“Sosial yardım versəydilər, kommunal xərcləri ödəyərdik” - GİLEY
Tarix: 21-11-2019, 09:14 | Çap et
 Bərdənin Əmirli kəndində Elyasovları buranın ən imkansız ailəsi kimi tanıyırlar. DİA.AZ bildirir ki, Elgün Elyasovun həm özü, həm də böyük qızı xəstəlikdən əziyyət çəkir… Elgün inkişafdan qalıb, yeniyetməliyinin bir dönəmindən sonra boyu artmayıb. Üstəlik, ayağının biri digərindən uzundur. Deyir ki, ailə həyatı qurandan sonra dərdi bir az da artıb. 7 yaşlı qızı Həcər autizmdən əziyyət çəkir:
“Danışmır, eşitmir. Hələ indi hardansa tuta-tuta bir az addım atmağa çalışır. Aclıq hissini də itirib. Biz yemək verməsək, acından ölər. Ac olub-olmadığını biz müəyyənləşdiririk”, – Elgün danışır.
Ata uşağı dəfələrlə Bakıya müalicəyə apardıqlarını deyir. Əmisi Əbdülsalam Məmmədov söhbətə qoşulur. Dərmanların çox baha olmasından danışır:
“Birinci dəfə Bakıya gedəndə heç xərcimiz çıxmadı. Heydər Əliyev Fonduna məktub yazmışdıq, köməyimizə gəldi. Uşaq Nevroloji Xəstəxanasında 10 gün müalicə aldı. Amma yazılan reseptlərə uyğun dərmanları özümüz alırıq. İstər-istəməz hər səfərdə xərçimiz çıxır”.
Elgün deyir ki, axırıncı dəfə əmisi dərmanlara 98 manat verməli olub. O, kömək etməsə, Həcəri heç müalicə elətdirə bilmirlər: “Mən özüm də müalicə olunmalıyam. İmkansızlıqdan heç bu haqda danışmıram”.
Elgünün anası Həcər Elyasova çox pis dolandıqlarını bildirir. Çünki uşağa ikinci qrup əlil olduğuna görə verilən 130 manatdan başqa evə pul gəlmir:
“Bu pulla dörd adam dolana bilməz. İnanın, onu elə uşaqların pampersinə, yeməyinə xərcləyirik. Nə vaxt ət yediyimiz yadıma gəlmir. Qaz pulunu verə bilmirik, kəsirlər. Çarəmiz kəsilir, odun tapıb yandırırıq. Sosial yardım versəydilər, heç olmasa, kommunal xərcləri ödəyərdik”.
Əbdülsalam Məmmədov deyir ki, heç düz-əməlli işıq, su da olmur. Suyu camaat motorlarla yerin təkindən əldə edir. Bir az külək əsən kimi işıqlar sönür. Həm işıqsız qalırlar, həm də susuz: “Keçən il su olmayanda camaat Bərdədən su daşıyıb gətirirdi. Bayaqdan işıq da yox idi, sizdən bir az əvvəl yanıb”.
Həcər Elyasova pensiyaya çıxacağı günü səbirsizliklə gözləyir. Qadın bunun ailəyə az da olsa, köməyi dəyəcəyini düşünür. Deyir ki, həyat yoldaşını itirməsi vəziyyətlərini lap ağırlaşdırıb: “Sirkdə işləyirdi. Lap bu gündə yaşamırdıq. Mən neçə dəfə əməliyyat olunmuşam. Kənd camaatı üç-beş manat yardım eləməsəydi, öləcəkdim. Evimiz başımıza uçur. Zəlzələ vaxtı zədələnmişdi. Erməni mərmiləri də çox zərər vurdu”.
Elgün deyir ki, çox iş axtarıb, tapa bilməyib. Əmisi isə vurğulayır ki, buralarda iş axtarmağın mənası yoxdur: “Gedib onun-bunun mal-qarasına baxır. Başqa heç bir iş yoxdu. Kənddə nə iş olacaq ki?! Lap kənddə nə əksən də, pula getmir. Yonca əkirik, heç sata da bilmirik”.
Səhhəti Elgünə işləməyə imkan vermir. Amma deyir ki, iş axtarmağa davam etmək fikrindədir. Həcər xanım yenə kənd camaatından razılıq eləyir: “Bəzən Elgünü görəndə cibinə 5-10 manat pul qoyurlar…”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Bu gün, 17:08 |
|
|
|
• İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Bu gün, 16:51 |
|
|
|
• “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:46 |
|
|
|
• "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Bu gün, 16:43 |
|
|
|
• “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:39 |
|
|
|
• Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Bu gün, 16:34 |
|
|
|
• Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Bu gün, 16:30 |
|
|
|
• Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:24 |
|
|
|
• Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Bu gün, 16:14 |
|
|
|
• “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Bu gün, 16:05 |
|
|
|
• Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Bu gün, 15:55 |
|
|
|
• Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:53 |
|
|
|
• Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Bu gün, 15:50 |
|
|
|
• Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 15:48 |
|
|
|
• Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Bu gün, 15:45 |
|
|
|
• Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Bu gün, 15:43 |
|
|
|
• "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Bu gün, 15:34 |
|
|
|
• Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Bu gün, 15:29 |
|
|
|
• Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Bu gün, 15:23 |
|
|
|
• Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Bu gün, 15:16 |
|
|
|
• Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39 |
|
|
|
• Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25 |
|
|
|
• Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13 |
|
|
|
• 10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09 |
|
|
|
• Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03 |
|
|
|
• Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
• Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58 |
|
|
|
• Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47 |
|
|
|
• Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44 |
|
|
|
• Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42 |
|
|
|
• ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34 |
|
|
|
• Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31 |
|
|
|
• Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29 |
|
|
|
• İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24 |
|
|
|
• “Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22 |
|
|
|
• Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11 |
|
|
|
• Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10 |
|
|
|
• Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02 |
|
|
|
• Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51 |
|
|
|
• “Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49 |
|
|
|
• "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41 |
|
|
|
• İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37 |
|
|
|
• "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31 |
|
|
|
• Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28 |
|
|
|
• “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16 |
|
|
|
• Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13 |
|
|
|
• 3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08 |
|
|
|
|