İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Tovuz Xəstəxanasının aldığı odun yanacağı tibb məntəqələrini qızdırmaq üçündür, yoxsa kimlərinsə cibini… - İTTİHAM VAR...
Tarix: 21-12-2025, 09:03 | Çap et

"Tovuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi səhiyyə müəssisələrinə odun yanacağının satınalınması üzrə birmənbədən satınalma metodu tətbiq etməklə 2 saylı Regional Meşə Təsərrüfatı mərkəzi ilə 11.960 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 17.12.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, müsabiqə satınalmaların portalında keçirilmədiyindən Tovuz rayon Mərkəzi Xəstəxanasının neçə kubmetr odun yanacağı alması barədə məlumat yoxdu. Həmçinin sözügedən Xəstəxanasının bu odun yanacağını harada istifadə etməsi barədə də.

Məlum olduğu kimi respublikanın hər yerində olduğu kimi Tovuz rayonundada qaz təsərrüfatının yenilənməsi həyata keçirilib. Hələ elektron mediada 2013-cü ildə yayılan məlumatlara görə işlər rayon mərkəzində yekunlaşdırılaraq kəndlərdə orta təzyiqli qaz xətlərinin çəkilməsi həyata keçirilib. Aparılan işlər çərçivəsində Tovuz rayonun yaşayış məntəqələrinin 85 faizi mavi yanacaqla təmin edilib. Həmin məlumatda qeyd edilir ki, Tovuz Qaz İstismarı Sahəsinin xidməti ərazisinə daxil olan və Ermənistanla həmsərhəd olan kəndlərin, demək olar ki, hamısı mavi yanacaqla təmin olunub.

Göründüyü kimi hələ 2013-cü ildə Tovuz rayonundakı yaşayış məntəqələri qazlaşdırılıb.Ondan sonrakı illərdə də çox güman ki, qalan yaşayış məntəqələri də qazlaşdırılıb. Buradan sual yaranır. Tovuz rayon Mərkəzi Xəstəxanasının qədəri bilinməyən odun yanacağını harada istifadə edəcək.

Burada daha maraqlı bir məqam da var. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tovuz rayon Mərkəzi Xəstəxanası son beş il ərzində odun yanacağının alınması ilə əlaqədar heç bir satınalma proseduru keçirməyib. Yəni bununla bağlı satınalmaların portalında heç bir məlumat yoxdu.

Buradan yenə sual yaranır. Əgər Tovuz rayon Mərkəzi Xəstəxanası odun yanacağından istifadə edirsə əvvəliki illərdə nə üçün satınalma keçirməyib. Son beş ildə odun yanacağından istifadə olunmayıbsa 2025-ci ildə bu zərurət haradan yaradınıb?

Bu sualların isə tək cavabı odur ki, Tovuz rayon Mərkəzi Xəstəxanası son beş il ərzində odun yanacağının alınması ilə əlaqədar formal keçirdiyi kotirovka sorğularının nəticələrini satınalmaların portalına yerləşdirməyib. Nəticədə odun yanacağının alınmasına ayrılan vəsait təyinatından kənarlaşdırılıb.

Yuxarıda qeyd etdiyimiz məlumatdan da göründüyü kimi Tovuz rayonunun yaşayış məntəqələri qazlaşdırılıb. Bu kəndlərdəki tibb məntəqələrinin isidilməsi isə burada çalışan tibb personalının üzərinə qoyulub. Kimi evdən gətirir, kimi də şəxsi vəsaiti hesabına odun alıb məntəqəni qızdırır. Bəzi kənd tibb məntəqələrinin qapısının bəlkə də günlərlə açılmadığını, Tovuz rayonunda qış fəslinin o qədər də sərt keçmədiyini də nəzərə alsaq Tovuz rayon Mərkəzi Xəstəxanasının odun yanacağının alınmasına ayırdığı vəsaitin təyinatı əsaslı şübhələrə yol açır.

Burada da o qənatə gəlmək olar ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının aldığı odun yanacağı tibb məntəqələrini isitmək üçün deyil, kimlərinsə ciblərini isitmək üçündür.

Qeyd edək ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının direktoru Paşa Muradovdur. O, 2013-cü ildən Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsini daşıyıb. 2021-ci ildə onun baş həkim vəzifəsindən azad olunması, hətta xəstəxanada təhvil-təslim işləri getməsi barədə məlumat yayılıb. Amma sonradan Paşa Muradov şəxsi əlaqələri vasitəsi ilə Xəstəxanasının direktoru vəzifəsinə əyləşməli olub.

Məqalə hazırlanarkən yeni məlumat daxil oldu. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında bildirib ki, “bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur: Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur”.

Göründüyü kimi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov da kəndlərdə tibb məntəqələrinin işləmədiyini dolayısı yollarla təsdiq edir. Bəs onda Tovuz rayon Mərkəzi Xəstəxanasının almaq istədiyi odun yanacağı nə üçündür? Təbii ki, aylarla qapıları açılmayan tibb məntəqələrinin qızdırılmasına yox, yuxarıda qeyd etdiyimiz kimi kimlərincə ciblərini isitmək üçündür.

Aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru