Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                 

"Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi" - Sərdar Cəlaloğlu ƏLİ HƏSƏNOV TƏXRİBATINDAN DANIŞDI
Tarix: 9-01-2020, 10:02 | Çap et
"Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi"
Hurriyet.org saytının Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından yaydığı “Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü, tapşırıqları Əli Həsənovdan alırdım” açıqlaması son iki günün ən qalmaqallı hadisələrindən biri oldu.

Hürriyet.org saytının təsisçisi Vüqar Məmmədov bununla bağlı yaydığı bəyanatda bildirib ki, bu, təxribatdır. “Saytımız haker hücumuna məruz qalıb. Sayta kənar müdaxilə ilə bizim adımızdan əleyhimizə materiallar yerləşdirilir. Bir neçə gün əvvəl də saytımızı dağıtmağa cəhd etmişdilər. Bununla bağlı DTX, Baş Prokurorluq və Rabitə Nazirliyinə müraciət olunub”.

Saytın baş redaktoru Anar Həsənli də oxşar bəyanat verərək bildirib ki, sözügedən material redaksiya tərəfindən hazırlanmayıb və sayta kənar müdaxilə ilə yerləşdirilib.

Qeyd edək ki, xəbərin sensasion məzmunu və S.Cəlaloğlunun qardaşı Vüqar Məmmədovun rəhbəri olduğu saytda yayımlanması materialın digər mətbuat orqanlarında yayılmasına səbəb olub.

Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, bu hadisə seçki kampaniyasında ADP-nin bütün namizədlərinə qarşı qurulan qara piar idi, həm də seçki prosesində aranı qarışdırmağa hədəflənib: “Haker hücumu təşkil ediblər. Dörd saat ərzində ”Hürriyyət"in moderatoru sayta girə bilməyib ki, həmin saxta yazını oradan çıxarsın. Biz DTX-ya və Rabitə Nazirliyinə müraciət edəndən sonra sayta haker hücumu, bloklama aradan qalxıb. Bundan sonra saytın admini həmin saxta yazını saytdan silə bilib. Yəni faktiki olaraq bu, bizə qarşı təşkil olunmuş aksiya idi. Biz DTX-ya müraciət etmişik ki, bu aksiyanın arxasında kimin, hansı qüvvənin dayandığını araşdırıb tapsınlar".

Sərdar Cəlaloğlu hesab edir ki, seçki dövründə belə bir təxribatın təşkil edilməsi həm də prezident İlham Əliyevin demokratik seçki keçirmək siyasətinə qarşı bir addım idi: “Son 10 gündə ”Hürriyyət"in saytına 8 dəfə haker hücumu olub. Sonuncu hücum da bu oldu. Belə çıxır ki, bunu edə bilənlər sabah dövlətimizə qarşı da hansısa çox böyük zərbə vuran materialları saytlara yerləşdirə bilərlər. Ona görə də müvafiq dövlət qurumları bu məsələni çox ciddi araşdırmalıdır və tədbir görməlidirlər.

Bizdə məlumat var ki, icra başçılarına, məktəb direktorlarına seçkiyə hər hansı şəkildə müdaxilə etməməklə bağlı tapşırıqlar verilib. Şəxsən bizim imzatoplama kampaniyamıza bir dənə də olsun maneçilik törətməyiblər. Başqa yerlərdən də imzatoplama prosesinə maneələrin olmadığı barədə xəbərlər alırıq. Bu da onu deməyə əsas verir ki, seçkilərə müdaxilə edilməməsi barədə dövlətin rəhbərliyinin iradəsi var. Amma belə görünür ki, hansısa qüvvələr seçki kampaniyasının gedişində saxta yazılar yaymaqla müsbət prosesi pozmağa çalışırlar. Çünki faktiki olaraq bir müxalifət partiyasının, onun liderinin nüfuzuna seçki kampaniyasının gedişində zərbə vuran təxribat həyata keçirilib. Bunu edənlər tapılmalıdır".

Sərdar Cəlaloğlu onu da qeyd etdi ki, Əli Həsənovla hələ Azərbaycan Demokrat Partiyası təsis edilməmişdən xeyli öncə tanışlığı, yaxşı münasibətləri olub: “Əli Həsənov qardaşım Qurban Məmmədovla tələbə vaxtı bir otaqda qalırdı. Mən onu ilk dəfə orada görmüşəm. Əli Həsənov Moskvada oxuyanda mən oraya getmişdim. O zaman azərbaycanlı tələbələr Azərbaycan nümayəndəliyinə toplaşmışdılar. Mən orada çıxış etdim. Əli Həsənov da tələbə kimi orada idi. 1990-cı ilin əvvəlində isə Əli Həsənov təhsilini başa vurub, Naxçıvana gəldi. Orada görüşdük. Hətta Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi. Yəni onunla bizim təmaslarımız, münasibətlərimiz hələ Azərbaycanın müstəqilliyi bərpa olunmazdan öncələrə qədər gedib çıxır. Bir-birimizə dost, yoldaş kimi hörmətimiz var idi. Heydər Əliyev hakimiyyətə gələndə Əli Həsənov Heydər Əliyevin adından mənə və Qurban Məmmədova hakimiyyətdə təmsilçilik təklifini gətirmişdi. Biz isə təklifə görə təşəkkürümüzü bildirdik və Əbülfəz Elçibəyi müdafiə etdik. Bundan sonra da Əli Həsənovla Qurban Məmmədov dostluq münasibətlərini davam etdiriblər. Əli Həsənovun Prezident Aparatının İctimai-siyasi şöbəsinə vəzifəyə gəlməsindən sonra təkcə mənimlə yox, üzdə olan bütün siyasi partiya liderləri ilə təması, görüşləri, danışıqları olub. Mənimlə də telefon əlaqələri saxlayıb. Bizim təsisçisi olduğumuz media orqanlarında gedən dövlətçiliklə, mühüm siyasi məsələlərə bağlı öz fikirlərini bildirib, yaxud təkzib edib. Bir də əlaqələrimiz olub itqidar-müxalifət dialoqunun təşkili məsələlərində. Əli Həsənovun vəzifəsinin tələbi bu idi ki, siyasi partiyalarla əlaqə qursun.

Əli Həsənovun yaxınları vəfat edəndə yasına getmişəm. Əli Həsənov da mənim qardaşımın oğlu şəhid olanda, qardaşım vəfat edəndə hökumət adından mənə zəng edib başsağlığı verib. Yəni bu cür sıx əlaqələrimiz olub. Bütün bunlar tamamilə normal və təbiidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru