ABŞ Federal Məhkəməsi GirlsDoPorn saytının sahibi və operatoru Maykl Prattı 27 il həbs cəzasına məhkum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, o, yüzlərlə gənc qadının zorlandığı, zorakılığa məruz qaldığı və istismar edildiyi insan alveri sxemini təşkil etməkdə ittiham olunur.
Prokurorların sözlərinə görə, Pratt qadınları yalan vədlərlə aldadaraq, onları böyüklər üçün filmlərdə çəkilməyə məcbur edən və onların şəxsi məlumatlarını internetdə yayımlayan milyonlarla dollarlıq cinayətkar təşkilat yaradıb.
Qurbanların əksəriyyəti hadisə baş verəndə 18–21 yaş arası olub. Onlar məhkəmədən maksimal cəza verilməsini tələb ediblər.