Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova geri çağrılır.
Yenicag.az xəbər verir ki, onun yerinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov təyin olunub.
Yaxın günlərdə təyinatın açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Nəcibə Nəsibova 1992-ci ildən Türkiyədəki səfirliyimizdə eyni vəzifəni daşımaqda idi.
Haqqında zaman-zaman müxtəlif iddialar səslənsə də, Nəcibə Nəsibova postunu qorumağı bacarmışdı.
Onun fəaliyyət müddəti zamanı üç prezident, altı xarici işlər naziri, səkkiz təhsil naziri dəyişib.









