Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 20-ci buraxılışının yazılı variantını təqdim edir.
– Donald Trampın İsa Məsihliyi...
Trampın özünü İsah Məsih kimi təqdim etdiyi foto dünya gündəmində xeyli müzkirələrə səbəb oldu. Bunun kökündə, mənə elə gəlir, Ağ evin dini məsələlər ofisinin rəhbərinin onu İsa peyğəmbərə bənzətməsi dayanır. Görünür, Tramp bu fikrə inanıb. Yadımdadır, xalq hərəkatı dövründə mərhum prezident Əbüləfəs Elçibəy də bəzi dostlarını İsa Məsihə oxşadırdı və bu bənzətmə ilə o adamlar rasionallığı itirir, bəzən qeyri-ciddi hərəkətlərə yol verirdilər.
Əlbəttə, Tramp kimi bir siyasətçinin özünü İsa Məsihə bənzətməsi böyük bir komediyadır. Özü deyir, süni intellekt vasitəsi ilə hazırlanan bu rəsmdə şəfa verən obrazındadır, əslində isə bu təsvirdə şəfa yox, can verən, yəni ölünü dirildən İsa obrazı var. Arxada da Amerikanın qırıcı təyyarələri və bayrağı... İsanın məsihliyini Amerkianın xilaskarlığı ilə assosiasiya edir. Özü də İrana belə bir basqınlar və hücumlar vaxtı. Söhbət də həmin İsadan gedir ki, deyirdi: “Bir üzünüzə şillə vurdularsa, o birini çevirin”. İnsanların günahını da öz boynuna götürərək tanrının hüzuruna onların bağışlanmasını xahiş etməyə gedirdi.
Amma ən maraqlısı bu deyil. Ən maraqlısı odur ki, İranda da belə bir xilaskarlıq ideologiyası var. Xristianlar İsa Məsihi gözləyən kimi, şiələr də Mehdi Sahib əz-Zamanı gözləyirlər. Amma arada ciddi bir fərq var. Trampın İsa Məsihliyinə qərbdə gülürlər, lakin bu gün iranlılar faktiki hamkimiyyəti idarə edən radikal mühavizəkar qanadın təmsilçisi, İran parlamentinin sədri Məhəmməd Baqiri Qalibafın xilaskarlıq nağıllarına ciddi inanırlar.
Halbuki biz Qabilafı gənclərin etiraz aksiyalarını ən qəddar üsullarla yatıran bir rəhbər kimi tanıyırıq. Məşhur bir ifadəsi də var: “Kəlbətin kimi əzmək!” Onun ideyasına görə ABŞ və İsrailə qarşı döyüşmək İmam Mehdinin gəlişini sürətləndirəcək. Mənə çox mataqlıdır. Tutalım İmam Mehdi doğrudan da gəldi, o ən adi hüquqlar tələb etdiyi üçün Tehran Univesitenin yataqxanalarının yuxarı mərtəbələrindən küçəyə atılan tələbələrə baxıb nə deyərdi? Bu əməliyyatlara rəhbərlik edən Məhəmməd Baqiri Qabilafı dəstəkləyərdimi?
Görəsən, İran insanları bu barədə düşnürlərmi?
– Dənizkənarı bulvarda gülləri yağmalayan bloqerlər...
Hadisə barədə oxuyan kimi ilk yadıma bu ifadə düşüdü: güllərin soyqırımı. Sonra isə sosial psixologiya və mədəniyyətlərarası kommunikasiya ilə bağlı sadə bir testi xatırladım. Burada həm də xalqların psixologiyası açılır. Haradasa çoxlu güllər var və onlar qorunur. Güllərin üstünədki lövhədə fransızca belə yazılıb: “Lütfən bu çiçəklərə toxunmayın”. İstənilən frasnsız üçün bu sözlər kifayətdir. Almanca belə yazılıb: “Bu çiçəklərə toxunmaq olmaz!” Digər Şərqi Avropa dillərində vəziyyət bir az da sərt təsvir olunur: “Bu çiçəklərə toxunmaq qadağandır!” Rus dilində isə belə yazılıb: “Bu çiçəklərə toxunmaq qəti qadağandır!” Bizim psixologiya dərsliyinin müəlliflərindən olan məhrum Əkbər Bayramov bu sıralamaya əlavə edərək yazır: “Elə xalqlar var, onların dilində belə yazılmalıdır: “Bu çiçəklərə toxunan cərimə olunacaq”. Əlbəttə, Əkbər müəllim vətən təəssübkeçliyinə görə, heç bir millət adı çəkməyib. Lakin mən sonuncu bəndin bizə aid olduğunu etiraf etməkdən çəkinmirəm. Bloqerlərlə isə vəziyyət lap qəlizdir. Məncə, onlar üçün belə bir elan lazımdır: “Bu çiçəklərə toxunsanız, həbs olunacaqsınız!”
