Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                 

Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Tarix: Bu gün, 09:07 | Çap et

Azərbaycan diasporunun görünməmiş həddə sıxışdırılması fonunda prezident Vladimir Putinin bu ölkədəki Rusiya Erməniləri İttifaqının 25 illiyi münasibətilə təbriki diqqət çəkdi.

“Sizin təşkilatınızın səyləri sayəsində zəngin mədəni, təhsil və maarif layihələri həyata keçirilir, gənclər siyasəti və gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində mühüm təşəbbüslər gerçəkləşir”, - deyə, Vladimir Putin vurğulayıb. Prezidentin sözlərinə görə, təşkilatın çoxşaxəli fəaliyyəti və dövlət qurumları ilə səmərəli dialoqu onun nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Putin həmçinin ittifaqın ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyətin millətlərarası münasibətlərin harmonizasiyasına və erməni diasporunun Rusiya cəmiyyətinə inteqrasiyasına yönəldiyini qeyd edib. Əlavə edib ki, təşkilat eyni zamanda xüsusi hərbi əməliyyatda iştirak edənlərə, veteranlara, onların ailələrinə və yaxınlarına da dəstək göstərir.

“Əminəm ki, bu gün keçirilən təntənəli tədbirlər yüksək səviyyədə baş tutacaq, yeni perspektivli ideya və təşəbbüslərə yol açacaq. Sizə uğurlar arzulayıram”, - deyə Vladimir Putin müraciətində bildirib.

“İlk baxışdan adi bir hadisədir: dövlət başçısı milli-mədəni quruma müraciət edir. Amma təbrik mətnini oxusanız, Kreml rəhbərinin "ideal erməni"ni necə gördüyü aydın olar. Bəli, indi müzakirə edilməsi vacib olan məsələ budur". Bu fikirlər isə Ermənistanın “armenianreport” portalında yer alıb.

Nəşr daha sonra yazır: “Putinin fikrincə, erməni "Rusiya cəmiyyətinə tam inteqrasiya olunmuş, Kremlin siyasətini itaətkarlıqla qəbul edən, Moskvanın maraqlarına xidmət edən və eyni zamanda mədəni tədbirlər və ya “gənclərin təşəbbüsləri” şəklində paylama materiallarına görə minnətdar olan şəxsdir. Rusiya prezidenti “Rusiya Erməniləri İttifaqının Xüsusi Hərbi Əməliyyat iştirakçılarına və veteranlarına verdiyi mühüm dəstəyi” bəyan edib. Putinin Rusiya Erməniləri İttifaqına ünvanladığı təbriki yenidən oxumağa dəyər: o, bizi hansı “düzgün erməni” kimi gördüyünü açıq-aydın göstərir - dilsiz, müti və yad imperiyanın maraqlarına xidmət edən. Millətimiz üçün bu, utancverici bir ssenaridir. Bundan qaçmağın yeganə yolu ləyaqəti, müstəqilliyi və öz taleyimizi həll etmək hüququnu qorumaqdır".

“Past” nəşri də Putinin müraciəti haqda yazır ki, Moskva ermənilərlə bağlı öz məqsədinə çatmaq üçün müxtəlif təzyiqlərdən, o cümlədən iqtisadi rıçaqlardan istifadə edəcək: “Rusiya Federasiyası hələ də Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır, ölkənin əsas ixracı, həmçinin idxal və investisiya axınları Rusiya ilə bağlıdır. Bu əlaqə illər ərzində çoxşaxəli xarakter alıb və ona yalnız iqtisadi deyil, həm də geosiyasi, təhlükəsizlik və xarici siyasət amilləri təsir edir ki, bu da Ermənistan üçün həm yeni imkanlar yaradır, həm də ciddi asılılıq riskləri formalaşdırır”.

Təsadüfi deyil ki, yenidən Rusiya Erməniləri İttifaqının sədri seçilən Ara Abramyan mətbuat konfransında Nikol Paşinyan əleyhinə sərt bəyanatlar səsləndirib. O, Paşinyanın 2026-cı ildə respublikada keçiriləcək parlament seçkilərində qələbəsinin Ermənistana yaxşı heç nə gətirməyəcəyini deyib. “Qarşıda seçkilər var. Əgər Paşinyan seçilsə, mən çox qorxuram ki, bundan sonra Ermənistanı yaxşı heç nə gözləməyəcək. O, bir məsələni də həll etməyib. Onun üçün qanun yoxdur. Deyir: "Qanun mənəm". Hər şey aydındır. O, küçədən gəlib və bütün ölkəni küçə qaydaları ilə idarə edir", - Abramyan deyib. Belə görünür ki, Kreml İrəvanda təsir imkanlarını itirdikcə Rusiyadakı ermənilərin ittifaqına dəstəyini artırır. Unutmayaq ki, Kremldən Rusiyada ermənilərin sayının Ermənistandan çox olduğu haqda iddialar səsləndiriblər. Kreml bununla Ermənistan hakimiyyətinə təsir göstərə və erməni diaspor təşkilatının əli ilə Ermənistanda qarışıqlıq yarada, çevriliş edə bilərmi?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya hakimiyyətinin iki diaspora fərqli münasibəti onun siyasətinin nə qədər qərəzli və ikili xarakter daşıdığının daha bir sübutudur: “Putin hakimiyyətinin Azərbaycan və Ermənistan diasporlarına yanaşması qisasçı siyasətin ifadəsindən başqa bir şey deyil. Biz illərdir Rusiyada Azərbaycan diasporunun təqib olunduğunu, strukturlarının dağıdıldığını, liderlərinin həbs edildiyini görürüksə, Ermənistan diasporuna Rusiyanın prezidenti və digər orqanları səviyyəsində böyük dəstəyin olduğunu görürük. Əlbəttə, bunun böyük kökləri var. Burada heç də Vladimir Putinin erməni sevgisində olduğundan söhbət getmir. Putinin hər hansı xalqa, eləcə də ermənilərə sevgisindən danışmaq mümkünsüzdür. Söhbət ondan gedir ki, Putinin Rusiyadakı erməni diasporunu tamamilə ələ almaqda, gücləndirməkdə marağı var. Erməni diasporunu təşkilatlandırmaq və onu Ermənistanın hazırkı hakimiyyətinə təzyiq alətinə çevirmək Kremlin marağındadır. Yaxşı bilirlər ki, Azərbaycan diasporuna nə qədər təzyiq göstərsələr də onları nə Azərbaycan dövlətinə, nə də Azərbaycan hökumətinə qarşı qoya bilmədilər. Buna görə də diasporu dağıtmaq yolunu tutdular. Rusiyadakı erməni təşkilatları-diasporu isə tamamilə fərqlidir. Onlar həm məşğuliyyət, həm dünyagörüşü, həm də tarixi nöqteyi-nəzərdən Rusiyadan tamamilə asılı olduqlarına görə erməni diasporu bu gün Rusiyanın siyasətində həvəslə alətə çevrilməyə razılıq verib”.

Ekspertin sözlərinə görə, Putin yaxşı başa düşüb ki, Paşinyan hakimiyyəti Qərbə inteqrasiya siyasətini qətiyyətlə seçib və bu yoldan çəkilmək fikrində deyil: “Eyni zamanda Rusiyanın maşası rolunu oynayan siyasətçilər isə Ermənistanda nüfuzlarını itiriblər. Ən sonuncu kart kimi erməni Qriqoryan kilsəsini oyuna daxil etməyə çalışsalar da, bu da nəticə vermədi. Ermənistan cəmiyyəti də Rusiyadan incik düşüb. Belə bir şəraitdə Moskvanın Rusiyadakı erməni diasporuna stavka etməsi həm də Ermənistanla bağlı çarəsiz bir durumun ifadəsidir, Paşinyan hakimiyyətinə təsir göstərmək üçün bu gün Rusiyanın əlində diaspordan başqa kart qalmadığının əlamətidir. Ermənistandakı Rusiya hərbi bazası başqa, amma siyasi alət, siyasi təsir vasitəsi nöqteyi-nəzərindən Rusiyadakı diaspor bu gün Ermənistana yeganə təzyiq vasitəsidir. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini hədəfləyib. Onun nə zaman həyata keçirilməsi üçün hərəkət ediləcəyi bu gün bəlli olmasa da fakt budur ki, Paşinyan hakimiyyətinə alternativi yaratmaqdadırlar. Ara Abramyan başda olmaqla, Rusiyadakı diasporun timsalında Paşinyana alternativ yaradılır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru