İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                 

"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Tarix: Bu gün, 06:31 | Çap et

"İkinci Qarabağ savaşı və Antiterror əməliyyatından sonra ölkəmiz yeni dövrə qədəm qoydu..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Ümid Partiyasının sədri İqbal Ağa-zadə qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Təbii olaraq, müharibənin vurduğu yaraları sağaltmaq, məcburi köçkünlərin məskunlaşmasını təmin etmək elə də sadə məsələ olmadığı kimi, kifayət qədər nəhəng vəsait və zaman tələb edir.
Lakin dövlət bu işi təkbaşına həll etməlidirmi, bütün məsuliyyət və yük dövlətin üzərində olmalıdırmı?
Qarabağda məskunlaşma və bərpa işləri aparılan müddətdə əhalinin vəziyyəti ümumi proseslərə necə təsir edə bilər?
Nə qədər ki, Qarabağ işğalda idi, hamı gözləməyə, hətta ac qalmağa belə razı kimi görünürdü.
Qələbədən 6 il (3) keçdikdən sonra cəmiyyət qələbənin özünü belə adiləşdirib, olmalı bir hadisə kimi qəbul edib. Baxmayaraq ki, son 200 ildə Azərbaycan belə bir qələbə yaşamamışdı.
Hakimiyyət nümayəndələri bunu görməli və adekvat siyasət yürütməlidirlər.
Qələbədən zaman etibarı ilə uzaqlaşdıqca , onun dividentləri də azalacaq.
Ölkədə köklü islahatlar həyata keçirilməlidir.
Nədən başlamalı?
İqtisadi vəziyyət ürəkaçan olmayanda islahatlar siyasətdən, siyasi vəziyyət qaneedici deyilsə, iqtisadiyyatdan başlanılır. Bu, uzun illər sınaqdan keçirilmiş bir modeldir.
Ölkə vətəndaşı bu gün daha çox iqtisadi və sosial vəziyyətdən narazıdır.
Obyektiv və subyektiv səbəbləri təhlil etmək sadə insanların vəzifəsi deyil.
Ona görə də islahatlar ilk növbədə siyasi sferanı əhatə etməlidir.
1. Referendum
Hakimiyyət uzun illərdir, mərkəzləşdirilmiş idarəetmə forması yaradıb. Və haqlı olaraq, bu yolu seçmişdi, çünki həm torpaqların işğaldan azad edilməsi, həm xarici dövlətlərin təsir imkanlarını minimuma endirmək üçün ən effektiv idarəetmə şəkli bu idi.
Bu mərhələnin son aşamasındayıq.
Ermənistanla bağlanacaq sülh müqaviləsi, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi, 8 avqust 2025-ci il ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi, Yaxın Şərqdə və Rusiya ətrafında baş verən hadisələr bu qənaətə gəlməyimizə əsas verir.
İndi xalqın daha çox iştirak etdiyi idarəetmə modelinə keçilməlidir.
Bunun üçün:
- Konstitusiyada bələdiyyələrə xüsusi status verilməli, iri şəhərlərdə bələdiyyə başçısını açıq və birbaşa seçkilərlə xalq seçməli, bələdiyyə məclisləri formalaşdırılmalı, bələdiyyə büdcəsinin formalaşması üçün icra hakimiyyətinin nəzarət etdiyi əksər sahələr bələdiyyələrin nəzarətinə verilməlidir. Bir sözlə, xalq özü seçməli və seçdiyindən tələb etməlidir.
- İcra hakimiyyəti prezidentin xüsusi nümayəndəsi statusunda (vali tipli) olmalı, nəzarət funksiyasını həyata keçirməlidir.
Heç bir halda Azərbaycanda vilayət və ya iqtisadi zona tipli idarəetmə formasına keçid edilməməli, mövcud inzibati struktur saxlanılmalı, hətta bələdiyyə idarəçiliyində daha kiçik struktura keçilməlidir.
Ona görə ki, 2020 və 2023 - cü illərdə böyük qələbəmizi həzm etməyənlər indi fərqli yerlərdə separatçılıq elementləri axtarır, bunun üçün bütün resursları işə salırlar.
Bu gün güclü idarəçilik sabah üçün təminat deyil, formalaşan vilayət və ya iqtisadi zonalarda separatizmə hüquqi don geyindirmək daha asan və rahatdır. (Bu barədə başqa yazıda) Qarabağda tam məskunlaşmaya qədər mövcud idarəetmə optimal hesab olunmalıdır.
- Milli Məclisə seçkilər proporsional əsaslarla keçirilməli, münasibətlər sistemi partiyalaşdırılmalı, vətəndaş liderləri vasitəsilə proseslərə təsir imkanları minimuma endirilməli, parlamentdənkənar siyasi proseslər sıradan çıxarılmalıdır.
Seçkilər reallığa söykənməli və demokratikliyə əsas yaratmalı, fazalı demokratiyaya keçidi təmin etməlidir.
Parlamentin səlahiyyətləri artırılmalı, daxili nizamnamədə dəyişikliklər edilməlidir.
- Baş Nazirlik institutu ləğv edilməli, onun səlahiyyətləri vitse-prezident institutuna verilməlidir. (yeni vitse-prezidentlər təyin edilə bilər)
- İdarəetmənin təkmilləşdirilməsi üçün dağınıq və pərakəndə strukturlardan təmərküzləşmiş hakimiyyət modelinə keçid edilməli, publik hüquqi şəxslər, komitə və nazirliklər minimum sayda olmalıdır.
2. Məhkəmə islahatları
Məhkəmələr azad və ədalətli olmayana qədər inkişafı təmin etmək, məmur və vətəndaş məsuliyyəti yaratmaq mümkün olmayacaq. Məhkəmələrin müstəqil hakimiyyət qolu kimi formalaşmasına yol açılmalı, ölkənin inkişafının böyük mənada bundan asılı olduğunu qəbul etmək lazımdır.
Bunun üçün:
- Məhkəmələrin ittihamedici orqandan (prokurorluqdan) asılılığı aradan qaldırılmalıdır.
- Vəkillik institutu dövlətin və Vəkillər Kollegiyasının nəzarətindən tam çıxarılmalı, vəkil fəaliyyəti üçün bütün məhdudiyyətlər qaldırılmalı, hüquq təhsili diplomu tanınan şəxslərə bu sahədə azad və sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır.
- Hakimlərin təminatı gücləndirilməli, eyni zamanda, məsuliyyətləri artırılmalı, qərarları yuxarı instansiya məhkəmələrində bir neçə dəfə ləğv olunan hakimlərə cəza tədbiri müəyyən edilməlidir. (Birinci instansiya məhkəməsinin qərarı Appelyasiya Məhkəməsi tərəfindən, Appelyasiya məhkəməsinin qərarı Ali Məhkəmə tərəfindən, Ali Məhkəmənin qərarı Avropa Məhkəməsinin qərarı ilə)
3. Siyasi partiyalarla iş
Siyasi partiyaların cəmiyyətdəki rolu və yeri sabit, proseslərə təsir edən, ictimai rəyi formalaşdıran, dövlət və cəmiyyət maraqlarını qoruyan vəziyyətə çatdırılmalı, ölkədə milli və vətəndaş həmrəyliyi qorunmalı, davamlılıq təmin edilməli, partiyalar institutlaşdırılmalı, idarəetmənin tərkib hissəsinə çevrilməlidir.
Bunun üçün:
- Dialoq davam etdirilməli, etimad və inam mühiti sabitləşdirilməlidir.
- Seçki Məcəlləsinə dəyişiklik edilməklə, seçkilərdə partiya kimi iştirak etmiş bütün partiyalar müvafiq olaraq, mərkəzi, dairə və məntəqə komissiyasının formalaşmasında iştirak etməlidir.
- Siyasi partiyaların dövlət təminatı daha da gücləndirilməli, yerli və regional qərargahlar üçün imkanlar yaradılmalıdır
4. Mətbuat və Vətəndaş cəmiyyəti ilə iş
- Dövlət mərhələli şəkildə təsisçisi olmadığı Mətbu orqanına himayəçilikdən (açıq və ya fərqli yollarla) imtina etməlidir. O cümlədən, qeyri-hökumət təşkilatlarına dəstək dövlətin ayırdığı vəsaitlə deyil, fondların qəyyumluğu və ya iri şirkətlərin cəmiyyət mənafeyi üçün hesablanmış proqramları vasitəsilə maliyyələşdirilməlidir.
- Reklam bazarı sərbəst buraxılmalı, Mətbuat orqanlarının reklam alması üçün şirkətlərlə təşviqedici iş aparılmalıdır.
O cümlədən, iri şirkətlərin də qeyri-hökumət təşkilatlarına cəmiyyət maraqlarını qoruyan layihələr həyata keçirməsinə və bu məqsədlə sərf olunan gəlirdən vergi tutulmamasına şərait yaratmaqla, maarifləndirici iş aparılmalıdır.
- Dövlət və cəmiyyət maraqlarının qorunması üçün xaricdən alınan vəsaitlərin məqsəd və məramları həm donor, həm də vəsait alan tərəfindən müvafiq qurumlara əsaslandırılmış proqram təqdim edilməlidir.
- Bəlli zamandan sonra KİV və Qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi tam dayandırılmalıdır.
5. Beynəlxalq təşkilatlarla iş
Azərbaycanın xarici siyasəti məqsədyönlü, ardıcıl və dövlət maraqlarını qoruyacaq qədər sistemli aparılır. Mövcud beynəlxalq kataklizmlərə baxmayaraq, diplomatiyamız Azərbaycanın maraqlarını kifayət qədər peşəkar səviyyədə qoruya bilir.
Bu sahədə görülməli işlər, xüsusilə, Avropa ölkələri və təşkilatları ilə bağlıdır.
Biz Avropa coğrafiyasının bir parçası olduğumuz üçün Avropa təşkilatları ilə də son illər korlanmış münasibətləri bərpa etməliyik ki, şaxələndirilmiş diplomatik münasibətlər fonunda ölkəmizin mənafeyini daha yaxşı qoruya bilək.
ABŞ, Türkiyə və türkdilli dövlətlər, İslam dünyası, Qoşulmama Hərəkatının üzvü olan ölkələr, Çin, İsraillə qurulan əlaqələr fonunda Avropa Birliyi və Şurası ilə əlaqələr zəif həlqə hesab oluna bilər.
Bunun üçün:
- Müvafiq şərtlərlə Avropa Şurasının işinə qatılmalı və ölkəmizin maraqlarını qorumalıyıq.
- İqtisadi əlaqələrimizin dividendini siyasi müstəviyə daşımalıyıq.
- Azərbaycanda fəaliyyət göstərən iri korporasiya və şirkətlərin Avropada ölkəmizə siyasi lobbiçilik etməsini təşkil etməliyik.
- Cənubi Qafqazın ən iri və güclü dövləti olduğunu Avropa ölkələrinə çatdırmağı bacarmalı və Cənubi Qafqaz Birliyi modelinin müəllifinə çevrilməliyik.
- Dövlətin əsaslarını və Konstitusiya quruluşunu dəyişməyə cəhd etməyən, beynəlxalq strukturlar tərəfindən həbsi şübhə və ya mübahisə doğuran bütün məhbusların azad olunması üçün Amnistiya Aktı elan edilməlidir.
- Əməkdaşlığın yeni formasında dövləti təhdid edən heç bir xüsusi imtiyaz hansısa birliyə və təşkilata tanımamalıdır.
Azərbaycan dövlətinin və vətəndaşlarının marağı, suverenliyimiz və ərazi bütövlüyümüz hər şeydən öncədir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru