"MİDA" MMC tenderin nəticələrini açıqlayıb maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması xidməti ilə bağlı kotirovka sorğusunu yekunlaşdırıb.
"DİA-AZ" xəbər verir ki, qalib "Grovv audit and consulting" QSC olub.
Qalib şirkətə 53 100 manat ödəniləcək.
Qeyd edək ki, Grovv Audit and Consulting” 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Orxan Abdurrahmanovdur.