Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                 

Qarabağ əlili məhkəmə özbaşınalığı ilə üz-üzə... - GİLEY
Tarix: 7-01-2020, 08:37 | Çap et
Qarabağ əlili məhkəmə özbaşınalığı ilə üz-üzə...
DİA.AZ: - "Məhkəmə hakimlərinə və ədliyyə işçilərinə hüquqdan dərs keçmək getdikcə daha da aktuallaşır . Görəsən , hüquq elminin əlifbasından belə xəbərsiz olan hakimlər , icra məmurları testdən necə keçirlər və bunlara insan taleyi necə tapşırıla bilər? 7-ci ildir “Rəvan” sığorta şirkəti saxta defekt aktı tərtib etməklə (bu saxtalığı hazırda İqtisadiyyat Nazirliyinin yanına verilən Vergi Xidməti “Nurgün Motors”u və yanındakı “Rəvan” sığorta şirkətini bir neçə dəfə cərimələməklə təsbit edib ) olaya və məhv edilən “əlil avtomobili”nə heç bir aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadədən 3 “əlil avtomobili”nin pulunu – 10 min manat tələb edir və haram pullarını məhkəmələrə səpələməkdə davam edir!" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Allah sənə rəhmət eləsin, Sabir, kim nə deyər bizdə olan qeyrətə? Biz görməsək də , eşitmişik ki, iş adamları Qarabağ əlillərinin müalicəsinə , reabilitasiya olunmalarına yardım edir, “Nurgün” və törəməsi “Rəvan” sığorta şirkəti isə düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən 3 reabilitasiya vasitəsinin pulunu tələb edir , məhkəmələri , icra məmurlarını satın almaq yolu ilə əlillərin pensiyalarına, dolanışıq mənbəyi olan əmlaklarına yiyələnirlər! Bunu Allah götürər? Hələ ki, Allahın götürmədiyini bəzi hakimlər və ədliyyə -icra məmurları elə götürür ki!

Sabunçu məhkəməsinin “Rəvan”sığorta şirkətinin şəhidə qarşı iddiasını aidiyyatı üzrə Suraxanı məhkəməsinə göndərməsindən qarşılıqlı iddiaçı Qarabağ əlili şikayət versə də, Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov şikayət müddəti bitmədən , qarşılıqlı iddianı görməzliyə vurub 28 noyabr 2016 tarixli qətnamə çıxarıb və müharibə əlilinə özünü yandırmağı hökm edib! (?) Bu arada aidiyyat qərardadından Qarabağ əlilinin verdiyi şikayət üzrə Ali Məhkəmənin 16.05.2017 tarixli qərarı qəbul edildiyindən Ramil Həsənovun bir il qabaqkı 28.11.2016 tarixli qətnaməsi hüquqi qüvvəsi olmayan “ tualet kağızı “na çevrilib. Çünki Ali Məhkəmənin qərarları , göstərişləri aşağı instansiyalar üçün məcburidir . Nə yazıq, Suraxanı məhkəməsi 3-cü ildir özbaşınalıq edir və hələ də Ali Məhkəmənin qərarına əsasən işə aşağı instansiyada baxılmayıb.

Suraxanı icra məmuru Vüsal Əliyev isə qanuni qüvvəsi olmayan 28.11.2016 tarixli “tualet kağızı”nı icra sənədi olmadan 2 il sonra “icra etməyə” girişib və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68.1.2 maddəsinə zidd olaraq Qarabağ əlilinin həm pensiyasını yarıqat edib , həm də dolanışıq mənbəyi olan əmlaklarına 50.2 maddəsinə və digər maddələrə zidd olaraq həbs qoyub . Hətta əlilin başqa şəxsə satdığı əmlakına da həbs qoyan icra məmuru Vüsal Əliyevin bu özbaşınalığı indi üzə çıxıb . Həmin avtomobili alan şəxs əmlakın həbsdən azad edilməsi üçün Suraxanı məhkəməsinə müraciət edib və hakim Təranə Mahmudova ərizəni təmin edib. Hakim Qarabağ əlili Xaliq Abbaszadəni hədələməyi də unutmayıb və borcunu ödəməli olmasını bildirib. Qarabağ əlili qanuni qüvvəyə minmiş məhkəmə qərarı və məhkəmə tərəfindən verilən icra sənədi olmadan borclu edilməsinin yolverilməz olduğunu vurğulayanda isə hakim Təranə Mahmudova nağıl danışmağa başlayıb ki, icra sənədi olmadan əmlaka həbs qoyulmasına inanmır! (?) Qəribə nağıldır, Suraxanı məhkəməsinin hakimi həmin məhkəmənin icra sənədi vermədiyini müəyyən edə bilmir? Hakimin diqqətinə “İcra haqqında” 27.12.2001 tarixli 243-IIQ saylı Azərbaycan Respublikası Qanununun 7.2 maddəsini çatdırırıq :”MƏHKƏMƏ QƏRARINA ƏSASƏN VERİLMİŞ İCRA SƏNƏDİ HAKİM TƏRƏFİNDƏN İMZALANIR VƏ MƏHKƏMƏNİN MÖHÜRÜ İLƏ TƏSDİQLƏNİR “.Halbuki Suraxanı məhkəməsi belə icra sənədi verməyib. Təranə Mahmudova buna da nağıl uydurub ki , bəs belə özbaşınalıqlara görə işdən qovulan Ramil Həsənov icra sənədini də özü ilə aparıb! (??)

Borclunun əmlakına həbs qoyulması isə məzələnmək üçün yox , satılması üçün edilir və təbii ki , artıq satılmış əmlakın həbsdə saxlanması qanunsuzdur .”İcra haqqında” qanunun 47.2 və 50.2 maddələrinə görə, BORCLUNUN 3-CÜ ŞƏXSDƏ OLAN ƏMLAKINA HƏBS QOYULMASI YALNIZ

MƏHKƏMƏ QƏRARDADI ƏSASINDA HƏYATA KEÇİRİLİR. Yəni lap qanuni icra sənədi olsa da, məhkəmə qərardadı olmadan əmlaka həbs qoyulmasına , tələbin müharibə əlillərinin pensiyalarına yönəldilməsinə yol verilmir və icra məmuru Vüsal Əliyevin savadsızlığından və tamahkarlığından vəzifəsindən sui-istifadə etməsini ortaya qoyur . Yəqin görəvindən alınan hakim Ramil Həsənovun acı taleyi digər hakimlərə bir ibrət dərsi olar . Di gəl, hakim Təranə Mahmudova hələ də prosessual qanunvericiliyə yox , qeyri-prosessual münasibətə üstünlük verir. Bakı Apellyasiya Məhkəməsi də ortada icra sənədi olmadan Qarabağ əlilini “borclu” kimi iclasa çağırıb .

Görəsən, xaricdə müalicəyə ehtiyacı olan , düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ əlilinin it ilində satdığı avtomobilinin üzərinə məhkəməsiz qoyulan həbs siçan ilində məhkəmə yolu ilə götürüləcəkmi ? Belə məhkəmə -hüquq sistemi ilə çətin. ..

Məhkəmələrin əlindən Qarabağ əlili nəinki xaricdə, heç evində də müalicə oluna bilmir".

diaaz.space olaraq bütün tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru