Astara rayon sakini Zahir Abdullayev Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşlarından şikayətçidir. "DİA-AZ"ın məlumatına görə, vətəndaş deyir ki Qarabağ döyüşlərində iştirak edib və yaralanıb. Elə həmin vaxtdan da Qarabağ əlili kimi müavinət alıb.
Şikayətçi qeyd edir ki, ona əlillik sənədi də rəsmi şəkildə verilib və 18 il Qarabağ əlili kimi müavinət alıb. Eyni zamanda dövlət tərəfindən əlillər üçün ayrılan imtiyazlardan yararlanıb. Abdullayev bildirir ki, 18 il sonra komissiyadan keçən zaman onu Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər.
O, aidiyyatı qurumlara müracət edərək bu məsələnin araşdırılmasını və qanunsuz olaraq onun əlliliyini mülki əlil kimi qeyd edənlərin qanun qarşısında cavab vermələrini tələb edir...