Belə arzuolunmaz bir halın qəhrəmanlarının bloqer olması məni təəccübləndirmədi. Çünki biz çox şeyin pisini götürməyə alışmışıq. Halbuki dünyada bloqerlik alternativ informasiya və məlumat istehsalçıları kimi çox qiymətlidirlər. Əlbəttə, bizdə də istisnalar var. İllah da mətbuatın indiki vəziyyətdində səviyyəli, azad, müstəqil, ədalətli bloqerlərə çox ciddi ehtiyac duyulur. Lakin bəzdə... Öz işlərini görmək bir yana, onları normal mədəni müstəviyə gətirmək üçün polisə ehtiyac yaranır.
Türkiyədə məktəbə hücum edən 14 yaşlı yeniyetmə...
– Türkiyəni özümə nə qədər yaxın bilsəm və o dildə nə qədər kitab oxusam, film və serial izləsəm də bəzi gerçəkləri yenə başa düşə bilmirəm. Bunlardan biri icazəli silah məsələsidir. Ölkədəki insan qətllərinin bir çoxunun motivində bu dayanır. Təsəvvür edin, bəzən futbol klublarının yarışması qan düşmənçiliyinə gətirib çıxarır. Bu həmin cəmiyyətdir ki, 20 ildir “Kurtlar vadisi” serialının qəhrəmanı Süleyman Çakıra yas mərasimi keçirir və həmin rolun ifaçısı aktyor Oktay Kaynarcaya zəng edib başsağlığı verirlər. Lətifə kimi bir yer yəni! Xüsüusən Anadolu və Şərqi Anadolu bu baxımdan lap inanılmazdır. Səhv etmirəmsə, bundan daha əvvəlki qətl hadisəsi də Şanlıurfa məktəbində baş vermişdi. On doqquz yaşlı şagird ov tüfəngi ilə bir nəfəri qətlə yetirmişdi. İndi isə Qəhrəmanmaraş, on dörd yaşlı uşaq, beş tapança, doqquz qətl... Bu hadisədə də suallar həddindən artıq çoxdur. Keçmiş bir polis işçisi beş silahı – beş tapançanı evində niyə və necə saxlayır? Və bu, qanunla necə mümkün olur? İkinci və ən vacib sual: ata, özünün etiraf etdiyi kimi, psixoloji problemlər yaşayan yeniyetmə uşağına poliqonda tapança atmağı niyə öyrədir?
Uşağın bir videosua baxdım. Nə görünüşü, nə hərəkəti normal insana bənzəyirdi. Uzun-qıvrım saçlarda və küçə xuliqanları kimi geyimdə sinif otağında ruhi xətələr kimi var-gəl edir. Baş örtüyü ilə bağlı o boyda müzkirələr gedən bir ölkədə bu görünüşdə uşağı məktəbə necə buraxırlar?
Növbəti məsələ polis nəzarətidir. Adam beş tapançanı əlini-qolunu sallayaraq məktəb binasına necə keçirib?
Yadınızdadırsa, bir müddət əvvəl Bakının “İdrak” liseyində də belə bir hadisə baş vermişdi. Şaird məktəbə ov tüfəngi keçirərək müəlliməsini güllələmişdi.
Belə çıxır ki, iraq olsun, peşəkar terroristlər bu cür ünvanlara istədiyi qədər silah keçirib, hər şeyin altını-üstünə çevirərlər.
Hər iki cinayət hadisəsini başqa bir cəhət də birləşdirir: azyaşlı qatillərin şiddət oyunlarına aludəçiliyi. Şəxsən mən bu açıqlamaya inanıram. Bir tanşım və övladı ilə şəhərdə gəzirdik, hündürmərtəbəli binların birinin eyvanında bir nəfər göstərdi, dedi, “GETA” oyununda olsaydım, onu snayperlə vurardım. Mən o uşağa dedim ki, sən bir daha o oyunu oynama. Hiss elədim ki, oyun uşağın şüuraltında şiddət aşılayır. Bu hal böyüklərdə də necəsə müşahidə oluna bilər. İnsan uzun müddət o cür filmlər izləyəndə, o cür oyunlar oynayanda, beynin şiddət neyronları aktivləşir. Yadımdadır, “Kurtlar vadisi Pusu” serialının aktual vaxtı orta məktəbin yuxarı sinif şagirdləri Məmati kimi qollarını aralayıb gəzirdilər.
Uşaqların şəxsiyyəti formalaşmağa başlayanda, onlar özlərini sübut etmək, göstərmək üçün çox asanlıqla şiddət göstərə bilərlər. Bildiyiniz kimi, uşaqların qəddarlağı bəzən böyüklərdən də dəhşətli olur. İstər heyvanlara, istər insanlara qarşı...
Kamran Həsənli dünya xəritəsini necə dəyişdi
– Son günlər “Space” ətrafında baş verənlər televiziyalarımızın vəziyyətini bir daha gündəmə gətirdi. Məncə, indilikdə ən aktual sual budur: bağlanan şou proqramların yerini nə dolduracaq? Bu gün Xoşqədəmin, Elgizin tamaşaçıları hardadırlar, özlərini necə hiss edirlər, soyuducuları doludurmu, o proqramlara baxmamaq həyatlarına necə təsir edir? Boş vaxtlarını necə keçirirlər? Doğrudanmı Xoşqədəmlə Elgizin verilişi bağlanandan sonra “Mədəniyyət” kanalına keçib klassik musiqiyə qulaq asırlar, yaxud haradasa yaxşı filmlərə baxırlar? Siz buna inanırsınızmı? Deməyim odur ki, yüngül verilişləri bağlamaqla tamaşaçının səviyyəsi qalxmır. İkinci bir məsələ. Bu insanlar sərbəst şəkildə sosial şəbəkə platformalarına keçib analoji verilişlərini davam etdirə bilərlər. Doğrudur. Televiziyadakı imkan və şərait olmayacaq, amma yenə lazımı qədər tamaşaçı yığacaqlar. Bu cür izləyicilər çox sədaqətli olurlar və öz səviyyələrinə heç vaxt xəyanət etmirlər. Məncə, aparıcılara qadağa qoymaqdansa, onların iştirakı ilə müəyyən dəyişikliklərə getmək olardı. Çünki illərlə formalaşıb bu ənənə. Xoşqədəmi Xoşqədəm eləyən Azərbaycan efiridr. Bununla bağlı teleaparıcı Kamran Həsənlinin maraqlı fikirlər səsləndirir. Ancaq Kamran müəllim çox eqosentrik danışır, iki kəlmədən bir “mən”, “mən” eləyir. Deyir, ölkədə yeganə şoumenəm. Əslində, belə iddialar şəxsən mənim xoşuma gəlir, lakin arxasında əməli iş dayanmaq şərti ilə. Kamranın dediyinə görə, ona işləmək imkanı vermirlər. Deyir, mənim verilişimi Əli Həsənovun əli ilə Ramiz Mehdiyev bağlayıb. Maraqlı bir məlumat da açıqlayır. Deyir, Mir Şahin telefonunda göstərdi ki, Ramiz Mehdiyev belə bir göstəriş verib. Bu, Mir Şahin kimi ciddi bir jurnalistə və televiziya rəhbərinə yuxarıdan birbaşa təlimat gəldiyinin sübutudur. Ramiz Mehdiyev və Əli Həsənov vəzifədə olmadığı üçün Kamran müəllim bunu çox rahat ifadə edir. Və sual yaranır: görəsn, bu təlimatlar qurtarıbmı? Əgər qurtarıbsa, Ramiz Mehdiyevlə Əli Həsənov yoxdur, bəs efir niyə düzəlmir? Çox istəyərdim, bu sualları Kamaran Həsənli heç olmasa öz yutub platformasında cavablandırsın.
Əslində, istər Kamran Həsənli, istərsə də Ülvira Qarayeva televiziyalardan yutub kanallarına gələndə, biz onların şəxsində daha səviyyəli aparıcılar gördük. Yadımdadır, təxminən on il əvvəl, toylardakı israfçılıqla bağlı Kamran müəllimin verilişində idik. Bərk mübahisəmiz düşdü. Mən dedim, Kamran müəllim, indi yadıma düşür, siz toylarda tamadalıq edirsiniz və demək, toy industriyasına daxilsiniz, oradan pul qzanırsınız, ona görə indiki toyların müdafiəsinə qalxırsınız. Əlbəttə, toydan pul qazanmaq eyib deyil, ancaq toy ənənəsini efirə gətirmək eyibdir. Gəlin etiraf edək ki, Azərbaycan efirindəki yüngül şoular həm də Kamran Həsənlinin adı ilə bağlıdır. Amma insafən məlumatlı adamdır. Televiziyanı müəyyən qədər bilir. İnanıram ki, ona imkan yaradılsa, maraqlı layihələr həyata keçirə bilər. Onun Əli Həsənovun xoşuna gəlməyən millətçi, turançı ideyalarına gəlincə, romantikliyə çox varır. Adama deyərlər, siz telefon təlimatı ilə işləyən adamsınızsa, bir az rasional olun. Belə vəziyyətdə türk dünyasının birləşməsi nağıllarına tamaşaçını inandıra bilməzsiniz axı. Bir az real olmaq lazımdır. Özünün misal çəkdiyi Okan Bayülgəndən, Bəyazdan, Məhməd Əli Ərbildən nümunə götürə bilər ki, onlar əyləncə proqramlarında belə böyük söhbətlər eləməzlər. Bu, adamda dodaqqaçdı yaradır. Ümumlikdə isə Kamran Həsənli ilə razıyam. Azərbaycan efirinin vəziyyəti, doğrudan da, bərbaddır. Bu fikirlə də razıyam ki, televiziyalar sosial şəbəkələri rəqib görməkdənsə, onlara körpü ataraq əlaqəli şəkildə işləməlidir. Yoxsa uduzacaq.
Siyavuş Kəriminin müsahibəsi
– Bu həftə Xalq artisti Siyavuş Kəriminin də maraqlı bir müsahibəsi yayımlandı. Bir çox paradoksal fikilər səsləndirdi. Görünür, müəllim 70 yaşının tamam olması münasibəti ilə Milli Konservatoriyanın rektoru vəzifəsindən çıxarılmasına görə narazıdır. Arqumenti də budur ki, ondan daha yaşlı rektorlar var. Doğrudan da belədir. Bizdə heç vaxt vəzifədən vaxtında getmək mədəniyyəti olmayıb və yenə yoxdur. Siyavuş müəllim bu mənada istisna olmaq istəmir. Lakin digər yandan ölümün gözəlliyindən, başqa bir aləmə – əbədi dünyaya keçməyin üstünlüklərindən danışır. Sanki irfan elmində deyilən fənafillah məqamına çatmış bir müdrikdir. Təəsvvür edin 25 illik vəzifədən 70 yaşında da doymamaq və fənafillahdan bəhs etmək, ölümə gözəl bir keçib kimi baxmaq... Bunun ikisi bir yerdə yalnız Azərbaycanda mümkündür. Və bu ziddiyyətin assosiativ nəticəsi kimi, öz tələbələrinin uğurundan danışanda, yalnız onların əməkdar artıst və xalq artisti adlarını almasını xatırladır. Sanki başqa bir ölçü vahidi yoxdur. Bizim sənət və təhsil mühitimizin formalaşdırdığı baxış bucağı məhz budur. Uğur yalnız sovet dövründən qalma vaxtı keçmiş dəyərlərlə ölçülür.
Başqa ciddi bir mətləb isə Xalq artistinin, müğənni Almaxanımın irəli sürdüyü ittihama verdiyi cavab idi. Almaxanımın iddialarına görə, Milli Koservatoriyanın keçirdiyi müsabiqədə ondan beş min manat rüşvət istəyiblər. Siyavuş müəllim bununla bağlı suala çox sərt cavab verir. Almaxanımın atası şair-filoloq Vüqar Əhməd isə bu məsələ ilə bağlı paylaşımların birinin altında əlində ciddi fakt olduğunu və bu fakt açılarsa, Siyavuş Kərimini həbs gözlədiyini yazır.









