam, o qədər pulum yoxdur. Ona görə də şirkətdən xahiş edirəm ki, bazar qiymətinə uyğun olaraq maşınımın zərərini tam ödəsin, mən də maşınımı burada təmir elətdirim”.
A.Ədilovun sözlərində müəyyən həqiqətlər var. Şirkət maşını özü evakuatorla gətirə bilmir. V.Nurbəylinin sözlərinə görə, sürülən maşın üçün evakuator verilmir.
Belədə problem gəlib dalana dirənir. Onu da diqqətə çatdırım ki, mənim şirkət nümayəndəsi V.Nurbəyli ilə danışığımdan sonra, maşına dəymiş zərərin hesablanması üçün tərtib olunmuş akt yenidən hazırlanıb və ümumi məbləği 577 manat göstəriblər. Yəni, şirkət bizə 52 manatlıq hörmət qoyub. A.Ədilovun mənə göndərdiyi həmin akta nəzər salaq.
Yuxarıda qeyd etdik ki, A.Ədilovun maşınına 7 növ ziyan dəyib. Amma “Ata sığorta” ASC əməkdaşlarının tərtib etdiyi akta nəzər salanda isə, cəmi iki növ zədə göstərilib.
Arxa işıq - 100 manat
Arxa bamperin kranı - 35 manat
Bunları təmir etmək üçün isə dəmirçi pulu 160 manat, rəngsaz üçün 250 manat, plastmasçı üçün isə 32 manat nəzərdə tutulub. Ümumilikdə isə, maşını təmir etdirmək üçün A.Ədilova 577 manat pul yazılıb. Qeyd etdiyimiz kimi, onun 52 manatını bizim zəngimizdən sonra əlavə ediblər.
İndi sual olunur. Aktda qeyd olunan, arxa işıqla, arxa bamper krantına rəng lazımdırmı? Məgər arxa işığın rəngsaza ehtiyacı varmı ki, bunun üçün şirkət 250 manat nəzərdə tutur? Dəmirçi üçün isə 160 manat qeyd edilib. Onda yenə sual olunur: -Arxa işıqla, arxa bamperin krantını dəmirçi 160 manata düzəldir? Ümumiyyətlə, buna dəmirçi lazımdırmı?
“Ata sığorta” ASC adında olduğu kimi, müştəriyə bir atalıq qayğısı
göstərməlidir ki, müştəri razı qalsın...

Burada qaranlıq məqamlar çoxdur. Maşının yuxarıda A.Ədilovun sadaladığı zədələri, əlbəttə, dəmirçi və rəngsaz işi tələb edir. Ancaq çox təəssüf ki, “Ata sığorta” ASC-nin Qiymətləndirmə və Tənzimlənmə Departamentinin rəsmisi Vüqar Nurubəyli qeyd edir ki, zədələr aktlaşdırılarkən dəmir hissələri qeyd olunmur. Ancaq onların dəyəri nəzərə alınır. İndi siz deyin, mən “Tarix-”Nadir”i yarıya qədər oxuyan adam kimi bu izahatdan heç nə başa düşmədim, bəs “Tarix-Nadir”dən xəbərsiz olan Azər Ədilov və onun kimi digər sadə müştərilər “Ata sığorta” ASC-nin bu məntiqsizliyini necə başa düşsünlər?
Göründüyü kimi, burada aydın olmayan və ya “Ata sığorta” ASC əməkdaşının aydınlaşdıra bilmədiyi məqamlara aidiyyətı mütəxəssislər aydınlıq gətirə bilər. Bu, ilk növbədə “Ata sığorta” ASC kimi böyük və nüfuzlu bir şirkətin özünə lazımdır. Axı, bildiyimiz kimi, indi sığorta şirkətlərinin sayı-hesabı yoxdur. Ona görə də bu bazarda rəqabətə davam gətirib, özünü saxlamaq və inkişaf etdirmək istəyirsənsə, mütləq müştərini razı salmalısan. Bu səbəbdən də “Ata sığorta” ASC adında olduğu kimi, müştəriyə bir atalıq qayğısı göstərməlidir ki, müştəri razı qalsın. Mən demirəm ki, hər hansı bir qəzadan sonra müştəriyə sığorta şirkəti təzə maşın alıb verməlidir, ancaq “Ata sığorta” ASC-nin rəhbərliyi və əməkdaşları da Azərbaycan adlı bir məmləkətdə yaşayırlar və öz sahələrinə uyğun bazarın qiymətini də yaxşı bilirlər. Ona görə də qəza nəticəsində maşınlara dəymiş ziyanın məbləği elə hesablanmalıdır ki, heç olmasa, vətəndaş əlavə xərcə düşməsin. Bu isə “Ata sığorta”ASC kimi nüfuzlu bir şirkəti daha çox maraqlandırmalıdır ki, müştəriləri çox olsun.
Ancaq biz təqdim etdiyimiz bu problemlə əlaqədar araşdırmalarımızı davam etdirəcəyik. Aidiyyatı mütəxəssislərlə əlaqə saxlayıb, “Ata sığorta” ASC əməkdaşlarının tərtib etdiyi qiymətləndirmə aktının dəymiş zərərə uyğun olub-olmamasını müəyyən etməyə çalışacağıq.

Tezadlar.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru