Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                 

Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Tarix: 18-04-2026, 12:18 | Çap et

Ukraynada 4 ildən çox davam edən müharibə Avropaya yayıla bilər. Son zamanlar Moskvanın bu istiqamətdə təhdidləri daha da intensivləşib.

Üç Avropa ölkəsi – Almaniya, İtaliya və Norveç Ukraynanı müasir texnologiyaya malik olan PUA-lar ilə təchiz etmək üçün öz ərazisində müəssisələr qurmağı planlaşdırır. Bununla yanaşı, aprelin 14-də Almaniya ilə Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirən və xüsusilə pilotsuz uçuş aparatı istehsalını əhatə edən yeni razılaşmalar imzalayıb. Berlində keçirilən görüşlər çərçivəsində açıqlanan bu razılaşmaların Avropa miqyasında ən böyük pilotsuz uçuş aparatı istehsal təşəbbüslərindən biri ola biləcəyi qiymətləndirilir.

Almaniya kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında imzalanan sənədlər iki ölkə arasında müdafiə əməkdaşlığının miqyasını genişləndirir və Ukraynanın müdafiə sənayesinin artan rolunu nümayiş etdirir. Razılaşmaya əsasən, ortaq müəssisə modeli ilə minlərlə pilotsuz uçuş aparatı istehsal olunacaq. Artıq məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi Avropa ölkələrinə sərt xəbərdarlıq edib. Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, bu cür addımlar Avropanı Rusiya ilə müharibəyə cəlb edəcək:"26 martda bir neçə Avropa ölkəsinin rəhbərliyi Ukrayna Silahlı Qüvvələrini Rusiyaya zərbələr endirmək üçün PUA-larla təchiz etmək və təchizatın sayını artırmaq qərarına gəlib. Buraya hücum dronları və onlar üçün komponentlər istehsal edən birgə müəssisələr də daxil olmaqla, Avropadakı şirkətlər üçün maliyyələşdirmənin genişləndirilməsi daxildir. Rusiya ərazisinə zərbələr üçün bu cür dronların mümkün istifadəsi "gözlənilməz nəticələrə" səbəb ola bilər. Belə bir halda Rusiyanın Avropadakı dron istehsal sahələrinə zərbə endirməsi qaçılmazdır. Avropada Ukrayna üçün dronlar və digər avadanlıqlar istehsal edən müəssisələr Rusiyanın hədəfində olacaq”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin hərbi rəhbərliyinin təhdidlərini təsdiqləyib. O, Avropanı Moskvanın xəbərdarlığını ciddiyə almağa çağırıb. "Rusiya Müdafiə Nazirliyinin bəyanatı sözün əsl mənasında qəbul edilməlidir: dronlar və digər avadanlıqlar istehsal edən Avropa şirkətlərinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Rus KİV-lərində də bu məsələ ətraflı şəkildə işıqlandırılıb. Qeyd olunur ki, Avropada sözügedən müəssisələrin siyahısı Kremlə təqdim edilib və Moskva balansın pozulacağı təqdirdə zərbələri nəzərdən keçirir.

Maraqlıdır, Kremlin bu taktikaya əl atması nə dərəcədə realdır? Avropadakı dron və digər silah avadanlıqları istehsal edən müəssisələri raket atəşinə tuta bilər? Yoxsa, Kreml sözdə təhdidlə məşğuldur? Ümumiyyətlə, müharibənin Avropaya yayılması ehtimalı olunur?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, indiki mərhələdə Kremlin bəyanatları həm hərbi, həm də siyasi çəkindirmə mexanizmi kimi qiymətləndirilməlidir:

“İlk növbədə, bu müəssisələrin mahiyyətini düzgün anlamaq vacibdir. Söhbət sadəcə silah zavodlarından yox, müasir müharibənin əsas komponenti olan pilotsuz uçuş aparatlarının istehsal zəncirindən gedir. Ukrayna üçün bu cür istehsal gücü ön cəbhədəki taktiki üstünlüyü birbaşa müəyyən edir.

Buna görə də Rusiya bu infrastrukturu strateji əhəmiyyətli hədəf kimi görür. Lakin hədəf kimi görmək ilə onu birbaşa vurmaq arasında çox ciddi siyasi və hərbi sərhəd var. İkinci mühüm məsələ odur ki, Avropa İttifaqı ölkələrində yerləşən belə müəssisələrə birbaşa hərbi zərbə artıq lokal münaqişə çərçivəsini aşan addım hesab olunar. Bu cür hərəkət təkcə Ukrayna ilə müharibə deyil, eyni zamanda NATO üzvlərinin ərazisinə müdaxilə kimi qəbul edilə bilər. Bu isə avtomatik olaraq eskalasiya riskini kəskin artırır və Rusiya üçün çox böyük riski formalaşdıra bilər”.

R. Bayramov vurğulayıb ki, müharibə dövründə biz Rusiya tərəfindən dəfələrlə oxşar bəyanatlara şahidlik etmişik.

“Bu təbii ki, daha çox qarşı tərəfi çəkindirmək, daxili auditoriyada güc nümayişi və digər dövlətlərə bu tip razılaşmalarla bağlı qərar vermədə qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyır. İndi də ayrı-ayrı ölkələrdə Ukrayna üçün dron istehsal edən müəssisələrin hədəfə çevriləcəyinə dair bəyanatlar psixoloji və siyasi təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir”.

Ekspert, həmçinin bildirib ki, NATO ərazisində sənaye obyektlərinə zərbələr endirmək təkcə hərbi deyil, həm də siyasi nəticələr doğurar:

“Moskva bunu çox yaxşı başa düşür. Belə bir addım cavab tədbirlərini genişləndirə, münaqişəni yeni mərhələyə daşıya bilər və bu da Moskva üçün strateji olaraq çox yüksək risk deməkdir. Odur ki, Kremlin bu tip obyektləri açıq şəkildə hədəf göstərməsi daha çox strateji çəkindirmə və siyasi siqnal xarakteri daşıyır. Birbaşa raket zərbəsi isə mövcud geosiyasi reallıqda yüksək eskalasiya riski səbəbilə ehtimal olunan deyil. Müharibənin Avropaya yayılması ehtimalına gəldikdə isə tammiqyaslı forma baxımından hələ ki, belə bir ehtimal olduqca aşağıdır, amma dolayı və hibrid formalarla Avropa onsuz da müharibədə iştirak edir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru