“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                 

İtaliyada... Türkiyədə dərs deyib... Naxçıvanda isə MÜMKÜNSÜZDÜR... - DƏLİXANADIR, VALLAH...
Tarix: 5-11-2025, 10:58 | Çap et

Əzilən tələbələri müdafiə etdiyinə görə məhəkəmə qarşısına çıxarılan NDU-nun keçmiş müəllimi Aysel Quliyeva ictimaiyyətə müraciət ünvanlayıb. Onu universitetdə dekan müavini işləyən Abbas Əhmədov məhkəməyə verib.
Aysel Quliyeva İtalyanın Siena və Türkiyənin İstanbul universitetlərində də çalışıb. Siena universitetindən beynəlxalq konfrans üçün dəvət alsa da məhkəmə səbəbindən ölkəni tərk edə bilmir.
Aysel Quliyeva “Gündəlik Naxçıvan“ vasitəsi ilə yaydığı müraciətdə ilk öncə şahid tələbələrə və müəllimlərə müraciət edərək, noyabrın 7-də məhkəməyə gəlib, haqqın bərpa olunması üçün qorxmadan həqiqətləri danışmağa çağırıb:
“Bu, mənim şəxsi mübarizəm deyil – tələbələrin ləyaqəti, müəllimlərin söz azadlığı və universitetdə formalaşdırılmalı olan ədalətli mühit uğrunda mübarizədir. Mən sadəcə hadisəni açıq danışmağa cəsarət etdim. Çünki tələbələrin və müəllimlərin gördükləri haqsızlığa etiraz edənlər illərlə susdurulub. Mənim başıma gələnlər əslində bir təhsil ocağında sistemin necə işlədiyini göstərən bir nümunədir.
Hadisənin şahidi olan tələbələri və müəllimləri qorxmamağı, məhkəməyə gəlməyə gəlib, həqiqətləri danışmağa çağırıram. Ədaləti əldə etmək üçün qorxuya qalib gəlməliyik.
Mənim barəmdə “şəxsi ləyaqəti alçaltmaq və böhtan” ittihamı ilə cunayət işi açılıb. Halbuki mən rüşvət almamışam, tələbə döyüb, təhqirlər yağdırmamışam. Sadəcə, dərs ilinin sonunda daha sərbəst, fərqli bir mühit yaratmaq istədim ki birinci kurs tələbələri biraz da olsa həvəslənsinlər. Tələbələrim də yaxşı bilir ki, mənim sözlərim onları susdurmaq üçün yox, qorumaq üçündür.”
Aysel Quliyeva dekan müavinin şikayəti əsasında onu hakim qarşısına çıxaran hadisəyə toxunub:
“Səs-küylü hadisə 8 mayda yaşandı. Tələbələrimlə dostyana bir mühitdə toplanıb onlar üçün hazırladığım kekslə dərs ilinin sonunda sərbəst işlərini müzakirə etmək istədim. Amma dekan müavini Abbas Əhmədov hər şeyi pozdu. Tələbələr alçaldıldı, dövlət əmlakı zərər gördü, mən özüm də həm təhqir edildim, həm də qapıya sıxılaraq xəsarət alçaq təhlükəsi ilə üzləşdim.
Polis çağırdım, amma nəticədə məni işdən uzaqlaşdırdılar, tələbələr isə qorxuduldu. NDU kadrlar şöbəsinin müdiri hüquqşünas Əziz Qasımov qeyd etdi ki, məndən izahat almadan da töhmət verə bilərlər çünki mən polis çağırmaqla universietetin prestijinə zərər vurmuşam, yəqin ki tələbə və müəllimi təhqir etmək universiteti layiqincə təmsil etməkdi Əziz Qasımovun nəzərində.
Sonra ardınca qurulan “elmi komitə” mənimlə bağlı heç bir izahat almadan, məsələni araşdırmadan geriyə dönük aktlar yazdı ki hələ də o aktlar dəfələrlə tələb etməyimə baxmayaraq tərəfimə verilməyib. Hətta komitə iclasından sonar kafedra müdiri Şamxal Məmmədov utanmadan və çəkinmədən `Ayselin də fatihəsini oxuduq` demişdir. Mənim haqqımda Ombudsmanın verdiyi məlumata görə, “mütəmadiyən işə gəlmir”, “müəllim yoldaşları ilə yola getmir” kimi əsassız böhtanlar uydurublar. Bu, hüququn deyil, intriqanın işlədiyini sübut etdi”.
O bildirir ki, hadisə ilə bağlı rektorla görüşmək istəsə də, mümkün olmayıb:
“Dəfələrlə rektordan görüş istədim. Hətta şəxsən mesaj atdım, dedim ki, mənə 10 dəqiqə vaxt ayırın, özümü ifadə edim. Amma heç bir cavab almadım. Mənim istəyim sadə idi: bir müəllim kimi özümü ifadə etmək, tələbələrim üçün danışmaq. Amma universitet rəhbərliyi seçimini etdi – ədalətin deyil, susdurmanın tərəfində dayandı”.
O, keçirilən məhkəmə proseslərinə də toxunub:
„Məhkəmə artıq ikinci dəfə keçirildi. Abbas Əhmədovun dörd şahidindən yalnız ikisi iştirak etdi ki onlar da mənə mi şahid gəlmişdilər tam başa düşə bilmədim. Hakim Aslan Heydərov düzgün mövqe sərgilədi, amma Abbas Əhmədovun müdafiəsi hər iki prosesdə də çox ziddiyyətli idi. Məsələn, səs yazılarında müəllimlərə “gerizəkalı, tupoy” dediyini qəbul edir, amma tələbələri “sadəcə sual vermişəm, təhqir etməmişəm” kimi izah etməyə çalışır. Dərsdən 60 dəqiqə keçmişdi, artıq yeyib içib gəlmişdilər deyə fərziyyələrlə məhkəməyə ifadə verir.
Dərsim 13:40`da başlayır, 15 dəqiqədən çox məni koridorda “cəhənnəm ol get burdan, səni qovuram, səndən heç nə olmaz” və başqa bir çox təhqirlə müəllimi olduğum fakultədən qovmağa cəhd edib, 14:05`də mən sinif otağından gələn səslərdən qorxub 102-yə zəng vurmuşam. Və bu insan məhkəməyə sadəcə doğruları deyəcək deyə and içmişdi gerisini artıq siz fikirləşin. Mən isə açıq şəkildə dedim: bir dekan müavini özünü belə aparırsa, bu, bütöv təhsil mühitini zəhərləyir.
Mənim istəyim sadədir: bu teatr bitsin və mən ölkəmə faydalı olmaq üçün akademik fəaliyyətimə davam edə bilim. Çünki mənim yolum budur – Beynəlxalq Münasibətlər və Hüquq fakultəsi gənclərinə layiq şəkildə azad düşüncə, ləyaqət və haqsızlığa qarşı durmağı öyrətmək.”
Aysel Quliyeva ona olan təzyiqlərin Avropada da izləndiyini vurğulayır:
“Hazırda İtaliyanın Siena Universitetində JustPeace təşkilatı, İngiltərədə CARA, Avropa Birliyində SFR (academics at risk) kimi təşkilatlar mənim hekayəmi Avropada ictimaiyyətə çatdırmağa hazırlaşır, məhkəmənin nəticəsini gözləyirlər sadəcə. Bu, artıq lokal məsələ kimi yox, akademik azadlıq və ifadə azadlığı probleminin nümunəsi kimi təqdim olunur. Mənim üçün bu çox dəyərlidir. Çünki göstərir ki, məsələ təkcə Naxçıvan və ya Azərbaycanla məhdudlaşmır, beynəlxalq ölçüdə də diqqət çəkir.“










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru