Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda rəhbərliyə qarşı narazılıq yaranıb.
Redaksiyamıza daxil olan məlumata görə İnstitutun baş direktoru akademik Teymur Kərimlinin son aylar atdığı addımlar bir çox işçilərin narazılığına səbəb olub.

İnstitut dəhlizlərində gəzən söhbətlərə görə Teymur Kərimli özündən sonra direktorluq vəzifəsinə dosent Nigar Babaxanlının təyin edilməsini istəyir. Bunun üçün isə yaxın vaxtlarda Babaxanlının direktor müavini təyin ediləcəyi gözlənilir. İşçilər Akademikin Nigar Babaxanlını varis kimi görməsinin səbəbini isə onun anası Gülbəniz Babaxanlının Teymur Kərimli üzərində söz sahibi olması ilə əlaqələndirirlər. Nigar Babaxanlı artıq Əlyazmalar İnstitunda özünə yeni komanda da formalaşdırıb və direktor müavini vəzifəsini səbirsizliklə gözləyir. Bildirək ki, Nigar Babaxanlı hazırda Əlyazmalar İnstitutunda şöbə müdiri vəzifəsini tutur.
Xalq.online