"Şikayətim "Baku Electronics" şəbəkəsindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərid Alıyev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "22 avqust tarixində işə salınan və rəsmi servis tərəfindən bizə təhvil verilən Bosch KGN86 markalı soyuducu cəmi 10 gün sonra xəta verməyə və dondurucu hissəni soyutmamağa başladı. 3 sentyabr tarixində rəsmi servisə xəbər verib usta çağırmağımıza baxmayaraq artıq neçə gündür gələn, zəng edən vəya maraqlanan yoxdur. 143 və 991 saylı nömrələrə zəng edəndə belə hərhansı seçim etmək mümkün olmadığı üçün operatrlarla da əlaqə saxlamaq olmur. Yalnız, Instagram səhifələrinə chat vasitəsilə yazanda özləri geri yığırlar. 5 sentyabr tarixində məhsulu aldığımız Nərimanov filialına şəxsi müraciətindən sonra mütləq gəlib baxacaqlarını desələr də, nə dünən nə bu gün dəfələrlə zənglərimizə baxmayaraq vəziyyət dəyişməyib. Soyuducunun içindən qaz iyi gəldiyi üçün, artıq ordakı bütün məhsulları da atmaq məcburiyyətində qaldıq ( soyutma üçün istifadə olunan qaz zərərlidir). 3 illik zəmanətlə aldığım məhsulun işə salındıqdan 1 həftə sonra xarab olmağı bir yana, rəsmi nümayəndə olmaqları və servis xidmətləri olmağı bir tərəfə, əlaqə saxlaya bilməməyin özü böyük problemdir. Xarab olan ütü deyil, fen deyil, televizor deyil. Sıradan çıxmış məhsulların maliyyəti bir kənara, evdə heç bir məhsul saxlaya bilmirik. Bunu belə danışanda izah edib, xahiş etmişəm ki, cəld tərpənsinlər. Nəticə isə 0. Sizi bilmirəm, mən gələn dəfə onlardan nəsə almamışdan qabaq 100 ölçüb bir biçəcəm, çünki görünən odur ki, daimi müştəri olmaq, qızıl qarantiyalar, servis xidməti kimi vədlər ancaq müştərini kassaya qədər müşayiət edənə kimidir!"